№ 353
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Müdafiə haqqında”, “Veteranlar haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Polis haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 376-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 15 aprel tarixli 646 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 197 (Cild I); 2024, № 1, maddə 111, № 3, maddə 328, № 9, maddə 1090; 2025, № 2, maddə 180, № 3, maddə 282, № 5, maddə 507, № 9, maddə 858; 2026, № 7 (II kitab), maddə 755; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 16 sentyabr tarixli 300 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissənin “Qeyd”inin ikinci abzasına “müddətli” sözündən sonra “həqiqi” sözü əlavə edilsin;
1.2. 2.7-ci bəndin “Qeyd”inə “müddətli” sözündən sonra “həqiqi hərbi” sözləri əlavə edilsin;
1.3. 3.7-ci bəndin dördüncü abzasında “hərbi komissarlığın” sözləri “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693 (Cild I); 2024, № 1, maddələr 110, 111, № 3, maddə 359, № 5 (II kitab), maddələr 597, 606, № 9, maddə 1067; 2025, № 2, maddə 193, № 7, maddə 698; 2026, № 3, maddələr 285, 289, № 4, maddə 387, № 5 (II kitab), maddə 457, № 8, maddə 867) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 82-ci hissəsinin üçüncü abzasına birinci halda “Müddətli” sözündən sonra “həqiqi hərbi” sözləri, ikinci halda “müddətli” sözündən sonra “həqiqi” sözü əlavə edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 5, maddə 348 (Cild I); 2025, № 12 (II kitab), maddə 1233) ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri”nin 3-cü hissəsinin ikinci abzasına “Müddətli” sözündən sonra “həqiqi hərbi” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 15 iyul tarixli 95 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 586 (Cild I) ilə təsdiq edilmiş “Əhalinin bəzi təbəqələrinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi Qaydaları”nın 3.2-ci bəndinin ikinci və üçüncü abzaslarına “müddətli” sözündən sonra “həqiqi” sözü əlavə edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 aprel tarixli 96 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 366 (Cild I) ilə təsdiq edilmiş “Hərbi nəqliyyat vasitələrinin uçot Qaydaları”nın 2-ci hissəsinin adında “HƏRBİ KOMİSSARLIQLARIN” sözləri “SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN YERLİ BAŞ İDARƏ, İDARƏ, ŞÖBƏ VƏ BÖLMƏLƏRİNİN” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 1, maddə 82; 2025, № 2, maddə 187, № 5, maddə 504, № 12 (II kitab), maddə 1257) ilə təsdiq edilmiş 7 nömrəli əlavə - “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələrinin, Azərbaycan Ordusunun əməliyyat (komando) briqadalarının ərzaq payı Normaları”nın “Qeydlər” hissəsinin 1.1-ci bəndinə “müddətli” sözündən sonra “həqiqi hərbi xidmət” sözləri əlavə edilsin.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 23 ” “ oktyabr ” 2026-cı il