№ 359
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və bəzi sərəncamlarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 23 fevral tarixli 604 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 may tarixli 53 nömrəli Qərarı (Cild I); 2024, № 2, maddə 242, № 5 (II kitab), maddə 612, № 7, maddə 910; 2025, № 2, maddə 187) ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. “1. Müharibə veteranları” hissəsi üzrə:
1.1.1. doqquzuncu, on yeddinci, iyirmi birinci abzaslarda “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin;
1.1.2. iyirmi üçüncü abzasda “Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin;
1.2. “2. Silahlı qüvvələrin veteranları” hissəsi üzrə:
1.2.1. dördüncü abzasda “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin;
1.2.2. altıncı abzasda “Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 221 (Cild I); 2024, № 9, maddə 1090) ilə təsdiq edilmiş “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamə”nin 2.11-ci bəndinin birinci abzasında “Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 3 may tarixli 87 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 5, maddə 337 (Cild I) ilə təsdiq edilmiş “Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılması müddəti və Qaydası”nın 1-ci hissəsində “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 162 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 645 (Cild I); 2024, № 3, maddə 315, № 9, maddə 1090; 2025, № 5, maddə 507; 2026, № 1, maddə 84) ilə təsdiq edilmiş “Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması Qaydası”nda və həmin Qaydaya edilmiş əlavələrlə bağlı formalarda mətn üzrə “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 759 (Cild I); 2024, № 2, maddə 208, № 4, maddə 472, № 5 (II kitab), maddə 612, № 9, maddə 1090, № 12 (II kitab), maddə 1453; 2025, № 2, maddə 187) ilə təsdiq edilmiş “Ovçuluq biletinin forması, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 1.2-ci, 3.1-ci, 3.3-cü, 4.1-ci və 4.2-ci bəndlərdən ismin müvafiq hallarında “və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə münasibətdə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti” sözləri çıxarılsın;
5.2. 1.4-cü bənddən “və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə münasibətdə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin” sözləri çıxarılsın və həmin bənddə “yaratdıqları” sözü “yaratdığı” sözü ilə əvəz edilsin;
5.3. 4.3-cü bənddən “(Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə münasibətdə müddətsiz)” sözləri çıxarılsın;
5.4. 2.3-cü, 2.4-cü bəndlər və həmin Qaydaya 2 nömrəli əlavə ləğv edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 noyabr tarixli 182 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 967 (Cild I); 2024, № 4, maddə 446) ilə təsdiq edilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması Qaydası”nın 1-ci hissəsində “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.
7. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 dekabr tarixli 192 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 4, maddə 446) aşağıdakı dəyişikliklər edilsin:
7.1. 2-ci hissədə “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin;
7.2. həmin Qərarla təsdiq edilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Qaydası”nın 1-ci hissəsində “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.
8. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 mart tarixli 40 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 254 (Cild I); 2024, № 2, maddə 209, № 5 (II kitab), maddə 612; 2025, № 12 (II kitab), maddə 1233; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 9 oktyabr tarixli 330 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
8.1. həmin Qərarla təsdiq edilmiş “Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına müəssisə, idarə və təşkilatların buraxılması üçün icazənin alınması Qaydası”nın 2-ci hissənin ikinci abzasında “Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri, üçüncü abzasında “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin;
8.2. həmin Qərarla təsdiq edilmiş “Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarında, müəssisə, idarə və təşkilatlarda dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarələrarası nəzarətin həyata keçirilməsi Qaydaları”nın 3-cü hissəsinin ikinci abzasında “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 aprel tarixli 98 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 368 (Cild I) ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi Qaydası”nın 1.2-ci bəndində “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.
10. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 44 (Cild I); 2024, № 4, maddə 453, № 9, maddə 1085; 2025, № 8, maddə 806, № 11, maddə 1083, № 12 (II kitab), maddələr 1218, 1233; 2026, № 5 (II kitab), maddə 473; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 9 oktyabr tarixli 330 nömrəli Qərarı) 1-2-ci hissəsində “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.
11. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 1, maddə 29 (Cild I); 2025, № 12 (II kitab), maddə 1216) aşağıdakı dəyişikliklər edilsin:
11.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın 5.5.2-ci yarımbəndində “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin;
11.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə – “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin 13-cü hissəsində “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.
12. “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 avqust tarixli 181 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 8, maddə 829 (Cild I) 2-ci hissəsində (hər iki halda) “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 213 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 939 (Cild I); 2025, № 12 (II kitab), maddə 1216; 2026, № 1, maddə 84) ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nın 1.5-ci bəndində “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 29 noyabr tarixli 425 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 11, maddə 1361 (Cild I); 2024, № 3, maddə 294, № 4, maddə 455; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 5 oktyabr tarixli 324 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.11-ci yarımbəndində “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 61 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 2, maddə 324 (Cild I); 2024, № 2, maddə 242; 2025, № 5, maddə 516, № 9, maddə 884; 2026, № 2, maddə 183) ilə təsdiq edilmiş “Sığortalı tərəfindən ödənilmiş dövlət icbari şəxsi sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya verilən hesabatın forması və onun verilməsi Qaydası”nın 2.2-ci bəndində “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 iyul tarixli 198 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 7, maddə 702) ilə təsdiq edilmiş “Hava məkanından istifadə və uçuş Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
16.1. 12.8-ci bəndin ikinci cümləsində və 14.37-ci bəndin birinci cümləsində “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri “Respublikasının Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin;
16.2. 12.25-ci bəndin birinci cümləsində “Prezidentinin Təhlükəsizlik” sözləri “Dövlət Mühafizə” sözləri ilə əvəz edilsin.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 26 ” “ oktyabr ” 2026-cı il