29 Noyabr 2025 08:10
1004
SİYASƏT
A- A+
İlham Əliyevin qlobal təşəbbüsləri

İlham Əliyevin qlobal təşəbbüsləri


Bu, Azərbaycanın xarici diplomatiyasının daha da güclənməsi üçün möhkəm təməl yaradıb


Həyata keçirdiyi müstəqil və qətiyyətli siyasətlə nüfuzu gündən-günə artan, adı dünyanın tanınmış siyasətçiləri arasında çəkilən Prezident İlham Əliyev son 22 ildə Azərbaycanı dünya siyasi arenasında söz sahibinə çevirib. Məhz qətiyyətli liderin rəhbərliyində Azərbaycan beynəlxalq səhnədə öz mövqeyini gücləndirmək və qlobal layihələrdə iştirakını artırmaq istiqamətində mühüm addımlar atır. Dövlətimiz artıq regional oyunçu statusundan çıxaraq, qlobal səviyyədə problemlərin həllində iştirak edən ölkəyə çevrilməkdədir. 

Ümumiyyətlə, xarici siyasətin düzgün müəyyənləşdirilməsi dünyanın mürəkkəb və həssas bölgəsində - coğrafi baxımdan Qərb və Şərqin kəsişməsində, strateji yanaşmalarda isə geosiyasi və geoiqtisadi maraqların üst-üstə düşdüyü ərazidə yerləşən Azərbaycan üçün həm ötən dövrlərdə, həm də indi müstəsna əhəmiyyətə malikdir. Məhz bu siyasət nəticəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu yetərincə yüksəkdir. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünün ardınca ölkəmizin 2017-2019-cu illər üçün 176 səs lehinə olmaqla, BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməsi, 2019-cu ildə isə dünyanın 120 ölkəsini birləşdirən Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürməsi xarici siyasətimizin nailiyyətləri kimi tarixə yazılıb.

Azərbaycanın bugünkü reallıqlarına nəzər salanda görürük ki, ölkəmiz, sözün əsl mənasında, müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tutub. Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan yüksək nüfuz sahibinə çevrilib. 

Azərbaycan Prezidenti hər zaman qlobal liderlik keyfiyyətini və təşəbbüskarlığını ortaya qoyaraq çox mühüm ideyalar irəli sürür və onun təşəbbüsü ilə reallaşan transmilli layihələr ölkəmizə iqtisadi-siyasi dividendlər qazandırır.

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin xarici diplomatiyası böyük nailiyyətlər əldə edib. Prezidentin vizyonu, ardıcıl və prinsipial siyasəti, dünya miqyasında güclü əlaqələrin qurulması və Azərbaycanın beynəlxalq arenada mövqeyinin möhkəmləndirilməsi uğurla həyata keçirilir. 

İlham Əliyevin diplomatik təşəbbüsləri regional və qlobal səviyyədə strateji tərəfdaşlıqların qurulması baxımından da mühüm əhəmiyyət daşıyır. Sözü imzası qədər keçərli olan İlham Əliyevin ən mühüm diplomatik uğurlarından biri Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi möhkəmləndirməsidir. 

Azərbaycanın xarici siyasətinin əsasını həmçinin güclü iqtisadi diplomatiya təşkil edir. Prezident İlham Əliyevin dövründə ölkəmiz dünya enerji bazarında əsas oyunçulardan birinə çevrilib. Xüsusilə "Cənub qaz dəhlizi" kimi böyük enerji layihəsinin həyata keçirilməsi Azərbaycanın Avropaya enerji ixracını artırıb, ölkəmizin iqtisadiyyatına müsbət təsir göstərib. Qlobal layihələr Azərbaycanın həm regionda, həm də dünyada enerji təhlükəsizliyinə töhfə verməsini təmin edib.

Azərbaycana rəhbərlik etdiyi 22 ildə İlham Əliyev elə bir dövlət yaradıb ki, özünün də söylədiyi kimi, mövcudluğu tarixində ölkəmiz heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmayıb. 

Bu gün İlham Əliyev şəxsiyyətinə, liderliyinə geosiyasi, geoiqtisadi miqyasda nəzər yetirsək görərik ki, o, təkcə Azərbaycanın, Qafqazın alternativsiz lideri deyil, ümumiyyətlə, dünya miqyasında tanınan, qlobal liderliyi etiraf olunan böyük şəxsiyyətdir. Elə bir beynəlxalq və mötəbər toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin tədbirə dəvət edilməsin və orada müasir dövrün çağırışları, mövcud qlobal problemlərin  həlli yolları barədə fikirlər səsləndirməsin, təkliflərini irəli sürməsin. Yəni İlham Əliyev təkcə regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq, dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlətimizin başçısının təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. 

İlham Əliyev Azərbaycanın beynəlxalq təşkilatlarda, xüsusən BMT, ATƏT, Qoşulmama Hərəkatı kimi platformalarda fəallığını artırıb. Azərbaycan eyni zamanda Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatında da əhəmiyyətli fəaliyyətini davam etdirir. Dövlətimizin başçısı bu təşkilatlar çərçivəsində ölkəmizin maraqlarını müdafiə edərək Azərbaycanın beynəlxalq təsirini daha da genişləndirib.

