31 Yanvar 2026 08:35
356
SİYASƏT
A- A+
Revanşistlər TRIPP-a qarşı

Revanşistlər TRIPP-a qarşı


Sülh və əməkdaşlıq onların xəstə təfəkkürünə ziddir


Ermənistanda köhnə rejimin qalıqları və revanşist dairələr regionda sabitliyə xidmət edən addımları qaralamaq üçün hər cür oyuna baş vururlar. Xüsusən, formalaşan yeni geosiyasi və iqtisadi reallıqları həzm edə bilməyən müxalif qruplaşmaların sülh quruculuğu prosesinə müqaviməti müxtəlif formalarda təzahür edir. Bölgənin simasını dəyişdirəcək TRIPP (Zəngəzur dəhlizi) layihəsinə qarşı yönələn kəskin bəyanatlar, dəhliz ətrafındakı manipulyasiyalar keçmişin qanlı mirasını daşıyan siyasilərin hələ də sülh və əməkdaşlıqda maraqlı olmadığını nümayiş etdirir. Revanşist qüvvələr iqtisadi inkişafı "milli təhlükə" kimi qələmə verərək, cəmiyyəti yenidən qeyri-müəyyənliyə sürükləməyə çalışırlar. Çünki onlar iqtisadi tərəqqini deyil, gərginliyi və qarşıdurmanı öz siyasi varlıqlarının yeganə yolu hesab edirlər. Bu ritorikanın önündə gedənlər isə vaxtilə bölgəni qan gölünə çevirən, on minlərlə insanın taleyini məhv edən qatı cinayətkarlardır.

Ermənistanın keçmiş prezidenti, müharibə canisi Robert Koçaryanın növbəti dəfə TRIPP layihəsini hədəfə qoymaqla daşnak ritorikasını sərgiləməsi də bu xəstə təfəkkürün göstəricisidir. TRIPP layihəsini ölkəsi üçün "ən böyük təhdid" adlandıran sabiq rəhbər iddia edib ki, guya sözügedən layihə Ermənistanın mənfəətlərinə ziddir və əsasən Azərbaycanla Türkiyənin xeyrinədir. Onun qənaətincə, bu prosesdə rəsmi İrəvanın rolu məhduddur və həlledici addımlar Vaşinqtonun diktəsi ilə atılır. Koçaryanın fikrincə, ABŞ-nin regionda faktiki maliyyə maraqları mövcud deyil, onların yeganə hədəfi İranla olan sərhəd xəttində nüfuzunu artırmaqdır. O, bu təşəbbüsün Ermənistanı qlobal güclərin qarşıdurma meydanına çevirdiyini, ölkənin maraqlarının nəzərə alınmadığını, İrəvanın tərəf kimi çıxış etmədiyini irəli sürüb.

Koçaryanın əsassız ittihamlarına ilk sərt cavab Ermənistan Baş naziri Nikol Paşinyandan gəlib. Paşinyan Koçaryanın geosiyasət anlayışının artıq aktual olmadığını bildirib və deyib ki, "Tramp marşrutu" genişmiqyaslı investisiya proqramıdır: "Bu layihə Ermənistan üçün yüz milyonlarla dollar həcmində sərmayənin cəlb olunmasını nəzərdə tutur". Baş nazir vurğulayıb ki, proqram eyni zamanda ölkə üçün mühüm təhlükəsizlik zəmanətləri də yaradacaq. Paşinyan ABŞ-nin layihədə iqtisadi maraqlarının olmadığına dair səsləndirilən absurd fikirlərə də münasibət bildirib. O qeyd edib ki, tamamilə iqtisadi məntiq üzərində qurulan ABŞ kimi bir dövlətin iqtisadi maraqlardan kənarda qalması mümkün deyil. Hökumətin digər üzvləri də Koçaryanın ittihamlarını pisləyiblər. Ermənistan parlamentindəki hakim "Vətəndaş müqaviləsi" fraksiyasının rəhbəri Hayk Koncoryanın cavabı daha maraqlı səslənir: "Müxalifətin strategiyası belədir: Ermənistan üçün nə qədər pisdirsə, onlar üçün yaxşıdır. İndi yaxşı proseslər gedir, buna görə kədərli və bədbəxtdirlər. İnsanlar həyatı, müxalifət isə ölümü seçir, onlar müharibə istəyirlər, amma zarıldamaları reallığı dəyişməyəcək". 

TRIPP kimi irimiqyaslı iqtisadi təşəbbüslərə "təhlükə" prizmasından yanaşmaq, ölkənin blokadadan çıxması və qonşularla normal iqtisadi münasibətlərin qurulması bu cür xəstə tiplərin ən böyük qorxusudur. Ermənistanın layihədə "yarım tərəf" olduğunu iddia edənlər onillər boyu kimdənsə qul kimi asılı olduqlarını unudurlar. Azərbaycan və Türkiyənin iştirakı ilə reallaşan layihələr regionda yeni iqtisadi arxitektura formalaşdırır ki, burada iştirak etməmək Ermənistanın özünü zəiflədir. Koçaryanın ABŞ-nin maraqlarını yalnız İranla sərhədə nəzarət kimi təqdim etməsi diqqəti iqtisadi faydadan yayındırıb təhlükəsizlik qayğılarına yönəltmək məqsədi daşıyır. Bu, cəmiyyətdə "böyük güclərin oyuncağı oluruq" qorxusunu alovlandırmaq üçün istifadə edilən klassik metoddur. Bu cür ritorika Ermənistanın regional inteqrasiya şanslarını baltalamağa və ölkəni keçmişin bataqlığında saxlamağa xidmət edir.

