04 Dekabr 2025 08:20
256
CƏMİYYƏT
A- A+
Qanunçuluğun aşıladığı yüksək dəyərlər

Qanunçuluğun aşıladığı yüksək dəyərlər


Heydər Əliyevin bütün zamanlarda mühüm əhəmiyyət kəsb edən dövlətçilik, konstitusiya, demokratiya, insan haqları, ordu quruculuğu, iqtisadiyyat, mədəniyyət, tarix, vətənpərvərlik, milli münasibətlər və digər məsələlərlə bağlı tarixi çıxışlarının hazırkı dövrdə geniş təhlil olunmasına ehtiyac var. Ulu Öndər çıxışlarında konstitusiyadan irəli gələn məsələlərə hər zaman diqqətlə yanaşmağa və qanunun aliliyini qorumağa çağırırdı.

Dövlət və qanun həmişə yanaşı mövcud olmuş və inkişaf etmişdir. Dövlət ictimai-siyasi proseslər və tarixi hadisələr nəticəsində meydana gəlir, yalnız sonradan qanunla təsbit olunur. Dövlət yarandığı vaxtdan hüquqla bağlı məsələlərə, o cümlədən ictimai nizam-intizama ehtiyac olmuşdur. Ancaq mənbəyinə, təkamülünə görə üstünlük hakimiyyətə məxsusdur. 

Qanunlar ictimaiyyətdə etik normalar əsasında özünü büruzə verir. Düzgün, haqlı və qanuna uyğun olan hər hansı bir əməl qanun və etik normalar kimi göstərilməlidir. Yəni qanun və etik normalar o qədər yaxındır ki, qanunlar dedikdə məhz etik normalar anlaşılır. Etik normalar həm təbii, həm də pozitiv (sivil) hüquqda mövcuddur. Məhz bu baxımdan Ulu Öndərin qanun və qanunçuluq barədə dediyi kəlamları oxuyarkən bir daha etik və mənəvi dəyərlərin şahidi oluruq. O, konstitusiyada təsbit olunmuş müddəaları əsas gətirərək ölkəmizdə hüquqi dövlətin yaradılmasına, insanların hüquqlarının qorunmasına diqqəti yönəldirdi: "Bizim borcumuz bu təminatlardan, konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir". 

Dövlət və qanunun nisbəti təkcə siyasi və hüquqi məsələləri deyil, sosial məsələləri də əhatə edir. İnsan ictimai bir varlıqdır. Vətən, ölkə, hakimiyyət, dövlət hər biri insana məxsusdur, insanın dəyəri onun kimliyidir. İnsanın ictimai bir fərd kimi formalaşmasında dövlət və qanunun xüsusi rolu vardır. Çünki vətən, ölkə, hakimiyyət və dövlət hər biri ayrı-ayrılıqda insanın şərəfi, mənliyi və ləyaqətidir. Hər bir fərd məhz bu dəyərlərlə tanınır; insan konstitusiyaya, demokratik prinsiplərə, hüquq qaydalarına və etik normalara nə dərəcədə riayət etməsi ilə seçilir.  

Həmçinin qanuni mühitin yaranmasında dövlət hakimiyyəti və onun fəaliyyəti mühüm şərtdir. Dövlət hakimiyyəti o zaman qanuni hesab olunur ki, insanların iradəsini əks etdirsin. Əgər dövlət ictimaiyyətin iradəsi və istəyi ilə yaranırsa, onda həmin dövlət həm strukturda, həm də ictimaiyyət üçün daha faydalı və səmərəli olacaqdır. Ulu Öndər ictimai məsuliyyəti və dövlətçilik prinsiplərini nəzərə alaraq hər bir çıxışında dövlətin xalq üçün olduğunu bildirmişdir: "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır" və ya "Dövlətçilik haqqında düşünən adam - həm adi vətəndaş, həm dövlət işində işləyən, xüsusən dövlətə başçılıq edən insanlar heç vaxt öz canı haqqında düşünməməlidir". 

Bundan əlavə, dövlətin yaranmasında insanların iradəsini əks etdirən prinsiplər Ulu Öndərin çıxışlarında daha çox özünü göstərir. O hər bir çıxışında konstitusiyaya istinad edərək bu sahədə çalışan vətəndaşların yüksək xüsusiyyətlərə malik olmalarını bildirib: "Qanuna xidmət edən hər bir adam aydın zəkaya, təmiz əllərə və alovlu qəlbə malik olmalıdır". 

