03 Noyabr 2026 09:05
281
Mədəniyyət
A- A+
Moskvada doğulub orada yaşasa da, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanındı

Moskvada doğulub orada yaşasa da, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanındı


Baxdığımız elə filmlər var ki, üstündən uzun illər keçsə də, onları heç vaxt unutmur, tez-tez xatırlayır və fürsət düşəndə yenidən seyr edirik. "Şərikli çörək", "Alma almaya bənzər", "Bizi bağışlayın", "Şir evdən getdi", "Var olun, qızlar", "Cırtdan", "Avtomobil, skripka və it", "Unudulmuş əşyalar", "Orada, naməlum cığırlarla…"  kimi məşhur ekran əsərləri belə baxımlı, unudulmayan filmlərimizdəndir.

Başqa ekran əsərlərində olduğu kimi, indi də baxılan "Şərikli çörək" filminin də bəzi yaradıcıları kadr arxasında qalıb, necə deyərlər, gözə görsənməyib. Filmdə obrazları sənətkarlıqla canlandıran aktyorları yaxından tanısaq da, onlara bu rolu həvalə edən, qəhrəmanlara çevirən sənətkarların kimlər olduqlarını kifayət qədər bilmirik. Yəqin ki, bu gün də tamaşaçıları heyran edən həmin filmin ssenari müəllifinin Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar İncəsənət xadimi Alla Axundovanın olduğundan bəziləri məlumatsızdır. "Şərikli çörək" Alla xanımın ssenarist kimi  kinoda ilk addımıdır, həm də uğurlu addım. Filmin uzun illərdən bəri sevilə-sevilə baxılması dediklərimizin həqiqət olduğunu bir daha sübut edir.

Onu da qeyd edək ki, Alla Axundova "Şərikli çörək" filminə görə Dövlət mükafatına layiq görülüb. Alla xanım filmlərə ssenari yazmaqla bərabər, həm folklorumuzun nümunələrini, həm də Azərbaycanın tanınmış şair və yazıçılarının əsərlərini rus dilinə çevirməklə milli mədəni irsimizin təbliğinə böyük töhfələr verib. Azərbaycan ədəbiyyat və incəsənətinin tanınmış simalarından, nüfuzlu insanlarından biri olan Alla Axundova illər uzunu yaşadığı Moskvada xalqımızın mədəniyyətini və mənəvi dəyərlərini layiqincə təmsil edən ziyalılarımızdan olub. O, 15 ekran əsərinin ssenarisini yazmaqla bərabər, həm də 50-yə yaxın tərcümə, 30-dan çox orijinal kitabın müəllifidir.

Bənzərsiz yaradıcılıq yolu keçmiş Alla Axundova 1939-cu il oktyabrın 27-də Moskvada dünyaya göz açıb. 1964-cü ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. 1967-ci ildə isə Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsini bitirib. Ədəbiyyata şeirlə gələn Alla xanımın ilk qələm nümunələri 1957-ci ildə "Moskovski komsomolets" qəzetində dərc olunub. Bundan sonra onun imzası mətbuatda tez-tez görünüb, əsərləri oxucular tərəfindən sevilib, ədəbiyyat aləmində tanınmağa başlayıb, şair, nasir, dramaturq, tərcüməçi və ssenarist kimi tanınıb. 

Alla Axundovanın "Hələ payız deyil" şeiri məşhur rus şairi Anna Axmatovanın diqqətini çəkib və onun rəğbətini qazanıb. Bu tanışlıq onun yaradıcılığında mühüm rol oynayıb. A.Axundovanın şeirləri yalnız tanınmışların deyil, sadə oxucuların da ürəyinə yatıb, qəlbini oxşayıb. Məhz elə buna görə də Alla xanımın şeirləri sonrakı illərdə dünya xalqlarının, o cümlədən ingilis, fransız, rumın, yapon və başqa dillərə tərcümə olunub. Alla Axundovanın "Ağ işıq", "Bazar günü bağı", "Pillələr", "Mənzərəli açıqcalar", "Şən atlar", "Baltasız odunçu", "Moskva panoraması", "Niyə belə olur?", "Həvvanın sözü", "Quş", "Karnaval" kimi şeir kitabları bu gün də maraqla oxunur. 

