13 Noyabr 2026 08:55
89
İQTİSADİYYAT
A- A+
Orta dəhliz üzərindən avtomobillə yükdaşımaları artırmaq üçün tədbirlər görülür

Orta dəhliz üzərindən avtomobillə yükdaşımaları artırmaq üçün tədbirlər görülür


Məlumdur ki, bu gün məhsul istehsalında konveyer üsulundan və robortlaşmadan geniş istifadə olunur. Yüksək texnologiyaların istehsalata tətbiqi daha çox və daha ucuz məhsul istehsal etməyə imkan verir. Məhsul bolluğu isə onun bazarda sürətlə satılmasını tələb edir. Bu mümkün olmadıqda məhsul yığılıb anbarlarda qalır, istehsalı dayandırmaq məcburiyyəti yaranır.

İndiki iqtisadi prosesləri əvvəlki dövrlə müqayisə etmək olmaz. Məsələn, əvvəllər bütün dünyada ildə 1 milyon avtomobil istehsal olunurdusa, indi təkcə Çində hər il bundan çox avtomobil buraxılır. Belə olan halda əsas məsələ məhsulu dünya bazarına tez çıxarmaq olur. Bunun üçünsə vaxt və vəsait sarıdan səmərəli logistika lazımdır.

Dünyada baş verən müharibələr üzündən isə ənənəvi logistika - qlobal marşrutlar iflic vəziyyətinə düşüb və nəticədə Şərqlə Qərb arasında olan ticarət və təchizat zəncirində böyük qırılmalar baş verib. İndi bu boşluğu doldurmaq üçün hamı ümid yeri kimi üzünü Orta dəhlizə tutub. Orta dəhlizdə isə dəmir yolu ilə yükdaşıma imkanları lazım olan tələbə cavab vermir, yəni texniki imkanlar məhduddur. Buna görə də iki əsas məsələ həll olunmalıdır. Birincisi, Xəzər dənizində yükdaşımaları artırmaq üçün iritutumlü bərə gəmilərin istismara verilməsi lazımdır. Yeri gəlmişkən, qeyd edək ki, artıq iritutumlu bərə və konteynerdaşıyıcı gəmilər istehsal olunur və onların gələn il istismara verilməsi gözlənilir. İkinci əsas məsələ dəmir yolu ilə yanaşı, yüklərin avtomobillə daşınması artırılmalıdır. Bu məqsədlə Azərbaycandan Gürcüstan sərhədinə qədər müasir standartlara cavab verən avtomobil yolu tikilib. Ancaq bununla iş bitmir, Mərkəzi Asiyada da belə yolların olması zəruridir.

Prezident İlham Əliyevin apardığı logistika siyasəti Orta dəhlizin qlobal ticarət marşrutuna çevrilməsində önəmli rol oynayır. Məlum olduğu kimi, Türkmənistan Orta dəhlizlə bağlı proseslərdən bir qədər kənarda qalırdı. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana, Prezident İlham Əliyevin Türkmənistana etdiyi səfərlərdən sonra dost ölkə də proseslərə qoşulmağa başlayıb. Artıq Türkmənbaşı limanında yükaşırmanı müasir dövrün tələblərinə uyğunlaşdırmaq üçün nəhəng yenidənqurma işləri görülür. Bununla yanaşı, Türkmənistan Orta dəhlizdə önəmli ölkə olmaq üçün avtomobil yollarının çəkilməsinə də xüsusi əhəmiyyət verir.

Azərbaycanla Türkmənistan həmçinin "Şimal-Cənub" dəhlizində tərəfdaş ölkələrdir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Xəzər dənizinin sahilində yerləşən Türkmənbaşı şəhərindən Qazaxıstan sərhədinə qədər uzanan yeni yolun açılışını edib. Bu yolun Azərbaycan üçün də əhəmiyyəti var. Belə ki,  Rusiyanın şərq ərazisindən yüklərin Türkmənbaşı limanı üzərindən Azərbaycana, buradan da Avropaya göndərmək mümkündür.

Mərkəzi Asiyada avtomobil yollarının şaxələnməsi eyni zamanda Orta dəhlizin imkanlarını genişləndirir. Bu isə dəhliz üzərindən yüklərin avtomobillə daşınmasına yeni imkanlar açacaq.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sənaye zonaları iqtisadi inkişafın lokomotivinə çevrilir

09:05
13 Noyabr

Gələn il sosial müavinətlərdə artımlar olacaq

09:00
13 Noyabr

Orta dəhliz üzərindən avtomobillə yükdaşımaları artırmaq üçün tədbirlər görülür

08:55
13 Noyabr

Zəfər yolları

08:50
13 Noyabr

Təhsil və milli kimlik fenomeninin konseptual əsasları

08:45
13 Noyabr

Dublindən Bakıya uzanan siyasi-diplomatik xətt 

08:40
13 Noyabr

TÜRKPA-nın gənc parlamentariləri Ankarada toplaşıblar

08:35
13 Noyabr

"Buzlaqların əriməsi milyardlarla insanın su təhlükəsizliyini təhdid edir" 

08:30
13 Noyabr

"Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib"

08:25
13 Noyabr

Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub

08:20
13 Noyabr

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

08:15
13 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib

08:10
13 Noyabr

COP-da Azərbaycan standartı

08:05
13 Noyabr

44 günün unudulmaz anları

08:00
13 Noyabr

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 308 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

04:15
13 Noyabr

AZƏRBAYCAN RESPUBLİKASI İLƏ BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA BİRLƏŞMİŞ KRALLIĞI ARASINDA STRATEJİ TƏRƏFDAŞLIQ HAQQINDA BİRGƏ BƏYANNAMƏ

23:05
12 Noyabr

Ukrayna mediası Azərbaycan və Ukrayna prezidentlərinin görüşünə geniş yer ayırıb  

22:20
12 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub  

22:06
12 Noyabr

Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub  

21:54
12 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub YENİLƏNİB 

21:01
12 Noyabr

ABŞ Prezidentinin nümayəndələri Moskvadan Dublinə uçubla

20:32
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!