03 Sentyabr 2024 08:45
585
CƏMİYYƏT
A- A+
Müxalifət seçkilərin demokratik və ədalətli keçdiyini bəyan etdi

Müxalifət seçkilərin demokratik və ədalətli keçdiyini bəyan etdi

 

Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin açıqlanan nəticələrinə görə, Yeni Azərbaycan Partiyasının 68 namizədi liderdir.
Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, 45 nəfər bitərəf namizəd öz dairələrində qalib gəlib. Bundan əlavə, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ədalət, Haqq və Demokratiya Partiyası 2, Böyük Azərbaycan Partiyası 1, Respublikaçı Alternativ 1, Milli Cəbhə Partiyası 1, Demokratik Maarifçilik Partiyası 1, Demokratik İslahatlar Partiyası 1, Böyük Quruluş Partiyası 1 və Milli İstiqlal Partiyası 
1 nəfərlə təmsil olunacaq.
Beləliklə, Milli Məclisdə 10 siyasi partiya və müxalifətin 12 nümayəndəsi təmsil ediləcək. Müxalifət partiyaları seçkilərin gedişi ilə bağlı bəyanatlar yayıblar.

 

ƏHD: "Parlament seçkilərinin yekun nəticələrinə təsir edə biləcək ciddi qanun pozuntularına rast gəlinməyib"

 

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı növbədənkənar parlament seçkilərinin ilkin nəticələri barədə bəyanat yayıb.
Bəyanatda deyilir ki, 1 sentyabr 2024-cü il tarixdə ilk dəfə suveren Azərbaycanın bütün ərazisini əhatə etməklə keçirilən Milli Məclisə seçkilərdə Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası 11 namizədlə iştirak etmiş, namizədlərin hər biri öz dairəsində aktiv seçki kampaniyası aparmış, əhali ilə çoxsaylı kütləvi görüşlər keçirmişdir.
"Seçici imzalarının toplanmasında, təbliğat işinin aparılması zamanı əhali ilə ünsiyyətdə heç bir maneə ilə rastlaşmayan çoxsaylı partiya üzvlərimiz seçki günü səsverməni də canlı şəkildə izləmişdilər. ƏHD Partiyasının rəhbərliyi və partiyamızdan olan namizədlər seçkiləri müşahidə edən 7 müxtəlif beynəlxalq və yerli müşahidə missiyalarının təmsilçiləri ilə görüşmüş, seçkilərlə bağlı fikir mübadiləsi aparmışlar. 50-dən çox seçki dairəsinin yüzlərlə məntəqəsində müşahidələr aparan partiya üzvləri proseslə bağlı mütəmadi olaraq partiyanın mərkəzi qərargahını məlumatlandırmışdılar. Müşahidəçilərin rəylərinə əsasən, onların müşahidə apardığı məntəqələrdə yekun nəticələrə təsir edə biləcək ciddi qanun pozuntusuna rast gəlinməmişdir.
Demokratik, azad və sərbəst şəkildə keçirilən, namizədlərə və seçicilərə yaradılmış imkanlar baxımından yüksək səviyyədə təşkil olunan bu seçkilər partiyamız üçün də uğurlu hesab oluna bilər. Səsvermənin ilkin nəticələrinə əsasən, partiyanın iki namizədi öz rəqiblərindən daha çox səs qazanmışdır. Bu münasibətlə Ədalət, Hüquq, Demokratiya Partiyasının üzvlərini, seçkilərdə qalib gəlmiş Yeni Azərbaycan Partiyasını və uğur qazanmış digər namizədləri təbrik edirik. VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə ədalətli cəmiyyət, hüquqi, demokratik dövlət quruculuğunda, parlamentarizm ənənələrinin davam və inkişaf etdirilməsində uğurlar arzulayırıq", - bəyanatda vurğulanıb.

