13 Avqust 2026 08:10
166
SİYASƏT
A- A+
Milli dəyərlərimiz əvəzsiz mənəvi sərvətimizdir

Milli dəyərlərimiz əvəzsiz mənəvi sərvətimizdir


"Bizim məqsədimiz xalqımızın mənəviyyatını qorumaq və zənginləşdirməkdir".


Heydər ƏLİYEV,

Ümummilli Lider



XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan qısa müddət ərzində totalitarizmin mənəvi-siyasi buxovlarından azad olaraq demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yoluna qədəm qoydu. 

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatların ən mühüm qollarından birini insan hüquq və azadlıqlarının, xüsusilə də söz və mətbuat azadlığının təmin edilməsi təşkil edirdi. 1998-ci ildə mətbuat üzərində senzuranın rəsmən ləğv edilməsi Azərbaycanın demokratik inkişafında tarixi bir dönüş nöqtəsi oldu. Dövlət cəmiyyətin azad fikirliliyini, plüralizmi və açıq diskussiya mühitini daxili siyasətin prioriteti elan etdi.

Lakin hər bir gənc demokratik ölkədə olduğu kimi, həmin illər Azərbaycanda da azad mətbuatın formalaşması prosesi müəyyən fəsadlar və mənfi tendensiyalarla müşayiət olunurdu. Hüquqi savadlılığın və peşə etikasının hələ tam formalaşmadığı keçid dövründə bəzi kütləvi informasiya vasitələri dövlətin bəxş etdiyi azadlıq prinsiplərini yanlış şərh etməyə başlamışdılar. Azad söz anlayışı tədricən şəxsi-qərəzlik, şantaj, böhtan və cəmiyyətin fundamental dəyərlərinə hücum alətinə çevrilmə təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir ideoloji və mənəvi mürəkkəblik şəraitində - 2001-ci il avqustun 13-də Ümummilli Lider Heydər Əliyev tərəfindən verilən bəyanat təkcə konkret bir hadisəyə reaksiya deyildi, bütövlükdə milli-mənəvi təhlükəsizliyin qorunması prinsiplərini diktə edən fundamental bir dövlət siyasəti idi.


Mənəvi yüksəlişə səsləyən dəyərlər


Müdriklərimizin sözüdür: təmiz mənəviyyat cəmiyyətdə sağlam mühitin göstəricisidir. Tarixən formalaşmış ənənələr, mental baxışlardan qaynaqlanan əxlaqi dəyərlər, ictimai şüurda özünə yer tapmış dini ayin və mərasimlər hər bir millətin kamillik səviyyəsinin təcəssümü olmaqdan savayı, həm də bəşər sivilizasiyasına töhfədir. Milli kimliyi ifadə edən bu dəyərlər eyni zamanda xalqın mənəvi sərvəti, toxunulmaz xəzinəsidir. Mənəvi dəyərlər həmişə sabit ənənəyə, qayğıkeş münasibətə, ən başlıcası isə ictimai rəyin ehtiramına möhtacdır. O, gözdən düşəndə qeybə çəkilir. Mənəviyyatın qıtlığı isə təhlükəli amildir. Cəmiyyəti geriyə, nizamsız meyillərə doğru istiqamətləndirir. 

Bu gün əsrlərin sınağından çıxmış xalqımız ülvi dəyərlərini, adət-ənənələrini hifz etməklə yanaşı, eyni zamanda ümumbəşəri, mütərəqqi dəyərlərə tolerant münasibət bəsləyir, daim müasirliyə və yeniliyə can atır. Prezident İlham Əliyevin milli mədəniyyətin, mənəvi və dini dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir. Dövlətimizin başçısı hesab edir ki, müasir qloballaşma zamanında elmi-texniki tərəqqinin sürətli inkişafı mütərəqqi dəyişikliklərə yol açsa da, bu prosesin tarixi-mədəni irsə müəyyən təhlükəli meyilləri də özünü qabarıq göstərir. Belə bir mərhələdə xalqların mədəni dəyərlərinin assimilyasiyaya məruz qalması halları baş verir. Çünki dünya inkişafının aparıcı istiqamətlərindən sayılan qloballaşma prosesi dövlətlər və ölkələr arasında sərhədləri nisbi anlayışa çevirir, milli məkanı müxtəlif, yad təsirlərə məruz qoyur. Ali mənəvi dəyərlərin saxta ideallarla əvəzlənməsi kimi arzuolunmaz meyillər ortaya çıxır.

