11 Noyabr 2026 18:38
224
İQTİSADİYYAT
A- A+
Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə baxılıb  

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə baxılıb  


Noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin davam etdirilməsi ölkəmizin gələcək inkişafı üçün mühüm imkanlar yaradır. Yeni geosiyasi reallıqlar fonunda regional sülh və əməkdaşlıq perspektivlərinin genişlənməsi də bu prosesə əlavə təkan verir.

Qeyd olunub ki, makroiqtisadi dayanıqlılığın gücləndirilməsi, ölkəmizin hərbi qüdrətinin yüksəldilməsi, dövlət xərclərinin səmərəliliyinin artırılması, qeyri-neft-qaz sektorunun inkişafı və sosial öhdəliklərin maliyyələşdirilməsi büdcə siyasətinin əsas prinsipləridir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdışın davam etdirilməsi büdcənin prioritet istiqamətlərini təşkil edir.

Sonra maliyyə naziri Sahil Babayev “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edib. O, növbəti ildə və ortamüddətli dövrdə dayanıqlı iqtisadi artımın dəstəklənməsinin və makroiqtisadi sabitliyin qorunmasının, əhalinin rifahı və sosial tədbirlərin tam maliyyələşdirilməsinin, müdafiə qabiliyyətinin və təhlükəsizliyin təminatının gücləndirilməsinin, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafının, rəqəmsal texnologiyaların və innovasiyaların tətbiqinin genişləndirilməsinin, təhsil və səhiyyə sektorlarının inkişafının dəstəklənməsinin, fiskal intizam qorunmaqla büdcə qaydasına əməl edilməsinin, real sektorun inkişafının sürətləndirilməsinin büdcə siyasətinin əsas istiqamətləri olaraq müəyyən edildiyini söyləyib.

2027-ci ilin əsas makroiqtisadi göstəriciləri ilə əlaqədar nəzərə çatdırılıb ki, ümumi daxili məhsul (ÜDM) növbəti ildə 141 milyard manat, qeyri-neft sektoru üzrə ÜDM 109,1 milyard manat məbləğində proqnozlaşdırılır. Xam neftin bir barelinin orta illik qiyməti növbəti ildə 65 dollar olaraq qiymətləndirilir. Orta illik inflyasiya 5,3 faiz, manatın məzənnəsi isə 1,7 manat 1 dollar nisbətində nəzərdə tutulub. Dövlət borcunun cari ilin sonuna ÜDM-ə nisbəti 19,5 faiz proqnozlaşdırılır. 16,2 milyard manat daxili dövlət borcunu, 7,7 milyard manat isə xarici dövlət borcunu təşkil edir. Növbəti ildə Neft Fondunun gəlirləri 7,8 milyard dollar olaraq proqnozlaşdırılır.

İqtisadiyyat nazirinin müavini Azər Bayramov bildirib ki, əldə edilmiş tarixi nailiyyətlər, formalaşmış iqtisadi potensial və müasir infrastruktur ölkəmizin yeni strateji inkişaf mərhələsinə daha geniş imkanlarla daxil olması üçün möhkəm zəmin yaradıb. Məhz bu əsaslarda hazırlanmış 2027-ci ilin dövlət büdcəsi layihəsi yeni mərhələnin hədəflərinə nail olunmasında mühüm rol oynayacaq. O, qlobal iqtisadi qeyri-müəyyənliyin davam etdiyi bir şəraitdə ölkəmizdə makroiqtisadi sabitliyin qorunduğunu, iqtisadiyyatın şaxələndirildiyini və qeyri-neft-qaz sektorunun davamlı olaraq inkişaf etdiyini söyləyib.

