07 İyul 2026 02:42
1403
Qanunlar
A- A+
"Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunun dadəyişiklik edilməsi barədə

"Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunun dadəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

"Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 606 (Cild I); 2024, № 3, maddə 250, № 12 (II kitab), maddə 1331) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddə üzrə:

1.1. 1.0.12-ci maddədə "və ya bərpa edilməsi şərti ilə kəsilməsinə" sözləri ", bərpa edilməsi şərtilə və ya bərpa edilmədən kəsilməsinə" sözləri ilə və həmin maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 1.0.13-cü və 1.0.14-cü maddələr əlavə edilsin:

"1.0.13. ağac - oduncaqlaşmış bir əsas gövdəyə və çətirə malik, torpaq səthindən yuxarıda budaqlanan çoxillik bitki;

1.0.14. kol - oduncaqlaşmış gövdələrə və çətirə malik, aydın müəyyən edilmiş əsas gövdəsi olmayan, torpaq səthindən (kök boğazdan) budaqlanan çoxillik bitki.".

2. 13-cü maddə üzrə:

2.1. 13.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda 13.1.7-ci maddə əlavə edilsin:

"13.1.7. məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar kənd təsərrüfatı fəaliyyətinə mane olduqda.";

2.2. 13.3-cü maddədə "və 13.1.6-cı" sözləri ",13.1.6-cı və 13.1.7-ci (ağaclara münasibətdə)" sözləri ilə əvəz edilsin;

2.3. aşağıdakı məzmunda 13.6-1-ci və 13.6-2-ci maddələr əlavə edilsin:

"13.6-1. Bu Qanunun 13.1.7-ci maddəsində nəzərdə tutulan halda kolların  kəsilməsi ilə bağlı bu Qanunun 13.6-2-ci maddəsinə uyğun olaraq məlumatlandırma icraatı həyata keçirilir. Barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsinə münasibətdə bu Qanunun 13.4 - 13.6-cı maddələrində nəzərdə tutulmuş tələblər tətbiq olunmur.

13.6-2. Kolların kəsilməsi üçün bu Qanunun 13.1.7-ci maddəsi ilə müəyyən edilmiş hal mövcud olduqda ərizəçi tərəfindən kolların kəsilməsindən əvvəl kəsiləcək kolların sayı, cinsi, növü, hündürlüyü, fotoşəkli, həmin kolların yayıldığı ərazinin ölçüsü (hektarla), kolların kəsilməsini zəruri edən hal, kolların yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, habelə ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və fərdi identifikasiya nömrəsi (FİN-i), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda, həmçinin onun vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamənin surəti, hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə məlumat verilir.Ərizəçi tərəfindən yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsi qadağandır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 10 (on) təqvim günü müddətində həmin kolların kəsilməsinə dair irad ərizəçiyə təqdim edilmədikdə, ərizəçi kolların kəsilməsini həyata keçirə bilər. İrad olduqda, həmin irad normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.".

3. 15.2-ci maddəyə "götürülməsinə" sözündən sonra 

", 13.1.7-ci maddəsində nəzərdə tutulan halda isə kol, gül-çiçək və ot bitkilərinin kəsilməsinə" sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 12 iyun 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Özbəkistan kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıb

21:02
26 Avqust

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb  

20:38
26 Avqust

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq  

20:29
26 Avqust

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub 

20:23
26 Avqust

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən  

20:13
26 Avqust

Cəlilabad rayonunda zəlzələ baş verib

20:01
26 Avqust

Laçın – tarixi yaddaşdan yeni reallıqlara uzanan Zəfər yolu

19:53
26 Avqust

Laçında “Əmir Teymur” filmi nümayiş olunub  

19:42
26 Avqust

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib  

19:38
26 Avqust

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib  

19:23
26 Avqust

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən  

19:08
26 Avqust

“Bitcoin”in qiyməti 78 min dollara enib  

18:59
26 Avqust

Azərbaycan-Özbəkistan: iqtisadi imkanlar yeni perspektivlər vəd edir  

18:31
26 Avqust

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:23
26 Avqust

Yeni ideyalara “yaşıl işıq”: daha 10 layihə “Startap” şəhadətnaməsi aldı

18:21
26 Avqust

Çində yeni texnoloji inqilab - kütləvi şəkildə robot istehsalı   

18:16
26 Avqust

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

18:11
26 Avqust

Birgə artan geosiyasi və geoiqtisadi güc   

18:09
26 Avqust

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

18:07
26 Avqust

Nepalda daşqınlardan sonra yüzlərlə turist itkin düşüb  

18:04
26 Avqust

Balaca balıqlar, böyük ümidlər – Arpaçay yenidən canlanır

17:58
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!