28 Oktyabr 2026 08:25
222
Mədəniyyət
A- A+
Günü bu gün də susmayan "Tütək səsi"

Günü bu gün də susmayan "Tütək səsi"


Azərbaycan kino sənətinin "Qızıl Fondun"u bəzəyən, illər keçsə də dəyərini və təsir gücünü itirməyən elə sənət əsərləri var ki, onlar sadəcə bir dövrün mənzərəsini deyil, insan ruhunun ən dərin qatlarını tamaşaçıya çatdırır. Görkəmli yazıçı İsa Hüseynovun (Muğanna) "Tütək səsi" və "Saz" povestlərinin motivləri əsasında tanınmış rejissor Rasim Ocaqov tərəfindən 1975-ci ildə ekranlaşdırılan "Tütək səsi" filmi məhz belə unudulmaz şedevrlərdəndir. 

Filmin premyerası 1976-cı ildə olmuşdur. Müharibənin gətirdiyi ağrı-acını, arxa cəbhədə yaşanan insan dramını, itki və ümidin paralelliyini böyük ustalıqla təsvir edən bu ekran əsəri milli kinomuzun fəlsəfi-psixoloji dram janrında qazandığı ən böyük uğurlardan biri hesab olunur. Rejissorun kamerası tamaşaçını top-tüfəng səslərinin eşidilmədiyi, lakin hər bir evdə, hər bir ürəkdə müharibənin amansız izlərinin daşındığı kiçik bir Azərbaycan kəndinə aparır və burada cərəyan edən hadisələr fonunda böyük bəşəri suallara cavab axtarır.


Arxa cəbhənin ümid dolu acısı


Film İkinci Dünya müharibəsi illərində Azərbaycan kəndinin ağır, məşəqqətli güzəranını canlandırır. Süjet xətti cəbhəyə gedən kişilərin yerini doldurmağa çalışan qadınların, qocaların və uşaqların fədakar əməyi, eyni zamanda gözlənti və qorxu içində keçən günləri üzərində qurulub. Ekran əsərində müharibənin fiziki dağıntıları yoxdur, burada əsas dağıntı və sınaq insanların daxili dünyasında, mənəviyyatında baş verir.

Kəndə gələn hər "qara kağız" (ölüm xəbəri) insanları sarsıdır, lakin onları ümiddən və bir-birinə dayaq olmaqdan məhrum edə bilmir. Rejissor Rasim Ocaqov və ssenari müəllifi İsa Hüseynov tamaşaçıya göstərir ki, arxa cəbhədə gedən mübarizə ön cəbhədəki döyüşlərdən heç də az əhəmiyyətli və az ağrılı deyil.

Tapdığın tütəyindən çıxan səslər sadəcə musiqi deyil, o, müharibənin amansızlığına qarşı bir etiraz, kənd adamlarının qəlbindəki gizli ümidlərin dillənməsidir. İnsanlar "qara kağız"ların qorxusu altında yaşayarkən tütəyin səsi onlara həm təsəlli verir, həm də yaralarını göynədir.


Xarakterlər qalereyası


"Tütək səsi" filmini uğurlu edən ən mühüm amillərdən biri onun zəngin və dolğun xarakterlər qalereyasıdır. Filmdəki hər bir obraz Azərbaycan insanının xarakterik xüsusiyyətlərini özündə birləşdirir. İsfəndiyar kişi (Məmmədrza Şeyxzamanov) kəndin ağsaqqalı, müdrikliyin və təmkinin simvoludur. O, hamının dərdinə şərik olmağa, insanları bu ağır sınaqdan üzüağ çıxarmağa çalışır. M.Şeyxzamanovun daxili əzəməti və səmimi oyunu obrazı unudulmaz edir. Filmdə İsfəndiyar kişinin sazda ifa etdiyi hava "Ruhani"dir. Bu epizod 9 dubla çəkilmişdir. Aktrisa Xalidə Quliyevanın dediyinə görə, İsfəndiyar kişini canlandıran Məmmədrza Şeyxzamanov hər dublda həqiqətən ağlayırmış.

