31 Yanvar 2026 08:10
383
SİYASƏT
A- A+
Ermənistan yüklərin daşınması üçün ümidini Azərbaycandan keçən marşrutlara bağlayıb

Ermənistan yüklərin daşınması üçün ümidini Azərbaycandan keçən marşrutlara bağlayıb


Bunun həyata keçirilməsi iki ölkə arasında etimad quruculuğunu möhkəmləndirəcək


Ermənistanın enerji bazarında yaranmış böhran fonunda rəsmi İrəvan və Bakı arasında strateji əhəmiyyətli razılaşma əldə olunub. Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan və nazirliyin sözçüsü Lilit Şaboyan təsdiqləyiblər ki, ölkədəki maye qaz (LPG) və bitum qıtlığını aradan qaldırmaq üçün Rusiya yükləri İrəvana Azərbaycanın dəmir yolu şəbəkəsi ilə daşınacaq. 

Ermənistan rəsmiləri bildiriblər ki, hazırda ölkə maye qaz idxalı ilə bağlı ciddi problemlə üzləşib. Ermənistanın maye qaz və bitum təchizatında Rusiya və İran əsas mənbə rolunu oynayır. Lakin son dövrlər İrandakı daxili vəziyyətin logistik və gömrük əməliyyatlarına mənfi təsiri, həmçinin əlverişsiz hava şəraiti səbəbindən Gürcüstan istiqamətindəki magistralın sıradan çıxması İrəvanı yeni nəqliyyat dəhlizləri axtarmağa sövq edib. Bu çərçivədə Azərbaycan ərazisindən keçən dəmir yolu infrastrukturu əsas alternativlərdən biri kimi gündəmə gəlib. Ermənistan İqtisadiyyat Nazirliyindən bildirilib ki, problem tezliklə həll olunacaq və Ermənistana dəmir yolu ilə maye qaz idxalına başlanılacaq: "Rusiyanın maye qazı çox tezliklə Azərbaycan ərazisi ilə Ermənistana çatdırılacaq". 

Ermənistan hökumətinin Rusiyadan mayeləşdirilmiş qazı Azərbaycan ərazisindən keçirməklə idxal edəcəyinə dair məlumatlar çoxdan yayılırdı. Bu il yanvarda Azərbaycan Prezidenti İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda keçirilən panel iclası zamanı vurğuladı ki, Rusiyadan yüklərin tranzit daşınması ilə bağlı Ermənistandan Azərbaycana müraciət daxil olub. Dövlət başçısı bildirdi ki, de-fakto olaraq birtərəfli şəkildə dəhlizlər Ermənistan üçün açılıb: "Bəli, hazırda nəqliyyat Gürcüstan vasitəsilə həyata keçirilir. Amma bir gün Ermənistandan birbaşa Azərbaycan vasitəsilə tranzit təmin ediləcək və o gün uzaqda deyil". Cənab Prezidentin sözləri ondan xəbər verirdi ki, Azərbaycan sadəcə tranzit ölkə deyil, həm də Ermənistanı iqtisadi dalandan çıxara biləcək yeganə mərkəzdir. İlham Əliyevin Davosdakı mesajı birbaşa kommunikasiyaların açılmasının alternativsizliyini diqqətə çatdırır. Əslində, Ermənistan rəhbərliyinin müraciəti gecikmiş etirafdır. Bakının razılığı və Azərbaycanın logistik dəstəyi olmadan İrəvanın nə enerji təhlükəsizliyini, nə də daxili bazarın sabitliyini qoruması mümkündür.

Hələlik qazın idxal edilməsinin vaxtı və hansı şirkət və ya şirkətlər tərəfindən yerinə yetiriləcəyi müəyyən edilməyib. Lakin vurğulanıb ki, son iki ayda Ermənistanda maye qazın 1 litrinin qiyməti 160 dramdan (72 qəpik) 300 drama (1 manat 36 qəpik) yüksəlib. Bir çox yanacaq satan məntəqələrdə isə "qaz yoxdur" lövhələri asılıb. Azərbaycan ərazisindən tranzitin bərpası Ermənistanda təkcə qıtlığı aradan qaldırmayacaq, həm də logistik xərclərin aşağı düşməsi nəticəsində qazın qiymətində yenidən ucuzlaşmaya səbəb olacaq. Bu, həm də Ermənistanın Azərbaycanın nəqliyyat qovşağı kimi regional əhəmiyyətini praktiki olaraq qəbul etməsi deməkdir.

