13 Noyabr 2026 09:00
93
İQTİSADİYYAT
A- A+
Gələn il sosial müavinətlərdə artımlar olacaq

Gələn il sosial müavinətlərdə artımlar olacaq


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, növbəti ildən etibarən pensiya, əməkhaqqı, eləcə də sosial müavinətlərdə artımlar həyata keçiriləcək. Əmək pensiyaları 2026-cı ildə orta aylıq əməkhaqqındakı artan faizə uyğun olaraq indeksləşdiriləcək. Belə ki, növbəti ildən etibarən əmək pensiyalarının indeksləşdirilərək artırılması mexanizmi dəyişir.

Milli Məclisin deputatı Vüqar BAYRAMOV qəzetimizə açıqlamasında dedi ki, orta aylıq əməkhaqqı məbləğinə qədər olan pensiyalar tam indeksləşdiriləcək, yəni təxminən 1200 manata qədər olan pensiyalar tam indeksləşdirilərək artırılacaq. 1200 manatdan 5 min manata qədər olan pensiyalar 0,5, 5 min manatdan çox olan pensiyalar isə 0,2 əmsalına vurularaq artırılacaq. Artımlar növbəti il 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək və bütün əmək pensiyalarına şamil ediləcək. "Həm yaşa, həm əlilliyə görə, həm də ailə başçısını itirməyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərində gələn ildən etibarən artımlar olacaq. Növbəti il, eyni zamanda minimum əməkhaqqında artımlar proqnozlaşdırılır. Bununla bağlı da dövlət başçısı tərəfindən göstəriş verilib. 2026-cı ilin fevral ayında Əmək Məcəlləsində olan dəyişikliklər Prezident tərəfindən təsdiq olunub və həmin dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu, o deməkdir ki, artıq növbəti ildən etibarən hər il minimum əməkhaqqı məbləğinin artırılmasını müşahidə edəcəyik. Minimum əməkhaqqı məbləğindəki artımlar yalnız az maaş alan vətəndaşlarımıza deyil, eyni zamanda dövlət idarələrində çalışan, amma dövlət qulluqçusu olmayan və vahid tarif cədvəlinə uyğun olaraq vəzifə maaşları müəyyənləşdirilənlərin əməkhaqlarına təsir göstərəcək. Belə ki, minimum əməkhaqqının artırılması ilə bağlı ölkə rəhbəri tərəfindən sənəd imzalandıqdan sonra Nazirlər Kabineti dövlət müəssisələrində çalışan və dövlət qulluqçusu olmayan vətəndaşlarımızın vəzifə maaşlarının uyğunlaşdırılması ilə bağlı qərar qəbul edəcək. Bu artımlar təxminən 700 min nəfərə şamil olunacaq", - deyə o əlavə etdi.

Deputat sosial müavinətlərdə də artımlar gözlənildiyini vurğuladı. Həm sosial müavinət, həm də təqaüdlərin artırılması və bununla bağlı büdcədə vəsaitin ayrılması nəzərdə tutulub. 

V.Bayramov bildirdi ki, yaşa görə sosial müavinətin də artırılması təklif olunub: "Hazırda 220 manat olan yaşa görə sosial müavinət 2025-ci ildə sosial müavinətlər artırılanda qalxmadı. Ona görə də ötən dövrdəki inflyasiya səviyyəsini nəzərə almaqla, yaşa görə müavinətin də artırılması məqsədəuyğundur və bununla bağlı da profil dövlət qurumu tərəfindən qiymətləndirmə aparıldıqdan sonra qərarların veriləcəyi gözlənilir".

Deputat qeyd etdi ki, bütövlükdə sosial müavinətlərdəki artımlar daxil olmaqla, növbəti ilin sosial paketi 3 milyon vətəndaşı əhatə edəcək. 2027-ci ilin dövlət büdcəsindən sosial istiqamətə 18,7 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da bütövlükdə büdcə xərclərinin 44 faizini təşkil edir. Bu, o deməkdir ki, 2027-ci ildə büdcədən ayrılan hər 100 manatın 44 manatı sosial istiqamətə yönəldiləcək.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ömrün hər anında yaratmaq eşqi

09:15
13 Noyabr

Qədim tikililər şəhərlərimizin daş tarixi və mədəni kimliyidir

09:10
13 Noyabr

Sənaye zonaları iqtisadi inkişafın lokomotivinə çevrilir

09:05
13 Noyabr

Gələn il sosial müavinətlərdə artımlar olacaq

09:00
13 Noyabr

Orta dəhliz üzərindən avtomobillə yükdaşımaları artırmaq üçün tədbirlər görülür

08:55
13 Noyabr

Zəfər yolları

08:50
13 Noyabr

Təhsil və milli kimlik fenomeninin konseptual əsasları

08:45
13 Noyabr

Dublindən Bakıya uzanan siyasi-diplomatik xətt 

08:40
13 Noyabr

TÜRKPA-nın gənc parlamentariləri Ankarada toplaşıblar

08:35
13 Noyabr

"Buzlaqların əriməsi milyardlarla insanın su təhlükəsizliyini təhdid edir" 

08:30
13 Noyabr

"Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib"

08:25
13 Noyabr

Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub

08:20
13 Noyabr

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

08:15
13 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib

08:10
13 Noyabr

COP-da Azərbaycan standartı

08:05
13 Noyabr

44 günün unudulmaz anları

08:00
13 Noyabr

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 308 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

04:15
13 Noyabr

AZƏRBAYCAN RESPUBLİKASI İLƏ BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA BİRLƏŞMİŞ KRALLIĞI ARASINDA STRATEJİ TƏRƏFDAŞLIQ HAQQINDA BİRGƏ BƏYANNAMƏ

23:05
12 Noyabr

Ukrayna mediası Azərbaycan və Ukrayna prezidentlərinin görüşünə geniş yer ayırıb  

22:20
12 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub  

22:06
12 Noyabr

Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub  

21:54
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!