19 Fevral 2026 08:45
563
İQTİSADİYYAT
A- A+
Ötən il rəqəmsal iqtisadiyyatda strateji yeniliklər baş verib

Ötən il rəqəmsal iqtisadiyyatda strateji yeniliklər baş verib


İqtisadiyyat Nazirliyinin tabeliyində 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib.

4SİM-in icraçı direktoru Fariz Cəfərov 2025-ci ildə qurumun sənaye müəssisələrinin rəqəmsal transformasiyası, innovativ inkişafın təşviqi və insan resurslarının rəqəmsal bacarıqlarının inkişafı və digər istiqamətlərdə fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, 2025-ci ildə Sənaye 4.0-a keçidi nəzərdə tutan "Rəqəmsal iqtisadiyyatın inkişafına dəstək" proqramına start verilib. Proqrama müraciət edən müəssisələrin texnoloji hazırlıq səviyyəsi beynəlxalq metodologiyalar əsasında qiymətləndirilir. Qiymətləndirmə nəticələrinə uyğun olaraq,  hər bir müəssisənin spesifik ehtiyacları nəzərə alınmaqla texnoloji transformasiya üzrə fərdi yol xəritələri hazırlanır. Daha əvvəl proqramın pilot mərhələsini uğurla başa vurmuş "METAK", "Azerfloat" və "STP Global Cable" şirkətlərinin rəqəmsal transformasiyasına dəstək göstərilib. Hazırda həmin müəssisələr onlar üçün hazırlanmış yol xəritəsini icra edirlər. Proqramın müəssisələrdə 5-8 faiz arasında EBİTDA artımı yaradacağı gözlənilir.

Qeyd olunub ki, 2025-ci il ərzində sənaye, tikinti, metallurgiya, pərakəndə satış sektorlarında fəaliyyət göstərən daha 15 müəssisədə diaqnostika prosesi tamamlanıb və yerli və beynəlxalq tərəfdaşlarla birgə bu müəssisələr üçün yol xəritələri hazırlanıb. Yol xəritələrinin icrası mərhələsində müəssisələrə maliyyə və peşəkar ekspert dəstəyi təqdim olunacaq. O da nəzərə çatdırılıb ki, sənaye 4.0 transformasiyası müəssisələrə mühəndis və əməliyyat xərclərinin optimallaşdırılması, məhsuldarlığın artırılması, istehsal keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması və resurslardan daha səmərəli istifadə kimi mühüm üstünlüklər qazandırır. Bu yanaşma müəssisələrin daha çevik, rəqabətqabiliyyətli və dayanıqlı fəaliyyət göstərməsinə imkan yaradır. 2030-cu ilə qədər 60-dan çox yerli müəssisənin rəqəmsal və dayanıqlı transformasiya prosesinə cəlb edilməsi hədəflənir.

Mətbuat konfransında vurğulanıb ki, 4SİM 2025-ci ildə rəqəmsal iqtisadiyyata keçidin dəstəklənməsi məqsədilə insan kapitalının inkişafına yönəlmiş layihələr həyata keçirib. 2023-cü ildə başlayan "4Sİ Akademiyası" çərçivəsində vətəndaşlarımız dünyanın ən böyük onlayn tədris platforması olan "Coursera"da təlimlərdən ödənişsiz faydalanmaq imkanı əldə ediblər. Bu günədək 60 mindən artıq Azərbaycan vətəndaşı platformada süni intellekt, proqramlaşdırma, data analitikası və digər müasir texnologiyalar üzrə bilik və bacarıqlarını artırıb.

 "4Sİ Akademiyası" çərçivəsində 2025-ci ilin aprel ayından start götürən milli proqram rəqəmsal bacarıqların artırılması, innovasiya-yönümlü təfəkkürün təşviqi və yeni texnologiyalara inteqrasiyanın sürətləndirilməsi, həmçinin iştirakçılara öz bilik və bacarıqlarını inkişaf etdirmək üçün geniş imkanlar yaradıb. Azərbaycan vətəndaşları "Coursera" platformasında yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq dünyanın 375-dən çox aparıcı universitet və texnologiya şirkətlərinin 13 mindən çox təliminə ödənişsiz çıxış əldə ediblər.

