05 İyul 2023 00:35
2641
ELANLAR
A- A+
Psixologiya Elmi-Tədqiqat İnstitutu əlavə təhsil (yenidənhazırlanma) almaq üçün tələbə qəbulu  elan edir

Psixologiya Elmi-Tədqiqat İnstitutu əlavə təhsil (yenidənhazırlanma) almaq üçün tələbə qəbulu  elan edir

 

Psixologiya Elmi-Tədqiqat İnstitutu 2023-2024-cü tədris ilində aşağıdakı ixtisas üzrə yenidənhazırlanma təhsili (ixtisasdəyişmə) almaq üçün tələbə qəbulu elan edir:
Psixologiya.
Yenidənhazırlanma təhsili yalnız ödənişli əsaslarla, əyani təhsilalma forması üzrə müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Psixologiya Elmi-Tədqiqat İnstitutu hüquqi şəxs arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Yenidənhazırlanma təhsili müvafiq ixtisasda bakalavr və ona bərabər tutulan səviyyə üçün  mövcud baza təhsil proqramlarındakı dinləyicilərin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsili proqramı arasındakı fərq (1 tədris ili) nəzərə alınmaqla aparılır. Yenidənhazırlanma təhsili iki semestri əhatə etməklə müvafiq ixtisas üzrə bakalavriaturanın əsas ixtisas fənləri arasında xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.  
Yenidənhazırlanma təhsili almaq istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Ərizə;
- Ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq olunmuş surəti;
- 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil;
- Sağlamlıq haqqında arayış;
- Şəxsiyyət vəsiqəsinin surəti.
Xarici ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamə təqdim etməlidirlər.
Sənədlər 2023-cü il iyul ayının 3-dən sentyabr ayının 10-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək PsETİ-nin  Əlavə təhsil və innovasiyalar şöbəsində qəbul edilir. 
Yenidənhazırlanma təhsili almaq üçün instituta sənəd vermiş şəxslərlə müsabiqə təşkil edilir. Müsabiqəni uğurla keçənlər müqavilə yolu ilə yenidənhazırlanma ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər.
Tədris Azərbaycan dilindədir. Təhsil haqqı müqavilə əsasında ödənilir.
Yenidənhazırlanma təhsili almış şəxslərə müvafiq dövlət sənədinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası" ilə tənzimlənir.
* Məzunlara aldıqları ixtisas üzrə işləmək hüququ verən vahid formalı dövlət sənədi (diplom) verilir.  
Qəbul ilə əlaqədar aşağıdakı ünvana və ya elektron poçta müraciət edə bilərsiniz.

Ünvan: Bakı şəhəri, Ziya Bunyadov pr., 38
Tel.: 012/480-36-29 
Mobil: 055/257-27-00
Email: [email protected]

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

03:04
13 İyun

Hava limanlarının (aeroportların) idarə edilməsi qaydası

03:03
13 İyun

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

19:38
12 İyun

İsveçrədə tarixi səsvermə: əhali sayını 10 milyonla məhdudlaşdırmaq təklif olunur

19:03
12 İyun

Dünyada hər 70 nəfərdən biri evini tərk etmək məcburiyyətində qalıb

18:58
12 İyun

İqlim istiləşməsi 4 il ərzində kritik həddi keçə bilər

18:50
12 İyun

HDQ-də döyüş atışlı taktiki təlim olub  

18:48
12 İyun

Nigeriyada kütləvi adamqaçırma təhlükəsi

18:41
12 İyun

Avropa İttifaqının yeni “Köç və Sığınacaq Paktı” qüvvəyə minir

18:33
12 İyun

Azərbaycan və Dünya Bankı yol layihələri üzrə tərəfdaşlığı genişləndirir

18:24
12 İyun

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

18:13
12 İyun

Azərbaycan BNF-nin dayanıqlı mobillik üzrə İşçi qrupunun ilk iclasında iştirak edib

18:13
12 İyun

“App Store” üçün yeni abunə modeli istifadəyə veriləcək

18:01
12 İyun

Ultra sürətli enerji doldurma stansiyalarının yaradılmasına başlanılıb

17:52
12 İyun

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

17:51
12 İyun

“RobotChallenge Azerbaijan 2026” Bakıda keçiriləcək  

17:44
12 İyun

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır  

17:43
12 İyun

May ayında meyvələr bahalaşıb, tərəvəzlər ucuzlaşıb

17:39
12 İyun

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

17:34
12 İyun

“Azərsun Holdinq” Şamaxıda BBQ Festivalına dəstək göstərir

17:29
12 İyun

“AzerGold” Çovdar emal sahəsinə infotur təşkil edib

17:21
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!