04 Dekabr 2025 20:53
408
İQTİSADİYYAT
A- A+
Rəşt-Astara dəmir yolu xətti istismara verilsə, iki qitə arasında nəqliyyat əlaqəsi təmin olunacaq 

Rəşt-Astara dəmir yolu xətti istismara verilsə, iki qitə arasında nəqliyyat əlaqəsi təmin olunacaq 

İran da Azərbaycan kimi neft ölkəsidir və dünyada neft erasının tədricən başa çatması ilə əlaqədar hər iki dövlət qeyri-neft sektorunun inkişafını diqqətdə saxlamaq məcburiyyətindədir.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı beynəlxalq iqtisadiyyat üzrə ekspert Nəvi Danəşvər deyib.

Onun sözlərinə görə, hər iki ölkənin nəqliyyat və tranzit sahəsində əməkdaşlıq əlaqələri var.

“Bu əməkdaşlıqla İran və Azərbaycan Şərqdən Qərbə və əks istiqamətə yük daşımasına imkan yaradar, nəzarət edər və gəlir götürərlər. Azərbaycan və İran “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin üzərində yerləşən mühüm dövlətlərdir. Azərbaycan Avropadan Cənub-Şərqi Asiyaya, İran isə Cənub-Şərqi Asiya və Hindistandan Avropaya daşınan yüklər üçün logistika mərkəzi ola bilərlər. Bunun üçün hər iki ölkənin ərazisində geniş infrastruktur layihələr lazımdır ki, bu istiqamətdə də addımlar atılıb. Dünya Bankının hesabatına əsasən, yaxın 10 il ərzində Avropa ilə Asiya arasındakı ticarət dövriyyəsinin həcmi 650-700 milyard dollara çatacaq ki, bunun da həyata keçirilməsi üçün mütləq nəqliyyat və tranzit infrastrukturu vacibdir”, - deyə N.Danəşvər vurğulayıb.

Ticarət dövriyyəsinin artması ilə ilk növbədə yükdaşımaların artdığını, ənənəvi olaraq Şərqdən Avropaya xammal, əks istiqamətə isə istehlak malları daşındığını deyən ekspert hazırda iqtisadi dəyişikliklər baş verdiyini əlavə edib: “Çin Yaponiya, Koreya, Avropaya istehlak malları, Körfəz ölkələri isə neft və neft məhsulları ixrac edirlər. Rusiyadan Asiya ölkələrinə ağac və ağac məmulatları, tikinti materialları ixrac olunur. Avropa ilə Asiya arasında cərəyan edən ticarət dövriyyəsindəki malların 15 faizi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu seqmenti ilə daşınsa, Azərbaycan və İran ildə təxminən 2-3 milyard dollar gəlir əldə edə bilər. Bu gəlir təkcə tranzit xərcləri ilə deyil, eyni zamanda yeni iş yerlərilə, xarici şirkətlərin yerlərdə açacaqları nümayəndəlikləri ilə əldə ediləcək. Rəşt-Astara dəmir yolu xətti istismara verilsə iki qitə arasında nəqliyyat əlaqəsi təmin olunacaq”, - deyə ekspert qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COVID və qripə qarşı birgə peyvənd təsdiq olunub

09:20
03 Mart

QƏZƏLLƏR

09:17
03 Mart

ABŞ vətəndaşlarını 10-dan çox ölkəni dərhal tərk etməyə çağırıb

09:15
03 Mart

Poeziyanın intibah günəşi

09:15
03 Mart

Bakı - tarixlə gələcəyin görüşdüyü məkan

09:10
03 Mart

Od çərşənbəsi işıq, yenilənmə, güc, birlik və yüksəliş rəmzidir

09:05
03 Mart

"Azərbaycan-İtaliya biznes və investisiya əlaqələri" mövzusunda tədbir keçirilib

09:00
03 Mart

İlin ilk ayında sənayenin qeyri-neft-qaz sektorunda 8,7 faiz artım qeydə alınıb

08:55
03 Mart

BP və SOCAR Xəzər hövzəsində seysmik və quyu tədqiqatları sahəsində əməkdaşlıq edəcəklər

08:50
03 Mart

Azərbaycan-Efiopiya: başlanan əməkdaşlıq geniş tərəfdaşlığa yol açır

08:45
03 Mart

Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin funksionallığını gücləndirəcək

08:40
03 Mart

Bolqarıstan-Azərbaycan tərəfdaşlığı strateji zirvəyə yüksəlib

08:35
03 Mart

Uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı hüquqi aktlar qəbul olunacaq

08:30
03 Mart

Rəqəmsal dünyanın kibertəhlükə bəlası

08:25
03 Mart

Ərazi iddiaları olan yerdə sülh mümkün deyil

08:20
03 Mart

Tarix yazılıb, nöqtə qoyulub, geri dönüş yoxdur

08:15
03 Mart

Azərbaycanın sabitlik və sülh modeli

08:10
03 Mart

Azəbaycanın BMT zirvəsi

08:05
03 Mart

Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!

08:00
03 Mart

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!