17 May 2026 14:04
353
CƏMİYYƏT
A- A+
Nazirlər səviyyəsində görüş: Yeni şəhərsalma təşəbbüslərinin həyata keçirilməsi konkret nəticələrlə müşayiət olunmalıdır 

Nazirlər səviyyəsində görüş: Yeni şəhərsalma təşəbbüslərinin həyata keçirilməsi konkret nəticələrlə müşayiət olunmalıdır 

Mayın 17-də Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) ilk günü yeni təşəbbüs kimi Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşlə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxış edib. O bildirib ki, mənzil əslində sosial məsələ olmaqla qalmır, bu, iqlim məsələsidir, iqtisadi məsələdir, inkişaf və həmçinin insan şərəfi və ləyaqəti məsələsidir. Qeyd olunub ki, mənzil, eyni zamanda, təhsil, səhiyyə və güzəranla əlaqəli məsələdir: “Bütün dünyada şəhər əhalisinin durmadan artdığını görürük. Bu da istər-istəməz məskunlaşma, yerləşmə baxımından, iqlim dəyişikliyi ilə, eyni zamanda, infrastruktur üzərində təzyiqlə bağlı müəyyən çağırışlar yaradır. Bütün bunlar bir-biri ilə əlaqəli reallıqlardır ki, vahid həllər tələb edir. Bu baxımdan, mənzil məsələsinə yalnız tikinti, inşaat deyil, həmçinin ətraflı şəhər siyasəti kimi baxılmalıdır: bu sıraya torpaq istifadəsi, mobillik, infrastruktur, yaşıl məkanlar, iqtisadi, məhsuldarlıq və sosial vəhdət daxildir”.

Nazirlər görüşünün dünya forumunun əsas seqmentlərindən biri olduğunu qeyd edən A.Quliyev bildirib ki, o, forumun ilk sessiyalarından başlayaraq böyük bir yol keçərək, daha interaktiv və nəticə olan etibarlı platformaya çevrilib: “Yeni format bizə imkan verir ki, tək milli təcrübələri deyil, eyni zamanda, konkret həlləri, qabaqcıl təcrübəni və kollektiv, müştərək fəaliyyətlərimizi bir çox istiqamətlər üzrə - mənzil və məskunlaşma, şəhərsalma üzrə müzakirə edə bilək. Geniş şəkildə iştirak forumun əhəmiyyətinə dəlalət edir və digər tərəfdən BMT-nin Məskunlaşma Proqramı ilə qarşılıqlı etimad üzərində qurulmuş ümumi işimizi əks etdirir. Bugünkü görüş nazirlər üçün çox gözəl bir fürsətdir ki, əldə olmuş nailiyyətləri təhlil edək, qabaqcıl praktikanı müzakirə edək və eyni zamanda, qarşımızda olan problemləri nəzərdən keçirək”.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Azərbaycan hökumətinə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşünün təşkilinə görə təşəkkürünü bildirib.

Anaklaudia Rossbax qeyd edib ki, 2026-cı il yalnız Yeni Şəhər Gündəliyinin icrasının yekunlarının qiymətləndirilməsi mərhələsi deyil, həm də inkişafın gələcək istiqamətinin müəyyən edilməsi üçün həlledici bir andır.

Milli siyasətlərin, şəhərsalma siyasətlərinin artıq geniş miqyasda əlaqələndirilmiş şəhərsalma aləti kimi təşəkkül tapmaqda olduğunu diqqətə çatdıran A.Rossbax deyib: “Bunu 160 ölkə ya qəbul edib, ya da şəhər siyasəti çərçivələrini milli inkişaf strategiyalarına inteqrasiya edib. Ölkələrin üçdə ikisindən çoxu milli mənzil siyasətini tətbiq edib və burada mənzillərin uyğunluğu, onların əlçatanlığı da xüsusilə vurğulanıb. Milli siyasətlər və dövlətlər könüllü olaraq hesabatlar dərc edib və burada yerli tədbirləri milli prioritet və qlobal öhdəliklərlə uzlaşdırıb. Burada münasib mənzillər də əsas məsələlərdən biridir”.