 

AMİP: "Parlament seçkiləri açıq rəqabət şəraitində keçirilib"

 

"Növbədənkənar parlament seçkilərinin təşkili məhz yeni inkişaf dövrünü səciyyələndirən mühüm siyasi hadisələrdəndir". Bu barədə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) seçkilərlə bağlı bəyanatında deyilir.
 Qeyd olunub ki, ümumilikdə 8 namizədlə seçkilərə qatılmış AMİP sədrinin seçicilərin səsini qazanaraq Milli Məclisin VII çağırışının deputatı seçilməsi partiyanın həyatında böyük hadisə olmaqla yanaşı, demokratiya və ədalətli seçkilərin təntənəsidir: AMİP dörd mindən artıq müşahidəçisi ilə təmsil olunduğu 50 dairədə səsvermə prosesinin yüksək səviyyədə təşkil olunduğunu və keçirilmiş seçkiləri ümumxalq iradəsinin təzahürü kimi dəyərləndirir. 
Legitimliyi heç bir şübhə doğurmayan növbədənkənar parlament seçkiləri açıq rəqabət şəraitində keçirilib: "Həmrəylik mühitini siyasi sabitliyin zəmanəti kimi tanıyan AMİP keçirilmiş parlament seçkiləri ətrafında destruktiv qüvvələrin təxribat cəhdlərini qınayır və ölkənin daxili siyasi məsələlərinə xaricdən müdaxilə edilməsini qəbulolunmaz hesab edir. Yeni reallıq və yeni dövrün əsas rəmzlərindən biri olacaq VII çağırış Milli Məclisdə AMİP-in təmsil olunması, eyni zamanda siyasi plüralizmin təzahürüdür. Məsuliyyət, peşəkarlıq və dövlətə sadiqlik prinsiplərini ictimai-siyasi fəaliyyətin mütləq meyarları kimi tanıyan AMİP sözügedən dəyərlərə parlamentdə təmsil olunduğu dövrdə də sadiq qalacaq".

 

BQP: "Seçki demokratik mühitdə keçdi" 

 

"VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa 26 saylı Sabunçu birinci seçki dairəsindən namizədliyini irəli sürüb və bununla bağlı bütün seçki prosesində aktiv təmsil olunub". Bu barədə Böyük Quruluş Partiyasının Milli Məclisə seçkilərlə bağlı yaydığı bəyanatda deyilir.
Bildirilib ki, seçki marafonunun bütün mərhələlərində partiyanın yüzlərlə üzvü aktiv iştirak edib, seçici imzaları qısa zamanda toplanıb: "Partiyanın vahid namizədi Fazil Mustafa seçki dairəsinin ərazisində öncədən müəyyən edilmiş və kifayət qədər yaxşı şərait yaradılmış yerlərdə seçicilərlə 35-dən çox görüş keçirib, aktiv təbliğat-təşviqat işi aparıb. Seçki dairəsinin ərazisində olan şəhid ailələri, həssas əhali qrupunun digər nümayəndələri ilə də çoxsaylı görüşlər təşkil olunub. İstər imzaların toplanması, istər seçki təbliğatı zamanı hansısa maneə ilə qarşılaşmayan partiya fəalları seçki prosesini rahat və təhlükəsiz şəkildə başa çatdırıblar".
Qeyd edilib ki, bundan əlavə, seçki kampaniyası dövründə Böyük Quruluş Partiyasının başqanı, 26 saylı Sabunçu birinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd Fazil Mustafa ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçkiləri Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati, missiya üzvləri Neomi Arçidiakono və Elissavet Karagiannidou, Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyasının Qərargahının rəhbəri Oleq Viktoroviç Kuleba, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyası Müşahidə Missiyasının rəhbəri, MDB Baş katibinin birinci müavini Leonid Anfimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Fazil Mustafa növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsinin uğurla keçdiyi, özünün, seçki qərargahının və başqanı olduğu partiyanın hər hansı bir problemlə qarşılaşmadığı barədə nümayəndə heyətlərini bilgiləndirib. Böyük Quruluş Partiyasının apardığı aktiv təbliğat işi nəticəsində partiyamızın rəhbəri Fazil Mustafa seçkilərin ilkin nəticələrinə əsasən, öz rəqiblərindən daha çox səs toplayıb. Partiya vahid namizədlə təmsil olunmasına baxmayaraq, 50-yə yaxın seçki dairəsində öz müşahidəçilərini qeydiyyatdan keçirmiş və onların müşahidəsini təşkil etmişdi.
Partiya müşahidəçilərinin təqdim etdikləri anket məlumatlarını və yüzlərlə beynəlxalq müşahidəçinin də rəylərini nəzərə alaraq, VII çağırış Milli Məclisə seçkilərin nəzarət etdiyimiz seçki dairələrində demokratik mühitdə, azad rəqabət şəraitində keçirildiyini bəyan edirik. Uğur qazanan namizədlərin hər birini partiyamız adından təbrik edir və bizi dəstəkləyən seçicilərə öz təşəkkürlərimizi çatdırırıq", - bəyanatda qeyd edilib.