Moskvada doğulmağına və rus dilində yazıb-yaratmasına baxmayaraq, Alla Axundovanın yaradıcılığının böyük hissəsi doğma vətəni ilə bağlı olub. O, kinomuzun yaddaqalan ekran əsərlərinin ssenaristi olmaqla yanaşı, həm də Azərbaycan ədəbiyyatını rusdilli oxuculara təqdim edən tərcüməçilərdən biri kimi də tanınıb və sevilib. Alla xanım Azərbaycanın görkəmli şairləri Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq, Rəsul Rza, Nigar Rəfibəyli, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Fikrət Qoca və başqalarının əsərlərini böyük sənətkarlıqla rus dilinə çevirib. Bütün bunlarla yanaşı, Alla xanım həmçinin Azərbaycan və ümumtürk ədəbi irsinin ən dəyərli abidələrindən olan "Kitabi-Dədə Qorqud" dastanını rus dilinə tərcümə edib. Həmçinin türk, ərəb, gürcü, özbək, başqırd və digər xalqların ədəbiyyatından dəyərli nümunələri də dilimizə çevirib.

Görkəmli şair, nasir, dramaturq, ssenarist və tərcüməçi Alla Axundovanın mədəniyyətimizin, ədəbiyyatımızın inkişafındakı xidmətləri zaman-zaman layiqincə qiymətləndirilib. O, 1970-ci ildə Respublika Dövlət mükafatı alıb. 1988-ci ildə isə ona Əməkdar İncəsənət xadimi fəxri adı verilib. Alla Axundova həmçinin Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü olub. 

Bu il sentyabrın 17-də Moskvadan gələn acı xəbər onu sevənləri, yaradıcılığına pərəstiş edənləri dərindən kədərləndirdi. 86 yaşlı Alla Axundova dünyasını dəyişmişdi. Onun ölümü ədəbiyyatımız və mədəniyyətimiz üçün ağır itki idi. O, Moskvadakı Vaqankovo qəbiristanlığında, qızı Məryəmin və qardaşı Fikrətin məzarlarının yanında dəfn olundu.

Alla Axundova yaradıcılığa başladığı ilk günlərdən ömrünün sonuna qədər sözə, kitaba, tarixə, ədəbiyyatımıza, mədəniyyətimizə və milli yaddaşımıza sadiq qaldı, ona xidmət etdi. Ömrü boyu bir-birindən maraqlı əsərlər yazan, tərcümələr edən Alla xanım özündən sonra zəngin mənəvi irs qoydu. Alla xanım yazdığı əsərlərdə və onu yaxşı tanıyan yaxınlarının, doğmalarının və sənət dostlarının xatirələrində yaşayacaq.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çindən kosmosa daha 18 peyk göndərilib

11:16
03 Noyabr

Milli Məclisin növbəti plenar iclası: müzakirəyə 10 məsələ çıxarılıb

11:15
03 Noyabr

“Qarabağ” 11 ildən sonra ardıcıl üç heç-heçə edib

11:09
03 Noyabr

Qızıl oktyabrda 6,8 faiz ucuzlaşıb  

11:07
03 Noyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb  

11:04
03 Noyabr

Azərbaycan nefti 116 dollara satılır 

10:49
03 Noyabr

UNESCO: Jurnalist qətllərinə görə cəzasızlıq qlobal miqyasda artıb  

10:48
03 Noyabr

Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır  

10:25
03 Noyabr

Qızıl və gümüş ucuzlaşıb

10:11
03 Noyabr

Neft bahalaşıb

10:11
03 Noyabr

NYP: Floridada baş vermiş təyyarə qəzasında milyonçu və ailəsi həlak olub  

10:08
03 Noyabr

ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək  

10:03
03 Noyabr

Qubadlıda Bərgüşad çayı üzərində ilk su-elektrik stansiyası tikilir

09:25
03 Noyabr

Yeni tərəfdaşlıqlar, investisiyalar və iqtisadi inkişafın perspektivləri

09:20
03 Noyabr

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

09:15
03 Noyabr

İtmiş xəzinə

09:10
03 Noyabr

Moskvada doğulub orada yaşasa da, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanındı

09:05
03 Noyabr

"Mən ağ sular kimi axıb getmərəm..."

09:00
03 Noyabr

9 ayda qeyri-neft sektoru üzrə ixrac 20,5 faiz artıb

08:55
03 Noyabr

Rifah, təhlükəsizlik və investisiya 

08:50
03 Noyabr

Orta dəhliz beynəlxalq logistikanın xilas yoludur

08:45
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!