Nazirlər səviyyəsində görüşündə videomüraciəti zamanı Birləşmiş Millətlər Təşkilatında siyasət məsələləri üzrə Baş katibin müavini Qay Rayder yeni şəhərsalma gündəliyinin həyata keçirilməsi istiqamətində irəli sürülən təşəbbüslərin konkret mexanizmlərlə dəstəklənməsinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Qeyd olunub ki, qarşıdakı 10 il urbanizasiya siyasətinin effektiv icrası baxımından həlledici mərhələ olacaq. Əsas məqsədlərdən biri əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi, yerli və regional idarəetmə orqanları arasında koordinasiyanın daha da artırılmasıdır.

Qay Rayder vurğulayıb ki, yeni şəhərsalma təşəbbüslərinin həyata keçirilməsi yalnız müzakirələrlə məhdudlaşmamalı, konkret nəticələrlə müşayiət olunmalıdır.

Polşanın BMT-dəki daimi nümayəndəsi Kriştof Şerski şəhərlərin davamlı şəkildə artan mürəkkəb çağırışlarla üzləşdiyini bildirib. Qeyd olunub ki, buna səbəb çatışmazlıqlar, keyfiyyət problemləridir. İqlim dəyişikliyi də infrastrukturlara, təbii ki, elementar xidmətlərə öz təsirini göstərir. Buna baxmayaraq, şəhərlər də imkanların, fürsətlərin, iqtisadi inkişafın, innovasiyanın və dayanıqlığın mərkəzi rolunu oynamaqda davam edir: “Biz çalışmalıyıq ki, şəhərsalmanın olduğu bütün yerlərdə sosial vəhdət, iqtisadi şanslar və dayanıqlıq hər kəs üçün bərabər olsun. Bugünkü təqvim də bizə bunu göstərir ki, şəhərlərdə dayanıqlılıq necə olmalıdır. Çünki təbiətin də bəzi bizə sürprizləri ola bilər. Yeni şəhərsalma təqviminin həyata keçirilməsi sadəcə hökumətlər səviyyəsində deyil, yerli hakimiyyət orqanları səviyyəsində də olmalıdır”.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezidenti, Malayziyanın mənzil və yerli idarəetmə naziri Nga Kor Minq yalnız qlobal mesajlar verməklə kifayətlənməməyi vurğulayıb: “Yeni şəhərsalma gündəliyini yerlərdə tətbiq etməli, real nəticələr əldə etməliyik. Bunun üçün həm dövlət, həm də yerli səviyyədə koordinasiyalı fəaliyyət vacibdir”.

Nazir qeyd edib ki, qarşıdakı 10 il urbanizasiya siyasətinin uğurlu icrası baxımından xüsusi əhəmiyyət daşıyır. Bu dövrdə yüksəksəviyyəli görüşlərin keçirilməsi, mühüm təşəbbüslərin irəli sürülməsi və konkret fəaliyyət planlarının hazırlanması prioritetlərdən biri olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

22:06
13 İyun

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

21:17
13 İyun

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

20:34
13 İyun

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

20:24
13 İyun

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

20:09
13 İyun

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb  

19:51
13 İyun

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

19:15
13 İyun

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub 

18:36
13 İyun

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

17:56
13 İyun

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”  

17:39
13 İyun

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

17:26
13 İyun

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

17:03
13 İyun

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

16:58
13 İyun

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır  

16:47
13 İyun

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

16:36
13 İyun

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO  

15:59
13 İyun

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib

15:48
13 İyun

Şuşa Bəyannaməsi inteqrasiyanı təşviq edən strateji baxış sənədidir  

15:36
13 İyun

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti hər il daha da artır   

15:22
13 İyun

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub

15:21
13 İyun

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub  

15:20
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!