Azər Bayramov bildirib ki, qarşıdakı dövrdə əsas vəzifələr özəl investisiyaların artırılması, strateji layihələrin sürətləndirilməsi, qeyri-neft-qaz ixracının genişləndirilməsi, beynəlxalq nəqliyyat dəhlizləri boyunca logistika və emal klasterlərinin formalaşdırılması, eləcə də 2027–2030-cu illər üzrə sosial-iqtisadi inkişaf strategiyasının və Böyük Qayıdışa dair II Dövlət Proqramının icrası olacaq.

Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə dair Palatanın rəyini təqdim edib. Bildirilib ki, dövlət büdcəsi layihəsinin tərtibinə qanunla müəyyən olunmuş müddətdə başlanılıb, Hesablama Palatasına icmal büdcə xərclərinin yuxarı həddi və Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar da daxil olmaqla, dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri də təqdim edilib.

Vüqar Gülməmmədov çıxışında, habelə Hesablama Palatasının rəyində 35 tövsiyənin təklif edildiyini bildirib və onları nəzərə çatdırıb.

Tədbirdə çıxış edən İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafına, əhalinin rifahının yüksəldilməsinə, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və insan hüquqlarının daha səmərəli təmininə mühüm töhfələr verir. O, 2027-ci ilin dövlət büdcəsinin müzakirəsinin qarşıda duran strateji vəzifələrin həyata keçirilməsi üçün zəruri maliyyə imkanlarının qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib.

Ombudsman insan hüquq və azadlıqlarının daha effektiv qorunması məqsədilə dövlət büdcəsində nəzərə alınması üçün bəzi təkliflərini səsləndirib. O, sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, regionlarda tibbi infrastrukturun və ixtisaslı kadr təminatının gücləndirilməsi, onkoloji xəstələrin müasir müalicə üsullarına və dərman preparatlarına əlçatanlığının artırılması, süni intellektəsaslı diaqnostika və klinik qərarların dəstəklənməsi texnologiyalarının səhiyyə sistemində təhlükəsiz və mərhələli tətbiqinin vacibliyindən danışıb.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, İntizam komissiyasının sədri Eldar İbrahimov çıxış ediblər.

Müzakirələrdən sonra maliyyə naziri Sahil Babayev və Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxışlarda qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Sonda “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

KTMT sammitində Ermənistanın səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul olunub  

20:03
11 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub  

19:58
11 Noyabr

Azərbaycanda əczaçılıq istehsalında 60 faizlik artım: yerli istehsal genişlənir

19:57
11 Noyabr

Azərbaycan Hökuməti adından Krakovdakı faciə ilə əlaqədar Polşaya başsağlığı verilib

19:31
11 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında COP31-in Liderlər Sammiti ilə bağlı videoçarx paylaşılıb VİDEO  

19:02
11 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə baxılıb  

18:38
11 Noyabr

 Orqanizmin qocalmasını ləngidən pəhrizlər məlum olub

18:24
11 Noyabr

Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib

18:09
11 Noyabr

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

17:58
11 Noyabr

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub

17:57
11 Noyabr

İldırım çaxmaları niyə artır?

17:51
11 Noyabr

Konqoda Ebolaya yoluxanların sayı 11 mini ötüb

17:42
11 Noyabr

Səfir: Azərbaycan-Ukrayna dostluq münasibətləri bu gün yeni məzmun kəsb edir

17:41
11 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB-2 

17:31
11 Noyabr

COP31-də Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilən “Ölümcül miras” sənədli filmi nümayiş olunub  

17:23
11 Noyabr

SpaceX Starship-in 15-ci uçuş sınağının tarixini açıqladı

17:23
11 Noyabr

Azərbaycan və Qana kənd təsərrüfatı sahəsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdən keçirib  

17:17
11 Noyabr

3500-dən çox robot 112 milyon qızılbalığın sağlamlığını qoruyur  

17:17
11 Noyabr

NASA astronavt axtarışındadır  

17:14
11 Noyabr

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub  

17:09
11 Noyabr

Zelda oyunu dörd günə 5,2 milyon nüsxə sataraq rekord qırdı  

17:06
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!