01 Sentyabr 2026 09:20
126
İQTİSADİYYAT
A- A+
"Könlü balıq istəyənin..."

"Könlü balıq istəyənin..."


Azərbaycanda balıqçılıq artıq yeni qanunla tənzimlənir


Azərbaycanda balıqçılıq sahəsinin hüquqi tənzimlənməsi baxımından yeni mərhələsi başlayır. Balıq və digər su bioresurslarının qorunması, səmərəli istifadəsi, artırılması, akvakulturanın inkişaf etdirilməsi və balıqçılıq fəaliyyətinin müasir tələblərə uyğun təşkil edilməsi məqsədilə Prezident İlham Əliyevin imzaladığı  "Balıqçılıq haqqında" qanun bu sahədə fəaliyyətin daha aydın qaydalar əsasında qurulmasına imkan yaradır.

Sənəddə akvakultura, balıq ovu, balıqartırma, balıqyetişdirmə, balıqmühafizə, balıqçılıq infrastrukturu, vətəgə sahələri və balıqçı gəmiləri ilə bağlı məsələlərə geniş yer  verilir. Başqa sözlə, balıqçılıq sudan balıq çıxarmaqla yanaşı, həm də onu qorumaq, emal etmək və insanlara çatdırmaqdan ibarət bütöv bir sahə kimi nəzərdən keçirilir.

Qanunun əhatə dairəsi bununla da bitmir. "Balıq və digər su bioresursları" dedikdə balıqlarla yanaşı, kürüsü, digər su heyvanları və bitkiləri, eləcə də onların çoxalması ilə bağlı canlılar nəzərdə tutulur. Belə yanaşma su hövzələrini  öz daxilində zəngin və bir-biri ilə bağlı canlı aləmi yaşadan təbii bir sistem kimi qəbul etməyə imkan verir. 

Sözügedən sənəddə sənaye, idman və həvəskar ovla yanaşı, elmi-tədqiqat, təhsil, maarifləndirmə, akvakultura, nəzarət və iqlimləşdirilmə məqsədləri üçün də ov nəzərdə tutulur. Təbii ki, bu fəaliyyət müəyyən olunmuş qaydalara və ov üçün nəzərdə tutulan kvotalara uyğun aparılmalıdır. Məqsəd sudakı həyatın tarazlığını pozmadan, ondan səmərəli istifadə etməkdir.

Qanunun mühüm istiqamətlərindən biri də mövcud ehtiyatların qorunması və gələcək üçün artırılmasıdır. Su obyektlərinin meliorasiyası ilə bağlı müddəalar bunun göstəricisidir. Yəni qanun yalnız bu günün ovunu deyil, sabahın balıq ehtiyatını da düşünür. Suyun təmizliyi, balığın yaşadığı mühit və onun çoxalması üçün əlverişli şərait bir-birini tamamlayır. Biri zəiflədikdə digəri də öz təsirini itirir.

Balıqçılıq haqqında qanunun 2-ci maddəsi bu sahənin hansı hüquqi dayaqlar üzərində qurulduğunu göstərir. Burada Konstitusiya və beynəlxalq müqavilələrlə yanaşı, Su Məcəlləsi, "Qida təhlükəsizliyi haqqında", "Heyvanlar aləmi haqqında", "Baytarlıq haqqında" və digər qanunlara da istinad edilir. Və bu da balıqçılığın təkbaşına mövcud olan bir sahə olmadığına dəlalət edir. Su, təbiət, heyvanlar aləmi, ərzaq təhlükəsizliyi və ətraf mühit bir-birinə bağlı halqalar kimi bu sistemin tərkib hissəsidir. Xəzər dənizinin Azərbaycana mənsub olan hissəsində bu sadalananlara xüsusi yanaşma var. Burada milli qanunvericiliklə yanaşı, Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələr və beynəlxalq hüquq normaları da nəzərə alınır. Çünki Xəzər yalnız bir ölkənin deyil, ortaq coğrafiyanın və ortaq təbii sərvətlərin bir hissəsidir.

Bütün bunların fonunda yeni qanunun əsas mesajını sadə şəkildə belə ifadə etmək olar: suların sərvətindən istifadə edərkən onun həyatını qorumaq lazımdır. Su hövzələri sabaha  canlı ötürülməlidir. Balıqçılığın gələcəyini  ovlanan balığın miqdarı ilə ölçmək doğru olmaz. Qanun balıqçılıq sahəsinin sərhədlərini daha geniş müəyyənləşdirir. Burada söhbət suda yaşayan canlı aləmin bütövlükdə qorunmasından, artırılmasından və ondan düzgün istifadə edilməsindən gedir. Yəni qanun  balığın tutulmasından əvvəl onun yaşadığı mühitin qorunmasını ön plana çəkir. Balıq ehtiyatlarının artırılması, yetişdirilməsi, su hövzələrinin yaxşı vəziyyətdə saxlanılması və nadir növlərin mühafizəsi bu yanaşmanın əsas hissəsidir.

