12 Avqust 2026 15:05
277
SİYASƏT
A- A+
Naxçıvandan verilən mesaj: ölkənin tarixini qorumaq onun gələcəyini qurmaq deməkdir

Naxçıvandan verilən mesaj: ölkənin tarixini qorumaq onun gələcəyini qurmaq deməkdir


Prezident İlham Əliyev Naxçıvana səfəri çərçivəsində Azərbaycan televiziyasına verdiyi müsahibədə mühüm mesajlar səsləndirdi. Dövlətimizin başçısı ölkəmizin sosial-iqtisadi inkişafından, strateji məsələlərdən, Naxçıvanın gələcək perspektivlərindən danışmaqla yanaşı, milli kimliyimizin əsasını təşkil edən tarixi-mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə və xalqımızın tarixi yaddaşına toxundu. 

Bu, heç də təsadüfi deyil. Dövlətin qüdrəti yalnız iqtisadi inkişaf və sosial rifahla məhdudlaşmır. Güclü dövlətin təməlində güclü ictimai şüur, milli ruh, tarixi yaddaş və mənəvi dəyərlər dayanır. Öz tarixini, mədəniyyətini, dilini, ədəbiyyatını və milli irsini qoruyan xalq gələcəyə daha inamla addımlayır. Prezident İlham Əliyevin siyasətinin mərkəzində bu yanaşmanın dayandığı aydın görünür. Dövlətimizin başçısı Azərbaycanın maddi inkişafı ilə yanaşı, xalqımızın mənəvi sərvətlərinin qorunmasına, tarixi abidələrimizin bərpasına və milli dəyərlərimizin gələcək nəsillərə çatdırılmasına xüsusi diqqət yetirir.

Sözsüz ki, Naxçıvan Azərbaycanın qədim dövlətçilik və mədəniyyət mərkəzlərindən biri olmaqla yanaşı, xalqımızın tarixi yaddaşında mühüm iz qoymuş diyardır. Naxçıvan şəhəri qədim Atabəylər dövlətinin paytaxtı olub. Bu torpaq əsrlər boyu Azərbaycan memarlığının, elminin, mədəniyyətinin və dövlətçilik ənənələrinin inkişafında mühüm rol oynayıb. Burada yaradılmış tarixi-mədəni abidələrin hər biri xalqımızın keçmişindən bu gününə uzanan mənəvi körpüdür. Bu səbəbdən Prezident İlham Əliyevin Naxçıvanın tarixi-mədəni abidələrinin qorunmasına və bərpasına göstərdiyi diqqət xüsusi əhəmiyyət daşıyır. 

Azərbaycan memarlıq sənətinin nadir incilərindən biri, Əcəmi Naxçıvaninin yaratdığı möhtəşəm memarlıq nümunəsi - Möminə xatun məqbərəsinin bərpası və qorunması yalnız bir tarixi abidənin yenilənməsi demək deyil, həm də xalqımızın öz tarixinə və mədəniyyətinə münasibətinin göstəricisidir. Əcəmi Naxçıvani kimi böyük memarın xatirəsinin əbədiləşdirilməsi isə xalqımızın öz böyük şəxsiyyətlərinə olan ehtiramının ifadəsidir. Tarixi yaradan şəxsiyyətləri yaşatmaq, onların əsərlərini gələcək nəsillərə çatdırmaq milli yaddaşımızın qorunması deməkdir.

Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi mühüm fikirlərdən biri milli kimlik məsələsi ilə bağlıdır. Dövlətimizin başçısının vurğuladığı kimi, sosial-iqtisadi inkişaf nə qədər vacib olsa da, görülən bütün işlərin təməlində milli kimliyimiz,  ruhumuz, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız və tariximiz dayanır. Milli kimlik yalnız bir xalqın hansı ərazidə yaşaması ilə müəyyən olunmur, eyni zamanda həmin xalqın əsrlər boyu formalaşdırdığı dəyərlərin, dilin, mədəniyyətin, adət-ənənələrin, tarixi yaddaşın və mənəvi irsin qorunması ilə ölçülür. Əgər xalq öz tarixini unudarsa, milli yaddaş zəifləyər, milli-mənəvi dəyərlər qorunmazsa, gələcək nəsillərlə keçmiş arasında bağ qırılar. Buna görə də tarixi abidələrin qorunması, qədim şəhərlərin və memarlıq nümunələrinin bərpası, görkəmli şəxsiyyətlərin irsinin yaşadılması dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır.

 Ölkəmizdə son illər tarixi və mədəni irsin qorunması istiqamətində görülən işlər bu baxımdan diqqət çəkir. Bu gün Azərbaycan müasir, güclü və sürətlə inkişaf edən ölkədir. Həyata keçirilən böyük layihələr, iqtisadi inkişaf, enerji təhlükəsizliyinin təminatı, nəqliyyat və infrastruktur imkanlarının genişlənməsi Azərbaycanın gələcəyə doğru inamlı addımlar atdığını göstərir. Bu o deməkdir ki, maddi inkişafla mənəvi inkişafı bir-birindən ayırmaq mümkün deyil. 

Müasir dövlət həm də öz milli dəyərlərinə sahib çıxan dövlətdir. Müasirlik milli kimlikdən uzaqlaşmaq yox, əksinə, milli kimliyi qoruyaraq dünyaya açılmaqdır. Azərbaycan bu iki istiqaməti bir-biri ilə uğurla uzlaşdırır. Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı tarixi-mədəni abidələrin qorunması məsələsinə xüsusi diqqət yetirməsi də də bunun bariz nümunəsidir.

