06 İyun 2024 08:45
430
SİYASƏT
A- A+
Qlobal enerji təhlükəsizliyi, "yaşıl enerji"nin inkişafı

Qlobal enerji təhlükəsizliyi, "yaşıl enerji"nin inkişafı

 

Enerji sektorundakı aktual məsələlər Bakıda müzakirə edilir

 

İyunun 4-dən başlayaraq ölkəmizdə Bakı Enerji Həftəsi keçirilir. 30-dan çox ölkədən 300-dək şirkətin iştirak etdiyi Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir - 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil&Gas", 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 29-cu Bakı Enerji Forumunu.
Hər il keçirilən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. 
Tədbirin önəmini dəyərləndirən ekspertlər qeyd edirlər ki, bu, ilk növbədə Azərbaycanın enerji  siyasətinə verilən dəyərin göstəricisidir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov qəzetimizə açıqlamasında bildirib ki, Bakının Enerji Həftəsinə evsahibliyi etməsi mühüm iqtisadi hadisədir. Özündə üç mühüm tədbiri birləşdirən bu qlobal platforma enerji sektorundakı aktual məsələlərin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi dialoq məkanıdır. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulmasına, təcrübə mübadiləsinə və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək edir. Tədbirə müxtəlif ölkələrin hökumət üzvləri qatılır, dövlət başçıları təbrik məktubu ünvanlayır. Bu, Azərbaycanın yürütdüyü enerji siyasətinə verilən yüksək qiymətdir.  
ABŞ Prezidenti Cozef Baydenin Bakı Enerji Həftəsinin iştirakçılarına məktub ünvanladığını xatırladan deputat əlavə edib ki, bu tədbirə Vaşinqtonun da xüsusi marağı var: "ABŞ Azərbaycanın qlobal enerji təhlükəsizliyinin, xüsusilə Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olduğunu, ölkəmizin etibarlı tərəfdaş kimi rolunu yüksək dəyərləndirir. ABŞ Prezidenti bu tədbirin enerji təşəbbüskarlığının nümunəsi olmaqla, noyabr ayında Bakının COP29-a evsahibliyi etməsinin vacibliyini dərk etməyə imkan verəcəyinə əminliyini ifadə edərək bu mötəbər toplantıya dəstək vermək iradəsini göstərir. COP29 Azərbaycana həm qlobal enerji təhlükəsizliyi, həm neft-qaz təchizatı, həm də bərpaolunan enerji ixracında mühüm rol oynamağa və bunu daha da artırmağa imkan verəcək".
A.Hüseynov qeyd edib ki, Cozef Baydenin məktubu ABŞ-nin Azərbaycanla enerjinin bütün sahələrində, o cümlədən də "yaşıl enerji" sahəsində əməkdaşlığını və dəstəkverici siyasətini təsdiqlədiyini bir daha göstərir.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib 

00:09
15 İyun

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb  

23:58
14 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

23:16
14 İyun

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

23:06
14 İyun

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

23:03
14 İyun

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

22:28
14 İyun

Putin və Tramp arasında telefon danışığı olub

22:05
14 İyun

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

21:53
14 İyun

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

20:57
14 İyun

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

20:48
14 İyun

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

20:37
14 İyun

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

20:19
14 İyun

Zelenski ilə Tramp arasında telefon danışığı olub

19:13
14 İyun

Şuşa Bəyannaməsi: Zəfərdən irəli gələn yeni geosiyasi güc

19:12
14 İyun

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

18:42
14 İyun

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

17:38
14 İyun

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib  

17:23
14 İyun

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

16:47
14 İyun

Ebola virusu Konqoda sürətlə yayılır

16:04
14 İyun

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

15:57
14 İyun

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə strateji tərəfdaşlığını müttəfiqlik səviyyəsinə yüksəltdi

15:49
14 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!