12 Noyabr 2026 09:35
94
İQTİSADİYYAT
A- A+
KOSMİK Akademiyanın uğuru, "AIREX 26" sərgisinin sorağı, "İstisu"yun Şanxay səfəri

KOSMİK Akademiyanın uğuru, "AIREX 26" sərgisinin sorağı, "İstisu"yun Şanxay səfəri


Həftənin ilk günü Bakıda Milli Süni İntellekt Mərkəzi ilə ABŞ-nin Nyu York Dövlət Universitetinin Buffalo kampusunun İdarəetmə Məktəbinin əməkdaşlığı çərçivəsində beynəlxalq praktiki təlim proqramı keçirilib. İkigünlük proqramda dövlət və özəl sektoru təmsil edən 180-dən çox rəhbər və mütəxəssis iştirak edib. 

***

Məlumdur ki, sosial məsuliyyət və qadınların müdafiəsinə yönələn təşəbbüslər beynəlxalq səviyyədə diqqət qazanır. Bu istiqamətdə həyata keçirilən layihələr  cəmiyyətin diqqətini vacib sosial problemlərə yönəldir ki, bu da beynəlxalq platformalarda təqdir olunur. "Azercell"in zorakılıqla üzləşən və ya risk altında olan qadınlara dəstək məqsədi daşıyan "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq yaradıcılıq festivalında ümumilikdə beş mükafata layiq görülüb.

Daşkənddə keçirilən "TAF!26" festivalında layihə bir qızıl və iki gümüş, Batumidə təşkil olunan "Ad Black Sea" festivalında isə gümüş və bürünc mükafat qazanıb. Mükafatlar təşəbbüsün sosial təsirini, kreativ strategiyasını və yaradıcı həllərini əhatə edib.

***

Həftənin bənzər hadisələrindən biri də  budur: kosmik sahədə beynəlxalq əməkdaşlıq və təhsil imkanlarının genişləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsləri beynəlxalq mükafatla qiymətləndirilib. "Azərkosmos"un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiya kosmik təhsilin və insan kapitalının inkişafına verdiyi töhfələrə görə "APRSAF Kosmik Nailiyyət Mükafatı"na layiq görülüb.

Mükafat noyabrın 3-də Tailandın Banqkok şəhərində Asiya-Sakit Okean Regionu Kosmik Agentlikləri Forumunun 32-ci sessiyası çərçivəsində təqdim olunub. Qeyd edək ki, KOSMİK Akademiya 2024-cü ildən forumun dörd beynəlxalq kosmik təhsil layihəsində Azərbaycanın iştirakını təmin edir. Bu təşəbbüslər gənclərin kosmik elmlərə marağının artırılmasına, praktiki bilik və bacarıqlarının inkişafına xidmət edir.

***

Daşınmaz əmlak, memarlıq və tikinti sektorunda yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından I Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi - "AIREX 2026"  ötən həftə diqqət mərkəzində olub. "PASHA Property Management" şirkətinin təşkilatçılığı ilə keçirilən sərgidə 47 yerli və 14 xarici şirkət olmaqla ümumilikdə 61 şirkət iştirak edib.

2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan edilməsi fonunda təşkil olunan sərgi əmlak bazarının iştirakçılarını, investorları və sektorun peşəkarlarını bir araya gətirərək yeni əməkdaşlıq imkanları və təcrübə mübadiləsi üçün platforma yaradır.

***

Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi və ixracın artırılması istiqamətində də işlər davam edib. Noyabrın 6-da Şanxayda keçirilən 9-cu Çin Beynəlxalq İdxal Sərgisində "Made in Azerbaijan" brendi ilə 12 yerli şirkətin və "İstisu" mineral su zavodunun məhsulları nümayiş olunub. Sərgidə Azərbaycanın iqtisadi, turizm və investisiya imkanları da təqdim edilib.

Bundan başqa, Azərbaycan nümayəndə heyəti Bişkekdə SPECA çərçivəsində keçirilən iqtisadi forumda və rəhbər qurumların iclaslarında iştirak edib. Tədbirlərdə regional ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsi, Trans-Xəzər dəhlizinin inkişafı və gömrük prosedurlarının rəqəmsallaşdırılması müzakirə olunub. İnvestisiya imkanları və region ölkələri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi də diqqətdən kənarda qalmayıb.

*** 

Aqrar sahədə fermerlərin dövlət dəstəyi imkanlarından yararlanması və keyfiyyətli toxumla təminatı istiqamətində Yevlax rayonunda maarifləndirici tədbir və sərgi-satış yarmarkası keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Yevlax Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi panel müzakirəsində fermerlərə subsidiya, sığorta, güzəştli kreditlər, sertifikatlı toxumlarla təminat və toxumçuluq sahəsindəki yeniliklər barədə məlumat verilib. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zaqatalada Vətən Müharibəsi Qəhrəmanının büstünün açılış mərasimi olub

09:40
12 Noyabr

KOSMİK Akademiyanın uğuru, "AIREX 26" sərgisinin sorağı, "İstisu"yun Şanxay səfəri

09:35
12 Noyabr

Firavanlıq bolluqdan başlayır

09:30
12 Noyabr

Dövlət suverenliyimizin və davamlı inkişafımızın hüquqi qarantı

09:25
12 Noyabr

Danimarkada Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib

09:20
12 Noyabr

Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub 

09:15
12 Noyabr

Elmə və milli-mədəni irsə həsr olunan ömür

09:10
12 Noyabr

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

09:05
12 Noyabr

Beynəlxalq hüquqi müstəvidə yeni epoxanın ideoloji manifesti

09:00
12 Noyabr

ABŞ və Çinin süni intellekt sahəsində əlaqələri dünyaya nə vəd edir?

08:55
12 Noyabr

"COP31 Türkiyə və Azərbaycanın iqlim sahəsində əməkdaşlığını beynəlxalq müstəvidə nümayiş etdirir"

08:50
12 Noyabr

Zəfər salnaməsinin əks-sədası

08:45
12 Noyabr

Azad torpaqlarda başlayan yeni həyat

08:40
12 Noyabr

Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış

08:35
12 Noyabr

Abdulkadir URALOÜLU: "Zəngəzur dəhlizinin bütün hissələrinin dörd ildən sonra istifadəyə verilməsi planlaşdırılır "

08:30
12 Noyabr

Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmazlığı bir daha təsdiq olundu

08:25
12 Noyabr

Beynəlxalq iqlim gündəliyində növbəti səhifə - COP31: Türkiyə ev sahibi, Azərbaycan fəal iştirakçıdır

08:20
12 Noyabr

Qobustanın Təklə kəndi ərazisində mindən çox şam ağacı əkilib

08:15
12 Noyabr

Əbədi Zəfərin Xankəndi sədası

08:10
12 Noyabr

Lider- xalq birliyi   

08:05
12 Noyabr

Azərbaycan-Türkiyə: sarsılmaz birlik, əbədi qardaşlıq, ortaq maraq

08:00
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!