03 Noyabr 2026 08:15
331
Mədəniyyət
A- A+
Tarixi irsimiz, müasir inkişafımız və gələcək simamız

Tarixi irsimiz, müasir inkişafımız və gələcək simamız


Şəhərlər yaranmağa başladığı vaxtlardan bu günümüzədək yalnız insanların yaşadığı məkanlar deyil, həm də iqtisadiyyatın, innovasiyaların, mədəniyyətin, təhsilin və sosial inkişafın əsas mərkəzləridir. Onlar xalqların tarixi yaddaşını, milli-mədəni kimliyini və əsrlər boyu keçdikləri inkişaf yolunu özündə yaşadır. Odur ki, şəhərsalma və memarlıq eyni zamanda milli irsin qorunması, sosial rifahın yüksəldilməsi və əlverişli yaşayış mühitinin yaradılması ilə bağlı mühüm fəaliyyət istiqaməti hesab olunur.

Bu gün dünya əhalisinin böyük hissəsi şəhərlərdə yaşayır və o üzdən şəhərləşmə prosesi davam edir. Əhalinin şəhərlərə axını iqtisadi imkanları genişləndirməklə yanaşı, mənzil təminatı, ekoloji tarazlığın qorunması, su və enerji resurslarından səmərəli istifadə, tullantıların idarə olunması və nəqliyyat sıxlığı kimi məsələləri də aktuallaşdırır.

Texnologiyaların sürətli inkişafı şəhərlərin idarə olunmasına da yeni yanaşmalar gətirib. "Ağıllı şəhər" konsepsiyası rəqəmsal texnologiyalardan istifadə etməklə kommunal xidmətlərin, nəqliyyatın, enerji təchizatının və ictimai təhlükəsizliyin daha səmərəli idarə edilməsini nəzərdə tutur.

Hər il oktyabrın 31-i Dünya Şəhərlər Gününün qeyd olunmasında əsas məqsəd urbanizasiya məsələlərinə beynəlxalq diqqəti artırmaq, ölkələr arasında şəhərsalma sahəsində əməkdaşlığı gücləndirmək, şəhərlərin üzləşdiyi problemlərin həllində birgə səyləri artırmaq və bu sahədə davamlı inkişafa nail olmaqdır.

Xatırladaq ki, Dünya Şəhərlər Günü Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 27 dekabr 2013-cü il tarixli qətnaməsi ilə elan edilib. Bu tarix ilk dəfə 2014-cü il oktyabrın 31-də qeyd olunub. Hər il fərqli mövzu altında qeyd edilən bu gün çərçivəsində dünyanın müxtəlif şəhərlərində beynəlxalq konfranslar, forumlar, müzakirələr, sərgilər və maarifləndirici tədbirlər təşkil olunur. Qlobal səviyyədə əsas tədbir hər il fərqli şəhərlərdə keçirilir.

Təqdirəlayiqdir ki, Azərbaycanın şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı  cari ildə də əhəmiyyətli dərəcədə yüksəlib. 2026-cı il mayın 17-22-də Bakıda BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi ölkəmizin qlobal şəhərsalma gündəliyində iştirakının mühüm göstəricisidir.

Forumun respublikamızın paytaxtında keçirilməsi Azərbaycanın şəhərsalma təcrübəsinin beynəlxalq səviyyədə təqdim olunması, müxtəlif ölkələrin təcrübələrinin öyrənilməsi və gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi. Tarixi şəhərlərin qorunması, müasir şəhərsalma yanaşmalarının tətbiqi və işğaldan azad edilmiş ərazilərdə bərpa prosesinin təcrübəsinin beynəlxalq müzakirələr üçün mühüm mövzular sırasında olması da bunu sübut edirdi.

Qeyd edək ki, Dünya Şəhərlər Gününün qeyd olunması ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan qədim şəhərsalma və memarlıq ənənələrinə malik ölkələrdəndir. Əlverişli coğrafi mövqeyi, tarixi ticarət yolları üzərində yerləşməsi və zəngin mədəni mühiti şəhərlərimizin inkişafına mühüm təsir göstərib. Bakı, Şuşa, Gəncə, Şəki, Şamaxı, Naxçıvan, Ordubad, Qəbələ və digər şəhərlərimiz müxtəlif tarixi dövrlərin memarlıq xüsusiyyətlərini, milli-mədəni dəyərlərini və zəngin şəhərsalma təcrübəsini özündə yaşadır. Möminə xatun türbəsi, Xudafərin körpüləri, İçərişəhər, Şirvanşahlar Sarayı Kompleksi, Qız qalası, Şəki Xan Sarayı və digər qədim tikililər milli memarlıq irsimizin dəyərli nümunələrindəndir. Bu abidələr həm də Azərbaycanın dünya mədəniyyətinə töhfələridir. Həmin tarixi tikililərin bərpası, mühafizəsi, qədim şəhərlərin özünəməxsusluğunun saxlanılması milli yaddaşın gələcək nəsillərə ötürülməsinə şərait yaradır.

