12 Noyabr 2026 08:30
245
SİYASƏT
A- A+
Abdulkadir URALOÜLU: "Zəngəzur dəhlizinin bütün hissələrinin dörd ildən sonra istifadəyə verilməsi planlaşdırılır "

Abdulkadir URALOÜLU: "Zəngəzur dəhlizinin bütün hissələrinin dörd ildən sonra istifadəyə verilməsi planlaşdırılır "


"Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada verdikləri mesajlar olduqca aydın idi. Onlar bütün dünyaya Türkiyə ilə Azərbaycanın mövqeyini, qardaşlığını və çiyin-çiyinə dayandığını nümayiş etdirdilər. Əslində, dövlət başçılarının çıxışlarından sonra əlavə söz deməyə ehtiyac yoxdur".

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Azərbaycan mətbuatına açıqlamasında bildirib.

Nazir vurğulayıb: "Azərbaycan bizim qardaşımızdır və əbədi olaraq qardaşımız kimi qalacaq. Qarabağ uğrunda apardığınız mübarizəni yaxından izləmişik və sizi Zəfər münasibətilə ürəkdən təbrik edirik. Türkiyə Prezidentinin nümayəndə heyəti ilə birlikdə Şuşaya səfəri zamanı aramıza nifaq salmaq istəyənlərə həm Prezident İlham Əliyev, həm də bizim Prezidentimiz çox aydın mesajlar verdilər. Türkiyə və Azərbaycan olaraq bütün sahələrdə əməkdaşlığımızı və bir-birimizi dəstəkləməyi davam etdirəcəyik. İndiyədək aramızda heç bir ayrı-seçkilik olmayıb və bundan sonra da olmayacaq".

Zəngəzur dəhlizi layihəsinə toxunan A.Uraloğlu bildirib ki, dəhliz üzrə işlərin tamamlanması diqqət mərkəzindədir: "Azərbaycanın öz ərazisindəki işləri artıq başa çatdırmaq üzrə olduğunu bilirik və prosesi yaxından izləyirik. Planlaşdırırıq ki, təxminən dörd ildən sonra dəhlizin bütün hissələrini tamamlayaraq istifadəyə verək".

Türkiyəli nazir Türkiyə-Ermənistan sərhəd-keçid məntəqələrinin açılması məsələsinə də münasibət bildirib: "Zaman bizim xeyrimizə işləyir. Ermənistanın müvafiq naziri ilə şəxsən görüşürəm. Həm dəmir yolu, həm də "Əlican" avtomobil yolu sərhəd-keçid məntəqəsinin açılması istiqamətində zəruri hazırlıq işlərini görmüşük. Qarşılıqlı razılıq əldə olunacağı təqdirdə, Azərbaycanın həssas məqamlarını da nəzərə alaraq, bu prosesin çox uzanacağını düşünmürəm. Qısa müddətdə həmin keçidləri də açmış olacağıq".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zaqatalada Vətən Müharibəsi Qəhrəmanının büstünün açılış mərasimi olub

09:40
12 Noyabr

KOSMİK Akademiyanın uğuru, "AIREX 26" sərgisinin sorağı, "İstisu"yun Şanxay səfəri

09:35
12 Noyabr

Firavanlıq bolluqdan başlayır

09:30
12 Noyabr

Dövlət suverenliyimizin və davamlı inkişafımızın hüquqi qarantı

09:25
12 Noyabr

Danimarkada Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib

09:20
12 Noyabr

Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub 

09:15
12 Noyabr

Elmə və milli-mədəni irsə həsr olunan ömür

09:10
12 Noyabr

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

09:05
12 Noyabr

Beynəlxalq hüquqi müstəvidə yeni epoxanın ideoloji manifesti

09:00
12 Noyabr

ABŞ və Çinin süni intellekt sahəsində əlaqələri dünyaya nə vəd edir?

08:55
12 Noyabr

"COP31 Türkiyə və Azərbaycanın iqlim sahəsində əməkdaşlığını beynəlxalq müstəvidə nümayiş etdirir"

08:50
12 Noyabr

Zəfər salnaməsinin əks-sədası

08:45
12 Noyabr

Azad torpaqlarda başlayan yeni həyat

08:40
12 Noyabr

Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış

08:35
12 Noyabr

Abdulkadir URALOÜLU: "Zəngəzur dəhlizinin bütün hissələrinin dörd ildən sonra istifadəyə verilməsi planlaşdırılır "

08:30
12 Noyabr

Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmazlığı bir daha təsdiq olundu

08:25
12 Noyabr

Beynəlxalq iqlim gündəliyində növbəti səhifə - COP31: Türkiyə ev sahibi, Azərbaycan fəal iştirakçıdır

08:20
12 Noyabr

Qobustanın Təklə kəndi ərazisində mindən çox şam ağacı əkilib

08:15
12 Noyabr

Əbədi Zəfərin Xankəndi sədası

08:10
12 Noyabr

Lider- xalq birliyi   

08:05
12 Noyabr

Azərbaycan-Türkiyə: sarsılmaz birlik, əbədi qardaşlıq, ortaq maraq

08:00
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!