Cəbrayıl (Mixail Volontir) filmin ən dramatik və ziddiyyətli obrazlarından biridir. Müharibənin gətirdiyi acılar onun xarakterini sərtləşdirsə də, daxilindəki insanlığı tamamilə yox edə bilməyib. Bu, kəndin nizamını saxlamağa çalışan, lakin daxilən böyük ağrılar yaşayan rəhbər obrazıdır. Onun hər bir hərəkətində arxa cəbhənin məsuliyyəti və çarəsizliyi hiss olunur. Tapdıq (Akif Əli) gənc, enerjili və kəndin yükünü çiyinlərində daşıyan bir gəncdir. Onun ifası obrazın emosional gərginliyini və daxili təmizliyini mükəmməl əks etdirir. Kino lentində yer alan digər aktyorlar - Liya Eliava (Sayalı), Səfurə İbrahimova (İsmət), Xalidə Quliyeva (Milli) və digərləri öz rolları ilə kənd həyatının real, təbii mənzərəsini tamamlayırlar.

Tütək səsinin rəmzi mənasına gəldikdə qeyd edək ki, filmin adında da əks olunan tütək səsi sadəcə bir musiqi alətinin avazı deyil, filmin baş qəhrəmanına çevrilən mistik bir rəmzdir. Bu səs itirilmiş dinc günlərin həsrətidir, şəhid olan ruhların doğma yurdla pıçıldaşmasıdır, insanları ümidsizlikdən qoruyan, onlara yaşamaq və mübarizə aparmaq gücü verən mənəvi bir dayaqdır.

Filmin sonunda uzaqdan kəndə doğru gələn əsgərin konkret olaraq kim olduğu  açıqlanmır, rejissor Rasim Ocaqov ekran əsərini "açıq sonluq" ilə bitirir. Bu səhnə Azərbaycan kinosunun ən güclü metaforalarından və rəmzi kadrlarından biri hesab olunur. Rejissor və ssenarist İsa Hüseynov bu naməlum əsgər obrazı vasitəsilə çox dərin fəlsəfi mesajlar ötürür. O əsgər kənddəki hər bir ailə üçün bir ümiddir. O, İsfəndiyar kişinin müharibədə olan oğulları, Sayalının əri, yaxud kənddəki digər anaların övladları ola bilər. Kimliyindən asılı olmayaraq, o, bütün kəndin gözlədiyi "Qələbə və geri dönüş" müjdəsidir. Uzaqdan əsgər silueti görünən kimi kənd camaatının hamısı bir nəfər kimi onun qarşısına qaçır. Rejissor bu səhnə ilə göstərir ki, müharibə dövründə fərdi dərd anlayışı yoxdur, hamının acısı bir olduğu kimi, gələn bir nəfərin sevinci də hamınındır. Ümumiyyətlə, bu film Rasim Ocaqovun ilk müstəqil rejissor işlərindən biri olmasına baxmayaraq, o, operatorluq keçmişindən gələn vizual həssaslıqla hər bir kadrı bir rəsm əsərinə çevirmişdir. İşığın və kölgənin oyunu, personajların üz cizgilərindəki kədərin yaxın planda verilməsi filmin bədii təsir gücünü qat-qat artırır.

Rejissor Rasim Ocaqov ilə bəstəkar Aqşin Əlizadənin yaradıcılıq birliyi bu filmdə özünün ən parlaq nöqtəsinə çatır. Rejissorun vizual olaraq kadra köçürdüyü kədəri, işıq-kölgə oyununu və aktyorların üzündəki ifadəni bəstəkar notların sehri ilə tamamlayır. İşığın ritmi ilə musiqinin tempi elə tənzimlənib ki, tamaşaçı özünü hadisələrin düz mərkəzində hiss edir. Filmin titrləri bitdikdən sonra belə, o sədaların qulaqlarda əks-səda verməsi məhz bu iki görkəmli sənətkarın sarsılmaz vəhdətinin nəticəsidir. 


