13 Avqust 2026 13:20
119
DÜNYA
A- A+
Mehmet Fatih Kacır: Türkiyə raket və peyklərini kosmosa göndərmək üçün çalışır

Mehmet Fatih Kacır: Türkiyə raket və peyklərini kosmosa göndərmək üçün çalışır


Türkiyənin Milli Texnologiya Həmləsində kosmos və kosmik texnologiyalar mühüm yer tutur.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır bildirib.

Onun sözlərinə görə, Türkiyə BİLSAT, RASAT, GÖKTÜRK-2, Türksat 6A və İMECE peykləri ilə bu sahədə mühüm imkanlar əldə edib. Milli Kosmos Proqramı çərçivəsində isə Türkiyənin Ay aparatının hazırlanması davam edir. Hibrid mühərrik sisteminə malik Ay aparatının 2027-ci ilin əvvəlində kosmosa göndərilməsi planlaşdırılır.

Kacır Türkiyənin kosmosa müstəqil çıxış imkanının strateji hədəf olduğunu vurğulayıb. O bildirib ki, Türkiyə Somalidə kosmodromunu inşa edir. Layihə tamamlandıqdan sonra ölkənin hazırladığı peyk və kosmik aparatları öz kosmodromundan kosmosa göndərməsi hədəflənir.

Nazir, həmçinin Orta Doğu Texniki Universitetində yaradılacaq kosmik texnoparkın şirkət və qurumların, eləcə də tədqiqat və inkişaf fəaliyyətlərinin bir araya gətirildiyi mühüm mərkəz olacağını qeyd edib.

Oktyabrın 5–dən 9-dək Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresinin keçiriləcəyini xatırladan nazir bildirib ki, tədbirə 100-dən çox ölkədən 10 mindən artıq iştirakçı qatılacaq.

Konqres çərçivəsində ilk dəfə “Antalya Bəyannaməsi”nin qəbul edilməsi planlaşdırılır. Bəyannamənin əsas mesajlarının sülh, etimad və sabitlik, həmçinin kosmosun beynəlxalq əməkdaşlıq və bəşəriyyətə xidmət edən texnologiyaların inkişafı platforması olacağı bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan dilinin qorunması ilə bağlı məsuliyyət yalnız vikipediyanın üzərinə qoyulmamalıdır  

14:15
13 Avqust

Azərbaycan regionların inkişafını paytaxt mərkəzli iqtisadi modelin alternativi kimi formalaşdırmağa çalışır 

14:10
13 Avqust

“Avroviziya” müharibə edən ölkələr üçün qaydaları dəyişib

14:05
13 Avqust

Qusarda Respublika Şahmat Olimpiadası başa çatıb

14:00
13 Avqust

Salyanda təhsildə fərqlənən məzunlarla görüş keçirilib

13:55
13 Avqust

Yaponiya süni intellektə keçidə ehtiyatla yanaşır

13:53
13 Avqust

“Twitch”də süni intellekt qadağası

13:50
13 Avqust

Fransada 40 mindən çox insan içməli su sarıdan korluq çəkir

13:48
13 Avqust

Ekranlar uşaqların təxəyyülünü məhdudlaşdırır

13:46
13 Avqust

Dünyada tərəvəzin növləri sürətlə azalır

13:44
13 Avqust

Delfinlərin balıq ovlamaq üçün balıqqulağından istifadə etdiyi görüntülənib

13:42
13 Avqust

Bədənimizdəki mikroblarla psixopatik meyillər arasında əlaqə ortaya çıxıb

13:40
13 Avqust

Avropada Günəş tutulması böyük maraqla izlənilib

13:38
13 Avqust

Almaniyada PUA-larla bağlı təhlükəsizlik problemləri aşkarlanıb

13:37
13 Avqust

DST: Ebola epidemiyası rekord həddə çata bilər

13:35
13 Avqust

Mehmet Fatih Kacır: Türkiyə raket və peyklərini kosmosa göndərmək üçün çalışır

13:20
13 Avqust

Naxçıvan Azərbaycanın yeni regional strategiyasının əsas dayaqlarından birinə çevrilir 

13:03
13 Avqust

DİM sədri: III ixtisas qrupunda yüksək müsabiqə vəziyyəti müşahidə olunur

13:01
13 Avqust

Naxçıvan Azərbaycanın strateji imkanlarını genişləndirir

12:57
13 Avqust

Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

12:37
13 Avqust

Qədim memarlığın şah əsəri - Quba Cümə məscidi 

12:35
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!