13 Noyabr 2026 08:30
107
İQTİSADİYYAT
A- A+
"Buzlaqların əriməsi milyardlarla insanın su təhlükəsizliyini təhdid edir" 

"Buzlaqların əriməsi milyardlarla insanın su təhlükəsizliyini təhdid edir" 


"Qlobal iqlim dəyişmələrinin dağ ekosistemlərinə və buzlaqlara təsiri məsələləri beynəlxalq müstəvidə diqqət mərkəzində qalmaqdadır. Buzlaqların sürətlə əriməsi milyardlarla insanın su təhlükəsizliyini birbaşa təhdid edir."

Bu barədə "Buzlaqlarla əlaqədar uyğunlaşma, azaltma, itki və zərər, onların monitorinqinin maliyyələşdirilməsi" mövzusundakı yüksəksəviyyəli tədbirdə çıxış edən Baş nazirin müavini Teymur Musayev deyib. 

O qeyd edib ki, əsrlər boyu dağ icmaları təbiətlə tarazlıq şəraitində yaşayaraq aşağı axınlarda məskunlaşan milyardlarla insanın su təminatında mühüm rol oynayıb. Lakin hazırda bu tarazlıq pozulur, permafrostun əriməsi, torpaq sürüşmələri və dağıdıcı daşqınlar daha tez-tez baş verir. Azərbaycan da məhz bu reallığı nəzərə alaraq, COP29-a sədrliyi dövründə dağlıq regionların üzləşdiyi problemləri əsas prioritetlərindən birinə çevirib. Bakıda keçirilən Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində Qırğızıstan və Monqolustanla birgə dağ gündəliyinin irəli aparılması istiqamətində mühüm addımlar atılıb, UNFCCC çərçivəsində dağ ekosistemlərinin qorunması məsələsi qlobal müzakirələr müstəvisinə çıxarılıb.

Teymur Musayev çıxışında elmi müşahidələrin nəticələrinə və statistik göstəricilərə də diqqət çəkib. Qeyd edib ki, Qafqaz dağları Azərbaycan üçün həyati əhəmiyyət daşıyan su mənbələridir. Qusarçay hövzəsində buzlaqlarla bağlı ilk rəsmi məlumatlar 1890-cı ilə aiddir. Son illərdə aparılan sahə müşahidələri isə buzlaqların ərimə prosesinin əhəmiyyətli dərəcədə sürətləndiyini göstərir. "Azərkosmos"un peyk müşahidələrinin nəticələrinə əsasən, 2017-2025-ci illərdə Böyük Qafqazın Azərbaycan hissəsində buzlaqların sahəsi 9 faiz azalıb. Bundan əlavə, Qusarçay hövzəsində son 19 il ərzində aparılan ardıcıl tədqiqatlar qar örtüyünün su ehtiyatlarının formalaşmasındakı payının azalma tendensiyasını üzə çıxarıb. Bu göstəricilər iqlim dəyişmələrinin yaratdığı fəsadları aydın şəkildə nümayiş etdirir.

Azərbaycanın COP29 çərçivəsində həyata keçirdiyi təşəbbüslərə toxunan Baş nazirin müavini 70-dən çox ölkənin və təqribən 100 maraqlı tərəfin dəstəyi ilə qəbul edilmiş "İqlim Fəaliyyəti üçün Su üzrə COP29 Bəyannaməsi"nin və "Su üzrə Bakı Dialoqu"nun əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, bu platformalar dağ ekosistemlərinin və buzlaqların qorunması istiqamətində davamlı və əlaqələndirilmiş addımların atılmasına şərait yaradır.

Sonda Teymur Musayev yalnız elmi biliklərin və monitorinqlərin kifayət etmədiyini, bu proseslərin adekvat və uzunmüddətli iqlim maliyyələşməsi ilə dəstəklənməli olduğunu diqqətə çatdırıb. Bakı Maliyyə Məqsədinin icrasının, erkən xəbərdarlıq sistemlərinin və peyk texnologiyalarının tətbiqinin vacibliyini vurğulayan Baş nazirin müavini beynəlxalq birliyi dağ ekosistemlərinin qorunması və gələcək nəsillər üçün ekoloji dayanıqlılığın təmin edilməsi naminə sıx əməkdaşlığa çağırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dublindən Bakıya uzanan siyasi-diplomatik xətt 

08:40
13 Noyabr

TÜRKPA-nın gənc parlamentariləri Ankarada toplaşıblar

08:35
13 Noyabr

"Buzlaqların əriməsi milyardlarla insanın su təhlükəsizliyini təhdid edir" 

08:30
13 Noyabr

"Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib"

08:25
13 Noyabr

Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub

08:20
13 Noyabr

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

08:15
13 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib

08:10
13 Noyabr

COP-da Azərbaycan standartı

08:05
13 Noyabr

44 günün unudulmaz anları

08:00
13 Noyabr

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 308 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

04:15
13 Noyabr

AZƏRBAYCAN RESPUBLİKASI İLƏ BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA BİRLƏŞMİŞ KRALLIĞI ARASINDA STRATEJİ TƏRƏFDAŞLIQ HAQQINDA BİRGƏ BƏYANNAMƏ

23:05
12 Noyabr

Ukrayna mediası Azərbaycan və Ukrayna prezidentlərinin görüşünə geniş yer ayırıb  

22:20
12 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub  

22:06
12 Noyabr

Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub  

21:54
12 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub YENİLƏNİB 

21:01
12 Noyabr

ABŞ Prezidentinin nümayəndələri Moskvadan Dublinə uçubla

20:32
12 Noyabr

Azərbaycan və Tacikistan ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparıb  

20:09
12 Noyabr

Azərbaycan və Dünya Bankı əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib  

19:51
12 Noyabr

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib  

19:43
12 Noyabr

Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

19:31
12 Noyabr

1700 illik sümük qalıqlarının sirri açıldı: onları yırtıcı quşlar gətirib  

19:30
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!