Naxçıvan haqqında danışarkən bu qədim torpağın xalqımıza bəxş etdiyi böyük şəxsiyyətləri xatırlamamaq mümkün deyil. Bu diyar Azərbaycana Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etmişdir. Ümummilli Lİder Heydər Əliyevin dövlətçilik irsi müasir Azərbaycan tarixinin mühüm səhifələrindəndir. Ulu Öndərin həyat və fəaliyyəti Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli şüurun inkişafı və xalqımızın milli-mənəvi dəyərlərinin qorunması ilə sıx bağlıdır. Bu gün Heydər Əliyevin siyasi irsinin davam etdirilməsi elə Azərbaycanın inkişafı deməkdir. 

Amma milli-mənəvi dəyərlərin qorunması yalnız dövlətin işi deyil, bu, hər bir Azərbaycan vətəndaşının mənəvi məsuliyyətidir. Dövlət tarixi abidələri bərpa edə, mədəniyyət ocaqları yarada, milli irsin qorunması üçün layihələr həyata keçirə bilər. Lakin həmin irsin yaşadılması üçün xalqın öz tarixini bilməsi, dilinə, mədəniyyətinə və mənəvi dəyərlərinə hörmət etməsi olduqca vacibdir. Bu gün bizdən sonra gələcək nəsillərə yalnız inkişaf etmiş Azərbaycan deyil, həm də tarixini bilən, milli ruhunu qoruyan, öz köklərinə bağlı Azərbaycan miras qoymaq tələb olunur. Möminə xatun məqbərəsi də, Əcəmi Naxçıvaninin yaradıcılığı da, Naxçıvanın qədim dövlətçilik və mədəniyyət tarixi də bizə bunu xatırladır – ölkənin tarixini qorumaq onun gələcəyini qurmaqdır.

Dövlətimizin başçısı İlham Əliyevin Naxçıvana səfəri zamanı Azərbaycan televiziyasına verdiyi müsahibədə milli kimlik, ruh, tarix və mədəniyyət haqqında səsləndirdiyi fikirlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu fikirlər bir daha göstərir ki, Azərbaycan dövlətinin inkişaf strategiyasında maddi tərəqqi ilə milli-mənəvi dəyərlər bir-birini tamamlayır. Güclü iqtisadiyyat, müasir infrastruktur və böyük layihələrlə yanaşı, tariximizə, dilimizə, mədəniyyətimizə, ədəbiyyatımıza və milli yaddaşımıza sahib çıxmaq da dövlətimizin siyasətinin əsas prioritetidir. Biz tariximizlə, mədəniyyətimizlə və böyük şəxsiyyətlərimizlə fəxr edə bilərik. Lakin fəxr etmək kifayət deyil, onları qorumaq, öyrənmək və gələcək nəsillərə çatdırmaq lazımdır ki, bunlar da bizim müqəddəs borcumuz olmalıdır.


Elşən QƏNİYEV

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda Regional DOST Mərkəzi fəaliyyətə başlayıb

16:00
12 Avqust

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

15:57
12 Avqust

Naxçıvanın geosiyasi və geoiqtisadi baxımdan əhəmiyyəti artır

15:52
12 Avqust

Naxçıvanın uzunmüddətli inkişaf strategiyası: təhlükəsizlikdən dayanıqlı iqtisadiyyata və regional bağlantılara

15:49
12 Avqust

Naxçıvanın yeni inkişaf mərhələsində strateji hədəflər və regional imkanlar

15:47
12 Avqust

20 kanal yenidən qurulacaq, 41 nasos stansiyası əsaslı təmir olunacaq, 40 artezian quyusu qazılacaq

15:44
12 Avqust

Naxçıvanın inkişafına 258 milyon manat: İnvestisiya paketi nəyi dəyişəcək?

15:41
12 Avqust

ANAMA beynəlxalq seminarda ekspert qismində təmsil olunur

15:33
12 Avqust

BMU-da müasir laboratoriyalar keyfiyyətli təhsil və elmi tədqiqat imkanlarını genişləndirir

15:25
12 Avqust

Professor: Naxçıvan beynəlxalq ticarət, tranzit və logistika mərkəzinə çevriləcək

15:17
12 Avqust

Naxçıvanın Azərbaycanın geosiyasi sistemindəki strateji əhəmiyyəti artır

15:16
12 Avqust

Akkreditasiya edilmiş inspeksiya orqanları ilə maarifləndirici görüş baş tutub

15:09
12 Avqust

Naxçıvandan verilən mesaj: ölkənin tarixini qorumaq onun gələcəyini qurmaq deməkdir

15:05
12 Avqust

Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması Türk dünyasına da töhfə verəcək

15:01
12 Avqust

Naxçıvanda da şəhid ailələrinə və qazilərə yüksək qayğı var

14:47
12 Avqust

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib: gənclər arasında vəziyyət narahatlıq doğurur 

14:45
12 Avqust

Yeni yoxlama sistemindən sonra Aİ ölkələrinin hava limanlarında növbələr artıb

14:43
12 Avqust

Prezidentin muxtar respublikaya səfəri regionun inkişaf istiqamətlərini müəyyənləşdirdi

14:42
12 Avqust

Naxçıvan - tarixi qayğıdan yeni geosiyasi və iqtisadi mərhələyə

14:40
12 Avqust

Naxçıvanın sosial-iqtisadi inkişafında yeni strateji mərhələ 

14:35
12 Avqust

Paytaxt üzrə 4490 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib

14:30
12 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!