Hər zamanın ekran əsəri


"Tütək səsi" təkcə çəkildiyi dövrün deyil, bu gün də aktuallığını itirməyən sənət nümunəsidir. Film insana çətin anlarda belə, insanlığını qorumağın, fədakarlığın və doğma torpağa bağlılığın nə qədər ali bir hiss olduğunu xatırladır. Bir faktı da qeyd edək ki, Rasim Ocaqov rejissor kimi bu ekran əsərini heç də təsadüfən seçməmişdi. Yeniyetmə dövrü müharibə illərinə təsadüf edən sənətkar arxa cəbhədə olan insanların ağır güzəranını, həyat şəraitini yaddaşına yazdığına, çətin, məşəqqətli günlərin acısını unuda bilmədiyinə görə minlərlə insanın taleyini şikəst edən müharibə mövzusunu vizual ədəbiyyata çevirməyi qarşısına məqsəd qoymuşdu. Psixoloji dram janrında çəkilən film kinematoqrafik üstünlüyünə (texniki və yaradıcı heyətin peşəkarlığına) görə respublikamızda və ümumittifaq məkanında maraqla qarşılanmışdı. 300 min rubla başa gələn filmin 3 ay ərzində hazırlıq, 3 ay isə çəkiliş prosesləri aparıldı. Montaj prosesi də daxil olmaqla 10 ay müddətində hazırlanıb təhvil verildi.  

Filmdə qrim rəssamı kimi çalışmış Əməkdar incəsənət xadimi Elbrus Vahidov ekran əsərini Moskvada Dövlət Kinematoqrafiya Komitəsinə təhvil verərkən Bədii Şurada təqdir olunduğunu, birinci kateqoriyada qəbul edildiyini söyləyir. Qeyd edir ki, həmin illər ümumittifaq məkanında İkinci Dünya müharibəsi mövzusunda yüksəksəviyyəli filmlər çəkilirdi. Bədii Şuranın üzvləri "Tütək səsi" filminə baxdıqdan sonra onu müharibə haqqında çəkilən dövrün ən yaxşı ekran əsəri adlandırmışlar.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Həzi Aslanov-İçərişəhər" sahəsində birbaşa hərəkət bərpa olunub

08:55
28 Oktyabr

Əlcəzair Azərbaycana neft-qaz sahəsində əməkdaşlıq təklif edir

08:50
28 Oktyabr

Almaniya şirkətləri Azərbaycana qida sektoru üçün innovativ həllər təklif edir

08:45
28 Oktyabr

"Qara qızıl"dan "yaşıl dünya"ya

08:40
28 Oktyabr

ADAU-da Beynəlxalq Tələbə Festivalı: mədəniyyətlər bir araya gəldi

08:35
28 Oktyabr

"Uşaqlar sevinəndə sanki dünyanı mənə verirlər"

08:30
28 Oktyabr

Günü bu gün də susmayan "Tütək səsi"

08:25
28 Oktyabr

Xalça düyünlərinin sirlərini onun qədər bilən yox idi 

08:20
28 Oktyabr

Makroiqtisadi sabitlik, güclü fiskal ehtiyatlar, möhkəm xarici mövqe

08:15
28 Oktyabr

Azərbaycanla əməkdaşlıqda onilliklərin sınağından çıxan "Eni"

08:10
28 Oktyabr

ZƏFƏR gündəliyi

08:05
28 Oktyabr

Azərbaycanın İƏT-ə sədrliyi təşkilatın beynəlxalq nüfuzunu gücləndirəcək

08:00
28 Oktyabr

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:29
28 Oktyabr

S.C.Rzayevin Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilməsi haqqında

01:28
28 Oktyabr

M.M.Seyidovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilməsi haqqında

01:27
28 Oktyabr

“Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədinin təsdiq edilməsi haqqında

01:26
28 Oktyabr

“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 iyun tarixli 90 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:25
28 Oktyabr

“Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
28 Oktyabr

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonalarının təsdiq edilməsi haqqında

01:22
28 Oktyabr

“Əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə siyahıyaalma qrupunun işçilərinin aylıq vəzifə maaşlarının cədvəli”nin təsdiq edilməsi haqqında

01:20
28 Oktyabr

Dövlət Baxçalı: Azərbaycan-Türkiyə münasibətləri möhkəm və sarsılmazdır  

21:12
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!