31 Yanvar 2026 08:45
341
İQTİSADİYYAT
A- A+
Çinin “CITIC Construction” şirkəti Azərbaycanda fəaliyyətini genişləndirmək niyyətindədir

Çinin “CITIC Construction” şirkəti Azərbaycanda fəaliyyətini genişləndirmək niyyətindədir


2025-ci ilin aprel ayında Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində imzalanan Birgə Bəyanat ölkələrimiz üçün yeni əməkdaşlıq imkanları yaratdı. Bu, Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında mühüm bir sənəddir və münasibətlərin yeni bir səhifəsini açaraq əlaqələrin daha da dərinləşməsinə və şaxələnməsinə xidmət edir. 

Birgə Bəyanatın bəndlərindən birində tərəflər iki ölkənin enerji keçidini, dayanıqlı sosial-iqtisadi inkişafını təşviq edərək bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirməyə və təmiz enerji sahəsində qlobal tərəfdaşlığın formalaşmasını birgə irəlilətməyə hazır olduqlarını bildirirlər. Əslində, Azərbaycan-Çin enerji əməkdaşlığı bundan xeyli əvvəl başlanıb. Həmin vaxtdan isə daha da genişlənir və şaxələnir. Bu ölkənin "China Energy Overseas Investment Co. Ltd.", "China Datang Overseas Investment Co. Ltd.", "PowerChina Resources Limited", "CITIC Construction Co.,Ltd." və digər şirkətləri ilə sıx işgüzar əlaqələr qurulub. 

Bu günlərdə isə SOCAR və "CITIC Construction Co.,Ltd." arasında potensial əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Çərçivə Sazişi imzalanıb.

İmzalanma SOCAR-ın prezidenti Rövşən Nəcəfin "CITIC Construction Co.,Ltd."nin İdarə Heyətinin sədri Yanq Ciançiyanq ilə görüşü zamanı olub. Belə ki, söhbət zamanı SOCAR-ın Azərbaycanda və onun hüdudlarından kənarda həyata keçirdiyi layihələr, şirkətin korporativ strateji hədəfləri barədə məlumat verilib.

Görüşdə SOCAR ilə Çinin müxtəlif şirkətləri arasında uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edilib. Bu xüsusda, SOCAR ilə "CITIC Construction Co.,Ltd." şirkəti arasında enerji infrastrukturu, eləcə də "downstream" layihələrinin reallaşdırılması, birgə müəssisələrin yaradılması imkanları nəzərdən keçirilib.

Yeri gəlmişkən, "downstream" layihələrinin mahiyyətini xatırladaq. "Downstream" aşağı axın mənasını verir. Bu layihələr neft-qaz sənayesində hasil olunmuş xam neft və təbii qazın emalı, satışı və paylanması mərhələlərini əhatə edir. Buraya neft emalı zavodları, neft-kimya istehsalı, yanacaqdoldurma məntəqələri və hazır məhsulların (benzin, asfalt, plastik və s.) bazara çıxarılması daxildir. 

Göründüyü kimi, "CITIC Construction Co.,Ltd." ilə əməkdaşlığın perspektivləri genişdir. Odur ki, bu şirkətlə yaxından tanış olaq. 

"CITIC Construction Co., Ltd." Çinə məxsus qlobal mühəndislik və tikinti şirkətidir. 2002-ci ilin noyabr ayında yaradılıb. O, "CITIC Group"un törəmə şirkəti olaraq Engineering News-Record (ENR) reytinqində dünyanın ən yaxşı tikinti podratçıları sırasında yer alır. Çin şirkətləri arasında birinci yerlərdən birində, dünyanın ən iri 250 podrat təşkilatları arasında isə ilk 50-likdə qərar tutur. 

Şirkət EPC (mühəndislik, satınalma, tikinti), layihələndirmə, investisiya və idarəetmə xidmətləri təqdim edir. Şirkətin əsas fəaliyyət sahələri tikinti, infrastruktur, enerji, mühəndislik, investisiya və layihələrin idarə olunmasıdır. 