 

ADİP: "Təbliğat kampaniyası zamanı yaradılan mühit seçkilərin demokratik keçirilməsinin qarantı oldu"

 

"Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər Azərbaycan dövlətçilik tarixində öncəki seçkilərdən kəskin şəkildə fərqlənib". Bu barədə Azərbaycan Demokratik İslahatlar Partiyasının Milli Məclisə seçkilərlə bağlı bəyanatında deyilir.
Bəyanatda bildirilib ki, bundan öncə Milli Məclisə keçirilən seçkilərin heç biri bütün ölkə ərazisini əhatə etməyib: "Seçki prosesinin əvvəlindən başlayaraq sona qədər hər bir addım tam qanunauyğun şəkildə yerinə yetirildi və namizədlər üçün münbit demokratik mühitdə azad seçkilər keçirildi. Seçkilərdə heç bir maneə ilə rastlaşmadan qeydiyyatdan keçən Demokratik İslahatlar Partiyasının 5 namizədi mübarizə apardı. Seçici imzalarının toplanması, seçicilərlə aktiv təbliğat görüşlərinin keçirilməsi, partiya üzvlərinin müşahidəçi kimi seçki dairələrində qeydiyyatdan keçirilməsi tam sərbəst şəkildə icra olundu. Təbliğat kampaniyası zamanı yaradılan təhlükəsiz mühit seçkilərin demokratik və sərbəst şəkildə keçirilməsinin ilkin qarantı oldu".
Eyni zamanda qeyd edilib ki, seçki kampaniyası dövründə həm ATƏT-in Seçkiləri Müşahidə missiyası, həm də Türk Dövlətləri Təşkilatının Beynəlxalq Müşahidəçilər Missiyası Demokratik İslahatlar Partiyasının qərargahını ziyarət edərək ölkədəki seçki mühiti və partiyanın namizədlərinə yaradılan şəraitlə maraqlanıblar:
"Partiyanın sədri Asim Mollazadə onlara partiyanın seçkilərə hazırlıq vəziyyəti, seçkiqabağı təbliğat və təşviqat kampaniyası ilə bağlı məlumat verib. Seçki prosesi ilə bağlı qonaqları maraqlandıran sualları cavablandırıb. Demokratik İslahatlar Partiyası ölkə üzrə 9, dairələr və məntəqələr üzrə isə 3360 nəfər müşahidəçi ilə seçki prosesini canlı izləyib. Səsvermə günü beynəlxalq müşahidəçilərlə birgə apardığımız müşahidələr seçkilərin qanunauyğun və azad rəqabət mühitində keçirildiyini sübut edib. Partiyamız namizədlərin təbliğat və təşviqat kampaniyası üçün yaradılan şəraiti demokratiyanın və fikir azadlıqlarının təmin olunmasının göstəricisi kimi dəyərləndirir. Lakin bəzi seçki məntəqələrində müəyyən namizədlər və onların nümayəndələri tərəfindən seçki prosesinin pozulması cəhdlərinə təəssüfümüzü ifadə edirik.
MSK-nın açıqladığı ilkin seçki nəticələrinə və "ekzit-pol"ların nəticələrinə əsasən, rəqiblərindən daha çox səs toplayan partiyamızın sədri Asim Mollazadə başda olmaqla uğur qazanan digər namizədləri də təbrik edir, bizə etimad göstərən seçicilərə minnətdarlığımızı bildiririk", - bəyanatda qeyd edilib.

 

BAP: "Seçkilərin legitimliyinə xələl gətirə biləcək heç bir ciddi hal yaşanmayıb"

 

"Yeni dövrün əsas təzahürlərindən biri hesab olunan növbədənkənar parlament seçkiləri tam olaraq şəffaf və açıq rəqabət şəraitində keçirilib". Bu barədə Böyük Azərbaycan Partiyasının bəyanatında deyilir.
"Altı üzvü ilə seçki marafonunda təmsil olunmuş BAP öz sədri Elşad Musayevin Milli Məclisin üzvü seçilməsinə müvəffəq olub. Ümumilikdə dörd min beş yüzə yaxın müşahidəçisi olan BAP bəyan edir ki, seçkilərin legitimlik dərəcəsinə və aşkarlıq şəraitində keçirilməsinə dair xələl gətirə biləcək heç bir ciddi hal yaşanmayıb", - bəyanatda deyilir.

