04 Dekabr 2025 20:56
442
Mədəniyyət
A- A+
Elçin Şamilli: Süni intellekt rəssamın imkanlarını genişləndirir, amma yaradıcılığın təbiətini əvəz etmir  

Elçin Şamilli: Süni intellekt rəssamın imkanlarını genişləndirir, amma yaradıcılığın təbiətini əvəz etmir  

İncəsənət yenidən dəyişikliklər ərəfəsindədir. Lakin bu dəfə dəyişikliklərin mahiyyəti göründüyündən daha mürəkkəbdir. Çünki süni intellekt sürətlə incəsənət sahəsinə daxil olur. Bəs o, yeni bədii dil yarada bilərmi? İnsan və maşının qarşılaşdığı məkanda nə baş verir?

“İncəsənətdə abstrakt vektor” adlı kitabın müəllifi, fəlsəfə doktoru, sənətşünas Elçin Şamilli vizual dil, mədəni kodlar, incəsənətin tarixi və nəzəri aspektləri, o cümlədən abstrakt incəsənət və vizual ənənələr üzrə araşdırmalar aparır. O, AZƏRTAC-ın müxbiri ilə söhbətində süni intellektin müasir yaradıcılıq prosesindəki rolu, rəqəmsal texnologiyaların imkanları və məhdudiyyətləri barədə fikirlərini bölüşüb. Sənətşünas izah edib ki, rəqəmsal alətlər sənətçinin imkanlarını genişləndirir, amma insan intuisiyasını və yaradıcı təbiəti əvəz edə bilmir.

– Süni intellekt impressionizm, kubizm və ya avanqard kimi yeni incəsənət istiqamətinə çevrilə bilərmi?

– Çətin. Bu istiqamətlərin yaranması XX əsr adamının yeni həyat tərzini, narahatlıqlarını və özünüdərkini ifadə etməkdə klassik sənətin dili artıq kifayət etmədiyi üçün baş verdi. İnsan din, mədəniyyət, sosial normalar və hökmran ideologiyaların təsirindən azad olduqca, həmin reallığın ifadəsi üçün yeni bədii dilə ehtiyac yarandı.

– Rəqəmsal texnologiyalar ilhamlanmağa kömək edirmi, yoxsa əksinə, daxili intuisiya və yaradıcılıq axtarışına mane olur?

– Kömək edir. Axtarışın özünü və onun istiqamətini formalaşdıran müəllifdir, rəqəmsal texnologiyalar yox. Bu prosesdə texnologiyalar yalnız əlavə təsir göstərə bilər. Nümunə olaraq, fotoaparatın və fotoportretin yaranması portret janrını məhv etmədi. Sadəcə təsvirin xarakteri dəyişdi. Məsələn, Pikassonun çoxsaylı portretləri kimi.

– Sizin üçün yaradıcılıq prosesində insan və maşının qarşılıqlı fəaliyyəti nə deməkdir?

– Hər şeydən əvvəl rutin əməliyyatlardan azad olmaq deməkdir. Bu, informasiya dəstəyi və sənət əsərinin yaradılması prosesinin sürətlənməsidir. Maşın işin mexaniki elementlərini öz üzərinə götürür və rəssamın konsepsiyaya daha çox diqqət ayırmasına imkan yaradır.

– Süni intellektin demək olar ki, məhdudiyyətsiz imkanları yaradıcılıq “tənbəlliyi” üçün risk yaratmır?

– Xeyr, yaratmır. Yaradıcılığın təbiəti elədir ki, süni intellekt yaradıcı şəxsi – onun iradəsindən asılı olmayaraq – narahat etməyə başlayan o fövqəltələbi əvəz edə bilmir. Süni intellekt əsərin yaranmasına səbəb olan daxili impulsu yaratmır.

– Süni intellektlə yaradıcı insan arasında rəqabət gözlənilirmi?

– Burada bir məqamı düzgün anlamaq lazımdır: süni intellekti istiqamətləndirən, ona yön verənlər IT-proqramçılardır. Bu gün məhz onlar sadə rəssamlarla rəqabət aparırlar və bu rəqabət artıq real şəkildə gedir. Amma süni intellektin özü sənətdə mümkün olan son hədlərə çatmağın təminatı deyil. İncəsənət antropologiya sahəsidir. Antropoloqlar isə deyirlər ki, insan elm üçün ən mürəkkəb obyekt sayılır və onun daxilində çoxlu, o cümlədən mistik sirlər var. Qısası, nəticə aydındır.

P.S. Elçin Şamillinin sözlərinə görə, süni intellekt mühüm alətə çevrilir, amma onun imkanları insanın bənzərsiz potensialı ilə müqayisədə məhduddur. Texnologiyalar işi sürətləndirir və ifadə imkanlarını genişləndirir, lakin incəsənətin inkişafında əsas istiqaməti yenə də yaradıcı şəxsiyyət və onun yeniliyə can atması müəyyən edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İctimai xadim, yazıçı və pedaqoq

09:15
24 Yanvar

Elmdə iz qoyan alim 

09:10
24 Yanvar

Səhnənin sönməz ulduzu

09:05
24 Yanvar

Cəmiyyət öz gücünü birləşdirərsə...

09:00
24 Yanvar

Adını Vətənin azadlıq tarixinə yazdı

08:55
24 Yanvar

Köhnə ilin uğurları, yeni ilin vəzifələri

08:50
24 Yanvar

2025-ci il ağdamlılar üçün doğma yurda qayıdışın başlanğıc tarixidir

08:45
24 Yanvar

Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı

08:40
24 Yanvar

Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq

08:35
24 Yanvar

İlham Əliyevin Davos diplomatiyası

08:30
24 Yanvar

Azərbaycan sülhsevər imicini Davos İqtisadi Forumunda bir daha dünyaya nümayiş etdirdi

08:25
24 Yanvar

Bu forumda da Azərbaycanın logistika və enerji imkanları diqqət mərkəzində oldu

08:23
24 Yanvar

Azərbaycan qlobal müstəvidə mövqelərini daha da möhkəmləndirir

08:20
24 Yanvar

İlham Əliyev Davos forumunda Azərbaycanın regional lider mövqeyini daha da möhkəmləndirdi

08:15
24 Yanvar

Azərbaycan qlobal siyasi və iqtisadi proseslərə təsir göstərən dövlətdir

08:10
24 Yanvar

Sülh və qayıdış 

08:05
24 Yanvar

Azərbaycan-ABŞ əlaqələri strateji tərəfdaşlığa əsaslanır

08:00
24 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

01:39
24 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Akvakulturanın həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:39
24 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 24 fevral tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 2 nömrəli əlavəsinin 6-cı və 7-ci maddələrində nəzərdə tutulan fəaliyyət növləri üzrə lisenziya alınması tələbinin şamil olunmadığı paylarının (səhmlərinin) 100 faizi dövlətə məxsus olan hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:38
24 Yanvar

Azercell korporativ abunəçilərinin nəzərinə!

01:33
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!