12 Noyabr 2026 08:55
179
Elm və texnika
A- A+
ABŞ və Çinin süni intellekt sahəsində əlaqələri dünyaya nə vəd edir?

ABŞ və Çinin süni intellekt sahəsində əlaqələri dünyaya nə vəd edir?


Müasir dünya siyasətində ABŞ və Çin arasındakı münasibət bütövlükdə təhlükəsizliyin və dünya iqtisadiyyatının gələcək taleyini müəyyən edən əsas amildir. Dünyanın ən böyük iki iqtisadiyyatı qlobal ÜDM-in təxminən 40 faizindən çoxunu təmin etdiyi üçün onların atdığı hər bir addım bütün beynəlxalq maliyyə və ticarət sisteminə təsir göstərir. Son dövrün texnoloji inkişafı, xüsusən də süni intellektin həyatın bütün sahələrinə sürətli inteqrasiyası tərəflər arasında yeni əməkdaşlıq və risklərin idarə olunması zərurətini ön plana çıxarır. 

ABŞ-nin xəzinədarlıq naziri Skott Bessent ABŞ-Çin Əlaqələri Milli Komitə-sinin qala gecəsindəki çıxışında Vaşinqton və Pekinin süni intellekt sahəsindəki riskləri idarə etmək üçün birgə addımlar atacağını açıqlayıb. İki ölkə arasında yeni bir dialoqun başladıldığını vurğulayan nazir bildirib ki, bu təşəbbüs ABŞ Prezidenti Donald Trampın birbaşa tapşırığı ilə formalaşdırılıb və tərəflər arasında ola biləcək yanlış anlaşılmaların qarşısını almaq və qlobal riskləri nəzarətdə saxlamaq məqsədi daşıyır.

Əməkdaşlıq çərçivəsində tərəflər arasında birbaşa operativ əlaqə kanalı yaradılacaq. Bu sistem qabaqcıl süni intellekt modellərinin istifadəyə verilməzdən əvvəl qiymətləndirilməsini və kompleks sınaqlardan keçirilməsini təmin edəcək. Eyni zamanda prosesdə insan nəzarətinin qorunması və fövqəladə hallarda çevik məlumat mübadiləsi nəzərdə tutulur. Xüsusilə hərbi və mülki infrastruktura inteqrasiya olunan süni intellekt texnologiyalarının gözlənilməz texniki xətalar səbəbindən münaqişələrə yol açmaması üçün belə proseslərin varlığı önəm kəsb edir. Texnologiyanın sürətlə inkişaf etdiyi indiki dövrdə təhlükəsizlik standartlarının müəyyənləşdirilməsi vacibdir. Bu, bütün bəşəriyyətin təhlükəsizliyi üçün mühüm zəmanətdir.

Skott Bessent çıxışında iki nəhəng dövlət arasındakı iqtisadi münasibətlərə də toxunub. O bildirib ki, Vaşinqtonun əsas məqsədi riskləri minimuma endirməkdir. Bu yaxınlarda ABŞ Prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin Şençjen şəhərində görüşəcəklər. Bu ali səviyyəli dialoq tərəflərin iqtisadi və texnoloji sahələrdə əməkdaşlığı davam etdirmək əzmində olduğunun göstəricisidir.

Bu proseslərdən bir daha aydın olur ki, geosiyasi rəqabətə baxmayaraq, Vaşinqton və Pekinin ortaq məxrəcə gəlməsi olduqca sevindirici haldır. İki nəhəng gücün təhlükəsizlik və süni intellekt riskləri qarşısında həmrəylik nümayiş etdirməsi böyük ümidlər yaradır. Çünki bu iki dövlət təkcə iqtisadiyyatda deyil, süni intellekt üzrə qlobal ixtiraların və elmi tədqiqatların böyük əksəriyyətinə nəzarət edir. Dialoqun qorunub saxlanılması dünya üçün sabit gələcək vəd edir. Bu addım həm də proqnozlaşdırıla bilən qlobal mühitin formalaşması baxımından müsbət bir təkan olacaq.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zaqatalada Vətən Müharibəsi Qəhrəmanının büstünün açılış mərasimi olub

09:40
12 Noyabr

KOSMİK Akademiyanın uğuru, "AIREX 26" sərgisinin sorağı, "İstisu"yun Şanxay səfəri

09:35
12 Noyabr

Firavanlıq bolluqdan başlayır

09:30
12 Noyabr

Dövlət suverenliyimizin və davamlı inkişafımızın hüquqi qarantı

09:25
12 Noyabr

Danimarkada Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib

09:20
12 Noyabr

Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub 

09:15
12 Noyabr

Elmə və milli-mədəni irsə həsr olunan ömür

09:10
12 Noyabr

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

09:05
12 Noyabr

Beynəlxalq hüquqi müstəvidə yeni epoxanın ideoloji manifesti

09:00
12 Noyabr

ABŞ və Çinin süni intellekt sahəsində əlaqələri dünyaya nə vəd edir?

08:55
12 Noyabr

"COP31 Türkiyə və Azərbaycanın iqlim sahəsində əməkdaşlığını beynəlxalq müstəvidə nümayiş etdirir"

08:50
12 Noyabr

Zəfər salnaməsinin əks-sədası

08:45
12 Noyabr

Azad torpaqlarda başlayan yeni həyat

08:40
12 Noyabr

Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış

08:35
12 Noyabr

Abdulkadir URALOÜLU: "Zəngəzur dəhlizinin bütün hissələrinin dörd ildən sonra istifadəyə verilməsi planlaşdırılır "

08:30
12 Noyabr

Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmazlığı bir daha təsdiq olundu

08:25
12 Noyabr

Beynəlxalq iqlim gündəliyində növbəti səhifə - COP31: Türkiyə ev sahibi, Azərbaycan fəal iştirakçıdır

08:20
12 Noyabr

Qobustanın Təklə kəndi ərazisində mindən çox şam ağacı əkilib

08:15
12 Noyabr

Əbədi Zəfərin Xankəndi sədası

08:10
12 Noyabr

Lider- xalq birliyi   

08:05
12 Noyabr

Azərbaycan-Türkiyə: sarsılmaz birlik, əbədi qardaşlıq, ortaq maraq

08:00
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!