07 İyul 2026 08:48
142
CƏMİYYƏT
A- A+
Qarabağ və Şərqi Zəngəzurda yazılan quruculuq tarixinin səhifələri

Qarabağ və Şərqi Zəngəzurda yazılan quruculuq tarixinin səhifələri


Tarixin elə məqamları olur ki, həmin dövrlər yalnız bir dövlətin deyil, bütöv xalqın taleyini dəyişir, gələcək inkişafının istiqamətini müəyyənləşdirir. Azərbaycan xalqının son illər keçdiyi yol da məhz belə tarixi mərhələlərdəndir. 

30 ilə yaxın davam edən işğal dövrü, milyonlarla insanın qəlbində yaşayan yurd nisgili, dağıdılmış şəhərlər, viran edilmiş kəndlər, məhv edilmiş tarixi və mədəni irs 2020-ci ildə qazanılan möhtəşəm Zəfərlə sona çatdı. Bununla Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda beynəlxalq hüququn, tarixi ədalətin və milli qürurun təntənəsini təmin etdi. 44 günlük Vətən müharibəsində əldə edilən qələbə Azərbaycanın müasir tarixində yeni bir dövrün başlanğıcı oldu. 

Amma qazanılan möhtəşəm Zəfər yalnız hərbi-siyasi uğur deyildi. Qarşıda daha mürəkkəb, məsuliyyətli və böyük bir vəzifə dayanırdı - işğaldan azad edilmiş torpaqlara həyatın qaytarılması, dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, məcburi köçkünlərin doğma yurdlarına qaytarılması və regionun ölkənin ümumi inkişaf strategiyasına inteqrasiyası.

Azərbaycan bu vəzifənin öhdəsindən gəlmək üçün qısa zaman kəsiyində  misli görünməmiş işlərə başladı. Dünyanın müxtəlif bölgələrində müharibələrdən sonra xarabalıqların bərpası üçün onilliklər tələb olunduğu halda, Qarabağ və Şərqi Zəngəzur qısa müddət ərzində nəhəng quruculuq meydanına çevrildi. Bu gün həmin ərazilərdə həyata keçirilən layihələrin miqyası beynəlxalq səviyyədə də maraq və diqqətlə izlənilir. Həqiqətən, görülən işlərə nəzər saldıqda aydın görünür ki, Qarabağ və Şərqi Zəngəzurda, sadəcə, yeni binalar və yollar tikilmir, gələcəyin şəhərləri salınır, yeni iqtisadi model formalaşdırılır, müasir idarəetmə prinsipləri qurulur, ekoloji dayanıqlığa əsaslanan inkişaf konsepsiyası həyata keçirilir. İşğal dövründə tamamilə dağıdılmış ərazilər qısa müddətdə regionun ən perspektivli inkişaf məkanlarından birinə çevrilir.

Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı layihələrə nəzər saldıqda ilk diqqəti cəlb edən sahə infrastruktur quruculuğudur. İşğal dövründə, demək olar ki, bütün yollar, körpülər, enerji xətləri, sosial obyektlər və yaşayış məntəqələri dağıdılmışdı. Azərbaycan Ordusu torpaqlarımızı azad etdikdən sonra ilk olaraq qısa müddət ərzində yüzlərlə kilometr avtomobil yolu çəkildi, tunellər və körpülər tikildi. Bu layihələr arasında xüsusi yer tutan Zəfər yolu təkcə mühəndislik nailiyyəti deyildi, həm də ölkəmizin şanlı hərbi tarixinin simvolu idi. Vaxtilə qəhrəman Azərbaycan əsgərinin keçdiyi döyüş marşrutu bu gün Qarabağın inkişafına xidmət edən müasir nəqliyyat xəttidir. Şuşaya aparan bu yol həm tarixi yaddaşı yaşadır, həm də gələcəyə uzanan inkişaf körpüsü rolunu oynayır.

