26 Noyabr 2025 08:00
5402
İQTİSADİYYAT
A- A+
Dünyanı heyran edən quruculuq

Dünyanı heyran edən quruculuq


Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda 177 layihənin təməlini qoyub, 167 obyektin açılışını edib 


Erməni faşizminin törətdiyi vəhşiliklər nəticəsində torpaqlarımızın 20 faizi 30 ilə yaxın işğal altında qaldı, minlərlə insan öz ev-eşiyindən, yurd-yuvasından didərgin salındı. Onların illərlə halal zəhmət hesabına tikib-qurduqları evlər, yaratdıqları isti yuvalar yağı tərəfindən yağmalandı. Olmazın əziyyət çəkdi bu insanlar. Dövlətimiz onlar üçün qəsəbələr, şəhərciklər salana qədər, məişət şəraitlərini yaxşılaşdırana qədər çadırlarda, yataqxanalarda, yarımçıq tikililərdə yaşadılar. 

Lakin artıq yaxşı, rahat evlərdə yaşayanda da üzləri gülmədi, yurd həsrəti çəkdilər,  məcburi köçkün adının ağırlığı daim qəlblərini incitdi. O günə qədər ki, müdrik Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən, yenilməz bir yumruğa dönən ordumuz, xalqımız möhtəşəm zəfər çaldı...

Qələbə qazanılan kimi də bərpa və quruculuq işləri başlandı. Dövlətimizin başçısı bəyan etdi ki, Qarabağa və Şərqi Zəngəzura - doğma yurduna qayıdacaq insanlar üçün layiqli həyat şəraiti yaradılmalıdır. Bu hədəfə doğru genişmiqyaslı və çoxşaxəli işlərə başlandı. İndi bütün dünya burada cəmi beş il ərzində görülmüş işlərə baxıb heyran qalır. 

Dövlət Statistika Komitəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına istinadən bildirir ki, işğaldan azad olunmuş ərazilərimizə bu il noyabr ayının 1-dək 20879 nəfərdən ibarət 5256 ailənin qayıdışı təmin olunub. Həm də qeyd edək ki, onların sayı hətta aybaay deyil, günbəgün artır. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, həmin tarixə oradakı bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı 38917 nəfər təşkil edib. Xankəndi Universitetində təhsil alan 2154 nəfər tələbə də nəzərə alınmaqla işğaldan azad olunmuş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 61950 nəfər təşkil edir.

İlk qayıdış 2022-ci ilin iyulunda "ağıllı kənd" Ağalıya oldu. O vaxtdan bəri isə 6 şəhər, 2 qəsəbə və 22 kənd olmaqla, ümumilikdə 30 yaşayış məntəqəsinə əhalinin köçürülməsi həyata keçirilib. 

Keçmiş məcburi köçkünlərin geriyə dönüşü üçün postmünaqişə dövründə həyata keçirilən ən vacib təhlükəsizlik və inkişaf tədbirlərindən biri minatəmizləmədir. 2020-2025-ci illər ərzində Azərbaycan Milli Minatəmizləmə Agentliyi (ANAMA) və digər aidiyyəti qurumların, həmçinin yerli şirkətlərin birgə əməliyyatları nəticəsində ümumilikdə 240 min hektardan artıq ərazi təmizlənib, 227 mindən çox mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. 

Əhalinin qayıdışı "Böyük qayıdış" proqramına əsasən həyata keçirilir. Burada məqsəd yalnız fiziki məskunlaşma deyil, həm də sosial, iqtisadi və ekoloji baxımdan dayanıqlı yaşayış məntəqələrinin yaradılmasıdır. Odur ki, beş il əvvəl geniş tədbirlər də məhz ən zəruri infrastrukturun yaradılmasından start götürdü.

Hər bir inkişaf yoldan başlanır. Bu baxımdan işğaldan azad edilmiş ərazilərimizdə nəqliyyat infrastrukturu üzrə böyük layihələrin icra olunması təsadüfi deyil. Belə ki, burada avtomobil yolları infrastrukturunda 60 layihə üzrə 3501,6 kilometr yolun tikintisi nəzərdə tutulub, bunlardan 16 layihə tam, 1 layihə qismən başa çatıb. Avtomobil yolları üzərində 28 tuneldə qazma işləri, 392 körpü və 9 viadukun tikintisi artıq yekunlaşıb.

İndiyədək Füzuli, Zəngilan və Laçında beynəlxalq standartlara uyğun hava limanları inşa edilərək istifadəyə verilib. Bərdə-Ağdam, Horadiz-Ağbənd və Ağdam-Xankəndi dəmir yolu xətləri üzrə layihələndirmə və tikinti işləri aparılıb. Bərdə-Ağdam dəmir yolu xətti tam istifadəyə verilib. Dəmir yollarının tikintisi ilə bağlı 49 körpünün inşası planlaşdırılıb və onlardan 42-sinin tikintisi başa çatıb, 3 körpü isə istismara verilib.

 İşğaldan azad edilmiş yurd yerlərinin işığı da gur yanır. İlk günlərdən və indiyədək artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında elektrik enerjisi infrastrukturunun genişmiqyaslı şəkildə bərpası aparılıb. 

Görülən işlərin həcmini rəqəmlər də aydın göstərir: istismara 14 elektrik yarımstansiyası buraxılıb. 1000 kilometrdən artıq yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilərək zəncirvari şəkildə 12 yeni yarımstansiya birləşdirilib və beləliklə, dairəvi təchizat sistemi yaradılıb. Bu sistem 330 kV-luq yarımstansiyalarla əlaqələndirilərək regionun enerji ehtiyaclarını tam təmin edir. 

Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən 38 su-elektrik stansiyası 307 MVt güc təmin edərək ölkənin vahid enerji sisteminə inteqrasiya olunub.

Sudan söz düşmüşkən, Qarabağda və Şərqi Zəngəzurda su təsərrüfatı infrastrukturunun bərpası və modernləşdirilməsi də əsas prioritetlərdəndir. Bu sahədə görülən tədbirlər təkcə içməli su və suvarma təminatını deyil, həm də kənd təsərrüfatı istehsalının bərpasını, ekoloji tarazlığın qorunmasını təmin edir. 4 su anbarı istifadəyə verilib və bir sıra digər layihələr həyata keçirilib. 

 Qaz təchizatı sahəsində 6 magistral xəttin çəkilməsi də önəmli hadisədir. İndiyədək 9 qazpaylayıcı stansiya və 1 qaztənzimləyici məntəqə inşa olunub, 8 şəhərə, 20 kənd və 1 qəsəbəyə qazın verilməsi təmin olunub.

 Beləliklə, elektrik, qaz və istilik təminatı sahəsində aparılmış layihələr işğaldan azad edilmiş ərazilərdə müasir və etibarlı enerji sistemini formalaşdırmağa və dayanıqlı enerji təminatına imkan yaradır. Bu infrastruktur həm regionun iqtisadi potensialını gücləndirir, həm də sosial-iqtisadi reinteqrasiyaya mühüm töhfə verir.

Regionun iqtisadi tərəqqisi davam edir. Bu işdə təbii sərvətlərdən geniş istifadə olunur. "Ağdam" və "Araz Vadisi İqtisadi Zonası" Sənaye parklarında 50 rezident və 7 qeyri-rezident müəssisə qeydiyyata alınıb.

Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzurun torpağı münbit, iqlim şəraiti əlverişlidir. Odur ki, burada ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı üçün geniş imkanlar var. Kənd təsərrüfatının inkişafı isə yerli əhalinin məşğulluğunun təmin olunması, regionların sosial-iqtisadi inkişafı və ölkə üzrə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. İndiyədək həmin ərazilərdə müasir pivot suvarma sistemlərinə əsaslanan aqroparkların yaradılması, yaylaq ərazilərində heyvandarlıq təsərrüfatlarının fəaliyyətinin təmin olunması bu baxımdan təqdirəlayiqdir. 

Reinteqrasiyanın vacib hissələrindən biri də turizmdir ki, bu sahə də inkişafdadır. Bölgə həmçinin əsl "yaşıl enerji" zonasına çevrilir. Azad edilmiş ərazilərimizdə hazırda 1500-dən çox fərdi evdə və ictimai binalarda Günəş panelləri quraşdırılıb. Beynəlxalq tərəfdaşlarla layihələr genişlənir, məsələn, BP şirkəti ilə Cəbrayıl rayonunda 240 MVt gücündə "Şəfəq" Günəş-Elektrik Stansiyası layihəsi icra olunur. Proqnozlara görə, yaxın illərdə bərpaolunan enerjinin istehsal gücü 600 MVt-a çatdırılacaq. 

Bütün bu və digər işlər Prezident İlham Əliyevin tapşırığı və şəxsi nəzarəti ilə gerçəkləşir. Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərdə indiyədək 569 tədbirdə iştirak edib, ümumilikdə 177 müxtəlif təyinatlı layihənin təməlini qoyub,167 obyektin və infrastruktur layihəsinin açılışını edib.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aleksandr Sırski: Ukrayna hücum əməliyyatlarına hazırlaşır  

21:11
18 Yanvar

Almaniya Kansleri: Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəylik və koordinasiya içindəyik  

20:59
18 Yanvar

Mehmet Qiyas Azərtürk: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı unudulmayacaq  

18:58
18 Yanvar

Yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA  

17:56
18 Yanvar

Avropa ölkələri ABŞ-ın yeni tariflərinə etiraz edir  

17:38
18 Yanvar

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçisini istefaya göndərib  

16:21
18 Yanvar

Gürcüstan-Rusiya sərhədində 3 mindən çox yük avtomobili növbə gözləyir  

15:09
18 Yanvar

Gürcüstan hökuməti Orta Dəhliz çərçivəsində beynəlxalq avtomobil yollarının tikintisini bu il başa çatdırmaq niyyətindədir  

14:51
18 Yanvar

Qar Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti çətinləşdirib 

14:11
18 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi bölgələrə gedən və hərəkətdə olan sürücülərə müraciət edib VİDEO  

13:58
18 Yanvar

Valideyn gözü ilə Polis Akademiyası: gələcəyə açılan qapı  

13:41
18 Yanvar

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib  

13:29
18 Yanvar

Şimal bölgəsi: 16 santimetr qar, 11 dərəcə şaxta

13:12
18 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb  

13:01
18 Yanvar

Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu Azərbaycan məktəbi açılıb  

12:39
18 Yanvar

Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur  

12:07
18 Yanvar

FHN: Ağsudakı zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb  

10:43
18 Yanvar

Avropa İttifaqına üzv ölkələrin səfirlərinin fövqəladə iclası çağırılıb  

10:37
18 Yanvar

Ağsuda zəlzələ olub 

10:34
18 Yanvar

BMT-nin okeanla bağlı sazişi qüvvəyə minib

10:03
18 Yanvar

Kir Starmer: ABŞ-ın tarif tətbiqi tamamilə yanlışdır

09:41
18 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!