13 Avqust 2026 10:10
365
SİYASƏT
A- A+
Prezidentin Naxçıvana 17 dəfə səfər etməsi muxtar respublikaya dövlət qayğısının bariz ifadəsidir 

Prezidentin Naxçıvana 17 dəfə səfər etməsi muxtar respublikaya dövlət qayğısının bariz ifadəsidir 


Naxçıvan Azərbaycanın çoxəsrlik zəngin tarixində layiqli yer tutmaqla yanaşı, ölkənin ictimai-siyasi, elmi və mədəni həyatında da özünəməxsus rol oynayıb. Əsrlər boyu yetişdirdiyi görkəmli şəxsiyyətlərlə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin inkişafına mühüm töhfələr verib. Xüsusilə Naxçıvanın uzun müddət tam təcrid və ağır blokada şəraitində yaşadığı dövrdə Azərbaycanın müstəqilliyi uğrunda atdığı cəsarətli addımlar xüsusi əhəmiyyət daşıyır. Muxtar respublika həmin çətin illərdə milli dövlətçiliyin bərpası, qorunması və möhkəmləndirilməsi naminə mühüm siyasi iradə və fədakarlıq nümayiş etdirib.

Azərbaycanın müstəqilliyə gedən yolunda atılan qətiyyətli addımlardan biri məhz Naxçıvandan başlayıb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi kimi qəbul edilməsi həmin dövrün mürəkkəb ictimai-siyasi proseslərinə mühüm təsir göstərib. Bu tarixi qərar Azərbaycanın dövlət müstəqilliyinə doğru irəliləyişini sürətləndirən mühüm siyasi addımlardan biri olub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Komitə sədri xatırladıb ki, Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Ali Məclisi 1990-cı ildə SSRİ-nin qorunub saxlanılması ilə bağlı ümumittifaq referendumuna qarşı çıxıb və üçrəngli dövlət bayrağımız ilk dəfə Naxçıvan Ali Məclisində qaldırılıb. Muxtar respublikanın adından “sovet, sosialist” sözlərinin çıxarılması da Ulu Öndərin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən biri olub.

1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilmiş ilk milli Konstitusiya Naxçıvanın muxtariyyət statusunu hüquqi cəhətdən daha da möhkəmləndirib. Həmin vaxtdan etibarən Naxçıvanın sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində əsaslı dönüş yaradılıb. Baxmayaraq ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu qədim diyar uzun müddət blokada şəraitində qalıb, Ulu Öndərin uzaqgörən siyasəti və dövlət idarəçiliyindəki zəngin təcrübəsi, eləcə də yerli əhalinin fədakarlığı sayəsində Naxçıvanda həyat öz axarı ilə davam edib.

Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Naxçıvana 17 dəfə səfər etməsi muxtar respublikaya dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Dövlətimizin başçısının Naxçıvana hər səfəri özündə böyük məna daşıyıb və mühüm, unudulmaz nəticələrlə yadda qalıb.

Hüquq müdafiəçisi Prezident İlham Əliyevin son günlərdə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəyə münasibət bildirərkən deyib ki, dövlətimizin başçısı Naxçıvanın bundan sonra da sürətli sosial-iqtisadi inkişafının təmin ediləcəyini diqqətə çatdırıb. Prezident İlham Əliyev Naxçıvanın müdafiə potensialının gücləndirilməsini prioritet məsələ kimi qiymətləndirib. Qeyd edib ki, Naxçıvanın hərbi gücü özünü göstərdi - həm texnika ilə təchizat, özü də ən müasir texnika ilə, həm də yeni komando qüvvələrinin yaradılması. Bu gün Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək.

Tanınmış hüquqşünas Prezident İlham Əliyevin Naxçıvana hər səfərinin mühüm hadisələrlə yadda qaldığını bildirərək vurğulayıb ki, son səfər zamanı dövlətimizin başçısı birinci xanım Mehriban Əliyeva ilə birlikdə Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib. Bildirilib ki, Naxçıvan Sənaye Parkı 310 hektar ərazini əhatə edəcək. Artıq sənaye parkına potensial sahibkarların cəlb olunması istiqamətində bir sıra layihələr üzrə danışıqlar aparılır. Naxçıvan Sənaye Parkının tərkib hissəsi kimi 300 meqavat gücündə istilik elektrik stansiyasının da inşa edilməsi nəzərdə tutulur.