Ulu Öndər bütün vətəndaşları konstitusiyadan irəli gələn tələblərə tabe olmağa, qanuna riayət etməyə çağırır, həmçinin qanunların riayət olunmasına bütün səyləri ilə çalışacağını və bu yoldan dönməyəcəyini bildirirdi: "Biz hamımız nizam-intizama tabe olmalıyıq, biz hamımız qanuna tabe olmalıyıq, biz hamımız qanuna riayət etməliyik, qanunun aliliyini təmin etməliyik və bu yolda şübhəsiz ki, mən öz əqidəmdən dönməyəcəyəm". Ulu Öndər həm də hər bir vətəndaşa dövlətin qanunlarına əməl etməyi tövsiyə edirdi: "Dövlətin qanunlarına əməl etməyən insan dövlətin qanunları əsasında cəzalanmalıdır". 

Dövlət və qanunun nisbəti cəmiyyətdə tutduğu dərəcə ilə müəyyənləşir və dövlətin mövcudluğu təkcə adına görə deyil, əsas funksiyasına görədir. Dövlətin hər hansı bir qərarı hüquqa, qanuna və etik normaya uyğun olmalıdır, bunlardan kənar hər hansı bir əmr hədəfə çata bilməz. Daha aydın desək, burada ictimaiyyət və hakim qüvvə nəzərdə tutulur. Yəni dövlət və qanun ictimai-siyasi məfhum olaraq ölkənin etik dəyərlərini əks etdirir, bu dəyərlər həm dövlətin ictimai-siyasi fəaliyyətində, həm də normativ aktlarda mövcuddur. Amma qanunçuluqda etik normalara gəldikdə isə qeyd etməliyik ki, hər bir qanunda etik qayda və normalar mövcuddur. Etik qayda və normalara əsaslanmayan qanunlar əsassız hesab olunur və onun ictimai və hüquqi qüvvəsi olmur. Ulu Öndərin hüquq, qanun, qanunçuluq, dövlətçilik barədə dediyi kəlamları diqqətlə təhlil etsək, şahidi oluruq ki, onun hər bir sözü etik dəyərlər göstəricisidir. Yəni müxtəlif sahələri əhatə edən dərinfikirli kəlamları mənəviyyata, etik normalara əsaslanır. 

Ulu Öndərin fikrincə, hər hansı bir hüquq işçisinin hüquq elmində, hüquqşünaslıqda biliyi ilə yanaşı, həm də əxlaqi, mənəvi dəyərlərə malik olması əsas şərtdir. Hüquqşünasın etik dəyərlərə sahib olması təkcə qanunların düzgün işlənmə mexanizmi ilə məhdudlaşmır, bu dəyərlərə sahib olmaq qanunla ictimaiyyət arasında bağlılıq yaradır, bundan əlavə, ictimai kütlə arasında qanunların aliliyinə inam yaranır və bunun da nəticəsində ictimai asayiş təkcə qanunlarla deyil, həm də mənəvi dəyərlər əsasında idarə olunur və qorunur. Heydər Əliyev kimliyindən asılı olmayaraq hər bir vətəndaşın qanunun prinsiplərinə riayət etməsini bildirirdi: "Şəxsiyyətindən, keçmiş xidmətlərindən, adından-sanından asılı olmayaraq hər kəs qanuna tabe olmalıdır. Qanunun aliliyi hamı üçün eyni olmalıdır: adi vətəndaş üçün də, vəzifəli şəxs üçün də, Prezident üçün də". 

Ulu Öndərin insan ləyaqətinə verdiyi dəyər cinayət-hüquq siyasətində də özünü açıq-aydın göstərir. İnsan haqlarında ölüm hökmünün ləğv olunması buna sübutdur. Ulu Öndərin təşəbbüsü ilə 1998-ci il fevral ayının 10-da Milli Məclis ölüm hökmünün ləğv edilməsi haqqında qanun qəbul etdi və həmin andan başlayaraq bu qanun qüvvədədir. O, ədalət, azadlıq, humanizm və insanpərvərlik prinsiplərini əsas tutaraq ölüm cəzasının insan ləyaqətinə zidd olduğunu bildirmişdir: "Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideyalara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm".

Ulu Öndərin fikirlərinə nəzər yetirəndə görürük ki, cəzanın özündə də islah etmək xüsusiyyəti vardır. Cəzanın tərbiyəvi əhəmiyyətlərindən biri də budur ki, insan törətdiyi cinayət əməli barədə düşünür, nəyin düzgün, nəyin səhv etdiyini təkcə ağılla deyil, həm də ruhən, qəlbən anlayır. Cəzanın tətbiq edilməsinin səbəblərindən biri də digər insanları cinayət əməllərindən uzaqlaşdırmaq, ictimaiyyəti baş verə biləcək hər hansı bir cinayətdən xilas etməkdir. Ulu Öndər cəzanın tərbiyəvi əhəmiyyətini qeyd edirdi: "Cəzanın böyük tərbiyəvi əhəmiyyəti var. Əgər bir insan öz cinayətinə, xəyanətinə görə cəzalanırsa, bu, minlərlə insanların belə cinayətlərindən xilas olmasına kömək edir, belə cinayətlərə qoşulmamasını təmin edir". 

