31 Yanvar 2026 08:50
338
CƏMİYYƏT
A- A+
Narkomaniyaya qarşı mübarizə sağlam cəmiyyət və sağlam gələcək uğrunda mücadilədir

Narkomaniyaya qarşı mübarizə sağlam cəmiyyət və sağlam gələcək uğrunda mücadilədir


Hazırda dünyada narkomaniya çox ciddi bir problemə çevrilib. Uzaq Şərqdən və Asiyadan başlayaraq, Avropaya, Latın Amerikasından tutmuş Şimali Amerikaya qədər çox geniş bir ərazidə narkoticarət mürəkkəb şəbəkə yaradıb. Müxtəlif istiqamətlərdə narkotiklərin qanunsuz tranziti ilə ciddi mübarizə aparılmasına baxmayaraq, hələ də milyonlarla insanın, xüsusilə də gənclərin həyatı təhlükə altındadır. 

Dövlətlər və cəmiyyətlər milyardlarla dollar zərər çəkirlər. Gənclərin sağlam həyat qurması, özlərini inkişaf etdirməsi və sosiallaşması ciddi problemlərlə qarşılaşır. Bütün bunların fonunda Azərbaycanda narkomaniya ilə mübarizə məsələsinin son dərəcə aktual olması təbiidir.

"Narkomaniya" yunancadan tərcümədə "yuxu", "huşsuzluq", "cəzbetmə" və "ağılsızlıq" mənalarını verir. Onları ümumiləşdirsək, narkomaniya insanın ağıldankənar aludəçiliyi, keyliyə zövq kimi yanaşması, yuxunu və huşsuzluğu həyatın ləzzəti hesab etməsidir. Yəni bütün məna çalarlarında narkomaniya insanın iradəsini, sağlam düşüncəsini əlindən alır. Narkomanlar üçün hüquq, insan haqları, ümumi sosial normalar anlayışı yoxdur. 

Aydındır ki, narkomaniya həm fərdi, həm də sosial miqyaslarda müasir cəmiyyət üçün son dərəcə böyük təhlükədir. Birincisi, qeyd etdiyimiz kimi, cəmiyyətdə narkotik maddələr yayılmaqla insanların sağlam düşüncəsi əlindən alınır və onlar nəfsinin əsirinə çevrilirlər. İkincisi, narkotik aludəçisini öz milləti, cəmiyyəti, dövləti və hətta ən yaxın insanlarına qarşı manipulyativ şəkildə istifadə edirlər. Üçüncüsü, dövlət səviyyəsində hədəf alınan ölkəyə qarşı zorakı təsirləri qanuni və hüquqi saymağa çalışırlar. Çünki narkotiklərin qanunsuz dövriyyəsi bütün dünyada cinayət sayılır və ona qarşı mübarizəni hüquqi baxımdan vacib hesab edirlər. Deməli, narkomaniya ilə mübarizə bəşəri miqyaslarda çox təhlükəli hal kimi qəbul edilir və onunla mübarizə hər zaman təşviq olunur.

Narkomaniyanın elmi tədqiqi bütün dünyada intensivliklə aparılır. Narkotik asılılığın elmi anlayışı ilk dəfə XVIII əsrin əvvəllərində formalaşıb. Lakin narkomaniya ilə mübarizə gözlənilən nəticəni verməyib və nəticədə XX əsrin sonunda narkomaniya xalqların genofonduna sarsıdıcı zərbələr vurub. 

Azərbaycanda da bu istiqamətdə elmi araşdırmalar mövcuddur. Azərbaycan alimləri narkomaniyanın bütövlükdə bəşəriyyət üçün böyük təhlükə olduğunu elmi çərçivədə təhlil edirlər. Onlar üçün narkomaniya şəxsiyyətin tam məğlubiyyətidir. Təsadüfi deyil ki, bunu "ağ ölüm" də adlandırırlar. Bütün deyilənlər narkomaniyanın çox ciddi bir sosial-psixoloji və mənəvi problem olduğunu, eləcə də cəmiyyətin mövcudluğuna güclü təsir göstərdiyini sübut edir. Bu kontekstdə gənclərin narkotik asılılığının onların sosiallaşmasına vurduğu ziyanları diqqətdən kənarda qoymaq olmaz.