Koçaryanın "əgər TRIPP layihəsinə Çin qoşularsa, onu alqışlayaram" deyir. Bəllidir ki, TRIPP Cənubi Qafqazı qlobal ticarət şəbəkələrinə birləşdirərək Orta Asiya ilə Qərbi Avropanı birləşdirən alternativ bir marşrut yaratmağı hədəfləyir. Nəticədə Avrasiya boyunca fasiləsiz bir ticarət bağlantısı formalaşır. Çin və Orta Asiyadan Avropaya yüklər TRIPP marşrutu ilə cəmi 12-14 gün ərzində Avropaya çata bilər ki, bu da ənənəvi Rusiya üzərindən daşınma müddətinin təxminən yarısı qədərdir. TRIPP ABŞ-nin təşəbbüsü olsa da, Pekinin "Bir kəmər, bir yol" proqramının Orta dəhliz qolunu gücləndirən əlverişli bir vasitə rolunu oynayır. Bu da Çin mallarının Avropaya çatdırılmasında alternativ və sürətli bir kanal təqdim edərək Çin şirkətlərinin logistika risklərini azaltmasına kömək edir. Yəni TRIPP Avropa, Çin, Türkiyə və Orta Asiya üçün ticarət axınlarının şaxələnməsi və regional iqtisadi inteqrasiyanın dərinləşməsi baxımından qarşılıqlı faydalar yaradır. 

Revanşist Koçaryanın manipulyasiyasının əksinə, TRIPP Ermənistan üçün də olduqca əhəmiyyətli və faydalıdır. Layihə, ilk növbədə, Ermənistanın da regional  oyunçulardan birinə çevrilməsi deməkdir. İrəvan hazırda regiondakı böyük enerji və nəqliyyat layihələrindən kənarda qalıb. Bu marşrut Ermənistana hər il milyonlarla dollar birbaşa tranzit gəliri gətirəcək. Layihə çərçivəsində ABŞ və digər beynəlxalq donorlar Ermənistanın infrastrukturuna milyardlarla dollar investisiya qoymağı planlaşdırır. Koçaryan "yarım tərəf" iddiasını irəli sürsə də, Ermənistan öz ərazisindən keçən marşrut üzərində qanunverici, tənzimləyici və məhkəmə yurisdiksiyasını qoruyub saxlayır. TRIPP Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması və Azərbaycanla birbaşa ticarət əlaqələrinin qurulması üçün də "qapı" rolunu oynayır. Bu, erməni məhsulları üçün yeni və yaxın bazarlar deməkdir. 

Koçaryan və onun kimilərinin əsas qorxusu Ermənistanın zəifləməsi, asıllığı yox, iqtisadi cəhətdən güclənən bir ölkənin revanşist və münaqişəyə meyilli "liderlərə" ehtiyac duymayacağı reallığıdır. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: ABŞ İranla bağlı planlarını Körfəz müttəfiqləri ilə bölüşməyib

09:34
31 Yanvar

Bilmək istəyirəm

09:30
31 Yanvar

Musiqi ilə başlanan, şəhidliklə bitən ömür

09:25
31 Yanvar

8 kəşfiyyatçımızın 29 ildir dillərdən düşməyən qəhrəmanlığı

09:20
31 Yanvar

192,2 milyon manatlıq kənd təsərrüfatı, 47,1 milyon manatlıq sənaye məhsulları

09:15
31 Yanvar

Şabran kəndlisi çətinə düşəndə dövlətinə güvənir

09:10
31 Yanvar

Konqoda mədənin çökməsi nəticəsində azı 227 nəfər ölüb

09:09
31 Yanvar

Tramp: Çinin ABŞ idxalındakı payı 2001-ci ildən bəri ən aşağı səviyyəyə düşüb  

09:09
31 Yanvar

Media: Qərb kəşfiyyat orqanları İranın nüvə silahı hazırladığına dair dəlil tapmayıb  

09:08
31 Yanvar

Gəncə ikinciliyi əldən vermədi

09:05
31 Yanvar

BTQ ilə yükdaşımaların həcminin artırılması üçün tədbirlər görülür

09:00
31 Yanvar

Dövlət biznesin etibarlı güvəni, biznes dövlətin iqtisadi dayağıdır

08:55
31 Yanvar

Narkomaniyaya qarşı mübarizə sağlam cəmiyyət və sağlam gələcək uğrunda mücadilədir

08:50
31 Yanvar

Çinin “CITIC Construction” şirkəti Azərbaycanda fəaliyyətini genişləndirmək niyyətindədir

08:45
31 Yanvar

Türk xalqlarının tarixinin parlaq səhifəsi

08:40
31 Yanvar

Revanşistlər TRIPP-a qarşı

08:35
31 Yanvar

Gənclər ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirak edirlər

08:30
31 Yanvar

İcbari tibbi sığortanın xidmətlər zərfi genişləndiriləcək

08:25
31 Yanvar

Zəfərin yadigarı

08:20
31 Yanvar

Azərbaycanın sülh siyasəti beynəlxalq miqyasda təqdir edilir

08:15
31 Yanvar

Ermənistan yüklərin daşınması üçün ümidini Azərbaycandan keçən marşrutlara bağlayıb

08:10
31 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!