13 Avqust 2026 11:17
383
İQTİSADİYYAT
A- A+
“Dərnəgül” elektrik deposu qismən istismara verilib  

“Dərnəgül” elektrik deposu qismən istismara verilib  


Bakı metropoliteni üçün mühüm əhəmiyyət daşıyan “Dərnəgül” elektrik deposunda inşaat işlərinin ikinci mərhələsi yekunlaşıb və obyekt qismən istismara verilib.

AZƏRTAC xəbər verir ki, “AZCON Holding”in şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin gələcək fəaliyyəti və sərnişin sıxlığının aradan qaldırılmasında strateji əhəmiyyətə malik bu vacib infrastruktur layihəsi 2025–2030-cu illər üzrə Dövlət Proqramına uyğun olaraq həyata keçirilir. Deponun tikintisi üçün ərazi 1986-cı ildə ayrılsa da, əsas inşaat işlərinə 2025-ci ilin aprel ayından başlanılıb.

Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin mühüm tərkib hissəsi sayılan “Dərnəgül” elektrik deposu bundan sonra Yaşıl xəttə müstəqil xidmət göstərəcək. Depoda qatarların təmir-baxış və qulluğu, gecələməsi və müxtəlif texniki proseslərin icrası üçün müasir şərait qurulub ki, bu da hazırda əsas yükü daşıyan “Nərimanov” elektrik deposunun işini xeyli yüngülləşdirməyə imkan yaradacaq. Həmçinin deponun istismarı metropolitendə xidmət keyfiyyətinin artırılmasına və hərəkət intervallarının azaldılmasına zəruri təkan verəcək.

16,5 hektar ərazini əhatə edən depoda 16 xidmət obyektinin (avadanlıqlar daxil) yaradılması nəzərdə tutulub. Mürəkkəb relyefə uyğun istinad divarları, çəpərlənmə işləri, 5 ədəd işıqlandırma qüllələri inşa edilib. Həmçinin zəruri xidmət və texniki otaqların inşası, habelə monolit döşəmə, fasad və üzləmə və MEP işləri 100 faiz tamamlanıb, kommunikasiya xətləri çəkilib.

Yaşıl xətti depo ilə birləşdirən 2100 metrlik tuneldə 2017 metr yol çəkilib. Tunel yolları “Bakı Metropoliteni” QSC-nin yerli istehsalı olan dəmir-beton bloklar üzərində qurulub. Depo ərazisində 18100 m³ yol yatağı qazılıb, 1700 ədəd dəmir-beton şpal düzülüb, 21 ədəd R50 tipli yoldəyişdirici quraşdırılıb, 1365 m yerüstü park yolu salınıb.

Qatarların gecələməsi, baxışı və təmiri üçün nəzərdə tutulmuş 155 metr eni, 133 metr uzunluğunda olan dayanma-təmir korpusunun dəmir-beton konstruksiyası, dam örtüyü, fasad hissəsi tikilib. Korpsun, ümumilikdə 25 qanovundan 12-nin inşası tam olaraq başa çatdırılıb. Qanovlardan 3-ü qaldırma-təmiri sahəsinə aiddir.

2 qazanxanada, eləcə də kompressor binasında əsas tikinti və montaj işləri yekunlaşıb, avadanlıqların quraşdırılması başa çatdırılıb. Drenaj, kanalizasiya, zəruri elektrik və telekommunikasiya, o cümlədən 2000 m fiberoptik xətt və 10 170 m kabel trasları çəkilib. Depo ərazisi 3 mənbədən elektrik təchizatı qida mənbəyi ilə təmin edilib.

Qatarların hərəkətinin təşkili və təhlükəsizliyi sistemləri, elektrik təchizatı xətləri, işarəvermə və rabitə avadanlıqları quraşdırılıb. 5 mərtəbəli dispetçer idarəetmə mərkəzləşmə məntəqəsi inşa edilib. Burada dizayn və memarlıq tərtibatı və digər zəruri tədbirlər hər mərhələnin tələblərinə uyğun davam etdirilir. Binada mərkəzləşmiş idarəetmə məntəqəsi ilə yanaşı, hərəkətin təşkili sistemləri, yanğın və vidomüşahidə sahələri də yerləşəcək.

Depoda yerüstü stansiyanın inşaat işləri də davam etdirilir. Burada əsas bina və platforma sahəsinin dəmir beton işlərinin inşası tamamlanıb.

Qeyd edək ki, “Dərnəgül” elektrik deposunun tikintisi ümumilikdə 3 mərhələdə həyata keçirilir. II mərhələnin tamamlanması Yaşıl və Qırmızı xətlərin ayrılmasına şərait yaradır. Belə ki, deponun istismara verilməsi nəticəsində xətlərin ayrılması layihəsi üzrə tikinti müddətində “Dərnəgül–Nizami” sahəsində hərəkət edən qatarların təmir-baxış və qulluğu burada həyata keçiriləcək.

Depoda III mərhələ üzrə işlər davam etdiriləcək, inşaat prosesinin və ərazidəki yerüstü stansiyanın 2028-ci ildə tam başa çatdırılması planlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qədim memarlığın şah əsəri - Quba Cümə məscidi 

12:35
13 Avqust

İyulda dünya miqyasında 1,85 milyon elektromobil satılıb

12:34
13 Avqust

Hacıqabul Sənaye Parkında yeni nəsil gübrə və biopestisidlər istehsal ediləcək

12:15
13 Avqust

Birinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb

12:01
13 Avqust

Azərbaycan Çinlə alüminium və metallurgiya sənayesində birgə layihələri müzakirə edib

11:59
13 Avqust

Bakı Təşəbbüs Qrupu Qlobal Cənub Gənclər Platformasının üzvlərini bir araya gətirib

11:57
13 Avqust

Milli Kitabxanada “Əfzələddin Xaqani Şirvani” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib

11:42
13 Avqust

“Meta” yeniyetmələrə aid 756 min hesabı bloklayıb

11:30
13 Avqust

Çimərlik voleybolu üzrə Azərbaycan millisi beynəlxalq turnirin qalibi olub 

11:28
13 Avqust

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

11:26
13 Avqust

İyulda OPEC-in sutkalıq neft hasilatı 23,6 milyon barelə yüksəlib

11:21
13 Avqust

“Dərnəgül” elektrik deposu qismən istismara verilib  

11:17
13 Avqust

Naxçıvan Azərbaycanın nəqliyyat və enerji strategiyalarının əsas mərkəzlərindən birinə çevriləcək 

11:12
13 Avqust

Naxçıvandan gələcəyə: Azərbaycanın dövlət strategiyası və yeni regional xəritəsi 

10:50
13 Avqust

Qlobal logistika Naxçıvanda mərkəzlənir: Azərbaycanın təhlükəsizlik və dəhliz strategiyası – TƏHLİL  

10:40
13 Avqust

Birləşmiş Ştatların neft ehtiyatları kəskin artıb

10:37
13 Avqust

Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yeni enerji dəhlizinin yaradılmasına dair danışıqlar aparır

10:35
13 Avqust

Yeniyetmələrin Respublika Şahmat Olimpiadasına yekun vurulub

10:30
13 Avqust

Prezidentin Naxçıvana hər gəlişi muxtar respublikada bayram əhval-ruhiyyəsi yaradır 

10:25
13 Avqust

BMqT: 2026-cı ildə qeyri-leqal miqrantlar arasında ölüm halları artıb

10:20
13 Avqust

Neft qiymətləri ucuzlaşıb 

10:17
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!