Qeyd edək ki, Rusiya sərhədindən daxil olan yüklərin Bakı-Gəncə-Böyük Kəsik xətti ilə Gürcüstan sərhədinə qədər çatdırılmsı üçün təxminən 500 km məsafə qət edilməlidir. Qardabani məntəqəsindən keçərək Tbilisi istiqamətinə, oradan isə Ermənistan sərhədinə (Sadaxlo-Ayrum keçidi) qədər 120 kilometr yol gedəcək. Bu zəncirvari logistika Rusiya yüklərinin dağlıq yollardan deyil, daha sabit olan dəmir yolu infrastrukturu ilə birbaşa Ermənistana çatdırılmasını təmin edəcək. Bu marşrut həm vaxt, həm də təhlükəsizlik baxımından daha əlverişli hesab olunur. 

2025-ci ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını bildirmişdi. O vaxtdan indiyədək bu istiqamətdə birbaşa və tranzit dəmir yolu daşımaları həyata keçirilir. Ötən ilin noyabrından etibarən Rusiya və Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılıb. Azərbaycandan ilk neft məhsullarının partiyası 2025-ci ilin dekabr ayında Ermənistana çatdırılıb. İkinci və üçüncü partiyalar müvafiq olaraq 9 və 11 yanvar tarixlərində həyata keçirilib. Üç partiya halında ümumilikdə beş min tona yaxın yanacaq Ermənistan bazarına daxil olub. 

Ermənistanın Rusiya maye qazının tədarükü üçün Azərbaycan marşrutuna üz tutması Cənubi Qafqazda yeni bir dövrün başlandığının ən bariz göstəricisidir. İllərdir davam edən nəqliyyat blokadasının iqtisadi zərurətlər qarşısında geri çəkilməsi göstərir ki, regionda davamlı sülhün yolu məhz qarşılıqlı iqtisadi mənfəətlərdən və logistik inteqrasiyadan keçir. Bu razılaşma təkcə Ermənistandakı enerji böhranını və süni qiymət artımını cilovlamaqla kifayətlənmir, həm də Azərbaycanın regionda əvəzolunmaz nəqliyyat habı olmasını bir daha təsdiqləyir. Nəticə etibarilə, bu marşrut sadəcə enerji daşımır, həm də regionun gələcəyi üçün yeni və dinc dövrün, sabitlik modelinin təməlini qoyur. Beləliklə, iqtisadi maraqların siyasi ritorikanı üstələməsi sülh müqaviləsinin imzalanması yolunda ən mühüm etimad quruculuğu tədbirinə çevrilir.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: ABŞ İranla bağlı planlarını Körfəz müttəfiqləri ilə bölüşməyib

09:34
31 Yanvar

Bilmək istəyirəm

09:30
31 Yanvar

Musiqi ilə başlanan, şəhidliklə bitən ömür

09:25
31 Yanvar

8 kəşfiyyatçımızın 29 ildir dillərdən düşməyən qəhrəmanlığı

09:20
31 Yanvar

192,2 milyon manatlıq kənd təsərrüfatı, 47,1 milyon manatlıq sənaye məhsulları

09:15
31 Yanvar

Şabran kəndlisi çətinə düşəndə dövlətinə güvənir

09:10
31 Yanvar

Konqoda mədənin çökməsi nəticəsində azı 227 nəfər ölüb

09:09
31 Yanvar

Tramp: Çinin ABŞ idxalındakı payı 2001-ci ildən bəri ən aşağı səviyyəyə düşüb  

09:09
31 Yanvar

Media: Qərb kəşfiyyat orqanları İranın nüvə silahı hazırladığına dair dəlil tapmayıb  

09:08
31 Yanvar

Gəncə ikinciliyi əldən vermədi

09:05
31 Yanvar

BTQ ilə yükdaşımaların həcminin artırılması üçün tədbirlər görülür

09:00
31 Yanvar

Dövlət biznesin etibarlı güvəni, biznes dövlətin iqtisadi dayağıdır

08:55
31 Yanvar

Narkomaniyaya qarşı mübarizə sağlam cəmiyyət və sağlam gələcək uğrunda mücadilədir

08:50
31 Yanvar

Çinin “CITIC Construction” şirkəti Azərbaycanda fəaliyyətini genişləndirmək niyyətindədir

08:45
31 Yanvar

Türk xalqlarının tarixinin parlaq səhifəsi

08:40
31 Yanvar

Revanşistlər TRIPP-a qarşı

08:35
31 Yanvar

Gənclər ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirak edirlər

08:30
31 Yanvar

İcbari tibbi sığortanın xidmətlər zərfi genişləndiriləcək

08:25
31 Yanvar

Zəfərin yadigarı

08:20
31 Yanvar

Azərbaycanın sülh siyasəti beynəlxalq miqyasda təqdir edilir

08:15
31 Yanvar

Ermənistan yüklərin daşınması üçün ümidini Azərbaycandan keçən marşrutlara bağlayıb

08:10
31 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!