13 Avqust 2026 12:35
127
Mədəniyyət
A- A+
Qədim memarlığın şah əsəri - Quba Cümə məscidi 

Qədim memarlığın şah əsəri - Quba Cümə məscidi 


Ölkəmizdə zəngin memarlıq üslubuna malik qədim məscidlərdən biri də Quba şəhərindəki Cümə məscididir. Bu məscid təkcə Qubada deyil, Azərbaycanın şimal-şərqində ən qədim dini mərkəzlərdən biri hesab edilir. Binanın tikintisi müəyyən fasilələrlə 10 il davam edib və 1802-ci ildə başa çatdırılıb.

Qazı Nəsrullah əfəndinin oğlu Qazı İsmayıl əfəndinin maddi yardımı ilə tikilən məscidin kitabəsində onu inşa edən memar haqqında məlumat verilib. Kitabədə yazılıb: “Bu məscidi şərif aləmlərin rəbbi olan Allahın inayəti ilə Qazı Nəsrulla ibn Hacı İsmayılın vəsaiti ilə memar Əbu Bəkr Əcəmi ən Naxçıvani sülaləsindən olan memar Osman ibn Ömər tikmişdir. Hicri 1217-ci il”.

Məscid və onun nəzdində olan mədrəsə 1924-cü ilədək fəaliyyət göstərib. Sovet dövründə digər dini məkanlar kimi, onun da fəaliyyəti qadağan edilib. 1933-cü ildə mədrəsə və minarə, sonralar isə digər tikililər dağıdılıb. Məscidin dağıdılacağını bilən rayon əhalisi gecə ilə dəyirman daşlarını və çuvallarla buğdalarını gətirib məscidi dəyirmana çeviriblər ki, onu dağılmaqdan xilas etsinlər. Bir müddətdən sonra bura anbar kimi istifadə olunub, daha sonra isə xalça muzeyi fəaliyyət göstərib.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscid yenidən dindarların istifadəsinə verilib. Yerli əhəmiyyətli memarlıq abidəsi olan məscid səkkiztinli prizma şəklindədir, daxildən hündürlüyü 18 metr, sahəsi 360 kvadratmetrdir. Məscidin tikintisində istifadə olunmuş zığ kərpiclər rayonun 8-10 kilometrliyində yerləşən İqrığ kəndində hazırlanıb. Deyilənə görə, Quba camaatı həmin kənddən kərpicləri əlləri ilə bir-birinə ötürə-ötürə məscid tikilən yerə gətirib. Binanın tikintisində əsasən un, yumurta və əhəngdən istifadə olunub. Məscidin mehrab hissəsi Mədinə şəhərindəki məsciddə olduğu kimi işlənib. Tikilinin orta hissələrində sütunun olmaması memarın yüksək peşəkarlığından xəbər verir.

Məscidin ətrafına şəbəkəli hasar çəkilib, dəstəmaz yeri və mədrəsə tikilib, ərazidə abadlıq işləri aparılıb. Ötən əsrin 90-cı illərində məsciddə 50 metr hündürlükdə yeni minarə ucaldılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mehmet Fatih Kacır: Türkiyə raket və peyklərini kosmosa göndərmək üçün çalışır

13:20
13 Avqust

Naxçıvan Azərbaycanın yeni regional strategiyasının əsas dayaqlarından birinə çevrilir 

13:03
13 Avqust

DİM sədri: III ixtisas qrupunda yüksək müsabiqə vəziyyəti müşahidə olunur

13:01
13 Avqust

Naxçıvan Azərbaycanın strateji imkanlarını genişləndirir

12:57
13 Avqust

Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

12:37
13 Avqust

Qədim memarlığın şah əsəri - Quba Cümə məscidi 

12:35
13 Avqust

İyulda dünya miqyasında 1,85 milyon elektromobil satılıb

12:34
13 Avqust

Hacıqabul Sənaye Parkında yeni nəsil gübrə və biopestisidlər istehsal ediləcək

12:15
13 Avqust

Birinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb

12:01
13 Avqust

Azərbaycan Çinlə alüminium və metallurgiya sənayesində birgə layihələri müzakirə edib

11:59
13 Avqust

Bakı Təşəbbüs Qrupu Qlobal Cənub Gənclər Platformasının üzvlərini bir araya gətirib

11:57
13 Avqust

Milli Kitabxanada “Əfzələddin Xaqani Şirvani” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib

11:42
13 Avqust

“Meta” yeniyetmələrə aid 756 min hesabı bloklayıb

11:30
13 Avqust

Çimərlik voleybolu üzrə Azərbaycan millisi beynəlxalq turnirin qalibi olub 

11:28
13 Avqust

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

11:26
13 Avqust

İyulda OPEC-in sutkalıq neft hasilatı 23,6 milyon barelə yüksəlib

11:21
13 Avqust

“Dərnəgül” elektrik deposu qismən istismara verilib  

11:17
13 Avqust

Naxçıvan Azərbaycanın nəqliyyat və enerji strategiyalarının əsas mərkəzlərindən birinə çevriləcək 

11:12
13 Avqust

Naxçıvandan gələcəyə: Azərbaycanın dövlət strategiyası və yeni regional xəritəsi 

10:50
13 Avqust

Qlobal logistika Naxçıvanda mərkəzlənir: Azərbaycanın təhlükəsizlik və dəhliz strategiyası – TƏHLİL  

10:40
13 Avqust

Birləşmiş Ştatların neft ehtiyatları kəskin artıb

10:37
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!