Prezident İlham Əliyevin xarici diplomatiyasının uğurları, TDT çərçivəsində irəli sürdüyü təşəbbüsləri Azərbaycanın beynəlxalq müstəvidə güclü və etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə gətirib çıxarıb. Dövlət başçısının strateji baxışları və qətiyyətli fəaliyyəti, Azərbaycanın dünya səhnəsində daha da mühüm rol oynamağa davam edəcəyini göstərir. Bu yolda əldə edilən nailiyyətlər Azərbaycanın xarici siyasətinin daha da inkişafı üçün möhkəm təməl yaradıb.

Hazırda Azərbaycan böyük layihələrin təşəbbüskarı və iştirakçısı qismində regional əməkdaşlığı inkişaf etdirən dövlətdir. Etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanın xarici siyasətinin uğurları qonşu ölkələrlə və dünyanın digər dövlətləri ilə balanslaşdırılmış münasibətlərin qurulmasına, qarşılıqlı maraqlardan irəli gələn bərabər dialoq və əməkdaşlığın həyata keçirilməsinə əsaslanır.

Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə qəbul edilən tarixi qərar da İlham Əliyevin xarici diplomatiyasının növbəti təntənəsi idi. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı seçilməsi çox böyük uğurdur. ölkəmizin Mərkəzi Asiya platformasına qoşulması əlbəttə ki, yeni imkanlar və perspektivlər deməkdir. 

Bu bir reallıqdır ki, Azərbaycan beynəlxalq arenada özünün strateji mövqeyini hər keçən gün daha da möhkəmləndirərək yeni siyasi və iqtisadi əməkdaşlıq imkanları əldə edir. Son zamanlar Azərbaycanın Mərkəzi Asiya platformasına qoşulması yalnız regionda deyil, həm də dünya səviyyəsində əhəmiyyətli bir addım kimi qiymətləndirilir. Bu platforma Azərbaycanın uzunmüddətli strateji məqsədlərinə uyğun olaraq həm iqtisadi, həm də diplomatik əlaqələrin genişlənməsinə töhfə verəcək bir imkan yaradır.  

Azərbaycanın coğrafi mövqeyi onu Asiya və Avropa arasında mühüm körpü halına gətirir. Mərkəzi Asiya iqtisadiyyatı sürətlə inkişaf edən və yeni bazar axtaran ölkələrdən ibarət bir regiondur. 

2025-ci ilin uğurlarından biri də Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının artması olub. İndiyədək  qaz ixrac etdiyimiz ölkələrin sayı 12 idi. Bunlar Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiyadır. Qısa müddətdə bu sıraya daha iki ölkə - Ukrayna və Suriya da qoşuldu. İndi Azərbaycanın qazla təchiz etdiyi ölkələrin sayı 14-dür. Yaxın gələcəkdə Azərbaycanın hədəfi 20-yə yaxın ölkəyə qaz ixrac etməkdir.

Bütün bunlar Azərbaycanın xarici diplomatiyasının uğurlarıdır ki, onun da əsasında cənab İlham Əliyevin qlobal təşəbbüsləri və müstəqil xarici siyasəti dayanır.  


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:19
05 Dekabr

ABŞ-də nümayiş zamanı qırıcı təyyarə qəzaya uğrayıb  

22:35
04 Dekabr

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə olunub  

22:34
04 Dekabr

Maka Boçorişvili: Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün mühüm təməl daşıdır  

22:30
04 Dekabr

Keniya parlamenti britaniyalı hərbçiləri müxtəlif cinayətlərdə ittiham edir  

22:29
04 Dekabr

“Caviar” bu smartfonları zərgərlik əsərinə çevirir  

22:26
04 Dekabr

Ekstremal hadisələr daha dağıdıcı olacaq  

22:25
04 Dekabr

Cari ilin ən yaxşı “Google Chrome” yeniləmələri elan edilib  

22:24
04 Dekabr

Güzəştli mənzillərin seçimi ilə bağlı kiberhücum cəhdinin qarşısı uğurla alınıb – RƏSMİ AÇIQLAMA  

21:06
04 Dekabr

ABŞ-da bayraqlar yarıya qədər endirilib  

21:05
04 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb  

21:03
04 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:57
04 Dekabr

Elçin Şamilli: Süni intellekt rəssamın imkanlarını genişləndirir, amma yaradıcılığın təbiətini əvəz etmir  

20:56
04 Dekabr

QMİ sədri ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi ilə görüşüb  

20:54
04 Dekabr

Rəşt-Astara dəmir yolu xətti istismara verilsə, iki qitə arasında nəqliyyat əlaqəsi təmin olunacaq 

20:53
04 Dekabr

Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

20:51
04 Dekabr

Rumın ekspert: Rusiyanın hibrid taktikası Qərbi çətin duruma yönəldir  

20:50
04 Dekabr

Ukrayna Baş Kəşfiyyat İdarəsi Krımda Rusiyaya məxsus MiQ-29 qırıcısını məhv edib VİDEO  

20:47
04 Dekabr

Azərbaycan və Şimali Kipr arasında ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlıq müzakirə olunub  

18:51
04 Dekabr

Xarici işlər naziri: Azərbaycan ATƏT çərçivəsində konstruktiv əməkdaşlığa sadiqdir

18:08
04 Dekabr

Kəlbəcər və Laçında yanğınla mübarizə tədbirləri davam etdirilir, əraziyə FHN-in 2 helikopteri cəlb olunub  

18:07
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!