Ümummilli Lider Heydər Əliyevin hələ 2001-ci il avqustun 13-də verdiyi bəyanat bu proseslərdən doğan narahatlıqlarla bağlı idi. Ulu Öndər aparılan iqtisadi islahatlarla yanaşı, mənəvi dəyərlərin nisbətini tapmağı da vacib hesab edirdi. Bəyanatda göstərilirdi ki, mənəviyyata əsaslanmayan maddi quruculuq xalqa heç vaxt uğur gətirə bilməz. Burada araşdırılan əxlaq məsələsi, gənc nəslin yad təsirlərdən müdafiəsi, dini məsələlərə münasibət, kütləvi informasiya vasitələrində milli dəyərlərə hörmət hissinin qorunması, sosial ədalət və digər geniştutumlu mövzular müasir dünyamızda hər gün üz-üzə gəldiyimiz böyük problemlərdir. Heydər Əliyevin dövlətçilik irsinin ən mühüm tərəfi də xalqın mənəvi gücünü səfərbər etməkdir. 

Ulu Öndərin bəyanatı dərin analitik mühakimələrə və dövlətçilik məntiqinə əsaslanırdı. Bəyanatda bir-biri ilə sıx bağlı olan bir neçə konseptual istiqamət öz əksini tapmışdı. Məsələn, söz azadlığının sərhədləri ilə bağlı Ümummilli Lider vurğulayırdı ki, dövlət mətbuat azadlığını toxunulmaz hesab edir və bu, geriyədönməz bir prosesdir. Lakin heç kimə azadlıq adı altında başqasının hüquqlarını tapdalamaq, insanların şərəf və ləyaqətini alçaltmaq hüququ verməyib. Mənəviyyatın qorunması isə təbii bir qanundur. Bəyanatda qeyd olunurdu ki, bir cəmiyyətin formalaşmasında onun mənəvi sütunları iqtisadi mexanizmlər qədər önəmlidir. Milli kökləri, dini inancları və əsrlərlə sınaqdan çıxmış adət-ənənələri mətbuat vasitəsilə aşındırmaq cəhdləri dövlətin təməllərinə sarsıdıcı zərbə vurmaq deməkdir.


Əsas məqsəd sağlam nəsil yetişdirməkdir


Azərbaycan istər insan potensialı, istərsə də təbii sərvətlər baxımından dünyanın ən zəngin ölkələrindəndir. Amma ötən əsrin 80-ci illərinin ortalarından sonra müəyyən müddətdə cəmiyyətdə gedən mənəvi tənəzzül və aşınmalar ölkəmizin tərəqqisinə mane olan əsas səbəblərdən biri oldu. Çətinliklərin qlobal səbəbləri elə bu sosial tərbiyə sisteminin və keçid dövrünün qüsurları ilə əlaqədar idi.  Bəyanatda açıq göstərilirdi ki, mənəviyyat hər bir dövrdə daxili nizamın əsas özəyidir. Düzdür, tarixdə belə keçid dövrləri həmişə cəmiyyətin mənəvi dayaqlarında, sosial bazalarında, fərdlərin davranışında, dəyərlərə münasibətdə aşınmalarla müşayiət olunur. Lakin onların qarşısını almaq üçün həmişə ayıq olmalı, nəzarəti gücləndirməli və vaxtında tədbirlər görməliyik. Ona görə də xalqımızın sabahı deyəndə, ən birinci, gəncliyin milli-mənəvi, əxlaqi dəyərlərə yiyələnməsi barədə düşünməliyik.

Bəyanatda göstərilirdi ki, ağrılı cəhət uşaqlar arasında təbəqələşmənin aydın şəkildə təzahürüdür. Maddi bolluq içərisində, imkanlı ailələrdə böyüyən gənclərin tərbiyəsində bəzən qüsurlara rast gəlirik. Əyləncə gənclər üçün təbii haldır. Lakin ifrat əyləncə aludəliyi mənəvi dəyərlərə bağlılığın əksidir və bu, insanların həyat tərzinin əsasına çevrilməməlidir, normal, sağlam cəmiyyət bunu qəbul etmir. Ona görə də böyüklərin biganəliyi və laqeydliyi ucbatından cəmiyyət daha bir potensial problemlə üz-üzə qalır. Bir çox sosioloq və psixoloqların fikrincə, cəmiyyət tərəqqi etdikcə, elmi-texniki biliklərə ehtiyacın səviyyəsi yüksəldikcə, insan tərbiyəsinin, ilk növbədə, ailə tərbiyəsinin əhəmiyyəti artır. Çünki ailə münasibətlərində bu gün göz yumduğumuz hər bir nöqsan sabah ağır nəticələr verə bilər.

