12 Avqust 2026 15:16
195
SİYASƏT
A- A+
Naxçıvanın Azərbaycanın geosiyasi sistemindəki strateji əhəmiyyəti artır

Naxçıvanın Azərbaycanın geosiyasi sistemindəki strateji əhəmiyyəti artır

 

Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri muxtar respublikanın sosial-iqtisadi simasını tamamilə dəyişəcək və onu regionun ən müasir mərkəzlərindən birinə çevirəcək yeni bir mərhələnin başlanğıcıdır. Səfər çərçivəsində dövlət başçımız tərəfindən səsləndirilən fikirlər və təməli qoyulan layihələr Naxçıvanın strateji gələcəyini müəyyən edir.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında deyib ki, İran, Türkiyə və Ermənistanla sərhədi olan Naxçıvanın Azərbaycanın ümumi geosiyasi və milli təhlükəsizlik sistemindəki strateji əhəmiyyəti daim xüsusi diqqətdə saxlanılıb. Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu siyasət davam etdirilib və muxtar respublikanın infrastrukturunun yenilənməsi, nəqliyyat imkanlarının artırılması, sosial obyektlərin yaradılması və iqtisadi potensialının gücləndirilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirilib. “Prezident İlham Əliyev azad edilmiş ərazilərdə tətbiq edilən müasir şəhərsalma təcrübəsinin Naxçıvanda da reallaşdırılması üçün konkret göstəriş verib. Dövlət başçısı işğaldan azad edilmiş bütün ərazilərdə şəhərlərin baş planlarının təsdiqləndiyini xatırladaraq, Naxçıvan şəhərinin də Baş planının hazırlanması barədə tapşırıq verdiyini açıqlayıb. Bu plan çərçivəsində şəhərdə müasir infrastrukturun yaradılması üçün əlavə tədbirlər görüləcək. Nəqliyyatın modernləşdirilməsi də prioritet sahələrdən biridir. Naxçıvan şəhərində ekoloji təmiz nəqliyyata keçid formalaşdırılır. Şəhərdə köhnə avtobuslar tamamilə sıradan çıxarılıb və yeni elektrik avtobusları xəttə buraxılıb. Həmçinin rayonlararası nəqliyyatın yaxşılaşdırılması üçün 217 yeni müasir avtobusun alınması nəzərdə tutulur”, – deyə o əlavə edib.

Naxçıvanın həm də Azərbaycanın yaşıl enerji zonalarından biri olduğunu diqqətə çatdıran deputat bildirib ki, elektrik avtobuslarından və günəş enerjisindən istifadənin genişləndirilməsi ilə Naxçıvanın 2050-ci ilədək xalis sıfır karbonlu əraziyə çevrilmək potensialı var və bu istiqamətdə artıq öhdəliklər götürülüb. Şəhərin mərkəzində yeni beşulduzlu mehmanxananın təməli qoyulub ki, bu da bölgənin zəngin turizm potensialının reallaşdırılmasına xidmət edəcək. Eyni zamanda, uşaq bağçalarının tikintisi və təmiri kimi sosial məsələlərin həlli də plana daxildir.

P.Vəliyeva qeyd edib ki, Prezidentin sayca 17-ci olan bu səfəri bir neçə mühüm strateji hədəfə yönəlib: “Naxçıvan artıq Qarabağ və Şərqi Zəngəzurla birlikdə vahid inkişaf konsepsiyası əsasında idarə olunur. Bu, həm inzibati islahatları, Prezidentin xüsusi nümayəndəliyi institutu, həm də iqtisadi planlaşdırmanı əhatə edir. Sumqayıtdan sonra ölkədə ikinci ən böyük sənaye parkı olacaq Naxçıvan Sənaye Parkının və burada 300 meqavatlıq istilik elektrik stansiyasının təməlinin qoyulması muxtar respublikanı ixracatçı regiona çevirir. Naxçıvanın Yaşıl enerji zonası elan edilməsi və burada 500-1000 meqavat günəş enerjisi potensialından geniş istifadə edilməsi hədəflənir. Bu isə regionda Azərbaycanı bu sahədə lider edir”.