Sağlam həyat tərzinə təhlükə


Belə bir fikir formalaşıb ki, narkotik maddələrdən bir və ya bir neçə dəfə istifadə etməklə asılılıq yaranır. Tibbi təcrübələr də bu bəla ilə mübarizə aparmağın çətin olduğunu, xilasolma faizinin aşağı düşməsi faktını təsdiqləyir. Narkotikə qurşanmış insanların əksəriyyəti həyatlarını itirirlər.

Narkotikdən istifadə edən insanda əvvəl xoş hisslər yaranır. Aldadıcı təsirin - sevinc və enerjinin narkotikdən qaynaqlanmasına inanır. Bu qənaət tamamilə yanlışdır. Əgər bu, aludəçinin düşündüyü kimi olsaydı, o, cəmiyyətin ən fərəhli, ən gümrah, öz karyerasında və şəxsi həyatında uğur qazanan insanı olardı.

Narkotik asılılığın sosial mühit kontekstində təzahürünün müxtəlif səbəblərindən də bəhs edilir. Məsələn, belə vurğulanır: "Ailədə və işdə yaranan problemlər, düzgün seçilməyən mühit, psixoloji zəiflik tez təsir altına düşmə və digər müxtəlif səbəblər zəif insanları narkotikdən istifadəyə yönəldir. Əlbəttə, bu maddələrdən əyləncə məqsədilə istifadə edənlər də var. Narkomaniyanın yayılması millətin sağlam həyat tərzinə təhlükə törədir".

Bu istiqamətdə tədqiqatlar son dövrlərdə daha intensiv aparılır. 2025-ci ildə aparılan tədqiqatların birində deyilir: "Azərbaycanın Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, hər il, əgər bütün dünyanı və narkotik vasitələrin növlərini nəzərə alsaq, dünyada istifadəçilərin sayı təxminən 3,3 faizdən 6,5 faizə qədərdir. Bu acılı statistika Azərbaycana da aiddir. Demək olar ki, sadəcə Azərbaycan yox, bütün dünya uzun müddətdir ki, bu fəlakətlə qarşı-qarşıyadır. Mütəxəssislər yazırlar ki, müxtəlif cəmiyyətlərdə fərqli psixotrop və narkotik maddələrlə əlaqədar olaraq submədəniyyətlər formalaşıb. Bəzi narkotik maddələr insanda psixoloji asılılıq təsiri meydana gətirir, bəziləri isə psixoloji və fiziki olaraq insanı əsir edib məhrumiyyət hissi formalaşdırır.

Hazırda dünya üçün daha bir məsələ də aktualdır. Belə ki, bu sahənin araşdırıcıları dərmanlardan qeyri-rasional istifadənin fəsadlarına diqqət yönəldirlər. Narkomanlar bir sıra hallarda müalicədən yayınır və ya onu təxirə salırlar. Bu baxımdan, səhiyyə xidmətlərinin əlçatarlığı, ictimai dəyərlər, ənənələr və qanunların cəmiyyətə təsirləri məsələsi də aktuallaşır. Çünki onun insanların dərmandan istifadəyə qarşı mövqe və davranışlarını formalaşdırmaqda mühüm rolu vardır".


Cəmiyyətin sosial strukturu, lokal və beynəlxalq cinayətkarlıq


Vurğulanan xüsusiyyətlərin fonunda müasir cəmiyyətlərdə gənclərin pozitiv sosiallaşması məsələsinin nə dərəcədə əhəmiyyətli olduğu aydınlaşır. Gənclər cəmiyyətin gələcəyidirlər. Amma onlar topluma faydalı olmaq istiqamətində sosiallaşmasalar, gələcəkdə kriminallaşma və hüquqsuzluq arta bilər, insanların ictimai faydalı olmaq potensialı isə sürətlə azalar. Hətta narkomanlar cəmiyyətin bütövlüyü və mənəvi-əxlaqi dünyası üçün ciddi təhlükəyə və risk mənbəyinə çevrilirlər. Yad dairələr, adətən, narkomanlardan dövlətçiliyə və milli maraqların təmininə ciddi zərbə vurmaq üçün istifadə etməyə çalışırlar.

