Mühacir istiqlalçı
Dünyanın müxtəlif ölkələrində mühacir həyatı yaşayan dəyərli ziyalılarımızdan biri də əslən Şuşadan olan şair və yazıçı Mirzə Abay Dağlıdır.
Ədəbi aləmdə yazıçı-dramaturq Mirzə Abay Dağlı kimi tanınan Cəmil İbrahim oğlu Ağayev 1906-cı il yanvarın 17-də Şuşada çilingər ailəsində anadan olub. İlk təhsilini şəhər realnı məktəbində alıb. 1932-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsinə daxil olub. 1936-cı ildə həmin ali təhsil ocağını müvəffəqiyyətlə bitirdikdən sonra Şəmkir rayonunda müəllimlik edib. Daha sonra Şəki Pedaqoji Məktəbində çalışıb. Cəmil Ağayev bu dövrdə pedaqoji fəaliyyətlə yanaşı, bədii yaradıcılıqla da məşğul olub. Şəkidə nəşr olunan qəzetlərdə "Şuşalı" təxəllüsü ilə şeir və məqalələr çap etdirib. O, jurnalistliklə yanaşı, elmi fəaliyyətlə də məşğul olmaq qərarına gəlib. Bu məqsədlə Bakıda aspiranturaya daxil olub və 1940-cı ildə Nizami muzeyində (indi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi) elmi işçi vəzifəsində çalışıb. XI əsr Azərbaycan ədəbiyyatına dair araşdırmalar aparıb. 1941-ci ildə gənc alim hərbi xidmətə çağırılıb. İkinci Dünya müharibəsində iştirak edən tədqiqatçı-alim Qələbədən sonra Sovet İttifaqı ərazisini tərk edərək əvvəl Münhenə, sonra isə Türkiyəyə getmiş, orada ailə quraraq ömrünün sonuna kimi Ankarada və İstanbulda yaşamışdır. Abay Dağlının yaradıcılığı hazırda Ankarada milli kitabxanada mühafizə edilir.
Mirzə Abay Dağlı Şuşadan uzaqlarda olsa da, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin imperiya qüvvələri tərəfindən işğalını, erməni-bolşevik birləşmələrinin xalqımıza qarşı törətdiyi qırğınları, repressiya illərindəki məşəqqətləri heç vaxt unuda bilməyib. Bu səbəbdən də qələmə sarılaraq yurdunun ağrı-acılarını tarixə və millətə xidmət olaraq dünya ictimaiyyətinə çatdırmağı özünə mənəvi borc bilib. Onun bu dövrdə Vətənə, doğma yurda dair yazdığı şeirlər diqqətçəkəndir. Yazar doğulub boya-başa çatdığı Şuşaya, xarıbülbülə çoxlu şeirlər həsr edib.
1947-ci ilin sonundan Türkiyədə mühacir həyatı yaşayan Abay Dağlı Sakarya və Adapazarı liseylərində müəllimlik edib. O, bu dövrdə pedaqoji fəaliyyətlə yanaşı, çoxsaylı dram əsərləri və şeirlər yazıb. Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivində Abay Dağlının bacısı Xanım Abbasovanın təqdim etdiyi sənədlər əsasında, 1924-1997-ci illəri əhatə edən 961 saylı Mirzə Abay Dağlı fondu yaradılıb. "Nəsimi", "Şuşa", məşhur xanəndə Xan əmiyə xitabən "Xanəndə Xana", "Naz", "Mərhəmət", "Cocuq sabahları", "Şən günlərə doğru" şeirləri, "Natavanın arzuları", "Vətən düşüncələri", "Qızıl bayraq dalğalanır" pyesləri, habelə məqalələri, məktubları, qeydləri, bir sözlə, bu sıradan 310-a qədər material həmin fondda saxlanılır. Materiallardan aydın olur ki, o, ədəbi aləmdə "Şuşalı", "A.Dağlı", "Ağa Dağlı", "A.Cəmil", "Ağayev Cəmil", Mirzə Abay Dağlı və "Rana" imzaları ilə tanınıb.
Mirzə Abay Dağlının dəyərli əsərlərindən biri də Türkiyədə nəşr edilən "Onlar türklərdir" kitabıdır. İllərlə "Rana" kimdir sualı ilə tədqiqatçıların axtarışında olan bu kitab 1991-ci ildə Ramiz Abutalıbovun Parisdən gətirdiyi çoxsaylı sənədlərin içərisindən tapılıb. Həmyerlisi "Sayın Ceyhun Hacıbəyli bəy əfəndiyə!" 29 noyabr 1950-ci ildə müəllifdən hədiyyə edilmiş bu kitab tədqiqatçı-publisist Aslan Kənan tərəfindən Azərbaycan dilinə uyğunlaşdırılaraq 1993-cü ildə Bakıda nəşr edilib. Kitabda Sibirə sürgün edilən 30 nəfər ziyalının başına gətirilən müsibətlərdən bəhs edilir.
