01 Sentyabr 2026 08:10
125
SİYASƏT
A- A+
Naməlum talelilərin günü

Naməlum talelilərin günü


Ermənistanın işğalçılıq siyasəti nəticəsində 4000-dən artıq Azərbaycan vətəndaşı itkin düşüb


Hər il avqustun 30-da qeyd olunan Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü dünya miqyasında münaqişələr, zorakılıq və ya naməlum şəraitdə itkin düşənlərin xatirəsini anmaq, onların ailələrinin illərlə davam edən ağrılarına diqqət çəkmək məqsədi daşıyır. 2010-cu il dekabrın 21-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilən bu tarix Azərbaycan xalqı üçün, sadəcə, təqvim günü yox, həm də dərin mənəvi və tarixi yara deməkdir.


Qanlı əməllərin statistikası

 

Ermənistanın yürütdüyü etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində Birinci Qarabağ müharibəsindən etibarən 4000-dən çox Azərbaycan vətəndaşı - hərbçilər, mülki şəxslər, qadınlar və uşaqlar itkin düşüb. Nə işğal dövründə, nə də Vətən müharibəsindən sonra Ermənistan tərəfi taleyi naməlum olan vətəndaşlarımızla bağlı ölkəmizə heç bir məlumat verməyib. Bu məsələni bütün nüfuzlu tribunalardan beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra da Ermənistana qarşı əsas tələblərindən biri itkin düşmüş minlərlə azərbaycanlı haqqında məlumat verməsi ilə bağlıdır. Həmçinin kütləvi məzarlıqların koordinatlarını təqdim etməsi barədədir. İrəvan isə hələ də bu tələbləri yerinə yetirməyərək xalqımıza qarşı törətdiyi cinayətləri gizlətməyə çalışır. Ancaq Qarabağ və Şərqi Zəngəzur vaxtilə Ermənistanın basdırdığı minalardan təmizləndikcə ard-arda aşkarlanan kütləvi məzarlıqlar təcavüzkar ölkənin qanlı əməllərini gün üzünə çıxarır. Erməni caniləri Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürdükləri Azərbaycan vətəndaşlarını beynəlxalq hüququn tələblərinə uyğun olaraq Azərbaycana qaytarmaq əvəzinə, onlara insan ağlına gəlməyən tükürpədici işgəncələr verərək qətlə yetiriblər və kütləvi şəkildə basdırıblar.

İşğaldan azad edilən ərazilərdə - Xocalıda, Şuşada, Füzulidə və digər ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar itkin vətəndaşlarımızın faciəvi sonunu göstərməklə yanaşı, erməni faşizminin miqyasını da gözlər önünə sərir.

Kütləvi məzarlıqların aşkarlanması və itkin düşən şəxslərin kimliklərinin DNT analizləri ilə müəyyən edilməsi istiqamətində intensiv dövlət proqramları həyata keçirilir.

Cari il iyunun 30-na olan məlumata əsasən, işğaldan azad olunmuş ərazilərdə axtarış-qazıntı işlərinə başlanılan 2021-ci ildən bu yana 32 kütləvi məzarlıq aşkarlanıb.

 

2021-ci ildən itkin düşmüş şəxslərə aid məzar yerlərinin axtarışı prosesinə başlanılıb

 

2014-cü ildən etibarən itkin düşmüş Azərbaycan vətəndaşlarının yaxın qohumlarından bioloji nümunələrin toplanmasına başlanıb. 2023-cü ildən etibarən isə bioloji nümunələrin toplanması işi Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsində yaradılmış Genetik araşdırmalar mərkəzi tərəfindən aparılır. Bu il iyunun 30-na olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı 11 min 542 donordan bioloji nümunələr toplanıb sistemləşdirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov bu il iyunun 30-da Bakıda "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən məlumat verib ki, toplanmış bioloji nümunələrin DNT profilləri Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik araşdırmalar mərkəzi tərəfindən çıxarılaraq arxivləşdirilir.

2021-ci ilin fevral ayından etibarən işğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə itkin düşmüş şəxslərə aid məzar yerlərinin axtarışı, qazıntı, ekshumasiya və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesinə başlanılıb.