2001-ci il tarixli bəyanatda gənc nəsli yaşatmaq, uşaqlar arasında fərqli həyat səviyyəsini yaxşılaşdırmaq üçün xeyli müddəalar göstərilmişdir. Normal cəmiyyətlərdə insan tərbiyəsinin əsas məqsədi sağlam şəxsiyyətlər yetişdirməkdir. Çox təəssüfləndirici hal olardı ki, bizim gənclər mənəvi dəyərlərə deyil, maddi, əyləncə xarakterli vərdişlərə aludəçilik zəminində böyüyərdilər. Bu, sözün həqiqi mənasında, dağıdıcı bir nəsil olardı. Bizə isə qurucu və ideal bir nəsil lazımdır. Ümummilli Lider mənəviyyatla bağlı bütün nitqlərində bir amilə - cəmiyyət üçün faydalı insan böyütmək amilinə xüsusi diqqət yetirməyi həmişə vurğulayırdı. Bizim mənəvi sahədə böyük ənənələrimiz, sağlam milli mentalitetimiz var. İnsan tərbiyəsi sistemini təkmilləşdirərkən, ilk növbədə, bu bazaya əsaslanmalı, bəşəriyyəti tərəqqiyə aparan yolla getməliyik.

Vətən müharibəsində qazandığımız Zəfərlə Azərbaycan gəncliyinin də həyatında yeni bir mərhələ başladı. Apardığımız savaşda və əldə etdiyimiz şanlı qələbədə ölkəmizin haqq işinə bacardığı töhfələri vermiş hər kəsin fədakar  əməyi var. Amma bu, daha çox Ulu Öndər Heydər Əliyevin milli inkişaf kursunu gənclər siyasəti sahəsində də davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin respublikaya rəhbərliyi dövründə yetişmiş və formalaşmış gəncliyin qazandığı Zəfərdir.

Vətən, dövlət bu gənclik üçün sadəcə söz deyil, sarsılmaz inamdır, arzulara çatmaq üçün mənəvi və maddi güc mənbəyidir, böyük bir dayaqdır. Daim vətəndaşlarının yanında olan, onların rifahı, xoşbəxtliyi üçün çalışan birlikdir, xüsusi bir təsisatdır. Hər şeydən əvvəl qürur mənbəyidir, Vətən evinin abadlığıdır, inkişafdır, dünyaya qovuşmaqdır, qlobal proseslərin güclü bir hissəsi olmaqdır. Azərbaycan gəncliyi bu dövlətdə, bu Vətəndə öz gələcəyini aydın görə bilir. Ona görə də respublikanın inkişafına töhfə verməyə, Vətən naminə misilsiz fədakarlıqlar göstərməyə hər zaman hazırdır. İşğal altındakı torpaqlarımız bu vətənpərvər gəncliyin gücü ilə azad edildi.  Bununla da Azərbaycan  gəncliyinin həyatında yeni bir dönəm başlandı.

Tarixi Qələbəmizdən sonra Şuşaya ilk səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev gənclərimizin Vətən müharibəsindəki qəhrəmanlığını nəzərdə tutaraq demişdir: "Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi".


Tolerantlığın ünvanı - Azərbaycan


Bu bəyanat həm də müstəqil Azərbaycanın din-dövlət münasibətlərinin strateji konturlarını cızdı. Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin dünyaya nümunə dərəcəsində təqdimatı oldu. Heydər Əliyev nümayiş etdirdi ki, dünyəvilik dinə qarşı biganəlik və ya dindarların təhqir olunmasına göz yummaq demək deyil. Əksinə, dünyəvi dövlət bütün inancların, o cümlədən əksəriyyəti təşkil edən islam dininin və onun rəhbərliyinin cəmiyyətdəki ali statusunun hüquqi müdafiəçisidir. Bu addım ölkədə radikalizmin qarşısının alınmasında, dindarların dövlətə olan inamının möhkəmlənməsində və daxili ictimai sabitliyin qorunmasında həlledici rol oynadı.

Əsrlərin sərt sınaqlarından uğurla çıxan xalqımız tarixinin ən keşməkeşli, çətin anlarında belə insanlığın yüksəlişinə, mənəviyyatın təntənəsinə xidmət edən dini dəyərlərdən dönməyib, onları daim uca tutub. 70 il tərkibində yaşadığımız sovet imperiyası öz ideologiyasına uyğun ateizm təbliğatı apararaq insanlarımızı tarixi keçmişindən, dini və milli-mənəvi dəyərlərindən uzaqlaşdırmaq istəsə də, buna əsla nail olmayıb. 

