04 İyun 2022 00:22
912
İQTİSADİYYAT
A- A+
Meliorasiya və irriqasiya sistemlərinin inkişafı diqqət mərkəzindədir

Meliorasiya və irriqasiya sistemlərinin inkişafı diqqət mərkəzindədir

 

Meliorasiya və su təsərrüfatı sistemi hər bir ölkənin iqtisadi inkişafının, rifahının və ərzaq təhlükəsizliyinin təməllərindən biridir. Təsadüfi deyil ki, hələ 2004-cü ildən həyata keçirilməsinə başlanılan regionların sosial-iqtisadi  inkişafına dair dövlət proqramlarında müxtəlif meliorativ tədbirlərin həyata keçirilməsi ilə bağlı vəzifələr müəyyən edilib. Bütün bunlara uyğun olaraq ötən dövrdə respublikamızda suvarma sistemində və bütövlükdə su təchizatında mühüm keyfiyyət dəyişiklikləri baş verib, bu sahədə infrastruktur yenilənib.

Taxtakörpü, Şəmkirçay kimi su anbarlarının, yeni kanalların və müxtəlif hidrotexniki qurğuların yaradılması sayəsində yüz minlərlə hektar torpağın kənd təsərrüfatına cəlb edilməsi mümkün olub.  Habelə mövcud infrastrukturun yenilənməsi, kanallarda su itkisinin azaldılması üçün betonlama tədbirlərinin həyata keçirilməsi sayəsində torpaqların suvarılması daha da yaxşılaşıb.

  Lakin qlobal iqlim dəyişiklikləri və quraqlıq dünyanın hər yerində su ehtiyatlarına ciddi təsir göstərir. Bu, Azərbaycanda da belədir və xüsusən son illərdə ölkəmizdə su ehtiyatlarının azalması müşahidə edilir. Təbii ki, bu vəziyyət su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsini, su itkisinə yol verməmək üçün müxtəlif meliorativ tədbirlərin həyata keçirilməsini, bütövlükdə su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsini zəruri edir. Prezident İlham Əliyev ötən ilin aprel ayında Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu barədə deyib: "Sizin qarşınızda duran vəzifələrdən biri çatışmazlıqların aradan qaldırılmasıdır, idarəetmədə müasir yanaşmanın tətbiq edilməsidir, müasir texnologiyaların ölkəmizə gətirilməsidir. Çünki biz bundan sonra meliorativ tədbirləri, necə deyərlər, dədə-baba üsulu ilə apara bilmərik. Dünyanın bu sahədə ən müasir texnologiyaları Azərbaycana gətirilməlidir, sudan səmərəli istifadə edilməlidir".

Su itkisinin aradan qaldırılması, sudan səmərəli istifadə olunması sahəsində görülən işlərlə yerində tanış olmaq və kənd təsərrüfatı torpaqlarının suvarılması sahəsindəki vəziyyəti öyrənmək üçün  5 iyun "Su təsərrüfatı və meliorasiya işçiləri günü" ərəfəsində  Sabirabad rayonundakı hidrotexniki qurğulara və İmişlidəki Bəhramtəpə Hidroqovşağına baş çəkdik.

Tanış olduğumuz ilk hidrotexniki qurğu  Kür-H I Pillə Nasos Stansiyasıdır. Öyrənirik ki, pambıqçılığın, taxılçılığın və digər kənd təsərrüfatı sahələrinin inkişafı ilə əlaqədar Sabirabad rayonunun  əsas əkinçilik təsərrüfatlarından olan Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı və Əliləmbəyli kəndlərinin əkin sahələrinə Kür çayından əlavə suyun verilməsi məqsədəuyğun hesab edilib. Bu məqsədlə 2015-ci ildə sözügedən kəndlərin əkin sahələrinə suyun verilməsi üçün suqəbuledici qurğu  və 4 nasos aqreqatlı I pilə nasos stansiyası inşa edilib.  Həmçinin nasos stansiyasından suyun ötürülməsi üçün uzunluğu 11,52 km olan 4 xətli təzyiqli boru kəməri, tənzimləyici hovuz, 2 hissədən ibarət ümumi uzunluğu 20,874 km olan açıq dəmir-beton üzlüklü H kanalı tikilib.

Bununla da Sabirabadın həmin kəndlərinin 11498 hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılıb və 200 hektar yeni suvarılacaq torpaq sahəsi kənd təsərrüfatı dövriyyəsinə verilib. Bu nəticə etibarilə həmin ərazidə pambıqçılığın, taxılçılığın və digər kənd təsərrüfatı bitkilərinin inkişafına, sahələrdən yüksək məhsuldarlığın əldə olunmasına, 10 min nəfərdən çox kənd sakininin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılmasına geniş imkanlar yaradıb.

Növbəti tanış olduğumuz ünvan  Sabirabad Kür-I Nasos Stansiyası oldu. Qeyd edək ki,  Sabirabad rayonunun 14319 hektar və Biləsuvar rayonunun 1631 hektar olmaqla 15950 hektar az məhsuldar qış otlaq sahələrinin  kompleks meliorativ tədbirlər aparılmaqla kənd təsərrüfatı dövriyyəsinə verilməsi üçün 2015-ci ildə Türkiyənin "Təməlsu" şirkəti tərəfindən mütərəqqi suvarma texnikasının tətbiqinə imkan verən sxem əsasında layihə hazırlanıb.