Proqram ölkənin bütün regionlarını əhatə edir. 2026-cı ilin aprel ayınadək ümumilikdə 70 min vətəndaşın proqramdan faydalanması nəzərdə tutulub. İstifadəçilərin əsas hissəsi 21-30 yaş arasında olsa da, proqram müxtəlif yaş qruplarını əhatə edib.

İnsan kapitalının inkişafı istiqamətində həyata keçirilən digər mühüm təşəbbüs 4SİM tərəfindən icra olunan təcrübə proqramlarıdır. Ötən il 5 belə təcrübə proqramı çərçivəsində 500-dən artıq gənc rəqəmsal iqtisadiyyat, layihələrin idarə olunması, data analitikası, süni intellekt və digər qabaqcıl texnoloji sahələr üzrə müxtəlif layihələrdə iş təcrübəsi qazanıb. Proqram iştirakçıları əldə etdikləri praktiki bacarıqlar sayəsində əmək bazarında rəqabət qabiliyyətlərini artırıblar.

Məlumat verilib ki, 4SİM insan resurslarının inkişafı sahəsində ötən il daha bir layihənin icrasına start verib. Dünya İqtisadi Forumu ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək "Azərbaycan Bacarıqlar Akseleratoru" layihəsi çərçivəsində ölkənin əmək bazarında mövcud bacarıq boşluqlarının aradan qaldırılması məqsədilə  kompleks  fəaliyyət planı hazırlanacaq.

Eyni zamanda 4SİM davamlı inkişaf istiqamətində həyata keçirilən fəaliyyətlər çərçivəsində süni intellekt texnologiyalarının enerji səmərəliliyində tətbiqi istiqamətində yerli tərəfdaşlarla birgə 40 praktik həll formalaşdırıb. Bu həllər Dünya İqtisadi Forumunun 2025-ci ildə dərc etdiyi "Süni intellektin enerji paradoksu" adlı hesabatda əksini tapıb.

Bu  ilin yanvar ayında Davos Forumu çərçivəsində 4SİM 3 müxtəlif panel sessiyasında təmsil olunub. İlk dəfə forum çərçivəsində 4SİM və SOCAR tərəfindən "Texnoloji transformasiya vasitəsilə enerji keçidinin sürətləndirilməsi: Süni intellekt əsaslı sənaye" mövzusunda birgə sessiya təşkil edilib, süni intellekt, sənaye 4.0 transformasiyası və enerji səmərəliliyi ilə bağlı müzakirələr aparılıb.

Sonda bildirilib ki, 2026-cı ildə 4SİM rəqəmsal texnologiyaların iqtisadiyyatda tətbiqinin genişləndirilməsi, özəl sektorun rəqəmsal transformasiyasına dəstək və insan kapitalının gücləndirilməsi istiqamətində fəaliyyətini genişləndirəcək.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında

01:54
10 İyun

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında

01:53
10 İyun

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə

01:52
10 İyun

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 noyabr tarixli 533 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:50
10 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

01:49
10 İyun

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında

01:48
10 İyun

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında

01:47
10 İyun

Azercell abunəçilərinin nəzərinə

01:46
10 İyun

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

23:57
09 İyun

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb  

23:29
09 İyun

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

22:34
09 İyun

Brüsseldə təhsildə qənaət planına qarşı yeni etiraz dalğası

22:06
09 İyun

Avropanın 100 milyard avroluq qırıcı təyyarə layihəsi ləğv edildi

21:46
09 İyun

Türkiyə aviaşirkətlərinin təyyarə sifarişləri rekord səviyyədədir

21:18
09 İyun

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

21:13
09 İyun

Böyük İsgəndərin ilk böyük qələbəsini qazandığı yer “tarixi qoruq” elan edilib

20:49
09 İyun

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər  

20:31
09 İyun

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

20:21
09 İyun

Şuşa, Xankəndi və Laçında kanat yollarına 15,2 milyon manat xərclənib

19:52
09 İyun

“Türk dünyasına səyahət” - Türk xalqlarının irsi, ortaq mənəvi dəyərləri və qardaşlıq əlaqələri təbliğ olunur

19:39
09 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

19:21
09 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!