Regionun nəqliyyat xəritəsini dəyişdirən mühüm layihələrdən biri də beynəlxalq hava limanlarının tikintisi oldu. Bu gün Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları işğaldan azad edilmiş ərazilərin dünyaya açılan qapısıdır. Bu hava limanları yalnız sərnişin və yük daşımalarına xidmət etmir, həm də regiona investisiya axınının sürətlənməsinə, turizmin inkişafına və iqtisadi aktivliyin artmasına şərait yaradır.

Quruculuq prosesinin miqyası yalnız nəqliyyat infrastrukturu ilə məhdudlaşmır. Regionda elektrik enerjisi, qaz, su təchizatı, rabitə və rəqəmsal idarəetmə sistemləri  müasir standartlara uyğun qurulur. Yeni yarımstansiyalar, yüksəkgərginlikli elektrik xətləri, fiber-optik rabitə şəbəkələri Qarabağ və Şərqi Zəngəzurun gələcəyin "ağıllı" regionuna çevrilməsinin əsasını təşkil edir.

Azərbaycanın həyata keçirdiyi "Böyük qayıdış" proqramı isə bütün bu layihələrin ən mühüm sosial nəticəsidir. Onilliklər boyu doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıtması müasir tariximizin unudulmaz səhifələrindəndir. Bu proqram yalnız köç prosesini deyil, yeni həyatın qurulmasını nəzərdə tutur. Zəngilanın Ağalı kəndində həyata keçirilən "ağıllı kənd" layihəsi bunun uğurlu nümunələrindən ilki hesab olunur. Müasir texnologiyalar əsasında qurulmuş yaşayış məntəqəsi göstərdi ki, Azərbaycan keçmişi bərpa etməklə kifayətlənmir, gələcəyin yaşayış modelini formalaşdırır. Bu gün Laçında, Füzulidə, Xocalıda, Ağdamda, Talışda, Zabuxda və digər yaşayış məntəqələrində həyat yenidən canlanır, məktəblər fəaliyyətə başlayır, yeni iş yerləri açılır, insanların doğma torpaqlarla bağları bərpa olunur.

Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq prosesinin mühüm istiqamətlərindən biri də mədəni və tarixi irsin dirçəldilməsidir. İşğal illərində yüzlərlə tarixi abidə, məscid, muzey və mədəniyyət ocağı dağıdılmış, təhqir edilmiş və talan olunmuşdu. Bu gün həmin abidələrin bərpası tarixi ədalətin bərpası kimi qiymətləndirilir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa yenidən ölkənin mənəvi və mədəni həyatının mərkəzlərindən birinə çevrilib. Şəhərdə aparılan bərpa işləri nəticəsində tarixi memarlıq nümunələri əvvəlki görkəminə qaytarılır, burada beynəlxalq tədbirlər keçirilir, musiqi festivalları və poeziya günləri təşkil olunur. Uzun illər susdurulan bu Azərbaycan şəhəri yenidən mədəniyyətimizin səsini dünyaya çatdırır. Ağdam Cümə məscidinin, Yuxarı Gövhər ağa məscidinin, Mehmandarovların malikanəsinin, Vaqif məqbərəsinin və digər tarixi abidələrin bərpası milli yaddaşın qorunmasına xidmət edən mühüm addımlardır. Bu işlər göstərir ki, Azərbaycan üçün quruculuq iqtisadi inkişafla bərabər, həm də milli-mənəvi dəyərlərin yaşadılması deməkdir.

Qarabağın gələcəyi ilə bağlı formalaşdırılan inkişaf konsepsiyasında iqtisadiyyat xüsusi yer tutur. Regionun "Yaşıl enerji zonası" elan edilməsi yeni inkişaf modelinin əsas istiqamətlərindəndir. Kəlbəcər və Laçının zəngin hidroenerji ehtiyatları, günəş və külək enerjisi potensialı burada alternativ enerji layihələrinin geniş tətbiqinə imkan yaradır. İstifadəyə verilən su-elektrik stansiyaları və enerji obyektləri Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir. Kənd təsərrüfatı da regionun iqtisadi dirçəlişində mühüm rol oynayır. Uzun illər istifadəsiz qalmış torpaqlar əkin dövriyyəsinə qaytarılır, sahələrdə müasir suvarma sistemləri qurulur, aqroparklar yaradılır. Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında həyata keçirilən layihələr kənd təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.

