Azərbaycan Prezidenti cənab İlham Əliyev
son 15 gündə Azərbaycanın yeni hərb və yeni siyasət tarixini yazır və hələ yazacaq.
Cənab Prezident son 17 ildə siyasi, iqtisadi, hərbi, milli ruhun möhkəmləndirilməsi,
hərbi vətənpərvərliyin yüksək həddə çatdırılması sahələrində gördüyü işlərin bəhrəsini
görməyə başladı və hələ uzun müddət görəcək.
27 il torpaqlarımızı işğal altında saxlayan,
27 il bu ərazilərdə müdafiə istehkamları quran ermənilərə elə "toy” tutdu ki, onlar
bundan sonra tarix boyu bu "toyu” yaddan çıxarmayacaqlar. Türkiyə, Pakistan və bəzi
ölkələrin mənəvi dəstəyini alan Prezidentimiz təkbaşına, yəni dünya bir tərəfdə,
cənab İlham Əliyev isə digər tərəfdə öz prinsipiallığını, iradəsini, dövlətinə,
xalqına, doğma torpağına bağlılığını bütün dünyaya nümayiş etdirdi.
Cənab İlham Əliyev prezidentlik fəaliyyəti
dövründə nə vəd vermişdisə, hamısına vaxtında əməl edib. Sözünün sahibi olmaq bugünkü
dünyada az-az dövlət rəhbərlərinə məxsusdur.
Qarabağ torpaqlarının işğal altında olması
xalqımızın ən yaralı yeri idi. Kiçikdən-böyüyə qədər hamı bu torpaqların düşmən
tapdağından azad olmasını gözləyirdi və bu arzu ilə yaşayırdı. Ölkə Prezidenti və
Ali Baş Komandanın hər iş günü gərgin olur, ancaq son 15 günün gərginliyi yüksək
həddə idi. Çünki hər iş günü 24 saat idi və xalqa verdiyi sözün icrasını təmin edirdi.
Vətən müharibəsinin gedişatına nəzarət etmək
və həlledici qərarlar verməklə bərabər, hər gün dünyanın bir çox dövlət rəhbərlərinin
zənglərinə vaxt ayırmaq və məşhur telekanallarına müsahibə verməklə bərabər, dünya
ictimaiyyətini ölkəmizin bu müharibədə əks-hücum əməliyyatı keçirməkdə haqlı olması
barədə də məlumatlandırırdı.
Qısa müddət ərzində 2 dəfə xalqa müraciət
etdi. Cənab Prezident həmişə səbir və təmkin nümayiş etdirib, nəyi nə vaxt etmək
lazımdır, yaxşı bilir. Onun xalqa müraciətlərini
sakit dinləmək mümkün deyildi. Müraciətlərdə çox məqamlar var: qətiyyət, cəsarət,
prinsipiallıq, xalqa, torpağa bağlılıq, düşmənə təpgi və yerini göstərmək bacarığı,
sevinc hissləri, siyasətdə dahilik, eyni zamanda, humanistlik.
Əslində cənab Prezidentin o müraciətlərində
düşmən ölkənin rəhbərinin ünvanına dediklərindən sonra Paşinyanda bir balaca qeyrət
hissi olsaydı, ya özünü asmalı, ya da başına bir güllə vurmalı idi. Yalnız erməni
xalqı özünə belə bir baş nazir seçə bilərdi.
Cənab Prezident hər gün gördüyü işlərlə,
azad etdiyi torpaqlarla təkcə insanları və torpaqları həsrətdən qurtarmır, eyni
zamanda, şəhidlərin də ruhlarını şad edir. Ulu Öndər Heydər Əliyevin də ruhunu hər
gün şad edir, çünki Ulu Öndər də Vətən torpağı həsrəti, niskili ilə dünyasını dəyişdi.
Ataların yaxşı bir deyimi var: "Dost və düşmən
dar gündə sınanar”. Son 15 gündə bizi istəyənlər də, istəməyənlər də aydın oldu.
Cənab Prezident həmişə çıxışlarında, xalqla,
xarici ölkə rəhbərləri, beynəlxalq təşkilatlarla görüşlərində deyirdi: "Torpaqları
mütləq azad edəcəyik, ərazi bütövlüyümüzü mütləq bərpa edəcəyik, bayrağımız mütləq
Şuşada dalğalanacaq”. Ermənilər isə bu bəyanatlardan lazımi nəticə çıxarmadılar.
İndi isə dünya erməni lobbiləri, dünya ermənilərinin Eçmiədzin kilsəsi, ermənilərin
bəzi havadarları təsadüfi ünsür sayılan Paşinyanla birlikdə ciddi təxribatlar edərək
yeni torpaqlar əldə etmək istədilər. Ancaq cənab Prezident, Ali Baş Komandan və
Şanlı Ordumuz onlara elə dərs verdilər ki, bütün dünya erməniləri ömürlük bu dərsi
yaddan çıxarmayacaqlar.
