29 Oktyabr 2026 08:40
201
CƏMİYYƏT
A- A+
Şuşa döyüşləri Azərbaycan əsgərinin mənəvi gücü və fiziki dözümünün nümayişi idi

Şuşa döyüşləri Azərbaycan əsgərinin mənəvi gücü və fiziki dözümünün nümayişi idi


Şuşaya aparan yol dağlardan, qayalıqlardan, çətin döyüş mövqelərindən keçmirdi, bu yol həm də illərlə qəlbində Vətən həsrəti gəzdirən bir xalqın arzusuna, Azərbaycan əsgərinin müqəddəs andına aparırdı. Bu yolda kimisi doğma torpağına qovuşmaq, kimisi illərin nisgilinə son qoymaq, kimisi isə Vətənin azadlığı naminə son nəfəsinədək döyüşmək üçün irəliləyirdi. 

Mayor Fərid Ələkbərovun döyüş yolu da bu böyük amalın bir parçası idi. O, Vətən qarşısındakı Şuşa borcunu şərəflə yerinə yetirdi və adını Azərbaycanın qəhrəmanlıq tarixinə yazdı. Fərid bilirdi ki, bu şəhər milli ruhumuzun, musiqimizin, mədəniyyətimizin, tarixi yaddaşımızın və mənəvi bütövlüyümüzün rəmzidir. Şuşanın qayalıqlarına, dağ yollarına, daş küçələrinə baxanda insan təkcə təbiətin gözəlliyini görmür, həm də yurdun tarixini, Qarabağın nisgilini, Vətənin sevgisini yaşayır. 

2020-ci ilin payızında bu reallıqlar Azərbaycan əsgərinin ürəyində cəmləşmişdi. O ürəkdə Vətən sevgisi, torpağa bağlılıq, şəhidlərin qisasını almaq əzmi vardı. Hər addımda təhlükə, hər döngədə ölüm ehtimalı olsa da, qarşıda bir məqsəd dayanırdı - Şuşaya çatmaq, onu azad etmək! 

Fərid Ələkbərov 1980-ci il iyulun 18-də Bakıda anadan olmuşdu. Əslən Bakının qədim Nardaran kəndindən idi. Onun həyat yolu Azərbaycan Ordusunda xidmətə, hərbi məsuliyyətə və Vətənə sədaqətə bağlanmışdı. Hərbi geyim daşımaq yalnız çiyinlərində rütbə nişanları gəzdirmək deyil, eyni zamanda bu geyim insanın üzərinə böyük məsuliyyət qoyur. Komandir üçün isə həmin məsuliyyət daha ağırdır. Fərid də belə bir məsuliyyətin daşıyıcısı idi. 

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Azərbaycan Ordusunun qarşısında böyük vəzifə dayanırdı - işğal altında olan torpaqları azad etmək, ölkənin ərazi bütövlüyünün bərpasına nail olmaq. Müharibə günləri hərbçilərdən fiziki dözüm deyil, həm də möhkəm iradə, soyuqqanlılıq, qərarlılıq və bir-birinə güvən tələb edirdi. Fərid Ələkbərov Murovdağ, Cəbrayıl, Füzuli və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdi. Onun döyüş yolu Azərbaycanın azadlıq mübarizəsinin müxtəlif mərhələlərindən keçərək Qarabağın tacı sayılan Şuşaya uzandı. Hər azad edilən torpaq növbəti məqsədə aparan yol idi, hər qazanılan mövqe isə əsgərin qarşısında yeni sınaq açırdı. Belə anlarda əsl komandir təhlükəni əsgərindən uzaqda dayanaraq seyr edən deyil, məsuliyyəti onunla bölüşən, çətin anlarda ona güc verən, verdiyi qərarın ağırlığını öz çiyinlərində daşıyan insandır. Fəridin əsgərləri ona inanırdılar. Bu inamın arxasında komandirin hərbi biliyi, iradəsi, davranışı və şəxsiyyəti dayanırdı. Komandir əsgərinə inananda, əsgər də komandirinə güvənəndə onların arasında sadəcə xidməti münasibət yaranmır. Aralarında sözlə ifadə edilməsi çətin olan bir mənəvi bağ formalaşır. 