Dramaturgiya ilə ardıcıl məşğul olan Mirzə Abay Dağlı tarixi mövzuda yazdığı və oxucular tərəfindən çox sevilən əsərlərində Azərbaycan və Türkiyə xalqlarının yaşadığı keçmişin şərəfli səhifələrini, qüdrətli şəxsiyyətlərini canlandırmağa çalışıb. Müəllifin dram əsərləri sırasında "Dədə Qorqud", "Gənc ata" , "Sakarya qərargahı", "Füzuli", "Natəvan", "Okullular" kimi tarixi mövzuda yazdığı pyesləri xüsusi yer tutur.
Dramaturqun "Gənc ata" pyesi Türkiyə Cümhuriyyətinin qurucusu, istiqlal savaşının sərkərdəsi və qəhrəmanı Mustafa Kamal Atatürkə həsr olunmuşdur.
"Dədə Qorqud" pyesində isə qədim qəhrəmanlıq eposunun motivləri əsasında yeni, orijinal bir sənət nümunəsi yaratmışdır.
Abay Dağlının "Natəvan" pyesinin mövzusu isə Qarabağda "Xan qızı" ləqəbi ilə məşhur olan şair Xurşidbanu Natəvanın həyatından alınmışdır.
Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin ömür yolunu əks etdirən "Füzuli" pyesi Abay Dağlının ən maraqlı qarşılanan əsəri hesab olunur. Müəllifin qeyd etdiyinə görə, bu əsər Füzuli poeziyasının ecazkar təsiri altında yazılıb. Pyes Azərbaycan və Türkiyə ləhcələrində qələmə alınıb, ilk dəfə 1961-ci ildə Ankara, ikinci dəfə 1968-ci ildə İstanbulda nəşr olunub.
Füzuli poeziyasının ruhuna uyğun olaraq əsərin mövzusu məhəbbət süjeti əsasında qurulub.
Ədəbiyyatşünasların fikrincə, Füzulini Azərbaycandan Kərbəlaya gedən köçkün, ömrünü qürbətdə keçirən bir şair obrazında dramaturq həm də özünün Vətən həsrətini ifadə etmişdir.
Tanınmış ədəbiyyatşünas Mustafa Haqqı Türkəqul Mirzə Abay Dağlının "Əski ruhlar" kitabına yazdığı ön sözdə bildirir ki, "Onlar türklərdir" əsərindən sonra Abay Dağlı "artıq susdu, görə biləcəyi işlər bu qədər idi" hökmünü verən insanlar çox səhv edirlər. Çünki Mirzə Abay kimi hər janrda məzmunlu əsərlər yazmağa qadir olan və həyatını milli davaya həsr edən bir mücahid susa bilməzdi.
Abay Dağlı bütün qüvvə və bacarığını bu ideya uğrunda mübarizəyə həsr etdi. Türkəqul yazır: "İradəli və ideallarında türkçülüyə sadiq olan Abay Dağlının yeganə arzusu Azərbaycanın istiqlalına qovuşması və türkçülüyün payidarı olmasıdır".
Azərbaycanı bugünkü kimi müstəqil, xalqını və torpaqlarını azad görmək istəyən görkəmli şair, dramaturq və publisist Mirzə Abay Dağlı 1989-cu ilin iyun ayında İstanbulda əbədiyyətə qovuşmuşdur. Şübhəsiz ki, 2020-ci il noyabrın 8-də qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra qürbətdə ömrünü başa vurmuş minlərlə Azərbaycan sevdalısı kimi, şuşalı Mirzə Abay Dağlının da ruhu şaddır.
Rəhman SALMANLI,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Tbilisidə Asiya İnkişaf Bankının illik toplantısı işə başlayıb
02 May
ÜST pandemiya ilə uşaqlarda piylənmə arasında əlaqəni göstərib
02 May
DSMF: Bu ilin dörd ayında 10 minə yaxın vətəndaş müraciəti cavablandırılıb
02 May
Prezident İlham Əliyevin Forumda çıxışı Ukrayna mətbuatının diqqət mərkəzindədir
02 May
Aparat rəhbəri: İƏT-ə üzv olan ölkələr turizmin inkişafı ilə əlaqədar birgə layihə hazırlayıblar ...
02 May
İƏT-in departament rəhbəri: Dialoq Forumu sosial mediada yaranan mənfi halların aradan qaldırılmasın...
02 May
Avarçəkmə üzrə "Prezident Kuboku”nda ikinci yarış gününə start verilib
02 May
Norveçli səyyahlar Füzuli sakinləri ilə görüşüblər
02 May
Nomqon-2 Memorial Kompleksində aşkarlanan bitig daşının təqdimatı olub
02 May
Maliyyə naziri: Qara dənizin dibi ilə elektrik enerjisinin nəqli Azərbaycan və Gürcüstanın enerji is...
02 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!