31 Yanvar 2026 09:25
309
CƏMİYYƏT
A- A+
Musiqi ilə başlanan, şəhidliklə bitən ömür

Musiqi ilə başlanan, şəhidliklə bitən ömür


Ömrü yarımçıq qalmış, cəmi 20 il yaşamış bir gəncin - ürəyi sevgi və Vətən eşqi ilə döyünən şəhidin hekayəsidir bu. Arzusu musiqiçi olmaq idi. Yaşının azlığına baxmayaraq, arzularını, xəyallarını sözlə deyil, musiqi ilə ifadə edirdi. Barmaqları qarmonun şirmayı dilləri üzərində gəzişdikcə sanki ürəyinin səsini dinlədir, arzularının nəğməsini çalırdı. Qarmonun yanğılı, həzin səsi onu uzaqlara - düşmən işğalı altında olan Qarabağa aparırdı. Fərid  xəyalən o torpaqlarda gəzdikcə  musiqinin ahəngi də dəyişərək döyüş marşına, cəngiyə, heyratıya çevrilirdi.

Ömründə bir dəfə də olsun Qarabağı - Ağdamı, Füzulini, Şuşanı, Kəlbəcəri görməsə də, ruhən o yerlərə gedir, xəyalən həmin torpaqlarda dolaşır, ürəyində o yurdların həsrətini yaşayırdı. Ondan soruşanda ki, ən böyük arzun nədir, tərəddüdsüz deyirdi: "Qarabağı azad görmək".

27 sentyabr 2020-ci il… Düşmən yeni əraziləri işğal etmək niyyəti ilə hücuma keçəndə ön cərgədə onu qarşılayanlardan biri də Fərid oldu. O gün qəhrəman döyüşçü üzünü döyüş yoldaşlarına tutaraq demişdi: "Bu gün - Azərbaycan tarixinə torpaqlarımızın azadlığı uğrunda mübarizənin başladığı gün kimi yazılacaq. Bizim də adımız ana yurdumuzun xilaskarları kimi tarixə düşəcək". Fərid bilirdi ki, müharibəyə gedən döyüşçünün yolu əbədiyyət yoludur. Bu yolda can vermək də var. Amma onun üçün bir həqiqət daha uca idi. Təki Vətən sağ olsun! 

Fərid Mehman oğlu Məmmədzadə 2000-ci il avqustun 20-də Ağdaşda dünyaya gəlmişdi. Ailənin ilk övladı idi. Fərid Teymur İsmayılov adına 8 saylı məktəbi bitirdikdən sonra təhsilini məcburi köçkün həyatı yaşayan Şuşa Musiqi Kollecində qarmon üzrə davam etdirmişdi.

Fərid 2019-cu il iyulun 5-də Vətənə xidmət etmək üçün yola düşəndə hələ sakitlik idi. O zaman valideynlərinə "oğlunuz bu torpağa bir qəhrəman kimi dönəcək", - demişdi.

 Sentyabrın 27-si artıq musiqi susmuşdu. Qarmonun səsini avtomat silahlardan gələn səs, gurultu əvəz edirdi. Fərid anlayırdı ki, bu səslər torpaqlarımız azad olunmayınca susmayacaq. Oğullarımız "İrəli, Azərbaycan əsgəri" deyib hayqırırdılar. Mərmi gurultusuna qarışan bu səslər Vətən harayı idi. Səngər boyu irəliləyən gənc döyüşçü indi tarix yazırdı. Düşmənin hücumunun qarşısında ürəyi qisas hissi ilə alovlanan qəhrəman Fəridlərin iradəsi dayanmışdı. Oğullarımız yalnız irəliyə can atırdılar. İrəlidə isə illərdir onları gözləyən Vətən vardı.

Döyüş qızışdıqca Fərid illərlə içində saxladığı həsrəti nifrətə çevirmişdi. Hər addımında Qarabağın işğal altında qalan şəhərləri gözlərinin önündən keçdi. Ağdamın viran qalan evləri, Füzulinin səssiz küçələri, Şuşanın yaralı qayaları onu döyüşə səsləyirdi. O, təkcə düşmənlə vuruşmurdu, illərdir yurdumuzu yağmalayan  ədalətsizliyə meydan oxuyurdu. Mərmilər başının üstündən yağış kimi yağırdı. Ayağının altında torpaq titrəyir, havadan barıt qoxusu gəlirdi. Güllə səsləri sanki döyüş meydanında  ritm yaradırdı. Fərid bu ritmi tanıyırdı. Bu, onun bir vaxtlar qarmonda ifa etdiyi döyüş marşlarının ritmi idi.