 

AVP: "Seçkilər xalq-dövlət birliyini bir daha nümayiş etdirdi"

 

VII çağırış Milli Məclisə keçirilən seçkilər ölkənin demokratik təcrübəsini daha da zənginləşdirdi və ölkədə yaşanan xalq-dövlət birliyini bir daha nümayiş etdirdi. Bu barədə Ana Vətən Partiyasının (AVP) bəyanatında qeyd olunur.
Bəyanatda deyilir: "44 günlük Vətən müharibəsi ilə suverenliyini və ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqı yeni inkişaf mərhələsində ciddi addımlarını atmaqda davam edir. Əldə olunmuş Qələbədən sonra regionda formalaşmış yeni reallıq ölkədə davamlı şəkildə aparılan sistemli islahatların daha da dərinləşdirilməsinə geniş imkanlar açmışdır. Dünyada cərəyan edən mürəkkəb proseslərdən qaynaqlanan ən müxtəlif təhdidlərə qarşı mübarizə ölkənin müqavimət potensialının artırılmasını tələb etdiyi üçün yeni və effektiv siyasi konfiqurasiyanın formalaşdırılmasını zərurətə çevirmişdir. Bu baxımdan ölkədə keçirilən parlament seçkiləri müstəsna əhəmiyyətə malikdir.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun  (DTİHB) təşəbbüsü ilə 12 avqust 2024-cü ildə Ana Vətən Partiyasının ofisində Seçki Müşahidə Missiyası rəhbərinin müavini xanım Elissavet Karagiannidan və ATƏT DTİHB Seçki Müşahidə Missiyasının siyasət üzrə analitiki xanım Hoemi Arçidiakono ilə görüşün keçirilməsi qarşılıqlı etimadın yaranmasına öz töhfəsini verdi.
 Qeyd edək ki, ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının əməkdaşları 14 avqust 2024-cü ildə AVP-nin 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən deputatlığa namizəd Günay Ağamalının Salyan rayonunun Kürqaraqaşlı kəndində seçicilərlə görüşünü müşahidə etmişdir.
Demokratik dəyərləri yüksək qiymətləndirən AVP siyasi münasibətlərdə sağlam dialoq mühitinin davamlı olmasına xidmət edən ən müxtəlif təşəbbüslərlə çıxış etmişdir. VII çağırış Milli Məclisin fəaliyyətində də sağlam siyasi dialoq və peşəkar əməkdaşlıq prinsiplərinin qorunmasını siyasi prioritet kimi qiymətləndirən AVP siyasi münasibətlərin bütün subyektlərini Milli Məclislə açıq və sağlam əməkdaşlığa dəvət edir.
Növbədənkənar parlament seçkilərində 7 namizədlə iştirak edən Ana Vətən Partiyasının (AVP) 50 dairə üzrə 4080 nəfər müşahidəçi seçki prosesini izləmişdir. Aşkarlıq, açıq rəqabət və demokratik şəraitdə keçən seçkilərdə ilkin hesablamalara görə, AVP sədrinin müavini Günay Ağamalı seçici səslərinin əksəriyyətini qazanmış və VII çağırış Milli Məclisin deputatı seçilmək şansını əldə etmişdir. 
Azərbaycanda təşviq olunan siyasi dialoq mühitinin prinsiplərinə uyğun olaraq parlament partiyası kimi AVP ənənəsinə sadiq qalaraq növbəti beş ildə də ölkənin qanunvericilik bazasının təkmilləşdirilməsi prosesinə öz töhfəsini verəcək və müxtəlif sahələr üzrə peşəkar subyektlərlə əməkdaşlığını davam etdirəcəkdir.
Ana Vətən Partiyasından olan müşahidəçilərin verdiyi məlumatlara görə bəzi seçki məntəqələrində pozucu qüvvələrin təxribat törətmək cəhdləri iflasa uğramış və növbədənkənar parlament seçkiləri uğurla başa çatmışdır. 
 Müasir inkişaf mərhələsinin, siyasi həmrəyliyin və yeni siyasi konfiqurasiyanın təcəssümü olacaq VII çağırış Milli Məclisə keçirilən seçkilər ölkənin demokratik təcrübəsini daha da zənginləşdirdi və xalq-dövlət birliyini bir daha nümayiş etdirdi".