Noyabrın ilk günləri... Kiçik Qafqazın Qarabağdan keçən dağlarının qoynunda payız son nəfəsini yaşayırdı. Dağ yolları, sıldırım qayalar, sıx meşələr və dumanlı yüksəkliklər qarşıda dayanmışdı. Şuşaya gedən yol adi yol deyildi. Bu yolun hər qarışı hərbi cəsarət, dözüm, dəqiqlik və fədakarlıq tələb edirdi. Şuşa coğrafi mövqeyinə görə də alınması çətin olan şəhər idi, onun yüksəklikləri, sərt relyefi və ətraf ərazinin xüsusiyyətləri döyüşçülər qarşısında ağır sınaq yaradırdı. Çünki dağlarda hər kölgənin, səsin, görünməyən döngənin öz təhlükəsi ola bilər. Əsgər silahını möhkəm tutur. Onun fikrində döyüş tapşırığı, yanında irəliləyən silahdaşı, arxasında qalan ailəsi, uzaqda isə doğma yurdu var. Bəlkə də həmin an o, anasının duasını, atasının öyüdünü, övladının üzünü xatırlayır, amma addımlarını dayandırmır. Çünki qarşıda gözləyən Şuşa yalnız xəritədə göstərilən nöqtə deyil, həm də milyonlarla insanın ürəyində yaşayan azadlıq arzusudur. Mayor Fərid Ələkbərov da həmin böyük məqsəd uğrunda döyüşən Azərbaycan zabitlərindən idi.

Şuşa döyüşləri Azərbaycan əsgərinin yalnız fiziki gücünü deyil, mənəvi dözümünü də sınağa çəkdi. Burada insanın öz qorxusuna qalib gəlməsi, silahdaşına güvənməsi, çətinlik qarşısında geri çəkilməməsi xüsusi əhəmiyyət daşıyırdı. Döyüş meydanında insanı irəli aparan yolun asanlığı deyil, məqsədin böyüklüyüdür. Şuşanın azadlığı Azərbaycan əsgərinin Vətən qarşısında verdiyi andın, illərlə ürəyində yaşatdığı arzunun gerçəkləşməsi idi. Bu arzu bir əmrlə yaranmamışdı, eyni zamanda xalqın yaddaşında, torpaq həsrətində, şəhidlərin xatirəsində və azadlıq gözləntisində yetişmişdi. Döyüşçülər həmin arzunu gerçəyə çevirmək üçün canlarını ortaya qoymuşdular. Və həmin tarixi yolun son mərhələsində Fərid Ələkbərovun da ömür payı vardı.  2020-ci il noyabrın 9-u...  Fərid Ələkbərovun həyat hekayəsində son günü, Azərbaycanın Şuşa uğrunda mübarizəsində isə unudulmaz günlərdən biri kimi qaldı. Mayor Fərid Ələkbərov Şuşa döyüşləri zamanı şəhid oldu.

Şəhidlik haqqında danışanda bəzən sözlərimiz böyük, ifadələrimiz təntənəli olur. Şəhidliyin həqiqi ağrısı isə ən sadə həqiqətdə gizlənir - bir insan bir daha evinə qayıtmır, ata oğlunu qucağına ala bilmir, həyat yoldaşı qapının açılmasını gözləsə də, o, qapıdan sevdiyi insan içəri girmir, ana övladının səsini xatirələrində yaşadır. Silahdaşlar isə çiyin-çiyinə dayandıqları komandirin yoxluğunu hər dəfə hiss edirlər. Fərid də arxasında belə bir boşluq qoyub getdi.

Fərid Ələkbərovun ömrü 40 yaşında yarımçıq qaldı. Ancaq Vətən qarşısındakı borcunu yerinə yetirmək üçün keçdiyi yol onun həyatına zamanın ölçə bilmədiyi bir məna verdi. Şuşanın azadlığı uğrunda canından keçən hər bir Azərbaycan əsgəri kimi, Fərid də xalqımızın yaddaşında Vətən naminə fədakarlığın rəmzlərindən biri olaraq qaldı.