Oktyabrın 4-ü Füzuli ərazisində qanlı döyüş gedirdi. Fərid komandirlərindən yeni döyüş tapşırığı almışdı. Bir anlıq səngərdə sükut yarandı. Sonra yenidən hücum… Fərid irəli atıldı. Gözlərində qorxu yox idi, çünki o, bu yolun dönüşü olmadığını bilirdi. Bilirdi ki, bu savaşda qalib gələn yalnız silah deyil, ruhdur. Və Fəridin ruhu düşməndən qat-qat güclü idi. O, bu döyüşə yaşamaq üçün yox, yaşatmaq üçün gəlmişdi. Bu torpaqlar azad olsun deyə, arzular yarımçıq qala bilərdi. Amma xalqın sabahı yarımçıq qalmamalı idi… Belə də oldu. Düşmən gülləsi ürəyi arzularla, Vətən sevgisi ilə dolu bir ürəyi susdurdu. Fərid ən uca şəhidlik məqamına yüksəldi.

Şəhid Fərid Məmmədzadə yarımçıq qalan ömrünü bütöv bir Vətən tarixinə çevirdi. O, silahı ilə torpağı, ruhu ilə xalqın qürurunu qorudu. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü", "Kəlbəcərin azad edilməsinə görə" medalları ilə təltif olunan Fərid təkcə döyüş meydanında deyil, xalqın yaddaşında da əbədiləşdi. O, heç vaxt görmədiyi Qarabağı azad etdi, ömründə ayaq basmadığı torpaqlara canı ilə möhür vurub, qanı ilə qəhrəmanlıq tarixi yazdı. Qarmonu susdu, amma Vətən üçün çaldığı son qəhrəmanlıq marşı Azərbaycan tarixində əbədi olaraq  səslənəcək. Bu gün aramızda olmasa da, bütün şəhidlər kimi Qarabağın hər daşında nəfəsi, Şərqi Zəngəzurun açıq səmasında ruhu var.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: ABŞ İranla bağlı planlarını Körfəz müttəfiqləri ilə bölüşməyib

09:34
31 Yanvar

Bilmək istəyirəm

09:30
31 Yanvar

Musiqi ilə başlanan, şəhidliklə bitən ömür

09:25
31 Yanvar

8 kəşfiyyatçımızın 29 ildir dillərdən düşməyən qəhrəmanlığı

09:20
31 Yanvar

192,2 milyon manatlıq kənd təsərrüfatı, 47,1 milyon manatlıq sənaye məhsulları

09:15
31 Yanvar

Şabran kəndlisi çətinə düşəndə dövlətinə güvənir

09:10
31 Yanvar

Konqoda mədənin çökməsi nəticəsində azı 227 nəfər ölüb

09:09
31 Yanvar

Tramp: Çinin ABŞ idxalındakı payı 2001-ci ildən bəri ən aşağı səviyyəyə düşüb  

09:09
31 Yanvar

Media: Qərb kəşfiyyat orqanları İranın nüvə silahı hazırladığına dair dəlil tapmayıb  

09:08
31 Yanvar

Gəncə ikinciliyi əldən vermədi

09:05
31 Yanvar

BTQ ilə yükdaşımaların həcminin artırılması üçün tədbirlər görülür

09:00
31 Yanvar

Dövlət biznesin etibarlı güvəni, biznes dövlətin iqtisadi dayağıdır

08:55
31 Yanvar

Narkomaniyaya qarşı mübarizə sağlam cəmiyyət və sağlam gələcək uğrunda mücadilədir

08:50
31 Yanvar

Çinin “CITIC Construction” şirkəti Azərbaycanda fəaliyyətini genişləndirmək niyyətindədir

08:45
31 Yanvar

Türk xalqlarının tarixinin parlaq səhifəsi

08:40
31 Yanvar

Revanşistlər TRIPP-a qarşı

08:35
31 Yanvar

Gənclər ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirak edirlər

08:30
31 Yanvar

İcbari tibbi sığortanın xidmətlər zərfi genişləndiriləcək

08:25
31 Yanvar

Zəfərin yadigarı

08:20
31 Yanvar

Azərbaycanın sülh siyasəti beynəlxalq miqyasda təqdir edilir

08:15
31 Yanvar

Ermənistan yüklərin daşınması üçün ümidini Azərbaycandan keçən marşrutlara bağlayıb

08:10
31 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!