12 Avqust 2026 18:05
145
SİYASƏT
A- A+
Naxçıvanda iqtisadi potensialın və regional imkanların reallaşdırılması əsas hədəfdir

Naxçıvanda iqtisadi potensialın və regional imkanların reallaşdırılması əsas hədəfdir


Naxçıvan Muxtar Respublikası son illərdə Azərbaycanın sosial-iqtisadi inkişaf gündəliyində yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı görülən işlərlə yerində tanış olması, yeni layihələrin təməlini qoyması və Azərbaycan Televiziyasına müsahibəsində Naxçıvanın gələcəyi ilə bağlı səsləndirdiyi fikirlər bu inkişaf mərhələsinin həm miqyasını, həm də qarşıdakı dövr üçün əsas istiqamətlərini göstərir. Son illərdə qəbul edilən qərarlar və həyata keçirilən layihələrə nəzər saldıqda Naxçıvanın inkişafına kompleks yanaşmanın olduğu aydın görünür. Dövlətimizin başçısının Naxçıvana 17 dəfə səfər etməsi də muxtar respublikanın inkişaf məsələlərinin daim yüksək səviyyədə diqqətdə saxlanıldığını göstərən mühüm məqamlardandır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

O bildirib ki, bu yanaşmanın əsas xüsusiyyətlərindən biri Naxçıvanın mövcud iqtisadi potensialının daha səmərəli şəkildə gücləndirilməsidir. 2023-2027-ci illər üçün Dövlət Proqramının icrası çərçivəsində sahibkarlığın təşviqi, yeni istehsal və xidmət sahələrinin yaradılması, investisiya fəallığının artırılması istiqamətində görülən işlər artıq konkret nəticələr verir. “2023-cü ildən 2026-cı ilin birinci yarısınadək muxtar respublikada 359 istehsal və xidmət sahəsinin yaradılması, 342 sahibkarlıq layihəsinə 27,2 milyon manat güzəştli kreditin verilməsi bunun göstəricisidir. Eyni dövrdə əsas kapitala investisiyaların əhəmiyyətli dərəcədə artması Naxçıvanda iqtisadi fəallığın genişləndiyini göstərir. Prezident İlham Əliyevin müsahibəsində iqtisadi inkişaf və özəl sektorun imkanlarına xüsusi diqqət çəkməsi qarşıdakı mərhələdə bu dinamikanın daha da gücləndirilməsinin əsas hədəflərdən biri olduğunu göstərir. Sahibkarlığın inkişafı, yeni istehsal sahələrinin yaradılması və investisiya imkanlarının genişləndirilməsi Naxçıvanın iqtisadi potensialının daha dolğun reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Naxçıvanın inkişafında diqqət çəkən digər mühüm məqam infrastruktur layihələrinin iqtisadi inkişafla paralel şəkildə həyata keçirilməsidir. Enerji və su təminatının müasirləşdirilməsi, yol infrastrukturunun yenilənməsi, yeni sosial obyektlərin yaradılması muxtar respublikanın uzunmüddətli inkişafı üçün zəruri bazanı formalaşdırır. İğdır–Naxçıvan təbii qaz boru kəmərinin istifadəyə verilməsi, yeni elektrik stansiyalarının tikintisi və elektrik şəbəkəsinin yenidən qurulması enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə xidmət edir. Su ehtiyatlarının idarə olunması ilə bağlı 2026-2030-cu illəri əhatə edən genişmiqyaslı tədbirlər isə həm əhalinin həyat şəraitinin yaxşılaşdırılması, həm də kənd təsərrüfatının inkişafı baxımından yeni imkanlar yaradacaq. Bu baxımdan Naxçıvanda həyata keçirilən tədbirləri ayrı-ayrı sahələr üzrə icra olunan layihələr kimi qiymətləndirmək düzgün olmazdı. Burada iqtisadiyyat, enerji, su təsərrüfatı, nəqliyyat və sosial infrastruktur bir-birini tamamlayan vahid inkişaf modelinin tərkib hissələridir. Bu yanaşma Naxçıvanın uzunmüddətli və dayanıqlı inkişafı üçün mühüm zəmin yaradır", - deyə siyasi şərhçi bildirib.