Turizm sahəsində də böyük perspektivlər formalaşır. Şuşanın zəngin tarixi-mədəni irsi, Kəlbəcərin bənzərsiz təbiəti, Laçının dağ mənzərələri, İstisu mineral suları və regionun ekoloji potensialı Qarabağı və Şərqi Zəngəzuru gələcəkdə Azərbaycanın ən cəlbedici turizm məkanlarından biri olacağından xəbər verir.

Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır!" ifadəsi bir vaxtlar haqq mübarizəsinin siyasi manifesti idi. Bu gün isə Qarabağda aparılan quruculuq işləri həmin fikrin real həyatda təcəssümünə çevrilib. Dövlət başçısı digər bir çıxışında demişdir: "Biz bu torpaqlara həyat qaytarırıq". Həqiqətən də, bu gün Füzulidə, Ağdamda, Cəbrayılda fəaliyyət göstərən müəssisələrdə, Şuşada keçirilən beynəlxalq tədbirlərdə, Laçına qayıdan ailələrin sevincində, Xocalıda yenidən başlayan həyatda həmin sözlərin canlı ifadəsi görünür.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Daşkəsəndə uşaqlar üçün sosial reabilitasiya mərkəzi fəaliyyətə başlayıb

10:12
07 İyul

Neftçalada Xəzər dənizinə nərə cinsli 400 min balıq körpəsi buraxılıb

10:03
07 İyul

Rəqəmsal Şuranın iclası, QDTİB-in toplantısı, coğrafiyası genişlənən "Made in Azerbaijan" brendi və neftin qiymətində dalğalanma

09:53
07 İyul

"Yaşıl enerji" dəhlizi Azərbaycan-Avropa əlaqələrində yeni inkişaf mərhələsinin əsasını yaradacaq

09:45
07 İyul

Beynəlxalq maliyyə qurumları ölkəmizlə əməkdaşlıqda maraqlıdırlar

09:37
07 İyul

Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər

09:29
07 İyul

Sadə, çevik, şəffaf

09:21
07 İyul

Türkiyəli ekspert: "Dünyada artan münaqişələr fonunda Azərbaycanın sabitliyi və təhlükəsizliyi güclü dövlətçilik modelinin təzahürüdür"

09:13
07 İyul

Ölkə üzrə qeyri-neft-qaz məhsullarının ixracı son 10 ildə iki dəfə artıb

09:05
07 İyul

Üç roman, bir həqiqət

08:56
07 İyul

Qarabağ və Şərqi Zəngəzurda yazılan quruculuq tarixinin səhifələri

08:48
07 İyul

"Paşinyan hökuməti sülh gündəliyini real nəticəyə çatdırmaq istəyirsə, bu istiqamətdə konkret hüquqi və siyasi addımlar atmalı olacaq"

08:40
07 İyul

Azərbaycan qlobal bağlantıların strateji mərkəzidir 

08:32
07 İyul

Rəqəmsal inkişafın hüquqi təminatı

08:24
07 İyul

Zakir İBRAHİMOV: “AzerGold” beynəlxalq tərəfdaşların əməkdaşlıq etmək istədiyi və fəaliyyət göstərdiyi regionlarda yerli icmaların güvəndiyi şirkətə çevrilib”

08:16
07 İyul

Zimbabve Azərbaycanla münasibətlərin inkişafına önəm verir

08:08
07 İyul

Xalqın etimadından güc alan Prezident

08:00
07 İyul

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin icrası haqqında

02:42
07 İyul

"Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunun dadəyişiklik edilməsi barədə

02:42
07 İyul

"Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 422-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:41
07 İyul

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 225-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

02:41
07 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!