27 Noyabr 2025 08:00
4933
SİYASƏT
A- A+
İndi sülhə daha yaxınıq

İndi sülhə daha yaxınıq


Bu tarixi nailiyyət İlham Əliyevin siyasi iradəsinin və prinsipial qətiyyətinin nəticəsidir


İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni tarixi-siyasi reallıq Azərbaycanın regional mövqeyinin möhkəmləndirilməsini və beynəlxalq münasibətlər sistemindəki rolunun daha da artmasını şərtləndirib. Yəni hərbi-siyasi qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu daha da möhkəmləndirib.

Bu bir həqiqətdir ki, Prezident İlham Əliyevin uğurlu hərbi və siyasi diplomatiyası sayəsində onilliklərdir davam edən Azərbaycan-Ermənistan münaqişəsi yalnız hərbi qələbə ilə deyil, həm də beynəlxalq hüquq çərçivəsində təsbit olunmuş sülh razılaşması ilə başa çatmaq üzrədir. 2025-ci ilin avqustunda ABŞ-nin vasitəçiliyi ilə sülh sazişinin mətninin paraflanması prosesin strateji mərhələyə keçidini təmin edib. Bu hadisə regionda uzun müddətdir gözlənilən siyasi transformasiyanın başlanğıcı kimi qiymətləndirilir. 

Tərəflər arasında imzalanacaq sazişin əsas müddəaları iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması, sərhədlərin delimitasiyası və demarkasiyasını, regional kommunikasiyaların açılmasını, humanitar məsələlərin tənzimlənməsi və qarşılıqlı zəmanət mexanizminin yaradılmasını əhatə edir. 

Düzdür, Ermənistan ABŞ görüşünə qədər müxtəlif zamanlarda ayrı-ayrı vasitəçilərin təşkil etdikləri sülh danışıqlarında əvvəlcə razılıq bildirib, sonradan fikrini dəfələrlə dəyişmişdi. Amma Ağ Evdə keçirilən üçtərəfli görüşdən sonra Baş nazir Nikol Paşinyan Ermənistan cəmiyyətini sülhə hazırlamaq üçün fəaliyyətə başladı. Ermənistanda sülh prosesinin icra mərhələsinə keçdiyini bildirən Baş nazir Nikol Paşinyanın açıqlamalarından görünür ki, İrəvan bu mərhələni yalnız diplomatik sənəd imzalamaq kimi deyil, həm də regiondakı təhlükəsizlik arxitekturasını yenidən qurmaq şansı kimi dəyərləndirir. Paşinyanın ifadə etdiyi kimi, sülh sazişi Ermənistan üçün "strateji müqavilə"dir və ölkəni uzunmüddətli izolyasiyadan çıxarmağı hədəfləyir.

Ermənistan yeni konstitusiyanın qəbulu ilə bağlı referendumun keçirilmə vaxtını müəyyənləşdirib. Baş nazir Nikol Paşinyan bildirib ki, referendum parlament seçkilərindən - 2026-cı ildən sonra təşkil olunacaq. Burada Paşinyan öncə seçkilərin necə keçəcəyini, yəni partiyasının qalib gəlib-gəlməyəcəyini əsas tutaraq söyləyir. Əgər onun partiyası qalib gələrsə, sülh sazişi 2026-cı ildə imzalana bilər: "Mən daxili legitimliyimizi gücləndirməyi fundamental məsələ hesab edirəm, bu da yeni konstitusiyanın qəbulunda öz əksini tapmalıdır", - deyə Paşinyan bildirib. 

Qalib Komandan, Prezident İlham Əliyev isə sülh danışıqlarını qiymətləndirərkən qeyd ebib ki, 2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir: "Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Vaşinqton Zirvəsi çərçivəsində, eyni zamanda ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırıldı. Beləliklə, atdığımız addımlar Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi".

Prezident vurğulayıb ki, sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Ölkəmiz bu məqsədlərin qlobal səviyyədə təmin edilməsində fəal rol oynayır. Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib.