Müharibənin
ilk 15 günü ərzində nələri gördük, nələri bildik və nəyə əmin olduq
1. Siyasətdə
- Cənab Prezident İlham ƏIiyev öz qətiyyətini,
cəsarətini, sözünün sahibi olduğunu, xalqa, Vətənə, torpağa bağlılığını, milliliyini,
humanistliyini, siyasi dahiliyini və prinsipiallığını dünyaya nümayiş etdirdi;
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həlli üçün Ermənistana son şansı verdi və bununla sülhpərvərliyini
göstərdi;
- Ermənistanı masa arxasında oturub danışıqlar
aparmağa məcbur etdi;
- Paşinyan və ermənilərə "Qarabağ Ermənistandır”
deməyi ömürlük unutdurdu və sübut etdi ki, Qarabağ Azərbaycandır!
-
Türkiyə və Azərbaycan bayraqlarının hər yerdə birgə dalğalanması ilə ermənilərə
gözdağı verdi, dünya ölkələrinə isə birlik, dostluq, qardaşlıq və həmrəyliyin yeni
nümunəsini, modelini ortaya qoydu;
- Prezident, Ali Baş Komandan, xalq, ordu
birliyini dünyaya nümayiş etdirdi;
- milli və vətəndaş həmrəyliyinə nail oldu;
- Qarabağ probleminin ümumxalq, ümummilli
problemə çevrilməsini təmin etdi;
- millətimizin və xalqımızın nəyə qadir olduğunu
isbata yetirdi və dünya xalqları arasında layiqli yerini göstərdi;
2. Ali Baş Komandan, ordu, milli hərbi-vətənpərvərlik
tərbiyəsi və beynəlxalq təşkilatlarla iş
- Ordumuzun dünya orduları arasında layiqli
yer tutması əməldə təsdiqini tapdı;
- Azərbaycan əsgəri 27 il işğal altında olan
torpaqlarımızı azad etməyə başladı;
- əsgər və zabitlərimiz torpağa, Vətənə,
dövlətə bağlılığını, yüksək bacarıq və vətənpərvərliyini nümayiş etdirdi;
- ordumuz erməni ordusu və əsgərlərinin yaddaşlarına
Azərbaycan əsgərlərinin nəyə qadir olduğunu ömürlük həkk etdirdi;
- Ali Baş Komandan və ordumuz beynəlxalq
təşkilatlara qəbul etdikləri, lakin icrası təmin olunmayan qərarların icra mexanizmini
və ərazi bütövlüyünün bərpa olunması modelini göstərdi;
- ordumuz başqasının torpağında gözü olanlara
nümunəvi dərs verdi;
- Ali Baş Komandan və ordumuz məcburi köçkünlərin
27 illik torpaq həsrətinə son qoydu və məcburi köçkünlərin Böyük Qayıdışının təməlini
yaratdı;
-
Ali Baş Komandan və ordumuz Çocuk Mərcanlıdan Şuşaya, gedən yolu xeyli yaxınlaşdırdı;
- Ali Baş Komandan və ordumuz işğal altında
olan bütün torpaqlarımızın azad olunacağını reallaşdırdı;
- düşmən ordusunun qiyməti 1,2 milyard dollardan
çox olan hərbi texnikası, silah-sursatı məhv edildi, bir qismi də qənimət kimi götürüldü;
- Prezident,
Ali Baş Komandan təmas xəttini və status-kvonu ləğv etdi;
- Ali Baş
Komandan və ordumuz ermənilərin 30 il ərzində qurduqları istehkamları məhv etdi;
- Minsk qrupunun
27 illik nəticəsiz fəaliyyəti və hazırladığı təkliflər Ermənistanın qeyri-konstruktiv
mövqeyinə görə kağız üzərində qaldı.
3. Milli həmrəylik, vətəndaşlıq və torpaq uğrunda şəhidlik
- Bütün siyasi
partiyalar milli həmrəylik göstərərək Vətən müharibəsində Prezidentin yanında olduqlarını
nümayiş etdirdilər;
- mülki əhali
ermənilərin atəşi qarşısında yaşayış yerlərini tərk etmədilər, Ali Baş Komandana,
orduya arxalanaraq mərdlik və torpağa bağlılıq nümayiş etdirdilər;
- xalq öz
Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya
qeyri-adi dərəcədə sevgi, inam və sadiqlik nümayiş etdirdi. Bu, xalqımız tərəfindən
onlara hər gün ünvanlanan yüzlərlə müraciətlərdə açıq-aydın görünür;
- şəhidlərimiz
öz canlarını torpaqlarımızın azad olunması uğrunda qurban verdilər. Prezident və
Birinci vitse-prezident şəhid anaları və ailələri üçün dünyada analoqu olmayan işlər
görürlər və onlarla mütəmadi görüşlər keçirirlər;
- şəhidlərimizin
ata və anaları oğullarının Vətən torpağı uğrunda şəhid olmalarından qürur hissi
keçirdiklərini dilə gətirərək deyirlər: "Vətənimiz, Prezidentimiz və ordumuz sağ
olsun!”;
- dövlət rəmzi
olan bayrağa xalq və əsgərlərimiz tərəfindən milli ləyaqət kimi münasibət nümayiş
olundu:
- xalq müharibə
şəraitində yüksək nizam-intizam nümayiş etdirdi.
