21 Avqust 2024 09:30
1446
Mədəniyyət
A- A+
Kitablar arasında yaşanan ömür

Kitablar arasında yaşanan ömür

 

Peşələrin pisi yoxdur, hamısı  yaxşıdır. Amma baxır ki, sən onların içindən hansına ürək qızdırırsan, hansına könül verirsən, gözün hansını tutur. Beləcə, ilk gündən sevib-seçdiyin peşəyə ürəkdən bağlanırsan.  Ondan sonra ömrünün axırına qədər həmin peşə ilə dost olursan, yol yoldaşlığı edirsən. Ürəkdən seçilən və sevilən peşələr ömrüboyu insana könül xoşluğu verir, ondan zövq ala-ala yaşayırsan. Zamanında seçimini düzgün etdiyinə görə könül rahatlığı tapırsan. Uzun illər işlədiyin peşənin üstünlüyünü təbliğ edirsən, tərifini göylərə qaldırırsan, onu sabahın gənclərinə də sevdirməyə çalışırsan.
Ömrünün illəri yetmişə doğru asta-asta addımlayan Cəmilə Səmədova da hələ gənclik çağlarından kitabxanaçılıq peşəsinə könül verib. İstəyinə çatmaq, arzusuna qovuşmaq üçün Xətai rayonundakı 116 nömrəli orta məktəbdə  təhsilini başa vurandan sonra 1980-ci ildə keçmiş Bakı Mədəni-Maarif Texnikumuna (indiki Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Humanitar Kolleci)  qəbul olub. Bu təhsil ocağında kitabxanaçılıq peşəsinin sirlərinə yiyələnib. Getdikcə bu ixtisasa həvəsi daha da artıb. Bu maraq 1982-ci ildə Cəmilə xanımı Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kitabxanaçılıq fakültəsinə gətirib. Ali təhsilini başa vurandan sonra Xətai rayonundakı  Mərkəzləşmiş Kitabxana Sisteminin 10 nömrəli filalında kitabxanaçı kimi işə başlayıb. İllərdən bəri ürəyində gəzdirdiyi istəyinə, arzusuna çatıb.
İndi həmin vaxtdan nə az, nə çox 40 il keçir. Cəmilə Səmədova gənclik illərindən sevib-seçdiyi kitabxanaçılıq peşəsində indi də həvəslə çalışır. Hər gün səhər ertədən iş yerinə - Səbail rayon Mərkəzləşmiş Kitabxana Sisteminə gəlir. Cəmilə xanım hazırda həmin kitabxanada kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışır. 

 

"Kitabların hərəsi mənim üçün bir dünyadır"

 

Keçdiyi şərəfli ömür yolu ilə yaxından tanış olmaq üçün Cəmilə xanımla elə iş yerində görüşdük. Kitabxanaya addımlarımızı qoyduğumuz ilk andan buradakı səliqə-sahman, təmizlik diqqətimizi cəlb etdi. Kitabxanaçılar iş başında idilər. Masanın üstündə səliqə-sahman yaradan kim, oxuculara xidmət göstərən kim, kitabları qəbul edən kim... Əsl işgüzar mənzərə idi. 
Kitabxanada gördüklərimiz ovqatımıza ovqat qatdı. Elə bu ovqatla da təcrübəli kitabxanaçı ilə söhbətə başladıq. Yenicə cığırına düşdüyümüz söhbət əlimizdən tutub bizi artıq yaşanmış illərin o üzünə apardı. O illərə ki, onda Cəmilə kitabxanaçı olmaq arzusu ilə yaşayırdı. Bəs görəsən bu arzusu onun ürəyinə necə düşüb, bu istək haradan yaranıb. 
Bu barədə özündən soruşanda Cəmilə xanım arxada qalmış o illərdən həvəslə danışdı. Dedi ki, kitabxanaçı işləyən Leyla xalası tez-tez onlara maraqlı kitablar gətirərdi: "Biz də bu kitabları həvəslə oxuyardıq. Bəzən də kitab almaq üçün xalamın iş yerinə gedərdik. Onun çalışdığı kitabxanada gördüklərim məni heyran edirdi. Günlər keçdikcə kitabxanaçı olmaq arzusu ürəyimə işıq salırdı. Beləcə, yavaş-yavaş arzumu qətiləşdirirdim. Hər dəfə Leyla xalamın iş yerinə gedəndə bu peşəyə sevgim, məhəbbətim artırdı. Anamla məktəbimizin yaxınlığındakı kitab mağazasına getdiyim günləri də yaxşı xatırlayıram". 
Söhbətindən, danışığından hiss etdik ki, Cəmilə Səmədova həm də mütaliə həvəskarıdır. İlk oxuduğu kitabın hansı olduğunu soruşanda dedi ki, ilk oxuduğum irihəcmli kitab görkəmli yazıçımız Mircəlal Paşayevin "Şəfəqdən qalxanlar" əsəri idi: "Üstündən illər keçsə də, bu kitabın adını da, məzmununu da yaddan çıxarmamışam. İnsan mütaliəsiz yaşaya bilməz. Mütaliə hər birimizə hava və su kimi lazımdır. Çünki mütaliə insanı mənəvi cəhətdən zənginləşdirir, onun dünyagörüşünü formalaşdırır, həyata baxışlarını dolğunlaşdırır. Bunu gənclərə də deyirəm, onları da mütaliəyə həvəsləndirirəm. Mən bu gün də mütaliəmdən qalmıram". 
Cəmilə Səmədova daha çox klassiklərə üstünlük verir. Deyir ki, Mirzə İbrahimovun, Süleyman Rəhimovun, Əli Vəliyevin, Nurəddin Babayevin, Salam Qədirzadənin, Yüsif Vəzir Çəmənzəminlinin, Cəlil Məmmədquluzadənin və başqalarının kitabları daim masasının üstündədir: "Xarici ədəbiyyat nümunələrini oxumağa da üstünlük verirəm. Vaxt tapanda gənc yazarların da əsərlərinə baxıram. Təkcə kitabxanada deyil, işdən sonra evdə də kitablarla üz-üzəyəm. Evdə də sevimli yazıçılarımın əsərlərindən ibarət kitabxanam var. Kitablar mənim ən yaxın dostum və yol yoldaşımdır. Onlar çox sədaqətli və etibarlı dostlardır, ünsiyyətdə olduqca sanki bütün qayğılarımı, çətinliklərimi unuduram. Həmişə deyirəm ki, kitabların hərəsi mənim üçün bir dünyadır. Mən bu dünyanın içində özümü çox rahat hiss edirəm. Bəzən zövq aldığıma görə eyni kitabları, əsərləri təkrar oxuyuram". 