Fərid Ələkbərov ailəli idi. Ondan yadigar bir oğul -Tahir qalıb. Bəzən bir adın içində bütöv bir ömür gizlənir. Tahirin adında atasının ruhu yaşayır. O, böyüdükcə atasının kim olduğunu, hansı yolda addımladığını, hansı amal uğrunda həyatını qurban verdiyini daha dərindən anlayır. Fəridin oğlunun böyüməsini izləmək, ona həyatın çətinliklərini öyrətmək, əlindən tutaraq gələcəyə aparmaq haqqı vardı. Amma müharibə bu əvəzsiz xoşbəxtlikləri onun əlindən aldı. Tahir atasız böyüsə də, atasının adından, Vətən uğrunda göstərdiyi fədakarlıqdan və xalqının yaddaşında qorunan xatirəsindən məhrum deyil. Atanın övladına qoyduğu ən böyük miras təkcə maddi sərvət deyil, həm də insanın adı, əməlləri, mənsub olduğu dəyərlər və xalqının ona bəslədiyi ehtiram olur. Fəridin oğluna qoyub getdiyi mənəvi miras da budur. Ancaq bu sözlər bir həqiqəti dəyişmir - Fəridin ailəsinə, həyat yoldaşı Fatiməyə, oğlu Tahirə, valideynlərinə və qardaşına düşən həsrət ömürlükdür. Onların ağrısı isə bu qəhrəmanlıq hekayəsinin ən həssas və insani səhifəsidir.

Fərid Ələkbərovun döyüş yolu və göstərdiyi igidlik dövlət tərəfindən yüksək qiymətləndirildi. O, ölümündən sonra "Vətən uğrunda","İgidliyə görə", "Şuşanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Lakin Fəridin qəhrəmanlığının mənası yalnız təltiflərdə deyil. Onun adı döyüş yoldaşlarının xatirələrində, ailəsinin qəlbində və azadlığı uğrunda mübarizə apardığı Qarabağın tarixində yaşayır.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bağların payız ətri   

08:50
29 Oktyabr

ZƏFƏR gündəliyi

08:45
29 Oktyabr

Şuşa döyüşləri Azərbaycan əsgərinin mənəvi gücü və fiziki dözümünün nümayişi idi

08:40
29 Oktyabr

Görüş yeri dəyişmir

08:35
29 Oktyabr

Qarabağ və Şərqi Zəngəzur dirçəlişin və inkişafın rəmzinə çevrilib

08:30
29 Oktyabr

Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirilib

08:25
29 Oktyabr

Dayanıqlı inkişaf Azərbaycanın milli prioritetlərinin əsasını təşkil edir

08:20
29 Oktyabr

Azərbaycan beynəlxalq turizmin ən sürətlə inkişaf edəcəyi istiqamətlərdən biri ola bilər

08:15
29 Oktyabr

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub 

08:10
29 Oktyabr

Ermənistanın ekoloji terroru Xəzər dənizi hövzəsi üçün ciddi təhlükədir

08:05
29 Oktyabr

Azərbaycançılıq və sülh quruculuğu

08:00
29 Oktyabr

"Dövlət xidmətləri haqqında" Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

02:30
29 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:28
29 Oktyabr

"Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" İnformasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə

02:27
29 Oktyabr

"Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında əsasnamə  

02:24
29 Oktyabr

“İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin şamil olunmadığı əməliyyatların və şəxslərin Siyahısı”nın təsdiq edilməsi haqqında

02:22
29 Oktyabr

“Texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

02:21
29 Oktyabr

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Müdafiə haqqında”, “Veteranlar haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Polis haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 376-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:19
29 Oktyabr

“Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı”nın və “Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:18
29 Oktyabr

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və bəzi sərəncamlarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 23 fevral tarixli 604 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:16
29 Oktyabr

Xankəndidə MDB ölkələrinin rəqabət siyasəti üzrə birgə fəaliyyətinin yeni istiqamətləri müəyyənləşdirilib  

22:33
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!