13 Avqust 2026 12:01
129
Təhsil
A- A+
Birinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb

Birinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb


Ali təhsil müəssisələrinə qəbul imtahanında I ixtisas qrupunun RK altqrupu üzrə 282 nəfər, Rİ altqrupu üzrə 569 nəfər 600 və daha çox bal toplayıb.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahan nəticələrinə əsasən I ixtisas qrupunun RK altqrupu üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 7 662, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 12 min 622 abituriyent müsabiqədə iştirak hüququ əldə edib.

I ixtisas qrupunun Rİ altqrupu üzrə isə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 8 073, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 10 min 999 abituriyent qəbul müsabiqəsində iştirak hüququ qazanıb.

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan bölməsi üzrə Azərbaycan bölməsi üzrə 12 min 650, rus bölməsi üzrə 675, hər iki bölmənin birgə müsabiqəsi üzrə 6825 yer olmaqla, ümumilikdə 20 min 150 yer nəzərdə tutulur. Həmin yerlərdən 15 min 200-ü dövlət sifarişi əsasındadır.

I ixtisas qrupundakı plan yerlərinin altqruplar üzrə paylanmasına gəldikdə isə RK altqrupunda ümumilikdə 12 min 710 (o cümlədən Azərbaycan bölməsində 8610, rus bölməsində 360, hər iki bölmənin birgə müsabiqəsi üzrə 3740) yer ayrılıb. RK altqrupunda dövlət sifarişi əsasında 8905 plan yeri var.

Rİ altqrupu üzrə ümumilikdə 7440 ( o cümlədən Azərbaycan bölməsində 4040, rus bölməsində 315, hər iki bölmənin birgə müsabiqəsi üzrə 3085) yer ayrılıb. Rİ altqrupunda dövlət sifarişi əsasında 6295 plan yeri var.

Qeyd edək ki, kompüter elmləri ixtisası üçün 60, geologiya və geofizika mühəndisliyi ixtisası üçün 30, kimya mühəndisliyi ixtisası üçün 40, neft-qaz mühəndisliyi ixtisası üçün 30 və kimya ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 30 yerin müsabiqəsində Azərbaycan-Fransız Universitetinə qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mehmet Fatih Kacır: Türkiyə raket və peyklərini kosmosa göndərmək üçün çalışır

13:20
13 Avqust

Naxçıvan Azərbaycanın yeni regional strategiyasının əsas dayaqlarından birinə çevrilir 

13:03
13 Avqust

DİM sədri: III ixtisas qrupunda yüksək müsabiqə vəziyyəti müşahidə olunur

13:01
13 Avqust

Naxçıvan Azərbaycanın strateji imkanlarını genişləndirir

12:57
13 Avqust

Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

12:37
13 Avqust

Qədim memarlığın şah əsəri - Quba Cümə məscidi 

12:35
13 Avqust

İyulda dünya miqyasında 1,85 milyon elektromobil satılıb

12:34
13 Avqust

Hacıqabul Sənaye Parkında yeni nəsil gübrə və biopestisidlər istehsal ediləcək

12:15
13 Avqust

Birinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb

12:01
13 Avqust

Azərbaycan Çinlə alüminium və metallurgiya sənayesində birgə layihələri müzakirə edib

11:59
13 Avqust

Bakı Təşəbbüs Qrupu Qlobal Cənub Gənclər Platformasının üzvlərini bir araya gətirib

11:57
13 Avqust

Milli Kitabxanada “Əfzələddin Xaqani Şirvani” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib

11:42
13 Avqust

“Meta” yeniyetmələrə aid 756 min hesabı bloklayıb

11:30
13 Avqust

Çimərlik voleybolu üzrə Azərbaycan millisi beynəlxalq turnirin qalibi olub 

11:28
13 Avqust

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

11:26
13 Avqust

İyulda OPEC-in sutkalıq neft hasilatı 23,6 milyon barelə yüksəlib

11:21
13 Avqust

“Dərnəgül” elektrik deposu qismən istismara verilib  

11:17
13 Avqust

Naxçıvan Azərbaycanın nəqliyyat və enerji strategiyalarının əsas mərkəzlərindən birinə çevriləcək 

11:12
13 Avqust

Naxçıvandan gələcəyə: Azərbaycanın dövlət strategiyası və yeni regional xəritəsi 

10:50
13 Avqust

Qlobal logistika Naxçıvanda mərkəzlənir: Azərbaycanın təhlükəsizlik və dəhliz strategiyası – TƏHLİL  

10:40
13 Avqust

Birləşmiş Ştatların neft ehtiyatları kəskin artıb

10:37
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!