4. İnformasiya müharibəsi, diasporaların fəaliyyəti
- Prezidentimizin
17 illik fəaliyyətində kütləvi informasiya vasitələri ilə gördüyü işlər müharibə
şəraitində öz bəhrəsini verdi;
- kütləvi
informasiya vasitələri və xüsusən telekanallar son 27 ildə indiki qədər operativ
və fəal çalışmamışdılar;
- kütləvi
informasiya vasitələri Vətən müharibəsi şəraitində Prezidentin, ordunun, xalqın
yanında olduqlarını gördükləri işlərlə nümayiş etdirdilər;
- Azərbaycan
Prezidentinin rəhbərliyi altında ölkənin
kütləvi informasiya vasitələri informasiya müharibəsində düşmənə tam qalib
gəlirlər;
- Azərbaycan
Prezidenti və Birinci vitse-prezidentin xarici ölkələrdə fəaliyyət göstərən diasporalarla
və səfirliklərlə gördükləri işlər də öz bəhrəsini verdi.
5. İlk 15 gün şəxsən mənə nə verdi?
- Cəbrayıl
rayonunun işğal altında olan şəhəri, çoxsaylı kəndləri və dünyaya göz açdığım Böyük
Mərcanlı kəndi işğaldan azad olundu;
- yaxın ailə
üzvlərimin (bacı-qardaşlarımın, qohumlarımın) üzərindən məcburi köçkün adı götürüldü;
- ən nəhayət,
məcburi köçkün olan rəhmətlik anamın dünyasını dəyişəndə məndən bir xahişi olmuşdu
ki, onun nəşini atamın işğal altında qalan nəşi ilə bir yerdə dəfn edim. Bu o zaman
mümkün olmadığı üçün söz vermişdim ki, kənd işğaldan azad olunanda onun xahişini
mütləq yerinə yetirəcəyəm. Belə bir imkanı cənab Prezident, Ali Baş Komandan və
ordumuz indi yaratdı. Bu, mənim ürəyimdə qalan ən böyük nisgilim və arzum idi. Cənab
Prezidentə və ordumuza təşəkkür etmək üçün leksikonumuzdakı sözlər kifayət deyil.
Baxmayaraq
ki, Azərbaycan Prezidenti erməni xalqına və Paşinyana son sülh şansı vermişdi, ancaq
Paşinyan başda olmaqla Ermənistan rəhbərliyi, öz iç üzlərini, xain xislətlərini,
çirkin niyyətlərini və faşist psixologiyalarını bir daha göstərdilər. Belə ki, Moskva
danışıqlarında əldə olunmuş razılığa məhəl qoymadan oktyabrın 10-dan 11-nə keçən
gecə qadağan olunmuş raketlərdən və digər silahlardan istifadə edərək, Gəncə şəhərini
və digər ərazilərimizi qəddarcasına atəşə tutdular və nəticədə mülki əhali arasında
həlak olanlar və yaralananlar oldu. Bütün dünya ölkələri və beynəlxalq təşkilatlar
bir daha gördülər ki, Ermənistan rəhbərliyi qərəzli və işğalçılıq mövqeyindədir
və Ermənistana qarşı ciddi tədbirlərin görülməməsi nəinki region, hətta dünya üçün
təhlükədir.
Son 200 ilin
hadisələri göstərir ki, ermənilər nəinki bizə, hətta digər ölkələrə də həmişə torpaq
iddiasında olublar. Bu isə onların genetik xəstəliyindən xəbər verir.
Allah bütün
şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin. Azərbaycan Prezidenti dəfələrlə
vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü mütləq bərpa olunacaq və şəhidlərimizin
qanı yerdə qalmayacaq. Azərbaycan xalqı kimi, mən də buna tam əminəm.
Son 17 ildə
və xüsusən son 15 gündə möhtərəm cənab İlham Əliyev və hörmətli xanım Mehriban Əliyeva
öz gördükləri işlərlə öz adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdılar.
Ölkəmizin,
xalqımızın, millətimizin xoş günləri hələ qabaqdadır.
Ölkə Prezidenti
cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi
altında hələ çox nailiyyətlərin şahidi olacağıq.
Qələbə bizimdir!
Qarabağ Azərbaycandır!
ƏLİ HƏSƏNOV,
Yeni Azərbaycan
Partiyası sədrinin müavini