14 Sentyabr 2026 18:47
212
SİYASƏT
A- A+
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Sentyabrın 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Səməd Seyidov iclası açaraq nəzərə çatdırıb ki, gündəliyə 11 məsələ – komitədə 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat, komitənin 2026-cı ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı və bir sıra qanun layihələri daxil edilib.

Komitə sədri yaz və növbədənkənar sessiyalarda görülən işlər barədə məlumat verib.

İclasda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə görülmüş işlər barədə hesabat məqbul hesab olunub, komitənin 2026-cı ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı təsdiq edilib.

Sonra komitə sədri Səməd Seyidov gündəlikdəki digər məsələləri – hüquqi, iqtisadi, nəqliyyat, energetika və strateji əməkdaşlıq sahələrini əhatə edən bir sıra mühüm beynəlxalq sənədlərin təsdiq edilməsi barədə qanun layihələrini təqdim edib.

Gündəliyin 3-cü məsələsi - “Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı bildirilib ki, sözügedən Saziş iki ölkə arasında müntəzəm hava daşımalarının təşkili, aviasiya sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə imzalanıb, Azərbaycan və Monqolustan aviaşirkətləri arasında səmərəli əməkdaşlığın inkişafına xidmət edəcək.

4-cü məsələ - “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına İkinci Əlavə Protokolun təsdiq edilməsi barədə qanun layihəsinə dair məlumatda təqdim olunan beynəlxalq sənədin insan hüquqlarının qorunması baxımından vacibliyi qeyd edilib, bu sahədə Azərbaycanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi vurğulanıb.

Sonra gündəlikdəki 5-ci məsələ - “Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Saziş”in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi təqdim edilib.

Növbəti, 6-cı məsələ - “Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında “Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsinə baxılıb.

7-ci məsələ - “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi diqqətə çatdırılıb.

Sonra gündəliyin 8-ci məsələsi – “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsinin mahiyyəti barədə söhbət açılıb. Sazişin iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından önəmli olduğu qeyd edilib.

İclasda, habelə gündəliyin 9-cu məsələsi olan “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsi təqdim edilib. Vurğulanıb ki, sənəd iki ölkə arasındakı ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsindən daha yüksək - müttəfiqlik səviyyəsində formalaşmasını təmin edir. Qeyd olunub ki, Müqavilədə Azərbaycanla Qırğızıstan arasında bərabərlik, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı müddəalar ehtiva edilir.

Sonra gündəlikdəki 10-cu məsələ - “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi nəzərdən keçirilib. Sənəddə iki ölkə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın tənzimlənməsi ilə bağlı məsələlər öz əksini tapıb.

Daha sonra gündəliyin sonuncu – 11-ci məsələsi olan “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş”in təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb. Sənəddə investisiya əməkdaşlığının genişləndirilməsi və birgə investisiya layihələrinin maliyyələşdirilməsi ilə bağlı məsələlərin tənzimlənməsi nəzərdə tutulur.

İclasda gündəlikdəki qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Premyer Liqa: Son çempiondan inamlı qələbə

21:01
14 Sentyabr

“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib

20:31
14 Sentyabr

Bakıda Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans işə başlayıb

20:21
14 Sentyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:43
14 Sentyabr

Media və Yayım Şurasında Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib

19:24
14 Sentyabr

Yeni Dövlət Proqramı Tərtərdə kənd təsərrüfatının inkişafına yeni imkanlar yaradır

19:16
14 Sentyabr

Rafail Tatikov: Müftilər Şurasının iclası türk dövlətləri arasında dini-mədəni dialoqun möhkəmlənməsinə xidmət edir

19:15
14 Sentyabr

Daşkəsəndə kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar nəzərdən keçirilir

19:13
14 Sentyabr

Şəmkirdə Dövlət Proqramının icrası diqqətdə saxlanılır - təsərrüfatlara baxış keçirilib

19:12
14 Sentyabr

Tahir Tağızadə etimadnaməsini Serbiya Prezidentinə təqdim edib

19:02
14 Sentyabr

Göygöl rayonunda aqrar sahədə görülən işlərlə tanışlıq olub, sahibkarların təşəbbüsləri dinlənilib

18:53
14 Sentyabr

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin payız sessiyasında ilk iclası keçirilib

18:47
14 Sentyabr

Azad olunmuş ərazilərdə aqroparklara, iri fermer təsərrüfatlarına, yeni intensiv meyvə bağlarına baxış keçirilib

18:41
14 Sentyabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib 

18:31
14 Sentyabr

Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafının gücləndirilməsinə xüsusi diqqət yetirilib

18:09
14 Sentyabr

Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir

17:51
14 Sentyabr

Mahmut Erol Kılıç: Seyid Yəhya Bakuvi kimi şəxsiyyətlər bəşəriyyəti dostluğa və həmrəyliyə dəvət ediblər

17:33
14 Sentyabr

Havanın çirklənməsi pnevmoniya, sepsis və meningit riskini artıra bilər - Araşdırma

17:26
14 Sentyabr

Nuriddin Xoliknazar: Seyid Yəhya Bakuvinin təlimində mənəvi saflaşma və yüksək əxlaq əsas yer tutur

17:25
14 Sentyabr

Safi Arpaquş: İslam irsinin yeni nəsillərə ötürülməsi onların tarix və sivilizasiya ilə bağlarını gücləndirəcək

17:24
14 Sentyabr

Bu ilin 8 ayında qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin dəyəri məlum olub

17:23
14 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!