30 ilə yaxın müddətdə davam edən və Azərbaycanın tarixi ədaləti və haqlarını bərpa etməsi ilə yekunlaşan Ermənistan-Azərbaycan münaqişəsi bütün sahələrdə olduğu kimi, narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərirdi. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğal altında saxlanması, Azərbaycanın İranla olan dövlət sərhədinin 132 kilometrinə Ermənistan silahlı qüvvələrinin nəzarət etməsi nəticədə həmin sahədən Avropa və Qara dəniz hövzəsi ölkələrinə, digər ərazilərə narkotik maddələrin güclü axınının həyata keçirilməsi ilə nəticələnmişdi. Qarabağ və Şərqi Zəngəzur ərazisi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz zona kimi istifadə olunurdu. Nəhayət ki, Azərbaycan tarixi zəfəri ilə bu tip cinayət əməllərinə birdəfəlik son qoydu.

Azərbaycanda narkomanlığa qarşı sistemli və davamlı mübarizə Ulu Öndər Heydər Əliyevin 1996-cı il avqustun 26-da imzaladığı fərmanla başlayıb. "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" həmin fərmanın 3-cü bəndində yazılıb: "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasına tapşırılsın ki, Azərbaycan Respublikasında narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə yeni ümummilli proqramı üç ay ərzində hazırlasın".

Narkomaniya ilə mübarizənin "yeni ümummilli proqram" statusunda aparılması çox mühüm tarixi hadisədir. Çünki bu, narkomaniyaya qarşı siyasi və hüquqi mübarizəni bütövlükdə cəmiyyət və dövlət üçün prinsipial səviyyəyə yüksəldir. Onun "ümummilli proqram" kimi qəbul edilməsi isə sözügedən proqramın həyata keçirilməsinin birbaşa dövlət işi olduğunu göstərir.

Bu prosesdə Ulu Öndər Heydər Əliyevin səyləri sayəsində 1999-cu il iyunun 18-də "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" qanunun qəbul edilməsi çox mühüm hüquqi addımdır. Qanunun "Ümumi müddəalar" hissəsində aşağıdakı iki bənddə ümumiyyətlə "narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi" anlayışına və ayrılıqda onun hansı hallarda qanunsuz sayıldığına aydınlıq gətirilir. 

Prosesi bu gün Prezident İlham Əliyev davam etdirir. Dövlət başçısının 2019-cu il 22 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" xüsusi qeyd edilməlidir. Proqramın xüsusiyyətlərindən bəhs edərkən vurğulanır ki, dövlətin bütün hüquq-mühafizə orqanları qarşısında narkomanlığa qarşı koordinasiyalı mübarizə aparmaq vəzifəsi qoyulub.

Bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə gənc nəslin sağlamlığının qorunması və onların hərtərəfli inkişafı istiqamətində həyata keçirilən tədbirlərin də olduqca əhəmiyyətli olması xüsusi qeyd olunmalıdır.


Məqsədyönlü dövlət siyasəti


Azərbaycanda narkomaniya məsələsinə bütövlükdə dünyada bu sahədə gedən proseslərin fonunda baxmaq lazımdır. Hazırda bütün dövlətlər bu bəla ilə mübarizə aparır. Eyni zamanda bir sıra böyük dövlətlər narkoticarəti bəhanə edərək ölkələrin müstəqilliyinə qəsd etmək istiqamətində addımlar atırlar. Lakin bu cəhdlərə baxmayaraq, hər bir dövlət üçün narkomaniya ilə mübarizə aparmaq həyati əhəmiyyət kəsb edir.