Onu da qeyd edək ki, artıq tərəflər arasında sülhün təşviqi üçün yaradılan "Sülh Körpüsü" Təşəbbüsünün ilkin mərhələsi təqdirəlayiq hesab edilib. Belə ki, noyabrın 21-22-də "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutub. Onların keçirdikləri görüşlərdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin dinamikası, vətəndaş cəmiyyətinin dialoqun bərpasındakı rolu və yaxın gələcəkdə icra olunacaq birgə layihələr müzakirə olunub, həmçinin sülh prosesi ilə bağlı hər iki cəmiyyəti maraqlandıran aktual mövzulara da toxunulub. Bundan əlavə, media məkanında birgə fəaliyyətin intensivləşdirilməsi, ekspert qrupları arasında birbaşa əlaqələrin qurulması, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin sülh prosesinə daha geniş şəkildə cəlb edilməsi barədə razılıq əldə olunub.

"Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində işgüzar səviyyədə əlaqələrin və hər iki ölkəyə qarşılıqlı səfərlərin davam etdirilməsi də qərara alınıb.

Səfər zamanı "Sülh Körpüsü" Təşəbbüsü üzvləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə də görüşüblər. Səmimi şəraitdə keçən fikir mübadiləsi zamanı Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan tərəfindən sülh gündəliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə olunub. Hikmət Hacıyev təşəbbüs üzvlərinin suallarını cavablandırıb.

Beləliklə, Vətən müharibəsinin 5-ci ildönümündə sülhü əldə etməyə həmişəkindən daha yaxınıq. Vaşinqton sülh sazişinin mətninnin paraflanması bir mərhələ kimi yekun deyil, başlanğıcdır. Bu mərhələnin uğurla tamamlanması üçün diplomatiya, təhlükəsizlik və iqtisadi layihələrin icrası paralel və əlaqələndirilmiş şəkildə aparılmalıdır. 

Bütün bunlar reallaşarsa, sülh müqaviləsi tezliklə imzalanar və bununla da Cənubi Qafqazda yeni sülh dövrü başlayar.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aleksandr Sırski: Ukrayna hücum əməliyyatlarına hazırlaşır  

21:11
18 Yanvar

Almaniya Kansleri: Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəylik və koordinasiya içindəyik  

20:59
18 Yanvar

Mehmet Qiyas Azərtürk: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı unudulmayacaq  

18:58
18 Yanvar

Yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA  

17:56
18 Yanvar

Avropa ölkələri ABŞ-ın yeni tariflərinə etiraz edir  

17:38
18 Yanvar

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçisini istefaya göndərib  

16:21
18 Yanvar

Gürcüstan-Rusiya sərhədində 3 mindən çox yük avtomobili növbə gözləyir  

15:09
18 Yanvar

Gürcüstan hökuməti Orta Dəhliz çərçivəsində beynəlxalq avtomobil yollarının tikintisini bu il başa çatdırmaq niyyətindədir  

14:51
18 Yanvar

Qar Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti çətinləşdirib 

14:11
18 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi bölgələrə gedən və hərəkətdə olan sürücülərə müraciət edib VİDEO  

13:58
18 Yanvar

Valideyn gözü ilə Polis Akademiyası: gələcəyə açılan qapı  

13:41
18 Yanvar

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib  

13:29
18 Yanvar

Şimal bölgəsi: 16 santimetr qar, 11 dərəcə şaxta

13:12
18 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb  

13:01
18 Yanvar

Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu Azərbaycan məktəbi açılıb  

12:39
18 Yanvar

Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur  

12:07
18 Yanvar

FHN: Ağsudakı zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb  

10:43
18 Yanvar

Avropa İttifaqına üzv ölkələrin səfirlərinin fövqəladə iclası çağırılıb  

10:37
18 Yanvar

Ağsuda zəlzələ olub 

10:34
18 Yanvar

BMT-nin okeanla bağlı sazişi qüvvəyə minib

10:03
18 Yanvar

Kir Starmer: ABŞ-ın tarif tətbiqi tamamilə yanlışdır

09:41
18 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!