 

"Gənclər həm elektron formatda, həm də ənənəvi qaydada mütaliə edirlər"

 

Təcrübəli kitabxanaçı söhbət zamanı gənclərin mütaliəyə olan marağından da söz açdı. Dedi ki, düzdür, gənclərin kitabxanaya gəlişləri əvvəlki vaxtlara nisbətən bir az seyrəlib. Amma bu o demək deyil ki, onların mütaliəyə marağı azalıb. Qətiyyən, elə deyil. Çünki gənclərimiz daha çox elektron mütaliəyə üstünlük verirlər. İndi onlar məlumatları əvvəlki illərdə olduğu kimi kitablardan, qəzetlərdən deyil, saytlardan, xəbər agentliklərindən də alırlar. Bu formada bir növ vaxtlarına qənaət edirlər. Gənclərimizin elektron formatda mütaliələyə üstünlük vermələrini təbii qarşılayıram. Bütün bunlar texniki tərəqqinin gənclər üçün yaratdığı əlverişli imkandır. Yaxşıdır ki, onlar bu imkanlardan təhsillərini, elmlərini artırmaq uçun səmərəli şəkildə istifadə edirlər. Bir iş də sevindiricidir ki, gənclərimiz elmi-texniki tərəqqi ilə ayaqlaşır, yaşadıqları zamandan geri qalmamağa çalışırlar. Müasir texnoloji vasitə və avadanlıqları peşəkarcasına mənimsəyirlər. Bəzən elə mənim özüm də elektron mütaliə edirəm. Əsas odur ki, təki gənclərimiz oxusunlar - istər elektron qaydada, istərsə də ənənəvi formada. Gənclərimizin mütaliə etdikləri kitabların mövzu dairəsi də genişdir. Onlar daha çox biznes, psixologiya, hüquq, tarix, idarəetmə və başqa mövzularda kitablar oxuyurlar. Deməli, sabahımızın gəncliyi hərtərəfli inkişaf edir.   
Cəmilə Səmədova dedi ki, mən bu sahəni seçdiyimə görə qətiyyən peşiman deyiləm. Axı mən özümü burada tapmışam, burada kəşf etmişəm. Mən peşəmin xoşbəxtiyəm. Kim bilir, bəlkə də başqa sahədə çalışsaydım, heç belə gözəl bir ömür yaşamayacaqdım.  Şablon səslənsə də demək istəyirəm ki, əgər dünyaya təzədən gəlsəydim, yenə də kitabxanaçılıq ixtisasını seçərdim...