Burada akvakulturaya da geniş yer verilir. Yəni balığın xüsusi təsərrüfatlarda yetişdirilməsi, çoxaldılması və sonradan su hövzələrinə buraxılması artıq balıqçılığın mühüm istiqamətlərindən biri kimi qəbul edilir. Başqa sözlə, məqsəd təkcə təbiətdən götürmək deyil, həm də təbiətə qaytarmaq və onun ehtiyatlarını artırmaqdır.

Balıq ovu da müəyyən qaydalar çərçivəsində həyata keçirilməlidir. Kim, harada, hansı məqsədlə və nə qədər balıq ovlaya bilər?  Sualın cavabı  qanunla müəyyən edilmiş qaydalarda və kvotalardadır. Bu cür tənzimləmə su bioresurslarının nəzarətsiz şəkildə azalmasının qarşısını almağa xidmət edir. Çünki su hövzələrindəki balıq ehtiyatları sonsuz deyil. Həddindən artıq və nəzarətsiz ov balıqların sayının azalmasına, bəzi növlərin isə təhlükə qarşısında qalmasına səbəb ola bilər. Buna görə də ovun həcminin müəyyənləşdirilməsi, ov alətlərindən düzgün istifadə edilməsi və müəyyən edilmiş qaydalara əməl olunması vacibdir.

Balıqçılıq insanın ehtiyacını ödəməklə yanaşı,  həm də təbiətin özünü bərpa etmək imkanını saxlamalıdır. Bu gün tutulan balığın miqdarı sabah su hövzəsində balığın olub-olmaması hesabına müəyyən edilməməlidir. Balıqçılığın davamlı olması üçün ovla mühafizə arasında sağlam tarazlıq qorunmalıdır. Qanunun maddələrindən birində deyilir:  "Balıq ovu üçün kvota - balıq və digər su bioresurslarının ovuna yol verilən maksimum həcm". "Kvota" sözünü sadəcə ovun məhdudlaşdırılması kimi anlamayaq. O, balıq ehtiyatlarının qorunması və gələcəkdə də balıqçılığın mümkün olması üçün qoyulan bir həddir.

Qanun həmçinin balıqçılığın iqtisadi tərəfini də əhatə edir. Balıqçı gəmiləri, vətəgə sahələri, balıqçılıq infrastrukturu, balıq məhsullarının emalı və dövriyyəsi bu sahənin ayrılmaz hissəsi kimi nəzərdə tutulur. 

Əslində, qanunun arxasında sadə bir fikir dayanır: sudan bu gün istifadə edərkən sabahı da düşünmək lazımdır. Çünki çaylar, göllər və Xəzər  bu günün  və gələcək nəsillərin  sərvətidir. Ona görə də balıqçılığın gələcəyi  balığın yaşaya biləcəyi sağlam su mühitini qorumaqdan keçir. Yeni qanunun əsas ruhu da məhz budur: istifadə ilə mühafizə arasında tarazlıq yaratmaq.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cəfər Cabbarlı irsi yeni təqdimatda

09:50
01 Sentyabr

Milli maarifçiliyin "Nəşri-maarif" yolu

09:40
01 Sentyabr

Qədim "Şah Abbas" məscidi yeni görkəmdə

09:30
01 Sentyabr

Yarım əsrdən çox Azərbaycan dilinin keşiyində 

09:20
01 Sentyabr

"Könlü balıq istəyənin..."

09:20
01 Sentyabr

Cari ilin 6 ayında xarici ticarətdə 9,3 milyard dollarlıqdan çox müsbət saldo yaranıb

09:20
01 Sentyabr

Sahibkarları hansı güzəştlər gözləyir?

09:20
01 Sentyabr

Azərbaycan Çinin "ağıllı kənd təsərrüfatı"na maraq göstərir

09:10
01 Sentyabr

Rəqəmsal gələcəyin əsas qüvvəsi - insan

09:00
01 Sentyabr

Süni intellekt əsrində Azərbaycanın rəqəmsal suverenliyi

08:50
01 Sentyabr

Revanşist ssenarilər artıq keçmişdə qalıb

08:40
01 Sentyabr

Mənasız missiyanın sonu

08:30
01 Sentyabr

İkinci Dünya müharibəsi - bəşəriyyətin ağır sınağı

08:20
01 Sentyabr

Naməlum talelilərin günü

08:10
01 Sentyabr

Azərbaycan-Özbəkistan strateji əməkdaşlığı sürətli yüksəliş yolundadır 

08:00
01 Sentyabr

Kia "Qızıl Açar" stimullaşdırıcı lotereyasının nəticələrini açıqlayıb

02:42
01 Sentyabr

Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü Gürcüstan mediasında

23:40
31 Avqust

Milli Məclisin sədri Uqandanın Vitse-prezidenti ilə görüşüb  

23:35
31 Avqust

Macarıstanın NATO-nun şərq cinahında "təhlükəsizlik dəhlizi"nin yaradılmasını dəstəklədiyi açıqlanıb  

23:31
31 Avqust

Milli Məclisin sədri Mozambikin Baş naziri ilə görüşüb  

22:38
31 Avqust

Avropada 17 ölkənin sərhəd və polis orqanlarının birgə əməliyyatı nəticəsində 112 nəfər saxlanılıb  

21:54
31 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!