Müasir şəhərsalmanın başlıca vəzifələrindən biri də tarixi irslə yeni inkişaf arasında ahəng yaratmaqdır. Odur ki, dövrümüzdə şəhərsalma binaların inşası və küçələrin abadlaşdırılması ilə məhdudlaşmır. Bu sahə ərazilərin kompleks planlaşdırılmasını, nəqliyyat infrastrukturunun inkişafını, yaşıllıq sahələrinin qorunmasını, mənzil təminatını, sosial xidmətlərin əlçatanlığını və ekoloji tarazlığın saxlanılmasını əhatə edir. Ölkəmizdə də şəhərsalma və memarlıq sahəsi bu istiqamətdə inkişaf edir.

Azərbaycanda 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsinin ölkəmizin çoxəsrlik memarlıq ənənələrinin yaşadılması, müasir şəhərsalma yanaşmalarının inkişaf etdirilməsi və bu sahədə yeni hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyəti var.

Bakı əsrlər boyu Şərqlə Qərbin qovuşduğu mühüm mədəni və iqtisadi mərkəzlərdən biri olub. Bu gün şəhərdə həyata keçirilən infrastruktur layihələri, ictimai məkanların yenilənməsi, nəqliyyat sisteminin inkişafı və müasir memarlıq nümunələri paytaxtın simasına əlavə çalar qatır. Bununla yanaşı, tarixi irsin qorunması, yaşıllıq sahələrinin artırılması diqqət mərkəzindədir.

Son illər ölkəmizin müasir şəhərsalma tarixi digər bölgələrimizdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə də zənginləşir. Vətən müharibəsində qazanılmış Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq prosesinə başlanılıb. Şuşa, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər və digər yaşayış məntəqələrində həyata keçirilən layihələr bölgənin sosial-iqtisadi həyatının yenidən canlanmasına yönəlib.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri inşa edilən binalar və çəkilən yollarla məhdudlaşmır. Əsas meyar insanların təhlükəsiz yaşayışı, məşğulluq imkanları, təhsil və səhiyyə xidmətləri, sosial həyatın bərpası və bölgənin davamlı inkişafıdır. Regionda şəhərsalma insanların doğma torpaqlarına qayıdışından tutmuş, onların təhlükəsiz və firavan həyatının təmin edilməsinədək geniş sahələri əhatə edir. Bu zaman əsas məqsəd hər bir şəhərin özünəməxsus simasını qorumaqla onu sakinlər üçün rahat və müasir məkana çevirməkdir.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çindən kosmosa daha 18 peyk göndərilib

11:16
03 Noyabr

Milli Məclisin növbəti plenar iclası: müzakirəyə 10 məsələ çıxarılıb

11:15
03 Noyabr

“Qarabağ” 11 ildən sonra ardıcıl üç heç-heçə edib

11:09
03 Noyabr

Qızıl oktyabrda 6,8 faiz ucuzlaşıb  

11:07
03 Noyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb  

11:04
03 Noyabr

Azərbaycan nefti 116 dollara satılır 

10:49
03 Noyabr

UNESCO: Jurnalist qətllərinə görə cəzasızlıq qlobal miqyasda artıb  

10:48
03 Noyabr

Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır  

10:25
03 Noyabr

Qızıl və gümüş ucuzlaşıb

10:11
03 Noyabr

Neft bahalaşıb

10:11
03 Noyabr

NYP: Floridada baş vermiş təyyarə qəzasında milyonçu və ailəsi həlak olub  

10:08
03 Noyabr

ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək  

10:03
03 Noyabr

Qubadlıda Bərgüşad çayı üzərində ilk su-elektrik stansiyası tikilir

09:25
03 Noyabr

Yeni tərəfdaşlıqlar, investisiyalar və iqtisadi inkişafın perspektivləri

09:20
03 Noyabr

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

09:15
03 Noyabr

İtmiş xəzinə

09:10
03 Noyabr

Moskvada doğulub orada yaşasa da, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanındı

09:05
03 Noyabr

"Mən ağ sular kimi axıb getmərəm..."

09:00
03 Noyabr

9 ayda qeyri-neft sektoru üzrə ixrac 20,5 faiz artıb

08:55
03 Noyabr

Rifah, təhlükəsizlik və investisiya 

08:50
03 Noyabr

Orta dəhliz beynəlxalq logistikanın xilas yoludur

08:45
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!