Əsas bazarları isə Afrika, Latın Amerikası, Çin və "Bir kəmər, bir yol" xətti boyunca yerləşən ölkələrdədir. Azərbaycanda, xüsusilə SOCAR ilə enerji və neft-kimya layihələrində əməkdaşlıq potensialını araşdırır.  

"CITIC Construction"un MDB ölkələri ilə də sıx əməkdaşlıq əlaqələri var. Məsələn, şirkət Belarusda sement istehsalı üzrə üç xəttin tikintisini aparıb. "BELDÆİ" avtomobil zavodunu inşa edib. Orşansk kətan kombinatını modernləşdirib. Belarusun paytaxtı Minsk şəhərində yüksəktexnologiyalı arqosənaye kompleksində isə işləri sona çatdırmaq üzrədir. Şirkətin bu ölkədə digər tamamlanmamış layihələri də var. Bütün bunlarla yanaşı, "CITIC Construction" Belarusda sosial dəstək layihələri də həyata keçirir. 

Şirkətin SOCAR-la imzaladığı əməkdaşlıq imkanlarının araşdırılması barədə Çərçivə Sazişi göstərir ki, onun Azərbaycandakı fəaliyyəti də getdikcə genişlənəcək və şaxələnəcək, nəticədə hər iki ölkəyə fayda gətirəcək.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: ABŞ İranla bağlı planlarını Körfəz müttəfiqləri ilə bölüşməyib

09:34
31 Yanvar

Bilmək istəyirəm

09:30
31 Yanvar

Musiqi ilə başlanan, şəhidliklə bitən ömür

09:25
31 Yanvar

8 kəşfiyyatçımızın 29 ildir dillərdən düşməyən qəhrəmanlığı

09:20
31 Yanvar

192,2 milyon manatlıq kənd təsərrüfatı, 47,1 milyon manatlıq sənaye məhsulları

09:15
31 Yanvar

Şabran kəndlisi çətinə düşəndə dövlətinə güvənir

09:10
31 Yanvar

Konqoda mədənin çökməsi nəticəsində azı 227 nəfər ölüb

09:09
31 Yanvar

Tramp: Çinin ABŞ idxalındakı payı 2001-ci ildən bəri ən aşağı səviyyəyə düşüb  

09:09
31 Yanvar

Media: Qərb kəşfiyyat orqanları İranın nüvə silahı hazırladığına dair dəlil tapmayıb  

09:08
31 Yanvar

Gəncə ikinciliyi əldən vermədi

09:05
31 Yanvar

BTQ ilə yükdaşımaların həcminin artırılması üçün tədbirlər görülür

09:00
31 Yanvar

Dövlət biznesin etibarlı güvəni, biznes dövlətin iqtisadi dayağıdır

08:55
31 Yanvar

Narkomaniyaya qarşı mübarizə sağlam cəmiyyət və sağlam gələcək uğrunda mücadilədir

08:50
31 Yanvar

Çinin “CITIC Construction” şirkəti Azərbaycanda fəaliyyətini genişləndirmək niyyətindədir

08:45
31 Yanvar

Türk xalqlarının tarixinin parlaq səhifəsi

08:40
31 Yanvar

Revanşistlər TRIPP-a qarşı

08:35
31 Yanvar

Gənclər ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirak edirlər

08:30
31 Yanvar

İcbari tibbi sığortanın xidmətlər zərfi genişləndiriləcək

08:25
31 Yanvar

Zəfərin yadigarı

08:20
31 Yanvar

Azərbaycanın sülh siyasəti beynəlxalq miqyasda təqdir edilir

08:15
31 Yanvar

Ermənistan yüklərin daşınması üçün ümidini Azərbaycandan keçən marşrutlara bağlayıb

08:10
31 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!