İslam dininin saflığını, humanist və insanpərvər mahiyyətini nümayiş etdirən əlamətdar günlər azərbaycanlıların müqəddəs bayramı kimi qeyd olunur. Bu və digər dini dəyərlərə qəlbən inanan Azərbaycan vətəndaşı həm də kamilliyə, mənəvi paklığa qovuşmağa, xeyirxah işlər görərək savab qazanmağa can atıb. İslam dininin mahiyyətini dərk edərək onun müqəddəs çağırışlarına, mərasim və ayinlərinə əməl etməyə çalışıb. 

Azərbaycan Prezidenti İlham Əliyev bu fikirdədir ki, müasir dünyada qloballaşma prosesinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın dini dəyərlərinin qorunmasını çağdaş zamanın aktual məsələlərindən birinə çevirib. Məhz bunun nəticəsi olaraq son 23 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsinə, xüsusən də yeni ziyarətgahların əsaslı təmiri və yenidən qurulmasına xüsusi diqqət ayrılıb,  sərəncamlar imzalanıb.

Dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların ehtiyaclarına həssaslıqla yanaşması, mərasimlərdə iştirak etmələri xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün, tolerantlıq və həmrəyliyin fövqündə mühüm stimul rolu oynayır. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə islam və qeyri-islam dini icmaları öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər.

13 avqust 2001-ci il tarixli bəyanat bu gün də öz ideoloji çəkisini və aktuallığını tamamilə qoruyur. Müasir dövrdə rəqəmsallaşma, internet resurslarının və sosial şəbəkələrin sürətli inkişafı informasiya məkanını hüdudsuzlaşdırıb. Belə bir şəraitdə kiberməkanın bəzən şantaj, saxta xəbər, mənəvi aşınma və nifrət nitqi poliqonuna çevrildiyini görürük. Sənəd müasir cəmiyyətə təlqin edir ki, texnoloji tərəqqi və ifadə azadlığı mənəvi dəyərlərin fəda edilməsi hesabına baş verməməlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün də davam edən dövlət siyasəti sübut edir ki, Azərbaycan öz milli-mənəvi köklərinə bağlı qalaraq mütərəqqi dünyaya inteqrasiya olunur. Və bu siyasətin qayəsində xalqın milli-mənəvi, mədəni və elmi intellektual potensialının gücləndirilməsi məqsədi öndə dayanır.  


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Lənkəranda kanalizasiya sisteminin yenilənməsi işlərinə başlanılıb

09:10
13 Avqust

Bir dənizin taleyi, beş ölkənin məsuliyyəti

09:00
13 Avqust

Alovlu satirik, tanınmış ədəbiyyatşünas və tərcüməçi

08:50
13 Avqust

Tükənməz maraq, sonsuz sevgi, bənzərsiz istedad 

08:40
13 Avqust

Muğamımızın Xanı

08:30
13 Avqust

"Villa Petrolea" - Nobel qardaşlarının yadigarı

08:20
13 Avqust

Milli dəyərlərimiz əvəzsiz mənəvi sərvətimizdir

08:10
13 Avqust

Hərbi zəfərdən geoiqtisadi üstünlüyə

08:00
13 Avqust

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

01:17
13 Avqust

E.İ.Sultanovun Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:16
13 Avqust

E.İ.Sultanovun Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:15
13 Avqust

Z.R.Əhmədovun Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:14
13 Avqust

N.E.Mustafayevanın Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:13
13 Avqust

Naxçıvan Muxtar Respublikası ərazisində əsaslı təmir olunacaq kəndlərarası, şəhər və kəndlər ərazilərindəki avtomobil yollarının SİYAHISI

01:12
13 Avqust

Aktau şəhərindəki logistika kompleksi şəbəkəsi Azərbaycanı da əhatə edəcək  

22:09
12 Avqust

Süni intellekt həllərinin təhlükəsizlik auditi artıq zərurətə çevrilir   

22:07
12 Avqust

Naxçıvanın yeni dövrü: logistika qovşağı, sənaye və regional inkişaf 

22:05
12 Avqust

“Azərkosmos” şəhər təsərrüfatının idarə edilməsində “WebGIS” platformasını tətbiq edir  

20:30
12 Avqust

Bu ilin ikinci Günəş tutulması başlayıb  

20:25
12 Avqust

Parlamentlərdə gənclərin təmsilçiliyi diqqət mərkəzindədir  

20:20
12 Avqust

Prezident İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində olub  

20:15
12 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!