Ulu Öndər bəzi insanların ölkə daxilində cinayət törədib başqa bir ölkəyə qaçmalarına kəskin münasibətini bildirərək onları vətənpərvərlikdən, insana xas olan üstün keyfiyyətlərdən uzaq hesab edirdi. Onun nəzərində vətəninə, xalqına, dövlətinə bağlı olan insan heç vaxt bu addımı atmaz və belə insanlar xalqın, cəmiyyətin nəzərində nüfuzsuz və yaramaz insanlar hesab olunurlar: "Vətənpərvər, mərd insan əgər şüurlu ya şüursuz hansısa bir cinayəti edibsə, o, vətənindən qaçmamalıdır. Cinayət edib vətənindən qaçan adam xalq, millət, cəmiyyət üçün ən yaramaz və ən nüfuzsuz bir adamdır". 

Aparılan təhlillərdən belə nəticəyə gəlmək olar ki, Ulu Öndərin dövlət, konstitusiya, qanun və qanunçuluq barədə dediyi hər bir sözü təkcə hüquq-mühafizə orqanlarına aid deyil, həm də ictimai-siyasi mühiti qorumaq, insanların haqlarına ədalətlə, vicdanla riayət etmək mənasını daşıyır. Qanunlarda olan etik, əxlaqi, mənəvi dəyərlər insanı mükəmməl bir varlıq olaraq cəmiyyətə təqdim edir və qanunun aliliyinin qorunmasına səbəb olur. Etik xüsusiyyətlər insan varlığının formalaşmasına, insanın ictimai-siyasi sahədə inkişafına zəmin yaradır. Vətən, ölkə, hakimiyyət və dövlət dediyimiz bu məfhumlar hər biri ayrı-ayrılıqda insanın şərəfi, mənliyi və ləyaqətidir. Çünki hər bir insan tutduğu vəzifəsindən, məqam və dərəcəsindən, milli mənsubiyyətindən asılı olmayaraq vətəndaşı kimi ölkəsinin konstitusiyasına, qayda-qanunlarına necə əməl etməsi ilə seçilir. Buna görə də kimliyindən asılı olmayaraq hər bir vətəndaş bu müqəddəs mühafizə sistemini qorumalı, onun tələblərini yerinə yetirməlidir. Ulu Öndərin söylədiyi tarixi və ibrətamiz sözlər bizim bu günümüz, gələcəyimiz üçün tərbiyəvi əhəmiyyət kəsb edən nəsihətlərdir ki, bunlar təkcə siyasi bir liderin, dövlət başçısının deyil, ən əsası müdrik bir atanın övladlarına vəsiyyətidir.


Əntiqə PAŞAYEVA,

fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın “yaşıl enerji" gündəliyi

08:00
05 Dekabr

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:19
05 Dekabr

ABŞ-də nümayiş zamanı qırıcı təyyarə qəzaya uğrayıb  

22:35
04 Dekabr

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə olunub  

22:34
04 Dekabr

Maka Boçorişvili: Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün mühüm təməl daşıdır  

22:30
04 Dekabr

Keniya parlamenti britaniyalı hərbçiləri müxtəlif cinayətlərdə ittiham edir  

22:29
04 Dekabr

“Caviar” bu smartfonları zərgərlik əsərinə çevirir  

22:26
04 Dekabr

Ekstremal hadisələr daha dağıdıcı olacaq  

22:25
04 Dekabr

Cari ilin ən yaxşı “Google Chrome” yeniləmələri elan edilib  

22:24
04 Dekabr

Güzəştli mənzillərin seçimi ilə bağlı kiberhücum cəhdinin qarşısı uğurla alınıb – RƏSMİ AÇIQLAMA  

21:06
04 Dekabr

ABŞ-da bayraqlar yarıya qədər endirilib  

21:05
04 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb  

21:03
04 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:57
04 Dekabr

Elçin Şamilli: Süni intellekt rəssamın imkanlarını genişləndirir, amma yaradıcılığın təbiətini əvəz etmir  

20:56
04 Dekabr

QMİ sədri ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi ilə görüşüb  

20:54
04 Dekabr

Rəşt-Astara dəmir yolu xətti istismara verilsə, iki qitə arasında nəqliyyat əlaqəsi təmin olunacaq 

20:53
04 Dekabr

Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

20:51
04 Dekabr

Rumın ekspert: Rusiyanın hibrid taktikası Qərbi çətin duruma yönəldir  

20:50
04 Dekabr

Ukrayna Baş Kəşfiyyat İdarəsi Krımda Rusiyaya məxsus MiQ-29 qırıcısını məhv edib VİDEO  

20:47
04 Dekabr

Azərbaycan və Şimali Kipr arasında ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlıq müzakirə olunub  

18:51
04 Dekabr

Xarici işlər naziri: Azərbaycan ATƏT çərçivəsində konstruktiv əməkdaşlığa sadiqdir

18:08
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!