Deputat vurğulayıb ki, Naxçıvan artıq yalnız Azərbaycanın ayrılmaz hissəsi olan strateji bir ərazi kimi deyil, regionun yeni nəqliyyat və iqtisadi arxitekturasının mühüm qovşaqlarından birinə çevrilir. 8 avqust Vaşinqton razılaşmalarından sonra Naxçıvan nəhayət ki, Zəngəzur dəhlizinin tam fəaliyyətə başlaması ilə avtomobil yolu, dəmir yolu və digər bağlantılarla Azərbaycanın digər ərazilərinə birləşəcək. Bu, yalnız Azərbaycanla Naxçıvan arasında maneəsiz və çoxmodallı bağlantının təmin edilməsi demək deyil. Naxçıvan, eyni zamanda, Avropanı Asiya ilə birləşdirən Orta Dəhlizin əsas həlqələrindən birinə çevriləcək. Bu yolların ətrafında iqtisadi fəallıq, yeni iş yerləri, turizm, ticarət, mədəni mübadilə və insanların rifahı artacaq. “Marşrutun Türkiyə ilə birləşdirilməsi regional və qlobal miqyasda böyük əhəmiyyətə malikdir. Mərkəzi Asiyadan Transxəzər marşrutu vasitəsilə Türkiyəyə və oradan Avropaya uzanan bu xətt ticarətdə fasiləsiz nəqliyyat bağlantısı yaradacaq və Şərq-Qərb, eləcə də Şimal-Cənub nəqliyyat dəhlizləri boyunca yerləşən tranzit ölkələr üçün əhəmiyyətli fayda verəcək. Prezidentin qeyd etdiyi kimi, Naxçıvanda həyata keçirilən bütün layihələrin təməlində milli kimlik, milli ruh və insanların firavan yaşayışı dayanır”, – o əlavə edib.

 

Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbulda Türk dünyasında diasporun rolu müzakirə edilib

16:10
12 Avqust

Prezident Ərdoğan: Regionun problemləri regional aktorların özləri tərəfindən həll olunmalıdır

16:05
12 Avqust

Naxçıvanda Regional DOST Mərkəzi fəaliyyətə başlayıb

16:00
12 Avqust

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

15:57
12 Avqust

Naxçıvanın geosiyasi və geoiqtisadi baxımdan əhəmiyyəti artır

15:52
12 Avqust

Naxçıvanın uzunmüddətli inkişaf strategiyası: təhlükəsizlikdən dayanıqlı iqtisadiyyata və regional bağlantılara

15:49
12 Avqust

Naxçıvanın yeni inkişaf mərhələsində strateji hədəflər və regional imkanlar

15:47
12 Avqust

20 kanal yenidən qurulacaq, 41 nasos stansiyası əsaslı təmir olunacaq, 40 artezian quyusu qazılacaq

15:44
12 Avqust

Naxçıvanın inkişafına 258 milyon manat: İnvestisiya paketi nəyi dəyişəcək?

15:41
12 Avqust

ANAMA beynəlxalq seminarda ekspert qismində təmsil olunur

15:33
12 Avqust

BMU-da müasir laboratoriyalar keyfiyyətli təhsil və elmi tədqiqat imkanlarını genişləndirir

15:25
12 Avqust

Professor: Naxçıvan beynəlxalq ticarət, tranzit və logistika mərkəzinə çevriləcək

15:17
12 Avqust

Naxçıvanın Azərbaycanın geosiyasi sistemindəki strateji əhəmiyyəti artır

15:16
12 Avqust

Akkreditasiya edilmiş inspeksiya orqanları ilə maarifləndirici görüş baş tutub

15:09
12 Avqust

Naxçıvandan verilən mesaj: ölkənin tarixini qorumaq onun gələcəyini qurmaq deməkdir

15:05
12 Avqust

Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması Türk dünyasına da töhfə verəcək

15:01
12 Avqust

Naxçıvanda da şəhid ailələrinə və qazilərə yüksək qayğı var

14:47
12 Avqust

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib: gənclər arasında vəziyyət narahatlıq doğurur 

14:45
12 Avqust

Yeni yoxlama sistemindən sonra Aİ ölkələrinin hava limanlarında növbələr artıb

14:43
12 Avqust

Prezidentin muxtar respublikaya səfəri regionun inkişaf istiqamətlərini müəyyənləşdirdi

14:42
12 Avqust

Naxçıvan - tarixi qayğıdan yeni geosiyasi və iqtisadi mərhələyə

14:40
12 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!