Ç.Qənizadə dövlətimizin başçısının müsahibəsində diqqəti cəlb edən daha bir mühüm məqama toxunub. O, Prezident İlham Əliyevin Naxçıvanın Azərbaycanın tarixində və dövlətçilik ənənələrində xüsusi rolunu vurğuladığını qeyd edib: “Prezident qeyd etdi ki, Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib. Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Yəni bu bölgənin zəngin tarixi, burada yaşayan insanların mərdliyi, doğma Vətənə bağlılığı, eyni zamanda, Naxçıvanın strateji yerləşməsi və imkanları, burada icra olunan və olunacaq layihələr bu gün təkcə Azərbaycan üçün deyil - halbuki, birinci növbədə, Azərbaycan üçün - geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edir”.

Komitə sədri bir neçə ay bundan əvvəl qəbul edilmiş kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında da Naxçıvanın xüsusi yer tutduğunu bildirib. Onun sözlərinə görə, Naxçıvan çox zəngin tarixə və mədəniyyətə, o cümlədən özünəməxsus memarlıq mədəniyyətinə malikdir.

Ç.Qənizadə qeyd edib ki, Prezident İlham Əliyev müsahibəsində Zəngəzur dəhlizinin yaradılması məsələsinə də toxunub. Eyni zamanda, dövlətimizin başçısı Naxçıvanın zəngin turizm potensialına diqqət çəkib. Naxçıvanın həm tarixi abidələri, həm gözəl təbiəti, təmiz havası və mənzərəli yerləri var.

“Dövlətimizin başçısı Naxçıvan Muxtar Respublikasının inkişafı üçün dövlət tərəfindən zəruri olan bütün addımların indiyədək atıldığını və bundan sonra da atılacağını qəti şəkildə ifadə edib. Naxçıvanda Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə üsulunun yaradılması faktiki olaraq bu üç bölgənin inzibati baxımdan da əlaqələndirilməsinə imkan verir”, - deyə fəlsəfə doktoru vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

12:37
13 Avqust

Qədim memarlığın şah əsəri - Quba Cümə məscidi 

12:35
13 Avqust

İyulda dünya miqyasında 1,85 milyon elektromobil satılıb

12:34
13 Avqust

Hacıqabul Sənaye Parkında yeni nəsil gübrə və biopestisidlər istehsal ediləcək

12:15
13 Avqust

Birinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb

12:01
13 Avqust

Azərbaycan Çinlə alüminium və metallurgiya sənayesində birgə layihələri müzakirə edib

11:59
13 Avqust

Bakı Təşəbbüs Qrupu Qlobal Cənub Gənclər Platformasının üzvlərini bir araya gətirib

11:57
13 Avqust

Milli Kitabxanada “Əfzələddin Xaqani Şirvani” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib

11:42
13 Avqust

“Meta” yeniyetmələrə aid 756 min hesabı bloklayıb

11:30
13 Avqust

Çimərlik voleybolu üzrə Azərbaycan millisi beynəlxalq turnirin qalibi olub 

11:28
13 Avqust

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

11:26
13 Avqust

İyulda OPEC-in sutkalıq neft hasilatı 23,6 milyon barelə yüksəlib

11:21
13 Avqust

“Dərnəgül” elektrik deposu qismən istismara verilib  

11:17
13 Avqust

Naxçıvan Azərbaycanın nəqliyyat və enerji strategiyalarının əsas mərkəzlərindən birinə çevriləcək 

11:12
13 Avqust

Naxçıvandan gələcəyə: Azərbaycanın dövlət strategiyası və yeni regional xəritəsi 

10:50
13 Avqust

Qlobal logistika Naxçıvanda mərkəzlənir: Azərbaycanın təhlükəsizlik və dəhliz strategiyası – TƏHLİL  

10:40
13 Avqust

Birləşmiş Ştatların neft ehtiyatları kəskin artıb

10:37
13 Avqust

Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yeni enerji dəhlizinin yaradılmasına dair danışıqlar aparır

10:35
13 Avqust

Yeniyetmələrin Respublika Şahmat Olimpiadasına yekun vurulub

10:30
13 Avqust

Prezidentin Naxçıvana hər gəlişi muxtar respublikada bayram əhval-ruhiyyəsi yaradır 

10:25
13 Avqust

BMqT: 2026-cı ildə qeyri-leqal miqrantlar arasında ölüm halları artıb

10:20
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!