 

ADMP: "1 sentyabr seçkiləri Azərbaycan tarixində ən mükəmməl seçkilərdən biri kimi qalacaq"

 

Azərbaycan Demokratik Maarifçilik Partiyası parlament seçkiləri ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, indiyə qədər Azərbaycanda Milli Məclisə keçirilən altı seçkinin hər birində namizədlər və müşahidəçilərlə iştirak etmiş Azərbaycan Demokratik Maarifçilik Partiyası bundan öncəki 3 seçkidə parlamentdə yer qazana bilib.
"Hər seçkidə təcrübəsini daha da artıran partiyamız VII çağırış Milli Məclisə seçkilərdə bir namizəd, üç mindən artıq müşahidəçi ilə təmsil olunub.
Bütün ölkə üzrə və 40 seçki dairəsində müşahidəçiləri olan partiyamız seçkiləri qarşıya qoyulmuş məqsədlərə nail olaraq yekunlaşdırıb. Seçkilərdə partiyanın sədri Elşən Musayevin seçilməsi üçün partiyanın üzvləri aktiv təbliğat-təşviqat işi aparıb, kütləvi və fərdi görüşlər keçirib, nəticədə partiyamızın namizədi seçicilərin etimadını qazana bilib.
Partiyanın müşahidəçiləri seçkini canlı izlədikləri məntəqələrdə apardıqları müşahidə qeydlərini seçki qərargahı ilə bölüşüb. Müşahidəçilərin qeydlərindən və rəylərindən seçkilərin sakit və sülh şəraitində keçdiyi, prosesin gözlənilənlərə adekvat və ümumilikdə beynəlxalq standartlara uyğun olduğu qənaətinə gəlinib.
Namizədlər üçün yaradılmış şərait, onların effektiv təbliğat işi aparması üçün mətbuata sərbəst çıxış imkanları, hər bir yaşayış məntəqəsində açıq və qapalı məkanlarda görüşlərin təşkili üçün yerlər ayrılması olduqca böyük səmərə verib. Açıq-aydın hiss edilib ki, Milli Məclisə seçkilərə hazırlıq və səsvermə prosesi peşəkarlıqla, texniki baxımdan olduqca yaxşı təşkil olunub.
Eyni zamanda bildiririk ki, ölkənin bəzi seçki məntəqələrində məkrli qüvvələrin məqsədli şəkildə planladığı təxribatlar və seçkinin demokratikliyinə, şəffaflığına kölgə salmaq cəhdləri heç bir halda nəticə verməyəcək və 1 sentyabr seçkiləri Azərbaycan tarixində ən mükəmməl seçkilərdən biri kimi qalacaq.

 

VHP: "Seçkilər təhlükəsiz, demokratik və şəffaf keçirilmişdir"

 

Vətəndaş Həmrəyliyi Partiyası növbədənkənar parlament seçkiləri ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
"Partiyamız demokratik seçki mühitində, təşviqat üçün yaradılmış münbit şəraitdə rahat və sərbəst təbliğatını aparmışdır. Bu müddət ərzində partiya rəhbərliyi, namizədlər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı parlament seçkilərini izləyən uzunmüddətli Müşahidə Missiyasının, ATƏT Parlament Assambleyasının Seçki Müşahidə Missiyasının üzvləri, ölkəmizdə fəaliyyət göstərən bir çox səfirliklərin nümayəndələri ilə görüşmüş, onlarla seçki mühitini müzakirə etmiş və namizədlərin təşviqat kampaniyası ilə bağlı onları məlumatlandırmışdır.
1 sentyabr tarixdə 125 seçki dairəsindən 51-də seçkini canlı izləyən müşahidəçilərimizin rəyləri, həm də partiyanın qərargahından yüzlərlə seçki məntəqəsində quraşdırılan kameraların izlənilməsi onu deməyə əsas verir ki, VII çağırış Milli Məclisə seçkilər təhlükəsiz, demokratik və şəffaf keçirilmişdir". 

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!