29 Oktyabr 2026 08:30
198
CƏMİYYƏT
A- A+
Qarabağ və Şərqi Zəngəzur dirçəlişin və inkişafın rəmzinə çevrilib

Qarabağ və Şərqi Zəngəzur dirçəlişin və inkişafın rəmzinə çevrilib


Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi yalnız hərbi-siyasi qələbə deyil, həm də ölkəmizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən tarixi dönüş nöqtəsidir. Otuz ilə yaxın davam edən işğala son qoyulması, ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası xalqımızın mübarizəsinin mühüm nailiyyəti oldu. Bu gün həmin torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri isə Azərbaycanın gücünü, iqtisadi imkanlarını və strateji baxışını nümayiş etdirir. Bir vaxtlar dağıntıların, viran qoyulmuş yaşayış məntəqələrinin və məhv edilmiş infrastrukturun hökm sürdüyü ərazilərdə indi yeni şəhərlər, kəndlər, yollar, məktəblər, xəstəxanalar və müasir yaşayış kompleksləri tikilir.

Prezident İlham Əliyev oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxışı zamanı keçdiyimiz tarixi yola toxunaraq bildirib: "Biz özümüzü müdafiə etdik. Biz düşməni məğlub etdik. Biz 30 il Ermənistanın işğalı altında olmuş torpaqlarımızı azad etdik. Biz ədaləti bərpa etdik. Biz öz ləyaqətimizi və beynəlxalq hüququ bərpa etdik. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan qoşunlarının ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən, lakin 30 il kağız üzərində qalan qətnamələrini təkbaşına icra etdik".

Dövlət başçısının bu fikirləri Azərbaycanın ərazi bütövlüyünün bərpasının tarixi və siyasi mahiyyətini aydın ifadə edir. Çünki ölkəmiz uzun illər beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq münaqişənin sülh yolu ilə həllinə çalışmış, danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirmişdi. Lakin işğalın davam etməsi, beynəlxalq qətnamələrin icrasız qalması və diplomatik səylərin nəticə verməməsi Azərbaycanı öz hüquqlarını təmin etmək üçün qətiyyətli addımlar atmağa sövq etdi.

2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təmin etdi. Bununla da ölkəmizin qarşısında işğalın ağır nəticələrini aradan qaldırmaq, dağıdılmış yaşayış məntəqələrini yenidən qurmaq və doğma torpaqlarından didərgin salınmış insanların təhlükəsiz qayıdışını təmin etmək kimi yeni və son dərəcə mühüm vəzifələr dayandı.

İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuğun miqyası olduqca genişdir. Azərbaycan bu mürəkkəb vəzifənin icrasını öz iqtisadi imkanlarına əsaslanaraq həyata keçirir, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına regionda yeni infrastruktur yaradılır, iqtisadi fəaliyyətin bərpası və əhalinin məskunlaşması üçün zəruri şərait formalaşdırılır.

Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsində ən mühüm istiqamətlərdən biri nəqliyyat infrastrukturunun yenidən qurulmasıdır. Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanlarının inşası regionun nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Xüsusilə Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə tikilərək istifadəyə verilməsi Azərbaycanın təşkilati və texniki potensialının göstəricisinə çevrilib. Bununla yanaşı, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu, Horadiz-Ağbənd dəmir yolu layihəsi və digər nəqliyyat xətləri bölgənin respublikamızın vahid iqtisadi sisteminə inteqrasiyasına xidmət edir. Bu layihələr yalnız insanların rahat hərəkətini təmin etmək məqsədi daşımır. Yeni yollar və nəqliyyat qovşaqları Qarabağın iqtisadi potensialının reallaşdırılmasına, turizmin inkişafına, sənaye və kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılmasına geniş imkanlar yaradır. Eyni zamanda regionun beynəlxalq nəqliyyat dəhlizləri ilə əlaqələndirilməsi Azərbaycanın tranzit və logistika imkanlarını daha da gücləndirə bilər.