Azərbaycanda bununla bağlı artıq təcrübə toplanılıb. Bu təcrübə narkomaniya ilə mübarizənin Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş hüquqi aspektləri ilə bağlıdır. Keçən əsrin son illərində narkomaniya ilə bağlı qəbul edilən hüquqi sənədlər göstərir ki, Azərbaycan müstəqil dövlət kimi məsələni hərtərəfli təhlil edib və kompleks xarakterli tədbirlərin həyata keçirilməsi kursuna başlayıb. Buraya yerlərdə narkotik vasitələrin qanunsuz istehsalının qarşısının alınması, onun tranziti, gənclər arasında yayılması prosesinin qarşısının alınması, ətraf regionlardan qaynaqlanan narkoticarətin ölkə ərazisindən tranzit kimi istifadəsinə yol verilməməsi və digər məsələlər daxildir.

Prezident İlham Əliyev xüsusi sərəncamla narkomaniyaya qarşı mübarizədə dövlətin bütün hüquq-mühafizə orqanlarının koordinasiyalı fəaliyyət göstərməsini təmin edib. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci illər)" və onun davamı kimi "2013-2018-ci illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı" və "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın da əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Bu kimi hüquqi addımların fonunda Azərbaycanda narkomaniya ilə mübarizəni əks etdirən faktların sayı olduqca çoxdur.

Beləliklə, Azərbaycan müstəqil dövlət kimi narkomaniyaya qarşı mübarizəni milli, regional və qlobal miqyaslarda bu sahə üzrə həyata keçirilən proqramlara uyğun şəkildə aparır. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: ABŞ İranla bağlı planlarını Körfəz müttəfiqləri ilə bölüşməyib

09:34
31 Yanvar

Bilmək istəyirəm

09:30
31 Yanvar

Musiqi ilə başlanan, şəhidliklə bitən ömür

09:25
31 Yanvar

8 kəşfiyyatçımızın 29 ildir dillərdən düşməyən qəhrəmanlığı

09:20
31 Yanvar

192,2 milyon manatlıq kənd təsərrüfatı, 47,1 milyon manatlıq sənaye məhsulları

09:15
31 Yanvar

Şabran kəndlisi çətinə düşəndə dövlətinə güvənir

09:10
31 Yanvar

Konqoda mədənin çökməsi nəticəsində azı 227 nəfər ölüb

09:09
31 Yanvar

Tramp: Çinin ABŞ idxalındakı payı 2001-ci ildən bəri ən aşağı səviyyəyə düşüb  

09:09
31 Yanvar

Media: Qərb kəşfiyyat orqanları İranın nüvə silahı hazırladığına dair dəlil tapmayıb  

09:08
31 Yanvar

Gəncə ikinciliyi əldən vermədi

09:05
31 Yanvar

BTQ ilə yükdaşımaların həcminin artırılması üçün tədbirlər görülür

09:00
31 Yanvar

Dövlət biznesin etibarlı güvəni, biznes dövlətin iqtisadi dayağıdır

08:55
31 Yanvar

Narkomaniyaya qarşı mübarizə sağlam cəmiyyət və sağlam gələcək uğrunda mücadilədir

08:50
31 Yanvar

Çinin “CITIC Construction” şirkəti Azərbaycanda fəaliyyətini genişləndirmək niyyətindədir

08:45
31 Yanvar

Türk xalqlarının tarixinin parlaq səhifəsi

08:40
31 Yanvar

Revanşistlər TRIPP-a qarşı

08:35
31 Yanvar

Gənclər ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirak edirlər

08:30
31 Yanvar

İcbari tibbi sığortanın xidmətlər zərfi genişləndiriləcək

08:25
31 Yanvar

Zəfərin yadigarı

08:20
31 Yanvar

Azərbaycanın sülh siyasəti beynəlxalq miqyasda təqdir edilir

08:15
31 Yanvar

Ermənistan yüklərin daşınması üçün ümidini Azərbaycandan keçən marşrutlara bağlayıb

08:10
31 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!