 

Kitabxanaçı qadın həm də xoşbəxt anadır

 

Cəmilə xanım söhbət zamanı cəmiyyətdə mütaliəyə marağın artırılması məqsədi ilə kitabxana rəhbərliyinin gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən də söz açdı. Dedi ki, kitabxanaçılar bu məqsədlə zəruri işlər görürlər. "Çox oxuyan, çox qazanar" layihəsini uğurla icra edərək həm uşaq bağçalarında, həm də orta məktəblərin aşağı siniflərində qiraət saatları təşkil edilir: "Layihəyə uyğun olaraq kitabxanaçı qızlarımız həmin qiraət saatlarında balacalar qarşısında yazıçı və şairlərimizin əsərlərini oxuyur, onlarda kitaba, mütaliəyə  həvəs və maraq oyadırlar. Bundan başqa, kitabxanada da müvafiq tədbirlər təşkil olunur. Tez-tez şəhid ailələri ilə, qazilərlə və məktəblilərlə görüşlər keçiririk. Bütün bu görüşlər təbii ki, tədbir iştirakçılarının mütaliəyə, kitablara maraq və sevgisini daha da artırır. Bu isə cəmiyyətimizdə mütaliə mədəniyyətinin inkişafına və formalaşmasına dəyərli töhfələr verir. 
Kitablar arasında şərəfli bir ömür yaşamış Cəmilə Səmədova həm də xoşbəxt anadır. O, dövlətimiz, cəmiyyətimiz üçün iki oğul övladı böyüdüb tərbiyə edib. Onlara gələcək həyatlarını qurmaqda düzgün yol göstərib.
Saçlarını kitabların arasında ağartmış Cəmilə xanım müntəzəm olaraq dövri mətbuatda mütaliə mədəniyyəti, kitabxanalar və toleriantlıq mövzusunda məqalələrlə də çıxış edir. Məsləhət və tövsiyələrini gənclərdən əsirgəmir. İllərdən bəri qazandığı təcrübəni daim həmkarları ilə bölüşür.
Söhbət etdikcə Cəmilə xanım tez-tez qarşısındakı sənədlərə baxır. Hərdən əllərini bir-birinin üstünə qoyub ömrünün hansısa günlərini xatırlayırmış kimi fikrə gedir. Sonra da suallarımıza aydın və təmkinlə cavab verir. Kitabxanaçı qadının əllərinə baxdıqca xoş duyğulara köklənirik. Düşünürük ki, bu əllər bundan sonra da neçə-neçə kitabları vərəqləyəcək, neçə-neçə məqalələr yazacaq, oxuculara xidmət göstərəcək. Çünki söhbətimiz zamanı Cəmilə xanım böyük ruh yüksəkliyi ilə dedi ki, hələ yorulmayıb və yenə də həvəslə işləyir. Deməli, təcrübəli kitabxanaçı bu gündən sonra neçə illər ən yaxın dostu və yol yoldaşı olan kitablardan ayrılmayacaq.

Vahid MƏHƏRRƏMOV,
İlham Babayev (foto),
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında 

16:23
07 Noyabr

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana səfərə gəlib  

16:22
07 Noyabr

DİN-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib  

16:19
07 Noyabr

Süni İntellektlə İdarəolunan Rəqəmsal İqtisadiyyat üzrə İnnovasiya Forumu keçirilib  

16:08
07 Noyabr

Sahibə Qafarova: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ən uğurlu COP-lardan birinə ev sahibliyi edib  

16:07
07 Noyabr

Baş Prokurorluq: Rüşvət müqabilində rəy verməkdə təqsirləndirilən ekspert barəsində cinayət işi məhkəməyə göndərilib  

16:06
07 Noyabr

Artıq «iPhone»lara zəlzələ bildirişləri gələcək

15:36
07 Noyabr

Gürcüstanın “Sakartvelos Respublika” qəzetində Zəfər Günü ilə əlaqədar məqalə dərc olunub  

15:34
07 Noyabr

Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib  

15:31
07 Noyabr

Akademik: Mağaza və restoranların adlarında, küçə reklamlarında dil normalarına ciddi nəzarət olunmalıdır  

15:29
07 Noyabr

Professor Nadir Məmmədli: Azərbaycan dilinin milli korpusu yaradılır  

15:28
07 Noyabr

Prokuror sənədlərin və sübutların David Babayanla bağlı olan hissəsini elan edib - MƏHKƏMƏ  

15:25
07 Noyabr

Azərbaycanın Rusiyadakı səfirliyində yeni elektron növbə sistemi tətbiq olunur  

15:24
07 Noyabr

Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi – Konfrans

15:20
07 Noyabr

Türk Akademiyası Azərbaycanın Vətən müharibəsi haqqında qazax dilində kitab nəşr etdirib  

15:16
07 Noyabr

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

14:21
07 Noyabr

Sahil Babayev: Növbəti ildə Azərbaycan dövlət büdcəsinin 57 faizi qeyri-neft gəlirləri hesabına olacaq  

14:04
07 Noyabr

Nazir: Bu il dotasiyadan istifadə normal səviyyədədir, amma subvensiya və subsidiya üzrə istifadə çox aşağıdır  

14:03
07 Noyabr

İran Prezidenti: Əgər quraqlıq davam edərsə, Tehran təxliyə olunmalıdır  

13:58
07 Noyabr

Uşaqlıq xatirələrini bərpa etmək mümkün oldu

13:54
07 Noyabr

Donald Tramp: Qazaxıstan rəsmi olaraq İbrahim sazişlərinə qoşulmağa razılıq verib  

13:54
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!