13 Avqust 2026 10:40
374
SİYASƏT
A- A+
Qlobal logistika Naxçıvanda mərkəzlənir: Azərbaycanın təhlükəsizlik və dəhliz strategiyası – TƏHLİL  

Qlobal logistika Naxçıvanda mərkəzlənir: Azərbaycanın təhlükəsizlik və dəhliz strategiyası – TƏHLİL  


Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə sülh, təhlükəsizlik, təchizat zəncirləri ilə bağlı qeyd etdiyi istiqamətlər Naxçıvanın regional və qlobal əhəmiyyətini ölkəmizin hərbi-siyasi və diplomatik zəfəri kontekstində bir daha ön plana çıxardı.


Əlahiddə Ümumqoşun Ordu – Kövrək regionda təhlükəsizlik zəmanəti


Prezident İlham Əliyev Azərbaycanın təhlükəsizlik arxitekturasını getdikcə gücləndirən daha bir məqamı Naxçıvandakı ordu amili ilə əlaqələndirib.

Dövlətimizin başçısının müsahibəsi Naxçıvanın regional təhlükəsizlik çağırışlarından irəli gələrək müdafiə mexanizmlərinin gücləndirilməsinə diqqət yönəldir. Müsahibədə vurğulanan bu müdafiə mexanizmlərinin əsas istiqamətlərini və regionun strateji əhəmiyyətini ifadə edən tezisləri aşağıdakı kimi qruplaşdırmaq olar:

- Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birbaşa coğrafi bağlantısının olmaması və spesifik mövqeyi regionun təhlükəsizliyinə xüsusi və daha böyük diqqət ayrılmasını tələb edir;

- Naxçıvanda yaradılan Əlahiddə Ümumqoşun Ordu muxtar respublikanın coğrafi şəraitinə uyğun olaraq spesifik xüsusiyyətlərlə formalaşdırılır;

- Azərbaycan Silahlı Qüvvələri regionda söz sahibidir və Naxçıvanın hərbi potensialı gələcəkdə də planlı şəkildə gücləndiriləcək.

Bu, regionda müharibə xarakterli transformasiyaların sürətləndiyi bir zamanda iqtisadi və siyasi sabitliyin qarantının tərkib hissəsidir.


Azərbaycanın Avrasiya geosiyasi gündəliyindəki statusu


Prezident İlham Əliyev müsahibədə bildirdi: “Bütövlükdə bunu mən artıq həm bəyan etmişdim və həm də biz bunu artıq strukturlaşdırdıq ki, Naxçıvan, azad olunmuş ərazilər - Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir”.

Naxçıvanın üzrə strategiyanın işğaldan azad edilmiş ərazilərlə uyğunluğu regional münasibətləri Azərbaycanın maraqlarının çərçivəsinə inteqrasiya edir. Naxçıvan Türkiyə, İran və Ermənistanla sərhəddə yerləşən strateji regiondur. Bu, Azərbaycanın təhlükəsizlik çərçivələrinin möhkəmləndiyi bölgə olmaqla yanaşı, iqtisadi-ticari əlaqələr üzrə haba çevrilməyə də çox yaxınlaşır. Bu, daha çox regionda müdafiə baxımından ortaq maraqların formalaşması ilə bərabər, iqtisadi əməkdaşlıqlar üçün fürsətlərin yaranması ilə əlaqəlidir. Naxçıvanla əlaqədar nəticələr yəqin ki, bundan sonra regional və beynəlxalq müstəvidə tez-tez, daha dərindən müzakirə olunacaq. Həm də ona görə ki, muxtar republika beynəlxalq səviyyədə nəqliyyat arteriyasına çevrilir.

Prezident İlham Əliyevin müsahibəsi qlobal və regional rəqabətin gücləndiyi bir zamanda Azərbaycanın Avrasiya geosiyasətindəki təyinedici xüsusiyyətləri barədə gündəlik formalaşdırdı.

Çünki strateji nəqliyyat bağlantısı ilə bağlı proqramlar Azərbaycan-Ermənistan sülh gündəmi fonunda həm regional dinamikanı, həm də Avropa ilə Asiya arasında ticarətin gələcəyinə müsbət təsir edən prinsiplərə malikdir.

Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi (TRIPP marşrutu) strateji nəqliyyat marşrutuna çevrilir. Belə ki, Zəngəzur dəhlizinin Şərq-Qərb və Şimal Cənub nəqliyyat dəhlizlərində birləşdirici qol olması geniş əməkdaşlıq formatı yarada bilər.

Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin perspektivini Naxçıvanda şaxələndiriləcək nəqliyyat infrastrukturu ilə izah etməsi həmin format haqqında müsbət təəssüratlar yaradır. Çünki dövlətimizin başçısı bu dəhlizi Şərq-Qərb və Şimal-Cənub meqa-nəqliyyat arteriyalarının strateji kəsişmə nöqtəsi kimi qiymətləndirdi. Prezidentin verdiyi mesajlardan aydın olur ki:

- Zəngəzur dəhlizi regional kommunikasiyaların bərpa olunması çərçivələrindən kənara çıxaraq Avrasiyanın logistik zəncirində mühüm rol oynayacaq;

- Şaxələndirmə Şimal-Cənub dəhlizinin coğrafi əhatəsini Körfəz və Pakistan kimi strateji regionlara qədər genişləndirir. Bu, makrodəhlizlər sistemində Naxçıvanın geoiqtisadi mərkəz statusunu formalaşdırır.


Yekun


Dövlətimizin başçısı Naxçıvanın təhlükəsizliyində güc strukturunun əhəmiyyətini vurğulamaqla Azərbaycanın tranzit marşrutları üzərində genişlənən mövqeyinə dərindən nəzər salır. Bu, regionda güc mərkəzlərinin ambisiyaları ilə əlaqəli olan inhisarı aradan qaldırmaq üçün dəqiq hesablanmış addımların elan edilməsi kimi başa düşülə bilər.

Zəngəzur dəhlizi Azərbaycan üçün regional və qlobal əməkdaşlıqda rəqabəti balanslaşdıraraq, əvəzində konsolidasiya yaradan təsir alətidir. Bu, Avropa ilə Asiya bazarlarını birləşdirən ticarət arxitekturasının səmərəli xətlərindən birini təşkil edir. Lakin Azərbaycan daha geniş strateji ölçünü də nəzərə alır. Bu, Avrasiya boyunca normaların nəzərə alınması, mövcud əlaqələr sistemini dəyişdirməyə yönəlmiş geniş geosiyasi mübarizənin yaratdığı risklərin ölçülməsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

12:37
13 Avqust

Qədim memarlığın şah əsəri - Quba Cümə məscidi 

12:35
13 Avqust

İyulda dünya miqyasında 1,85 milyon elektromobil satılıb

12:34
13 Avqust

Hacıqabul Sənaye Parkında yeni nəsil gübrə və biopestisidlər istehsal ediləcək

12:15
13 Avqust

Birinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb

12:01
13 Avqust

Azərbaycan Çinlə alüminium və metallurgiya sənayesində birgə layihələri müzakirə edib

11:59
13 Avqust

Bakı Təşəbbüs Qrupu Qlobal Cənub Gənclər Platformasının üzvlərini bir araya gətirib

11:57
13 Avqust

Milli Kitabxanada “Əfzələddin Xaqani Şirvani” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib

11:42
13 Avqust

“Meta” yeniyetmələrə aid 756 min hesabı bloklayıb

11:30
13 Avqust

Çimərlik voleybolu üzrə Azərbaycan millisi beynəlxalq turnirin qalibi olub 

11:28
13 Avqust

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

11:26
13 Avqust

İyulda OPEC-in sutkalıq neft hasilatı 23,6 milyon barelə yüksəlib

11:21
13 Avqust

“Dərnəgül” elektrik deposu qismən istismara verilib  

11:17
13 Avqust

Naxçıvan Azərbaycanın nəqliyyat və enerji strategiyalarının əsas mərkəzlərindən birinə çevriləcək 

11:12
13 Avqust

Naxçıvandan gələcəyə: Azərbaycanın dövlət strategiyası və yeni regional xəritəsi 

10:50
13 Avqust

Qlobal logistika Naxçıvanda mərkəzlənir: Azərbaycanın təhlükəsizlik və dəhliz strategiyası – TƏHLİL  

10:40
13 Avqust

Birləşmiş Ştatların neft ehtiyatları kəskin artıb

10:37
13 Avqust

Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yeni enerji dəhlizinin yaradılmasına dair danışıqlar aparır

10:35
13 Avqust

Yeniyetmələrin Respublika Şahmat Olimpiadasına yekun vurulub

10:30
13 Avqust

Prezidentin Naxçıvana hər gəlişi muxtar respublikada bayram əhval-ruhiyyəsi yaradır 

10:25
13 Avqust

BMqT: 2026-cı ildə qeyri-leqal miqrantlar arasında ölüm halları artıb

10:20
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!