O bildirib ki, bu il iyunun 30-na olan məlumata əsasən, 893 itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanıb. İşğaldan azad olunmuş ərazilərdə axtarış-qazıntı işlərinə başlanılan vaxtdan ötən dövr ərzində 32 kütləvi məzarlıq aşkarlanıb. Həmin kütləvi məzarlıqlardan 253 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanları nümayəndələrinin iştirakı ilə ekshumasiya edilib. Bu il iyunun 30-na olan məlumata əsasən, aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 327 nəfərin şəxsiyyəti eyniləşdirilib. Onlardan 226 nəfərə dair məlumatlar ictimaiyyətə açıqlanaraq ailələrinə təhvil verilib, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn ediliblər. Dəfn edilənlərdən 181-i hərbçi, 45-i isə mülki şəxslərdir. Şəxsiyyəti eyniləşdirilmiş mülki şəxslərdən 14-ü qadın, 2-si isə azyaşlı uşaq olub.

Beynəlxalq ictimaiyyətin bu insanlıq faciəsinə uzun illər göz yummasına və Ermənistana lazımi təzyiqi göstərməməsinə baxmayaraq, Azərbaycan öz gücü ilə tarixi ədaləti bərpa etdi. Torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması ilə Qarabağdakı cinayətkar rejim ləğv edildi, dinc əhaliyə divan tutan erməni hərbi canilər isə Bakıda ədalət məhkəməsi qarşısında cavab verməli oldular.

Bütün bunlar İlahi ədalətin yerini tapması, erməni faşizminin qurbanına çevrilən vətəndaşlarımızın qisaslarının alınması deməkdir.

 

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mənasız missiyanın sonu

08:30
01 Sentyabr

İkinci Dünya müharibəsi - bəşəriyyətin ağır sınağı

08:20
01 Sentyabr

Naməlum talelilərin günü

08:10
01 Sentyabr

Azərbaycan-Özbəkistan strateji əməkdaşlığı sürətli yüksəliş yolundadır 

08:00
01 Sentyabr

Kia "Qızıl Açar" stimullaşdırıcı lotereyasının nəticələrini açıqlayıb

02:42
01 Sentyabr

Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü Gürcüstan mediasında

23:40
31 Avqust

Milli Məclisin sədri Uqandanın Vitse-prezidenti ilə görüşüb  

23:35
31 Avqust

Macarıstanın NATO-nun şərq cinahında "təhlükəsizlik dəhlizi"nin yaradılmasını dəstəklədiyi açıqlanıb  

23:31
31 Avqust

Milli Məclisin sədri Mozambikin Baş naziri ilə görüşüb  

22:38
31 Avqust

Avropada 17 ölkənin sərhəd və polis orqanlarının birgə əməliyyatı nəticəsində 112 nəfər saxlanılıb  

21:54
31 Avqust

Azərbaycanın coğrafi üstünlüyü ŞƏT məkanında yeni imkanlar yaradır 

21:14
31 Avqust

Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir 

21:11
31 Avqust

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

20:38
31 Avqust

MEDİA Böyük Britaniyanın bəzi media qurumlarını peşə prinsiplərinə sadiq qalmağa çağırıb  

20:33
31 Avqust

Pakistanlı ekspert: Azərbaycan ŞƏT-in genişlənməsi üçün strateji əhəmiyyətə malikdir  

19:36
31 Avqust

Sentyabr konfransı məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə davam etdirilib  

19:14
31 Avqust

Azərbaycan Şərq-Qərb bağlantısındakı rolunu daha da gücləndirir 

19:08
31 Avqust

Xəzərdən İssık-Kula: müttəfiqlikdən başlayan yeni geosiyasi xətt  

18:50
31 Avqust

Xalq rəssamı: Çingiz Aytmatovun abidəsi Azərbaycan-Qırğızıstan dostluğunun ifadəsidir  

18:40
31 Avqust

Azərbaycan və Çin arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq genişləndirilir

18:38
31 Avqust

Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir YENİLƏNİB

18:35
31 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!