 Tikinti işlərinə 2016-cı ildə başlanılıb və Kür çayında baş suötürücü qurğu, 11 aqreqatlı stasionar nasos stansiyası, hər birinin uzunluğu 3,247 km olmaqla, 3 xətli boru kəmərləri, uzunluğu 15,28 km olan dəmir-beton üzlüklü magistral kanal və uzunluğu 30,8 km olan paylayıcı kanallar inşa olunub. Eyni zamanda torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün yeraltı minerallaşmış duzlu suların kənarlaşdırılması məqsədilə 67,686 km uzunluğunda suyığıcı kollektorlar tikilib və onlarda toplanan suların Baş Mil-Muğan kollektoruna ötürülməsi üçün 2 ədəd drenaj nasos stansiyası quraşdırılıb.

Bu tədbirlər nəticəsində Sabirabad rayonunun ərazisindəki təsərrüfatlarda suvarma işi yaxşılaşıb, habelə mütərəqqi pivot yağışyağdırma sistemləri və müasir texnologiyalar tətbiq etməklə kənd təsərrüfatı bitkilərinin becərilməsinə əlverişli şərait yaranıb.

1958-ci ildən istifadəyə verilən Bəhramtəpə Hidroqovşağı İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarını suvarma suyu ilə təmin edir. Bu rayonları əhatə edən 250 min hektara yaxın əkin sahəsini suvarma suyu ilə təmin etmək üçün 182 kilometr magistral kanallardan, 155 ədəd hidrotexniki qurğulardan, 75 ədəd hidrometrik postlardan və 2 ədəd baş suqəbuledicidən istifadə olunur. Ötən il 49 ədəd hidrotexniki qurğu, 19 ədəd hidropost, 23 kilometr beton üzlüklü kanalın yamaclıqları təmir edilib.  Bundan başqa, 79 kilometrə yaxın magistral kanal lildən təmizlənib və hazırda da bu istiqamətdə tədbirlər görülür.

Hazırda Qovşaqda yenidənqurma işləri çərçivəsində təmir-bərpa, bəndlərin bərkidilməsi işləri aparılır, su aşıran qurğular inşa olunur. Təmir-bərpa işləri həm də istinad divarlarının dibinin yuyulmaması üçündür. Ötən ilin sentyabr ayından başlanan işlərin yaxın aylarda başa çatdırılması nəzərdə tutulur. Təmir-bərpa tədbirləri nəticəsində hidroqovşaqda su itkisinin qarşısı əhəmiyyətli dərəcədə alınacaq ki, bu da daha çox suvarma suyunun kənd təsərrüfatı sahələrinə çatdırılmasını təmin edəcək.

Azərbaycanda meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər davamlıdır. Son illərdə xeyli sayda becərilməyən torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması da bunu təsdiq edir. Bu isə respublikamızda iqtisadi inkişafla bağlı fəaliyyətin kompleks xarakter daşıdığını göstərir.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

00:57
09 Aprel

"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

00:57
09 Aprel

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında

00:57
09 Aprel

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə" 1999-cu il 4 avqust tarixli 176 nömrəli, "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə" 2000-ci il 6 mart tarixli 291 nömrəli, "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında" 2020-ci il 27 mart tarixli 975 nömrəli, "İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında" 2021-ci il 18 mart tarixli 1304 nömrəli və "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:56
09 Aprel

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 2018-ci il 20 dekabr tarixli 418 nömrəli və "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" 2023-cü il 1 may tarixli 2130 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:55
09 Aprel

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında

00:55
09 Aprel

Türkiyə Prezidenti Donald Trampa İranla bağlı sülh səylərinə töhfə verməyə hazır olduğunu bildirib  

22:41
08 Aprel

Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında telefon danışığı olub

21:47
08 Aprel

Litvanın Baş naziri Azərbaycana səfərə gəlib  

20:46
08 Aprel

Abbas Əraqçi: İsrail İran və Livanda atəşkəsi pozub  

20:43
08 Aprel

Azərbaycanın xarici işlər naziri iranlı həmkarı ilə telefon danışığında atəşkəsi alqışlayıb  

20:01
08 Aprel

ƏDL: ABŞ-İran sazişləri Körfəz ölkələrinin maraqlarını nəzərə almalıdır

19:47
08 Aprel

“Reuters”: İran Hörmüz boğazını qismən aça bilər  

19:45
08 Aprel

Media: İranın icazəsi ilə Hörmüz boğazından ilk gəmi keçib  

19:40
08 Aprel

Xəzər dənizində 3,5 bal gücündə zəlzələ olub

19:39
08 Aprel

ABŞ-İran danışıqları aprelin 10-da Pakistanda keçirilə bilər

19:36
08 Aprel

ABŞ Prezidenti NATO-nun Baş katibi ilə görüşür

19:30
08 Aprel

Rəcəb Tayyib Ərdoğan ABŞ ilə İran arasında atəşkəsin əldə olunmasını alqışlayıb  

19:28
08 Aprel

Braziliyada torpaq hüquqları səbəbindən etiraz aksiyası keçirilib

19:28
08 Aprel

Çin təbii qaz ehtiyatlarını necə yaradıb? 

19:20
08 Aprel

Şərqi Asiyada 29 min yeni genetik işarə tapıldı

19:12
08 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!