31 Yanvar 2026 08:15
367
SİYASƏT
A- A+
Azərbaycanın sülh siyasəti beynəlxalq miqyasda təqdir edilir

Azərbaycanın sülh siyasəti beynəlxalq miqyasda təqdir edilir


Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən 2026-cı il üçün "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi təkcə fərdi mükafatlandırma deyil, Azərbaycanın son illərdə həyata keçirdiyi sülh siyasətinin beynəlxalq miqyasda qəbul və təqdir olunmasının bariz göstəricisidir. Fondun rəsmi məlumatında vurğulandığı kimi, bu mükafat Qafqazda onilliklər boyu davam etmiş münaqişəyə və humanitar əzablara son qoyan "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in paraflanmasına görə təqdim olunur.

Milli Məclisin deputatı Sevil Mikayılova "Azərbaycan" qəzetinə açıqlamasında deyib ki, Şeyx Zayed Fondu BƏƏ-nin mərhum qurucusu Şeyx Zayed bin Sultan Al Nəhyanın irsini yaşadan, dialoq, tolerantlıq, multikulturalizm və birgəyaşayış dəyərlərini təşviq edən ən nüfuzlu beynəlxalq platformalardan biridir: ""Zayed İnsan Qardaşlığı Mükafatı" dünyada sülhün, qarşılıqlı anlaşmanın və humanist liderliyin simvolu hesab olunur. Bu mükafata layiq görülmək yalnız regional deyil, qlobal miqyasda müstəsna siyasi və mənəvi məsuliyyətin göstəricisi kimi dəyərləndirilir. Mükafatçıların dialoq və birgəyaşayış sahəsində tanınmış mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilməsi onun obyektivliyini və nüfuzunu daha da artırır". 

Deputat Şeyx Zayed Fondunun Baş katibi Məhəmməd Əbdülsəlamın açıqlamasına xüsusi diqqət çəkərək deyib: "Baş katib bildirib ki, bu il "Zayed İnsan Qardaşlığı Mükafatı" komitəsi Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsini seçib. Bu müqavilə mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirir. Bu, qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyət hesab olunur. Əslində, bu mükafat bir daha sübut edir ki, Azərbaycan müharibədən sonra revanşizm və qeyri-müəyyənlik deyil, dayanıqlı sülh və qarşılıqlı tanınma yolunu seçib".

S.Mikayılova qeyd edib ki, Prezident İlham Əliyevin liderliyi - hərbi qələbəni siyasi və diplomatik qələbə ilə tamamlayan lider modeli müasir beynəlxalq münasibətlərdə nadir hallarda rast gəlinən bir nümunədir. 44 günlük Vətən müharibəsində əldə olunan qəti qələbədən sonra Azərbaycanın sülh təşəbbüsləri regionda yeni reallıqlar formalaşdırıb. Ölkəmizin seçdiyi sülh yolu asan olmayıb. "Ermənistan daxilində revanşist dairələrin sülh prosesini pozmaq cəhdləri, xarici təsir mərkəzlərinin regionda yeni gərginlik yaratmaq səyləri fonunda Azərbaycan prinsipial və qətiyyətli mövqe nümayiş etdirib. Rəsmi Bakı açıq şəkildə bəyan edib ki, sülh alternativsizdir və bu proses Azərbaycanın milli maraqları çərçivəsində reallaşmalıdır. Məhz bu qətiyyət nəticəsində 2025-ci ilin avqustunda Vaşinqtonda aparılan danışıqlarla məsələyə faktiki olaraq nöqtə qoyuldu və regionda uzunmüddətli qarşıdurma riski aradan qaldırıldı", - deyə Sevil Mikayılova əlavə edib.

Deputat vurğulayıb ki, Azərbaycanın münaqişənin həllində ortaya qoyduğu model artıq beynəlxalq səviyyədə öyrənilən və müzakirə olunan təcrübəyə çevrilib. Ərazi bütövlüyünün bərpası, beynəlxalq hüququn təmin edilməsi, bundan sonra sülhə əl uzadılması nadir hallarda rast gəlinən ardıcıllıqdır. "Zayed İnsan Qardaşlığı Mükafatı"nın Prezident İlham Əliyevə təqdim olunması göstərir ki, dünya birliyi Azərbaycanın bu yanaşmasını təkcə regional uğur deyil, qlobal sülh üçün nümunə kimi qiymətləndirir. Mükafatın fevralın 4-də Əbu-Dabidə təqdim olunması isə Azərbaycanın beynəlxalq siyasi nüfuzunun daha da möhkəmləndiyini təsdiqləyəcək. Nəticə etibarilə bu mükafat bütövlükdə Azərbaycanın ədalətə, sülhə və dayanıqlı inkişaf modelinə sadiqliyinin rəsmi beynəlxalq etirafıdır.


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: ABŞ İranla bağlı planlarını Körfəz müttəfiqləri ilə bölüşməyib

09:34
31 Yanvar

Bilmək istəyirəm

09:30
31 Yanvar

Musiqi ilə başlanan, şəhidliklə bitən ömür

09:25
31 Yanvar

8 kəşfiyyatçımızın 29 ildir dillərdən düşməyən qəhrəmanlığı

09:20
31 Yanvar

192,2 milyon manatlıq kənd təsərrüfatı, 47,1 milyon manatlıq sənaye məhsulları

09:15
31 Yanvar

Şabran kəndlisi çətinə düşəndə dövlətinə güvənir

09:10
31 Yanvar

Konqoda mədənin çökməsi nəticəsində azı 227 nəfər ölüb

09:09
31 Yanvar

Tramp: Çinin ABŞ idxalındakı payı 2001-ci ildən bəri ən aşağı səviyyəyə düşüb  

09:09
31 Yanvar

Media: Qərb kəşfiyyat orqanları İranın nüvə silahı hazırladığına dair dəlil tapmayıb  

09:08
31 Yanvar

Gəncə ikinciliyi əldən vermədi

09:05
31 Yanvar

BTQ ilə yükdaşımaların həcminin artırılması üçün tədbirlər görülür

09:00
31 Yanvar

Dövlət biznesin etibarlı güvəni, biznes dövlətin iqtisadi dayağıdır

08:55
31 Yanvar

Narkomaniyaya qarşı mübarizə sağlam cəmiyyət və sağlam gələcək uğrunda mücadilədir

08:50
31 Yanvar

Çinin “CITIC Construction” şirkəti Azərbaycanda fəaliyyətini genişləndirmək niyyətindədir

08:45
31 Yanvar

Türk xalqlarının tarixinin parlaq səhifəsi

08:40
31 Yanvar

Revanşistlər TRIPP-a qarşı

08:35
31 Yanvar

Gənclər ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirak edirlər

08:30
31 Yanvar

İcbari tibbi sığortanın xidmətlər zərfi genişləndiriləcək

08:25
31 Yanvar

Zəfərin yadigarı

08:20
31 Yanvar

Azərbaycanın sülh siyasəti beynəlxalq miqyasda təqdir edilir

08:15
31 Yanvar

Ermənistan yüklərin daşınması üçün ümidini Azərbaycandan keçən marşrutlara bağlayıb

08:10
31 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!