Quruculuq prosesində diqqətçəkən məqamlardan biri də müasir şəhərsalma prinsiplərinin tətbiqidir. Ağdam, Füzuli, Cəbrayıl və digər şəhərlərin baş planlarında yaşayış məkanlarının funksionallığı, yaşıllıq sahələrinin genişləndirilməsi, ictimai nəqliyyatın əlçatanlığı və rəqəmsal idarəetmə imkanları nəzərə alınır. "Ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzurun ən müasir yaşayış standartlarına uyğun inkişafını hədəfləyir.

Quruculuq prosesinin digər mühüm istiqaməti ekoloji tarazlığın bərpasıdır. İşğal dövründə meşələrin qırılması, təbii sərvətlərin istismarı, su mənbələrinin çirkləndirilməsi və ərazilərin minalanması regionun ekosisteminə ciddi ziyan vurub. Hazırda həyata keçirilən yaşıllaşdırma tədbirləri, alternativ enerji layihələri və ətraf mühitin mühafizəsi proqramları bölgənin "yaşıl enerji" zonasına çevrilməsinə yönəlib. Günəş, külək və su enerjisi potensialından istifadə gələcəkdə Qarabağ və Şərqi Zəngəzurun ekoloji cəhətdən dayanıqlı inkişafına mühüm töhfə verəcək.

Ərazilərin minalarla və partlamamış hərbi sursatlarla çirklənməsi insanların təhlükəsiz qayıdışını, kənd təsərrüfatı fəaliyyətini və infrastruktur layihələrinin icrasını çətinləşdirir. Buna görə minatəmizləmə işləri quruculuq proqramlarının ayrılmaz tərkib hissəsidir. Təhlükəsizliyin təmin olunması həm məskunlaşmanın genişləndirilməsi, həm də regionun iqtisadi imkanlarından tam istifadə baxımından həlledici əhəmiyyət daşıyır.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda yüksələn binalar, salınan yollar, fəaliyyətə başlayan məktəblər tarixi Zəfərin real nəticələridir. Azərbaycan yalnız dağıdılmış infrastrukturu bərpa etmir, eyni zamanda regionun yeni sosial-iqtisadi modelini yaradır. Bir zamanlar işğalın və məcburi köçkünlüyün ağrısını çəkən bu torpaqlar indi dirçəlişin, inkişafın və güclü gələcəyin rəmzidir.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bağların payız ətri   

08:50
29 Oktyabr

ZƏFƏR gündəliyi

08:45
29 Oktyabr

Şuşa döyüşləri Azərbaycan əsgərinin mənəvi gücü və fiziki dözümünün nümayişi idi

08:40
29 Oktyabr

Görüş yeri dəyişmir

08:35
29 Oktyabr

Qarabağ və Şərqi Zəngəzur dirçəlişin və inkişafın rəmzinə çevrilib

08:30
29 Oktyabr

Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirilib

08:25
29 Oktyabr

Dayanıqlı inkişaf Azərbaycanın milli prioritetlərinin əsasını təşkil edir

08:20
29 Oktyabr

Azərbaycan beynəlxalq turizmin ən sürətlə inkişaf edəcəyi istiqamətlərdən biri ola bilər

08:15
29 Oktyabr

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub 

08:10
29 Oktyabr

Ermənistanın ekoloji terroru Xəzər dənizi hövzəsi üçün ciddi təhlükədir

08:05
29 Oktyabr

Azərbaycançılıq və sülh quruculuğu

08:00
29 Oktyabr

"Dövlət xidmətləri haqqında" Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

02:30
29 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:28
29 Oktyabr

"Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" İnformasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə

02:27
29 Oktyabr

"Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında əsasnamə  

02:24
29 Oktyabr

“İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin şamil olunmadığı əməliyyatların və şəxslərin Siyahısı”nın təsdiq edilməsi haqqında

02:22
29 Oktyabr

“Texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

02:21
29 Oktyabr

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Müdafiə haqqında”, “Veteranlar haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Polis haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 376-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:19
29 Oktyabr

“Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı”nın və “Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:18
29 Oktyabr

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və bəzi sərəncamlarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 23 fevral tarixli 604 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:16
29 Oktyabr

Xankəndidə MDB ölkələrinin rəqabət siyasəti üzrə birgə fəaliyyətinin yeni istiqamətləri müəyyənləşdirilib  

22:33
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!