Ülviyyə Zülfiqar qeyd edib ki, bütün bunlarla yanaşı, yeni nəqliyyat imkanlarının yaranması Naxçıvanın gələcək inkişaf perspektivlərinə əlavə strateji məzmun verir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa bağlantının yaradılması, dəmir yolu əlaqəsinin bərpası və Qars–İğdır–Naxçıvan dəmir yolu layihəsinin həyata keçirilməsi muxtar respublikanın tranzit və logistika imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. “Prezident İlham Əliyevin müsahibəsində bu məsələlərə xüsusi yer ayırması Naxçıvanın gələcəyinin daha geniş regional nəqliyyat və iqtisadi əməkdaşlıq xətti çərçivəsində nəzərdən keçirildiyini göstərir. Nəqliyyat bağlantılarının genişlənməsi Naxçıvanın coğrafi mövqeyinin iqtisadi üstünlüyə çevrilməsi, yeni ticarət əlaqələrinin formalaşması və muxtar respublikanın regional logistika sistemində rolunun artması üçün mühüm imkanlar yaradır. Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri görülmüş işlərin qiymətləndirilməsi ilə yanaşı, qarşıdakı mərhələnin prioritetlərinin müəyyənləşdirilməsi baxımından da əhəmiyyətlidir. Naxçıvanda iqtisadiyyat, enerji, su təsərrüfatı, nəqliyyat, sosial infrastruktur və idarəetməni əhatə edən genişmiqyaslı yenilənmə prosesi gedir. Bu prosesin ardıcıllığı Naxçıvanın ölkənin ümumi inkişaf tempinə daha sıx inteqrasiyasına, mövcud potensialının daha dolğun reallaşdırılmasına və regional iqtisadi əlaqələrdə rolunun artmasına imkan yaradır. Dövlətimizin başçısının səfər zamanı verdiyi mesajlar da göstərir ki, qarşıdakı dövrdə əsas məqsəd əldə edilmiş nəticələri möhkəmləndirmək və Naxçıvanın yeni inkişaf imkanlarını real iqtisadi üstünlüklərə çevirməkdir", – deyə Ü.Zülfiqar fikirlərini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mütəxəssis: Xəzər dənizinin səviyyəsinin enməsi 2040-2050-ci illərə qədər davam edəcək  

19:05
12 Avqust

Naxçıvan regional və beynəlxalq nəqliyyat sisteminin mühüm qovşaqlarından birinə çevrilir ŞƏRH  

19:00
12 Avqust

Azərbaycan Batumidə keçirilən musiqi festivalında təmsil olunub  

18:55
12 Avqust

Pakistanlı ekspert: Azərbaycanın coğrafi mövqeyi iqtisadi və strateji təsir imkanlarına çevrilə bilər  

18:50
12 Avqust

Politoloq: Naxçıvanın qarşısında böyük inkişaf imkanları açılır  

18:46
12 Avqust

Kapital bazarının inkişafı üzrə görülmüş işlər nəzərdən keçirilib

18:25
12 Avqust

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb

18:20
12 Avqust

“Dinamo”nun baş məşqçisi: “Qarabağ”la oyun gərgin və maraqlı alınacaq

18:15
12 Avqust

Heydər Əliyev Beynəlxalq Aeroportu karbon idarəçiliyində növbəti mərhələnin prioritetlərini müəyyənləşdirir

18:10
12 Avqust

Naxçıvanda iqtisadi potensialın və regional imkanların reallaşdırılması əsas hədəfdir

18:05
12 Avqust

Bu il neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 33 faizi ötüb

18:00
12 Avqust

Türkiyənin Yalova vilayətində təlim təyyarəsi qəzaya uğrayıb

17:55
12 Avqust

V ixtisas qrupu üzrə abituriyentlər üçün kitabça təqdim edilib

17:50
12 Avqust

Azərbaycan güləş yığmalarının U-20 dünya çempionatı üçün heyəti bəlli olub

17:45
12 Avqust

Cənubi Qafqazda davamlı sabitliyin təmin edilməsi yeni əlaqələrin inkişafı üçün daha əlverişli şərait yarada bilər

17:40
12 Avqust

Prezidentin Naxçıvana səfəri uzunmüddətli inkişaf xəttinin praktik mərhələyə keçdiyini göstərir 

17:35
12 Avqust

Naxçıvanın çoxşaxəli transformasiyası - strateji təşəbbüslər və yeni hədəflər

17:30
12 Avqust

Bilal Bağış: Azərbaycan Orta Dəhlizin əsas tranzit ölkəsi və logistika körpüsüdür

17:25
12 Avqust

İrakli Kobaxidze: Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələrin daha da gücləndirilməsi vacibdir

17:20
12 Avqust

Ağdərə və Xocalı sakinləri sosial müdafiə və mina təhlükəsi barədə maarifləndiriliblər

17:15
12 Avqust

Memar: Möminə Xatun türbəsində bərpa işlərinin əsas prinsipi abidənin orijinallığının qorunmasıdır

17:10
12 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!